Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-112/2022 29.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən müvafiq olaraq ayrı-ayrılıqda 3,45 qram, 2,44 qram və 3,76 qram olmaqla ümumi təmiz çəkisi 9,65 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altında saxlamış, 01 mart 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Bərdə rayonu Hüseynalılar kəndində 1 ədəd yarımçıq kibrit qutusunda təmiz çəkisi 3,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 30 manat nağd pul müqabilində tanışı, o cümlədən 01 mart 2022-ci il tarixdə, saat 22 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitənin üzərində aşkar edilərək götürülməsi faktı üzrə məsuliyyətə cəlb edilmiş Şahid6 qanunsuz olaraq satmış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin yataq otağında yerləşən çarpayının altından 1 ədəd ağ rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,44 qram və 3,76 qram olmaqla ümumi təmiz çəkisi 6,2 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur, subaydır. O, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmişə narkotik vasitə olan marixuanası olmuşdur. Şahid6 xeyli müddətdir tanımış, onunla münasibətləri daima normal olmuşdur. xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Arabaçılar kənd sakini Şahid6 təxminən saat 16-radələrində ***-***-**-** saylı mobil nömrədən özünə məxsus ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, şəxsi istifadəsindən ötrü narkotik vasitə marixuana lazım olduğunu bildirmişdir. O, Səbuhidən yaşadığı Bərdə rayonu Hüseynalılar kəndinə gəlməsini istəmiş, Elə həmin günü saat 20 radələrində Səbuhi yaşadığı Bərdə rayonu Hüseynalılar kəndinə gəlmişdir. Orada Səbuhi ilə görüşmüşdür. O narkotik vasitəni Səbuhiyə vermişdir. Səbuhidə məcuri şəkildə onun cibinə 30 manat pul qoymuşdur. Onun həmin narkotik vastəni satmaq fikri olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində o, Bərdə rayonu Hüseynalılar kəndində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər, polislər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt polislər ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. O, üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını, lakin, yaşadığı evdə özünə məxsus narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşlarının iştirakı ilə Bərdə rayonu Hüseynalılar kəndində yaşadığı evə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş və yataq otağında özünə məxsus çarpayının altında olan 2 ədəd sellofanda narkotik vasitə marixuananı könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Yaşadığı evdən aşkar edilmiş 2 ədəd sellofanda olan narkotik vasitə marixuana tərəzidə çəkilərək təhqiqatçı tərəfindən qablaşdırılmış, tərəflərindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin həmin narkotik vasitəni cari ilin fevral ayının ortalarında yaşadığı kəndin kənarında yerləşən sahibsiz yerdən yabanı halda bitən iki ədəd çətənə kolundan yığdığını, şəxsi istifadəsindən ötrü saxladığını bildirmişdir. Qeyd olunanalara əsasən onun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 01 mart 2022-ci il tarixdə ona Bərdə rayonu Arabaçılar kəndində yaşayan Şahid6 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 22 radələrində Şahid6 saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Şahid6 müdafiəçisi X2, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Fərid Hüseynov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Şahid6 heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Şübhəli şəxs Şahid6 təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşya və predimetlər vardırsa onları könüllü təqdim etsin. Şahid6 bundan sonra könüllü olaraq əynində olan qara rəngli parça gödəkçənin sağ cibində saxladığı bir ədəd yarım kibrit qutusunu təqdim etmişdir. Qutu açılmış, içərisində yaşıl rəngli qurudulmuş bitki olan ilk görnüşdən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şahid6 üzərinə polis əməkdaşı Şahid4 əlavə olaraq axtarış keçirmiş, lakin, başqa qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid6 üzərində saxladığı kütlənin marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə öz istifadəsi üçün Bərdə rayon Hüseynalılar kənd sakini Süleyman adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd narkotik vasitəyə bənzər kütlə elektron tərəzisində kibrit qutusu ilə birlikdə çəkilmiş və ağ zərfə qoyulub qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 94 saylı arayışlar üçün möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da Şahid6 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdırılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 01 mart 2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Hüseynalılar kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X3, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Fərid Hüseynov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşya və predimetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək masaya yaxınlaşıb üzərində olan şəxsi istifadə etdiyi əşyaları çıxarıb təqdim etmişdir. Daha sonra şübhəli şəxsin üzərində polis serjantı Şahid4 tərəfindən axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə marixuana saxlayır, təqdim edə bilər və xx.xx.2022-ci il tarixdə Səbuhi adlı şəxsə Bərdə rayon Hüseynalılar kəndində 30 manata 1 ədəd yarım kibrit qutusu marixuananı satmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, doğru hesab edilərək imzalanmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 02 mart 2022-ci il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X3, onun, digər polis əməkdaşlarının və anası Şahid3 iştirakları ilə yaşadığı Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Bərdə rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Fərid Hüseynov tərəfindən hüquqları izah edilmiş və baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə özünə məxsus yataq otağında özünə məxsus narkotik vasitə olduğunu demişdir. Yataq otağına baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı özünə məxsus çarpayının altından götürüb könüllü şəkildə təqdim etmişdir. Təqdim edilən bir ədəd göy rəngli sellofan büküm və bir ədəd ağ rəngli sellofan büküm götürülərək içərisi açılmışdır. Bu zaman bükümlərin içərisindən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr aşkarlanmışdır. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Sonra bükümlər kağız zərfə qoyularaq ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilməklə üzəri Azərbaycan Respublikası DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Yaşadıqları Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evində o, və ailə üzləri yaşamışdır. Qardaşı Süleymanın yaşadıqları evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. 02 mart 2022-ci il tarixdə gecə saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadıqları ünvana gələrək evə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Süleyman şifahi şəkildə, o, isə ərizə yazıb imzalamaqla buna heç bir etirazlarının olmadıqlarını demişlər. Daha sonra polis əməkdaşları evdən narkotik vasitə aşkar etdikləri üçün Süleymanı polis şöbəsinə aparmışlar. O, həmin gün bilmişdir ki, Süleyman qanunsuz hərəkətlərinə görə şübhəli şəxs qismində tutulmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, təxminən 1 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə ona narkotik vasitə lazım olmuş və Bərdə rayonu Hüseynalılar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri satmasını eşitdiyinə görə təxminən saat 16-radələrində özünə məxsus ***-***-**-** saylı mobil nömrədən tanıdığı Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonuna zəng etmiş, şəxsi istifadəsindən ötrü narkotik vasitə marixuana lazım olduğunu bildirmişdir. Süleyman ondan yaşadığı Bərdə rayonu Hüseynalılar kəndinə getməsini istəmiş, 30 manat müqabilində ona marixuana verəcəyini bildirmişdir. Elə həmin günü saat 20 radələrində o, Süleymanın yaşadığı Bərdə rayonu Hüseynalılar kəndinə getmişdir. Orada Süleyman ilə görüşmüşdür. Süleymana 2 ədəd 20 manatlıq pul əskinası vermiş, Süleyman isə ona hamısı 1 manatlıq olmaqla 10 manat pul qaytarmışdır. Süleyman təxminən 40 dəqiqə kənddə gözləməsini istəmişdir. O, kənddə gözləmişdir. Təxminən 1 saat 30 dəqiqə sonra Süleyman Bərdə rayonu Hüseynalılar kəndində ona zəng edərək yanına yaxınlaşmışdır. Süleyman əlində olan yarım kibrit qutusunun içərisində ona narkotik vasitə olan marixuananı vermişdir. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, Bərdə rayonu Hüseynalılar kəndində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, polislər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt polislər ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. O, üzərində olan 1 ədəd yarım kibrit qutusunda narkotik vasitə marixuananı çıxardıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə hesab edilən “marixuana” olduğunu bildirmiş, üzərində başqa heçbir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 1 ədəd yarım kibrit qutusunda narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eyni zamanda izahat verərkən həmin narkotik vasitəni Süleyman adlı tanışından 30 manat nağd pula almasını bildirmişdir. Bundan başqa Şahid6 ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, narkotik vasitəni üzərində şəxsi istifadəsi üçün saxladığını, həmin narkotik vasitəni tanışı Süleymandan 30 manat pul müqabilində aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılığa məruz qalmadan üzərində aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Yaşadıqları Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evində o, və övladları Süleyman, Emil yaşamışdır. Oğlu Süleymanın yaşadıqları evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. 02 mart 2022-ci il tarixdə gecə saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadıqları ünvana gələrək evə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Süleyman şifahi şəkildə, o, isə ərizə yazıb imzalamaqla buna heç bir etirazlarının olmadıqlarını demişlər. Daha sonra polis əməkdaşları evdən narkotik vasitə aşkar etdikləri üçün Süleymanı polis şöbəsinə aparmışlar. O, həmin gün bilmişdir ki, Süleyman qanunsuz hərəkətlərinə görə şübhəli şəxs qismində tutulmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Cinayət işinin 35-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 02 mart 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 02 mart 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 94-95-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 119-123-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)29/2022 saylı 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-bioloji ekspertizasının 02 mart 2022-ci il tarixli 16/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid6” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd yarımçıq kibrit qutusunda təmiz çəkisi 3,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Dadaşlı S” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli sellofan bükümdə və 1(bir) ədəd ağ rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,44 qram, 3,76 qram, ümumi təmiz çəkisi 6,2 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və təkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi-3,45 qram, 2,44 qram, 3,76 qram tədqiqat sərf edildi-0.3 qram (hər birindən 0.1 qram), qalıq 3.35 qram, 2.34 qram və 3.66 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 399 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 14-150-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 129-cu vərəqəsində olan Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 138-ci vərəqələrində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 370 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 139-cu vərəqələrində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 467 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 162-170-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən yataq otağında çarpayının altından aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 2,34 qram, 3,66 qram olan qurudulmuş marixuana və Şahid6 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 3,35 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən gənc olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 03 mart 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 02 mart 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 2,34 qram, 3,66 qram, 3,35 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 7,34 qram, 3,66 qram, 3,35 qram olan narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-112/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-112/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver