Məhkəmə qərarları › İş №1(021)-112/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-112/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-112/2024 30.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2004-cü ildə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Ərəblər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:40 radələrində Bərdə rayonu Ərəblər kəndində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun evinin eyvanında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol qalça nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sol qalça nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Ərəblər kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Barəsində şikayət edən Zərərçəkmiş şəxs Seyidəli qızı onun qonşuluğunda yaşayır, sonuncu ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirdiyi üçün ailə üzvləri onun Arzu ilə görüşməyini qadağan etmişlər. O,xx.xx.2024-cü il tarixdə Bərdə şəhərinə getməli olduğu üçün həmin tarixdə, saat 07:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gedib sonuncu baldızı Şahid1 qaşını almağını xahiş etmiş, Aynurə isə səhər tezdən olduğu üçün gedib bir qədər özü çağıranda gəlməyini demişdir. O, Aynurə ilə söhbət etmək üçün evin eyvanına çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun səsini eşidib eyvana çıxıb onu gördükdə ona evindən çıxıb getməyi demişdir. O da Arzuya evin sahibinin Aynurə olduğunu, Aynurəyə söz deyib gedəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs eyvanda olan taxta şkafın içərisindən bıçaq götürüb onun üstünə gəlib “ayağımda qandal olmasa səni öldürərdim” demişdir. O da Zərərçəkmiş şəxs qolundan tutub geri itələmişdir, Arzu əlində olan bıçağı eyvana yerə atmışdır. Daha sonra onun üstünə gəlib əlləri ilə onu irəli geri itələyib, qollarından tutub dırnağı ilə sıxmışdır. Həmin vaxt bir-birlərini qarşılıqlı təhqir etmişlər ona görə də Zərərçəkmiş şəxs onun anası Şahid2 çağırmışdır. O, Zərərçəkmiş şəxs ona əl-qol atıb onu vurmağına və onu təhqir edib əxlaqsız deməyinə əsəbiləşdiyi üçün sağ əli ilə yerdən bıçağı götürüb Zərərçəkmiş şəxs sol qarın boşluğuna bir dəfə bıçaqla zərbə vurmuşdur. Daha sonra bıçağı eyvana yerə atmışdır. Zərərçəkmiş şəxs bıçaqla vuran vaxt Şahid1 və Arzunun 10 yaşlı oğlu Rəşiddə orada olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs ilə arasında olan mübahisəyə kənardan durub baxıb onlara heç bir müdaxilə etməmişdir. Bir neçə dəqiqə sonra Gülnarədə Qarayevada yanlarına gəlib onu öz evlərinə aparmışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra mübahisə etməmişdir. Onlar arasında olan mübahisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaqla vurmamışdan əvvəl sonuncu əlləri ilə onun hər iki qol və sinə nahiyəsinə əl atıb onu vurmuşdur. Onun Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçaq dəstəyi qara rəngli, uzun tiyəli olmuşdur. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs Davidova X2 Turanə Qabil qızı ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda notarial qaydada təsdiq olunmuş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2024-cü il tarixli, 297 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarət – sol qalça nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2024-cü il tarixli, 298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ almacıq, alın, döş qəfəsi nahiyələrinin sıyrıqları, sol bazu nahiyəsinin səthi qançırı, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “Məhkəmə Ekspertizası mərkəzinin X3 xx.xx.2024-cü il tarixli, 16/458 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 02 may 2024-cü il tarixli, 18-1-28/2-881/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 22 aprel 2024-cü il tarixli, 532 və 533 nömrəli arayışlarında görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Ərəblər kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır və himayəsində 2022-ci il təvəllüdlü oğlu X4 vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuş, qanun pozuntularına yol verməmiş, kənd sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan 30 may 2024-cü il tarixli **********51 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axını zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsi və himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar