Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-112/2025 22.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 15:30 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 10,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 00:31-də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Gəncə küçəsində saxlanılıb üstü yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd PREMİER markalı siqaret qutusunda təmiz çəkisi 10,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə ilkin olaraq özünü təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək bilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Gəncə küçəsi ev 7-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Subaydır. Bir müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. 25 aprel 2025ci il tarixdə gecə saatlarında dostu ilə yeyib içdikdən sonra evə qayıdarkən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən “Çinar” restoranının yaxınlığında dayanmışdır. Həmin vaxt tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bərdə rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib üstünü yoxlayacaqlarını bildirmişlər. Məhkəmədə verdiyi ilkin ifadəsində üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşlarının onu təhdid edərək qorxutduğunu, bu səbəbdən keçirilmiş istintaq və digər prosessual hərəkətlərdə törədilmiş əməli etiraf etmək məcburiyyətində qaldığını bildirmişdir. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilmədiyini, polis əməkdaşlarının onu təhdid etdiyini, əgər narkotik vasitənin onun üzərindən çıxdığını etiraf etməzsə həmin narkotik vasitənin onun tərəfindən satışı ilə əlaqədar məsuliyyətə cəlb ediləcəyini dediklərini, bu səbəbdən qorxaraq təqsirini etiraf etmək məcburiyyətində qaldığını bildirmişdir. Qeyd edilənlərə baxmayaraq məhkəmə istintaqı zamanı sübutların tədqiqində cinayət işi üzrə şahidlərin ifadələri dinlənilərkən, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sənədlər elan edilərkən təqsirləndirilən şəxs sübutlara dair etiraz bildirməmiş, məhkəmə çıxışları zamanı son söz söyləyərkən əməlindən peşman olduğunu və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əməliyyat-axtarış tədbirləri çərçivəsində tanıdığını, onunla düşmənçilik və ya ədavətinin, o cümlədən qohumluq münasibətlərinin olmadığını bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, Bərdə Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir.25 aprel 2025-ci il ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, ona görə də 25 aprel 2025-ci il tarixdə əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. O həmin məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra ondan, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş tədbirlər çərçivəsində adları çəkilən digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə şəhəri, Gəncə küçəsinə getmiş, həmin yerə çatmış və bu zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq olaraq narkotik vasitələr saxlamasında şübhəli olduğunu deyib onu müvafiq qərarla tanış etmişlər. Beləliklə xx.xx.2025-ci il tarixdə saat 00:31 dəqiqədə Təqsirləndirilən şəxs o, Bərdə RPŞ-nin KTQnun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Bərdə şəhəri, Gəncə küçəsində yerləşən "Çinar" restoranının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd PREMİER markalı siqaret qutusunu təqdim etmiş və içərisində "nəşə" olduğunu bildirmişdir. Həmin siqaret qutusuna onun tərəfindən baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni haradan əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni Bərdə şəhərində yerləşən "Çinar" restoranının arxasında balıq tutmağa gedərkən çayın yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd PREMİER markalı siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 13,92 qram olması müəyyən edilmişdir. Ardınca onun tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1(bir) ədəd PREMİER markalı siqaret qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa bir qanunsuz əşya və ya predmet olub olmaması, üstünün yoxlanılmasına hər hansısa bir etirazının olub-olmaması soruşmuş, Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd alışqan və 1(bir) qutu "Want" markalı siqaret qutusunu təqdim etmişdir. Ardınca onun tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra onun tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsi, satışı ilə məşğul olub-olmaması, hər hansısa bir etirazının olub-olmaması, ona qarşı hər hansısa bir qanunsuz hərəkət və ya zorakılıq tətbiq olunub-olunmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, satışı ilə məşğul olmadığını, heç bir etirazının olmadığını, ona qarşı heç bir qanunsuz hərəkət və ya zorakılıq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatmış, videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişlər. Həmin hal protokollaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmişdir. Ardınca müdafiəçinin iştirakı ilə tutulduqdan sonra onun, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair videogörüntüyə baxılmışdır. X6 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir zor tətbiq olunub-olunmaması barədə soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Ardınca Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X7 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən izah edilib hüquq və vəzifələrinə dair həmin bildiriş ona təqdim edilmiş, istintaq hərəkəti iştirakçıları elan olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakçılarla bağlı hər hansısa bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bunun ardınca X6 tərəfindən Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış aparılmış, lakin heç bir qeyriqanuni əşya və predmet aşkar edilməmişdir. Üzərindən 01 ədəd "Want" markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmiş, həmin əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ona qarşı təyziq və ya zorakılıq göstərilib-göstərilməməsi soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı heç bir təyziq və ya zorakılıq göstərilmədiyini bildirmişdir. X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni nə məqsədlə üzərində saxladığını, haradan əldə etməsi, hər hansısa bir şəxsə satıbsatmaması, verib-verməməsi, həmin kütlənin onda olması barədə hər hansısa bir şəxsin məlumatı olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə Bərdə şəhərində yerləşən "Çinar” restoranının arxasında balıq tutmağa gedərkən çayın yaxınlığından tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və vermədiyini, onda həmin kütlənin olması barədə heçkimin məlumatı olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 məhkəməyədək icraat dövründə Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Elan edilmiş ifadə ilə bağlı tərəflərin hər hansı etirazı və ya vəsatəti olmadı. Cinayət işinin materiallarına istinadlar: «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» 25 aprel 2025-ci il tarixli Protokoldan və və protokola əlavə olunan videoçəkilişi əks etdirən diskdən görünür ki, həmin gün saat 00:31 dəqiqədən saat 00:41 dəqiqəyədək olan müddət ərzində videoçəkilişlə Bərdə şəhəri, Gəncə küçəsi ərazisində Təqsirləndirilən şəxs üstü yoxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd “Premier” markalı siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Ardınca qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 13,92 qram olması müəyyən olmuşdur. Həmin kütlə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütləni Bərdə şəhərində yerləşən “Çinar" şadlıq sarayının yaxınlığında balıq tutmağa gedərkən “Tərtər” çayının kənarından tapdığını bildirmişdir. «Təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» 25 aprel 2025-ci il tarixli Protokoldan, protokola əlavə edilmiş DVD diskdən və həmin diskə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün saat 01:26 dəqiqədən saat 01:36 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Daha sonra Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində saxlanılaraq üstünün yoxlanıldığını, üzərindən 13,92 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürdüyünü bildirmiş, 01 ədəd zərfi və 01 ədəd DVD diski təqdim edərək zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, DVD diskin içərisində isə həmin kütlənin götürülməsi barədə videoçəkiliş olduğunu bildirmişdir. DVD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman geyiminin sol yan cibindən “PREMİER” markalı siqaret qutusunun içərisində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olduğunu deyib ona məxsus olduğunu bildirməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitəni Bərdə şəhəri, Gəncə küçəsində yerləşən “Çinar” şadlıq sarayının yaxınlığında balıq tutmağa gedərkən Tərtər çayının kənarından tapdığını bildirmişdir. Daha sonra Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan qara rəngli idman geyiminin sağ yan cibindən 01 ədəd “Want” markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar edilmiş və həmin əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İstintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rauf İsmayılov tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli 947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 25 aprel 2025-ci il tarixli 303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizanın 25 aprel 2025-ci il tarixli 16/385 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd PREMİER markalı siqaret qutusunda təmiz çəkisi 10.92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X12 «Bərdə rayon Mərkəzi Xəstəxanası» X10 30 aprel 2025-ci il tarixli 18-1-28/2-966/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opioid qəbulu” diaqnozu ilə Bərdə rayon X1 şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2025-ci il tarixli 1767 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 7 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Spirtli içkilər qəbul etmir, narkotiklərə meyilli deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, № 1(011)- 385/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 02 il 03 ay 28 gününü çəkmiş və 01 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 103/01 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxsxx.xx.2025-ci il tarixdə yeni cinayət törətdiyi üçün tutulmuş və həmin tarixdə cəzanın icrası dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 02 il 03 ay 28 gününü çəkmiş və 01 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Şübhəli şəxsin tutulması barədə 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2025-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 23 iyun 2025ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Premier” markalı siqaret qutusunda təmiz çəkisi 10,92 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 10,88 qram qalmış bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən və üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətiniəks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmış. Qalıq təmiz çəkisi 10,88 qram olan qurudulmuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 02 (iki) ədəd DVD disk və sübut növü kimi tanınmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs görüntülü dindirməsini əks etdirən 01 (bir) ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər nəzərdə tutulur. Həmin Qanunun 1.0.10cu maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda narkotik vasitə marixuana (kannabis) İ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən qurudulmuş marixuananın aşağı həddi 5 qram olaraq müəyyən edilir.
4. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üstünün yoxlanılması zamanı üzərindən narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə həmin maddənin narkotik vasitə olan marixuana (kannabis) olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü təqsirli bilmiş, narkotik vasitədən istifadə etdiyini, tutulma zamanı üzərində aşkar olunan narkotik vasitəni Tərtər çayının kənarında tapdığını bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi və üzərində saxlanılması sübuta yetirilmişdir.
5. İstintaq orqanı tərəfindən ittiham aktında narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı ilə əlaqədar sübutlara qiymət verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan 25 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolda, təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib edilmiş protokolda və cinayət işində olan bəzi sənədlərdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 13,92 qram kimi yazılmış, istintaq zamanı cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 25 aprel 2025-ci il tarixli 16/385 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 10,92 qram kimi yazılması müəyyən edilmişdir. İstintaq zamanı əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolda, təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib edilmiş protokolda və cinayət işində olan bəzi sənədlərdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edildiyi vəziyyətdə yəni, 1 (bir) ədəd PREMİER markalı siqaret qutusu ilə birlikdə çəkildiyi göstərilmişdir. Bu səbəbdən də əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolda və təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib edilmiş protokolda aşkar edilmiş qurudulmuş marixuananın çəkisi 13,92 qram, ekspert rəyində isə təmiz çəkisi 10,92 qram olmaqla çəkilərdə fərq yaranmışdır. Lakin ekspertizada həmin narkotik vasitələrin ölçmə düzgünlüyü "CAS MWP 300" markalı elektron tərəzi vasitəsilə, açıq şəkildə çəkildiyindən həmin çəkilərin daha dəqiq olması müəyyən edilmişdir. Şübhəli şəxsin üstünün yoxlanılmasını əks etdirən videodan görünür ki, aşkar edilmiş maddə Premier markalı siqaret qutusu ilə birlikdə tərəzidə çəkilmişdir. Odur ki, məhkəmə ittiham aktında ifadə olunmuş mövqe ilə razılaşır, yəni aşkar edilmiş narkotik vasitənin miqdarını məhkəmə-bioloji ekspertizanın rəyində qeyd olunan kimi, 10,92 qram olduğunu qəbul edir.
6. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
7. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
8. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
9. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
10. Cinayət işinin materiallarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, № 1(011)-385/2022 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, onda 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 103/01 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxsxx.xx.2025-ci il tarixdə yeni cinayət törətdiyi üçün tutulmuş və həmin tarixdə cəzanın icrası dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 02 il 03 ay 28 gününü çəkmiş və 01 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 1(011)-385/2022 nömrəli hökm ilə ona təyin edilmiş cəzanın müddəti bitmədən yeni cinayət törətmiş, bu hal isə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi üçün əsasdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, № 1(011)-385/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 26 gün müddətində olan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
11. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2025-ci il tarixdən hesablanmalıdır.
12. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
13. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
14. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd “Premier” markalı siqaret qutusunda qalıq təmiz çəkisi 10,88 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə üstünün yoxlanılmasını, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini və təqsirləndirilən şəxsin dindirilməsini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
15. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30.40 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
16. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülməlidir.
17. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, № 1(011)-385/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 26 gün müddətində olan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
4. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2025-ci il tarixdən hesablansın.
5. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
6. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar 1 ədəd “Premier” markalı siqaret qutusunda qalıq təmiz çəkisi 10,88 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin.
7. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə üstünün yoxlanılmasını, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.
8. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
9. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün.
10. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
11. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Bayram Məhərrəmov