Məhkəmə qərarları › İş №1(021)-113/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-113/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-113/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxxx 1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə şəhəri Füzuli küçəsi ev 57-də qeydiyyatda olmaqla Bərdə rayonu Qasımbəyli kəndində yaşayan, hal-hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal-hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə tamah niyyəti iə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində gizli yolla talayaraq maddi ziyan vurmaqla, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmə məsuliyyətinə verilmiş, və Bərdə rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, etdiyi oğurluq əməlindən nəticə çıxarmayaraq təkrar tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində Bərdə rayonu Divanlı kəndi ərazisində “Təhsil Şöbəsi”nin qarşısında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkə pəncərədən qanunsuz daxil olub, köşkdə vitrindən 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 18 qutu “Kent 1” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 qutu “Kent 4” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 16 qutu “Kent mentol” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 10 qutu “Vinston” (compakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 8 qutu “Vinston” (mentol) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, süyürmədən 300 manat nağd pulu, masanın üzərindən 350 manat dəyrərində 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 70 manat dəyərində 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1645 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 02 sentyabr 2020-ci il tarixdə tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz və gizli daxil olaraq maddi ziyan vurmaqla, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmə məsuliyyətinə verilmiş, Bərdə rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, etdiyi oğurluq əməlindən nəticə çıxarmayaraq təkrar tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində Bərdə rayonu Divanlı kəndi ərazisində “Təhsil Şöbəsi”nin qarşısında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkə pəncərədən qanunsuz daxil olub, köşkdə vitrindən 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 18 qutu “Kent 1” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 qutu “Kent 4” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 16 qutu “Kent mentol” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 10 qutu “Vinston” (compakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 8 qutu “Vinston” (mentol) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, süyürmədən 300 manat nağd pulu, masanın üzərindən 350 manat dəyrərində 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 70 manat dəyərində 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1645 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 xeyli müddətdir tanımışdır. Onun Həmzə ilə münasibətləri yaxın olmuş, aralarında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 20.02.2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində idarə etdiyi “Vaz 2107” markalı avtomobil ilə Bərdə şəhəri ərazisində Təqsirləndirilən şəxs2 ilə gəzmişdir. Avtomobildə Həmzə ilə ondan başqa heç kim olmamışdır. Onlar üzərlərində pul, avtomobilin yanacağı və siqaretləri olmamışdır. Onlar Həmzə ilə ərzaq dükanlarından birinə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Təsadüfən Bərdə rayonu Divanlı kəndində “Təhsil Şöbəsi”nin qarşısından keçərkən orada yerləşən ərzaq köşkünə daxil olmaq qərarına gəlmişlər. Onlar köşkün yan tərəfində ara yolda maşını saxlamışlar və Həmzə ilə ikisi piyada köşkə yaxınlaşmışlar. Ətrafı seyr etmişlər və köşkə necə daxil olacaqlarını məsləhətləşmişlər. Onun məsləhəti ilə Həmzə avtomobildən dəmir alət gətirib köşkün ön tərəfində olan pəncərənin şüşəsini sındırmışdır və pəncərə açılmışdır. Həmzə pənəcərədən köşkə daxil olmuşdur. Həmin vaxtı o, kənarda dayanıb ətrafı seyr etmişdir ki, kimsə gəlsə Həmzəyə xəbər versin. Az sonra Həmzə köşdən çıxıb yanına gəlmişdir. Həmzə köşkdən 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını, 18 qutu “Kent 1” markalı siqaret, 20 qutu “Kent 4” markalı siqaret, 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 16 qutu “Kent mentol” markalı siqaret, 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 10 qutu “Vinston” (compakt) markalı siqaret, 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 8 qutu “Vinston” (mentol) markalı siqaret, 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, 300 manat nağd pulu götürüb bir ədəd karton qutuya qoymuşdur. O, köşkdən oğurladıqları məhsulları avtomobilin salonunda arxa oturacağın üzərinə qoymuşdur. Köşdən oğurladıqları pulu Həmzə ilə bölmüş və hərəsinə 150 manat pul qalmışdır. Onlar köşkdən oğurluq edən zaman ətrafda heç kim olmamışdır, çünki o, ətrafa nəzarət etmişdir. Oğurladıqları məhsulların hamısı Həmzədə qalmış və onlar evlərinə getmişdir. 20.02.2021-ci il tarixdə günorta saatlarında Həmzə ilə görüşmüşdür. Həmzə ona səhər saatlarında oğurladıqları siqaretləri Yevlax rayonunda Aran qəsəbəsində tanımadığı şəxsə müxtəlif qiymətlərlə satmasını və ümumilikdə 288 manat gəlir əldə etməsini bildirmişdir. Əldə olunmuş pulları Həmzə ilə bölüb kafe və restoranlarda xərcləmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 xeyli müddətdir tanımışdır. Onun Səbuhi ilə münasibətləri yaxın olub, aralarında əvvəllər düşmənçilik və ya ədavətləri olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 20.02.2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində Səbuhinin idarə etdiyi nömrə nişanını bilmədiyi “Vaz 2107” markalı avtomobil ilə Bərdə şəhəri ərazisində gəzmişlər. Avtomobildə Səbuhi ilə ondan başqa heç kim olmamışdır. Onların üzərlərində pulları, avtomobilin yanacağı və siqaretləri olmamışdır. Onlar Səbuhi ilə ərzaq dükanlarından birinə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Təsadüfən Bərdə rayonu Divanlı kəndində “Təhsil Şöbəsi”nin qarşısından keçərkən orada yerləşən ərzaq köşkünə daxil olmaq qərarına gəlmişlər. Onlar köşkün yan tərəfində ara yolda maşını saxlamışlar və Səbuhi ilə ikisi piyada köşkə yaxınlaşmışlar. Ətrafı seyr edib və köşkə necə daxil olacaqlarını məsləhətləşmişlər. Səbuhinin avtomobilindən dəmir alət gətirib köşkün ön tərəfində olan pəncərənin şüşəsini sındırmış və pəncərə açılmışdır. O, pənəcərədən köşkə daxil olmuşdur. Həmin vaxtı Səbuhi kənarda dayanıb ətrafı seyr etmişdir ki, kimsə gəlsə ona xəbər versin. Köşkdən 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını, 18 qutu “Kent 1” markalı siqaret, 20 qutu “Kent 4” markalı siqaret, 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 16 qutu “Kent mentol” markalı siqaret, 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 10 qutu “Vinston” (compakt) markalı siqaret, 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 8 qutu “Vinston” (mentol) markalı siqaret, 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti süyürmədən isə 300 manat nağd pulu götürüb bir ədəd karton qutuya qoymuş və köşkdən daxil olduğu üsul ilə çıxmışdır. Pəncərəni sındırdığı dəmir aləti isə köşkün yaxınlığında küçəyə atmışdır. Səbuhi köşkdən oğurladıqları məhsulları avtomobilin salonunda arxa oturacağın üzərinə qoymuşdur. Köşdən oğurladıqları pulu Səbuhi ilə bölmüş və hərəsinə 150 manat pul qalmışdır. Onlar köşkdən oğurluq edən zaman ətrafda heç kim olmamış, çünki Səbuhi ətrafa nəzarət etmişdir. Oğurladıqları məhsulların hamısı onda qalmışdır. Oğurladıqları 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını isə yaşadığı ünvana aparıb heç kimə demədən gizlətmişdir. 20.02.2021-ci il tarixdə səhər saatlarında Səbuhi ilə oğurladıqları siqaretləri Yevlax rayonunda Aran qəsəbəsində tanımadığı şəxsə müxtəlif qiymətlərlə satmış və ümumilikdə 288 manat gəlir əldə etmişdir. Əldə olunmuş pulları gətirib Səbuhi ilə bölüb kafe və restoranlarda xərcləmişdir. Sonuncu dəfə polis əməkdaşları onu saxlayan zaman oğurladıqları 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını onlara təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs оğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Divanlı kəndi ərazisində Bərdə rayon Təhsil şöbəsinin qarşı tərəfində yerləşən köşkü icarəyə götürüb orada tütün və ərzaq məhsullarının satışı ilə məşğul olur. Həmin köşkdə Orxan adlı satıcı da işləyir. Onlar hər gün təxminən səhər saat 09 radələrində köşkü açıb axşam saat 23 radələridə də bağlayırlar. Sonuncu dəfə 19.02.2021-ci il tarixdə axşam saat 23 radələrində köşkü bağlayaraq evə getmişlər. 20.02.2021-ci il tarixdə səhər saat 08-radələrində Orxan ona zəng etmiş və köşkün pəncərəsinin qırılmasını, köşkdən oğurluq olmasını bildirmişdir. O, dərhal köşkə gəlmişdir. Köşkə baxış keçirən zaman naməlum şəxsin köşkün pəncərəsinin şüşəsini qıraraq içəri daxil olmasını müəyyən etmişdir. Köşkdə olan mallara baxış zamanı köşkdən təxminən 7- 8 ay öncə işlənmiş vəziyyətdə 350 manata aldığı 1 ədəd “HP” markalı notebook tipli kompüterin, təxminən 4 ay öncə 70 manata yeni vəziyyətdə aldığı 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatının, 18 qutu “Kent 1” markalı siqaret, 20 qutu “Kent 4” markalı siqaret, 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 16 qutu “Kent mentol” markalı siqaret, 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 10 qutu “Vinston” (compakt) markalı siqaret, 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 8 qutu “Vinston” (mentol) markalı siqaret, 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 20 qutu “Sobranie” (göy,nazik) markalı siqaretin və köşkdə olan süyürmədən 300 manat nağd pulun oğurlanmasını aşkar etmişlər. Bundan sonra dərhal AR DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. Dəymiş ziyan tam ödənilmişdir. Odur ki, məhkəmədən ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 Zərərçəkmiş şəxs оğlu ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid3 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 onun doğma övladıdır. Oğlu Təqsirləndirilən şəxs2 onlarla birlikdə Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Həmzə ailəlidir, 2 azyaşlı övladı vardır. Həmzə onlara oğurluq etməsi barədə heç bir məlumat verməyibdir, onların Həmzənin oğurluq etməsi barədə məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. 20 fevral 2021-ci il tarixdə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Qeyd olunan tapşırıq əsasında tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi müəyyən olunmuş və Təqsirləndirilən şəxs2 25 fevral 2021-ci il tarixdə Bərdə şəhəri ərazisində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Saxlanan zaman Təqsirləndirilən şəxs2 köşkdən oğurladığı 1 ədəd “HP” markalı notebook tipli kompüteri və 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş 20 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs oğluna məxsus Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən köşkdən vitrindən 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 18 qutu “Kent 1” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 qutu “Kent 4” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 16 qutu “Kent mentol” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 10 qutu “Vinston” (compakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 8 qutu “Vinston” (mentol) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, süyürmədən 300 manat nağd pulu, masanın üzərindən 350 manat dəyrərində 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 70 manat dəyərində 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatı oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılmış və ondan 1 ədəd “HP” markalı notebook tipli kompüter, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatı götürülmüşdür. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdiyi siqaretləri kimlərə satması, oğurluq əməlini törədən zaman istifadə etdiyi dəmir küt alət müəyyən edilməmiş, bundan əlavə oğurluq yolu ilə əldə etdiyi pulları Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyyacları üçün xərcləməsi müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 9/1492 nömrəli rəyindən görünür ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilkən siqaretlərin 2021-ci ilin fevral ayına orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 925,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər fotoşəkilləri təqdim edilən, istifadə olunmuş 2 adda mallar haqqında kifayət qədər məlumat texniki vəziyyəti, texniki göstəriciləri(modeli, istehsal ili, yaddaş tutumu, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 14.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.03.2015-ci il tаrixli hökmü ilə Аzərbаycаn Respublikаsı CM-nin 234.4.1 və 234.4.2-ci mаddələri ilə 05 il 6 аy аzаdlıqdаn məhrum edilmiş, 31.07.2019-cu il tаrixdə cəzаsının sоnu ilə аzаd edilmiş, Azərbaycan Repsublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi 19.12.2020-ci il tarixdə cəza təyin edilməsi üçün məhkəməyə göndərilibdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Repsublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il 06(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 15.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Repsublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi 16.02.2021-ci il tarixdə cəza təyin edilməsi üçün məhkəməyə göndərilibdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Repsublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, etdiyi oğurluq əməlindən nəticə çıxarmayaraq təkrar tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində Bərdə rayonu Divanlı kəndi ərazisində “Təhsil Şöbəsi”nin qarşısında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkə pəncərədən qanunsuz daxil olub, köşkdə vitrindən 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 18 qutu “Kent 1” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 qutu “Kent 4” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 16 qutu “Kent mentol” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 10 qutu “Vinston” (compakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 8 qutu “Vinston” (mentol) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, süyürmədən 300 manat nağd pulu, masanın üzərindən 350 manat dəyrərində 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 70 manat dəyərində 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1645 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, etdiyi oğurluq əməlindən nəticə çıxarmayaraq təkrar tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində Bərdə rayonu Divanlı kəndi ərazisində “Təhsil Şöbəsi”nin qarşısında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkə pəncərədən qanunsuz daxil olub, köşkdə vitrindən 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 18 qutu “Kent 1” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 qutu “Kent 4” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 8” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 10 qutu “Kent 4” markalı (qalın) siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 16 qutu “Kent mentol” markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 15 qutu “Kent compakt” (göy) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 20 qutu “Vinston” (nazik,boz) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 10 qutu “Vinston” (compakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 15 qutu “Vinston” (nazik,ağ xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 9 qutu “Vinston” (compakt, göy xətt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 20 qəpik olan 8 qutu “Vinston” (mentol) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 8 qutu “Sobranie” (qalın,qara) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 9 qutu “Sobranie” (ağ,qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 13 qutu “Sobranie” (ağ kompakt) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 10 qutu “Sobranie” (göy qalın) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 18 qutu “Sobranie” (ağ,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (qara,nazik) markalı siqaret, 1 ədədinin dəyəri 3 manat 70 qəpik olan 20 qutu “Sobranie” (göy,nazik) markalı siqareti, süyürmədən 300 manat nağd pulu, masanın üzərindən 350 manat dəyrərində 1 ədəd “HP” markalı notebook tipli kompüteri, 70 manat dəyərində 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1645 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Həmçinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun təqsirləndirildikləri CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməli törətmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, zərəri ödəməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, zərəri ödəməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hər iki təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs2 оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 14.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.03.2015-ci il tаrixli hökmü ilə Аzərbаycаn Respublikаsı CM-nin 234.4.1 və 234.4.2-ci mаddələri ilə 05 il 6 аy аzаdlıqdаn məhrum edilmiş, 31.07.2019-cu il tаrixdə cəzаsının sоnu ilə аzаd edilmiş, Azərbaycan Repsublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi 19.12.2020-ci il tarixdə cəza təyin edilməsi üçün məhkəməyə göndərilibdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Repsublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il 06(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi əməl ağır cinayət olduğundan və CMin 83-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə onuda qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq, 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-in 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 оğluna Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 оğlu Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə 19.03.2021-ci il tarixdən həbsdədir. Cəzaçəkmə müddətinin əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 15.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Repsublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi 16.02.2021-ci il tarixdə cəza təyin edilməsi üçün məhkəməyə göndərilibdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Repsublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-in 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 оğlu Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə 29.03.2021-ci il tarixdən həbsdədir. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və 1 ədəd “HP” markalı notebook tipli kompüter, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 оğlunun Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə 19.03.2021-ci il tarixdən həbsdə olması nəzərə alnsın. Cəzaçəkmə müddətinin əvvəli 19 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 25.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə 29.03.2021-ci il tarixdən həbsdə olması nəzərə alnsın. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və 1 ədəd “HP” markalı notebook tipli kompüter, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kamerasının yaddaş aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar