Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-113/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Bənövşələr qəsəbəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 02 may 2022-ci il tarixdə saat 08 radələrində Ağdam rayon Bənövşələr qəsəbəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində Cahangir adlı şəxsə məxsus çayxanada Bərdə şəhəri Qarabağ küçəsi ev 105-də yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə dava-dalaşa çevrilmiş və dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə başı ilə bir dəfə qəsdən vuraraq sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya dair xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayon Bənövşələr qəsəbəsi ev 6 yaşayır, ailəlidir, üç övladı vardır. Gündəlik olaraq fəhləlik etməklə ailəsini dolandırır. Bir neçə ildir ki, Bərdə şəhər sakini Kərim adlı şəxsi tanıyır onunla normal dostluq münasibəti vardır. 02 may 2022-ci il tarixdə səhər saatlarında O, Bərdə şəhərinə gəlmiş, dostu Sabir ona zəng etmiş ki, görüşüb cay içək. O, Sabirin dəvəti ilə Bərdə şəhəri Bakı küçəsində yerləşən Cahangir adlı şəxsin cayxanasına getmişdir. O, cayxanaya catanda görmüş ki, Sabir tək oturub cay içir oda Sabirlə əyləşib cay içməyə başlamışdır. Bir qədər saonra 02 may 2022-ci il tarixdə saat 08 radələrində həmin cayxanaya tanışı Kərim gəlmişdir. Kərimdə gəlib kənar stolda əyləşmiş, həmin vaxt Kərim ona demiş ki, mənim 100 manat pulumu ver. O, isə Kərimə demiş ki, sən mənə pul verməmisən ki, məndəndə pul istəyən. Bu barədə deyə bilər ki, bir ay əvvəl Sabir ona borc olaraq 100 manat pul vermişdir. Kərim isə ondan tələb etmiş ki, O, həmin 100 manat pulu ona versin. Bu səbəbdən aralarında mübahisə yaranır, mübahisə zamanı Kərim ona ağır söyüş söymüş və üstümə gəlmişdir. Bu zaman O, əli ilə Kərimin paltarından tutaraq başı ilə qəsdən onun sol qaş nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Sabir və Cahangir Kərimlə onu sakitləşdirmiş, O, isə dərhal oradan cıxıb tanımadığı taksiyə əyləşib getmişdir. O, Kərimi qəsdən vurduğu üçün özünü təqsirli bilir və peşimandır. Həmin hadisə 02 may 2022-ci il tarixdə saat 08 radələrində Bərdə şəhəri Bakı küçəsində Cahangir adlı şəxsə məxsus cayxanada baş vermişdir. Zərərçəkmiş şəxs onu döyməmiş ona heç bir xəsarət yetirməmişdir. Həmin dava-dalaş zamanı O, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə başı ilə qəsdən bir zərbə vurmuşdur. Həmin vaxtı yaranmış münaqişə və dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin dava dalaş səhər saatlarında olduğu üçün cayxanaya kənar şəxslər gəlməmişdir. Cayxanda oranın sahibi Cahangir, O, Sabir və Kərimdən başqa heç kəs yox olmamışdır. Həmin dava-dalaş zamanı cayxananın əmlakına heç bir maddi ziyan dəyməmişdir. O, orada söyüş işlətməmiş ancaq Kərim onun ünvanına söyüş söymüş elə bu səbəbdəndə O, Kərimin sol qaş nahiyəsinə başı ilə qəsdən bir zərbə vurmuşdur. Onun Zərərçəkmiş şəxs heç bir şikayət və tələbim yoxdur. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Qarabağ küçəsi ev 105-də ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq özünə məxsus avtomobil ilə taksilik etməklə dolanır. 02 may 2022-ci il tarixdə səhər saatlarında Bərdə şəhəri Bakı küçəsində Lukoil yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən Cahangir adlı şəxsə məxsus cayxanaya getmiş, həmin cayxanaya daxil olub cay sifariş etmişdir. Bu zaman cayxanada ondan başqa tanışı Amil və onun yanında oturan tanımadığı şəxs olmuşdur. Amil və yanında olan digər tanımadığı şəxs onun əyləşdiyi stola yan tərəfdə olan digər stolda əyləşmişdir. Qeyd edə bilər ki, təxminən bir ay əvvəl Amil ondan 100 manat borc pul almışdır. Bir qədər sonra O, Amilə demiş ki, mənə borclu olduğun 100 manat pulu niyə vermirsən? Amil isə ona demiş ki, ağlın var idi verməzdin mən sənin pulunu vermirəm. Bu zaman Amillə onun arasında mübahisə yanır, Amil oturduğu stoldan durub onun tək əyləşdiyi stola yaxınlaşmış, əvvəlcə ona yumruq atmış lakin həmin yumruq ona dəyməmiş, bu zaman O, ayağa qalmış, həmin an Amil əlləri ilə onun əynində olan paltarın yaxasından turaraq qəsdən başı ilə onun sol qaş nahiyəsinə güçlü zərbə vurmuşdur. Zərbə nəticəsində onun qaş nahiyəsində yara əmələ gəlmiş, güclü qan axmağa başlamışdır. Həmin vaxt icəriyə daxil olan Cahangir adlı cayxana sahibi isə Amili sakitləşdirib onu cayxanadan cıxarıb, öz evinə yola salmışdır. O, isə qaş nahiyəsindən qan axa-axa öz evinə getmişdir. O, iki gün gözləmiş ki, Amil onu döydüyü üçün peşiman olub onun evinə gəlib ondan üzr istəyəçək. Amil ondan üzr istəmədiyi üçün o, 04 may 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə gələrək Amildən şikayət etmişdir. Əsas şikayət və tələbi ondan ibarətdir ki, Amil onu qəsdən döyərək ona xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunsun. Həmin hadisə 02 may 2022-ci il tarixdə saat 08 radələrində Bərdə şəhəri Bakı küçəsində Cahangir adlı şəxsə məxsus cayxanada olmuşdur. O, Təqsirləndirilən şəxs Nizami oğlunu vurmamış ona hər hansı bir xəsarət yetirməmişdir. Həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs Nizami oğlu başı ilə onun sol qaş nahiyəsinə qəsdən bir zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt yaranmış münaqişə və dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə səhər saatlarında olduğu üçün cayxanaya başqa şəxslər gəlməmişdir. Hadisə zamanı orada Amilin yanında olan tanımadığı şəxs və cayxana sahibi Cahangir olmuşdur. Orada söyüş ifadəsi işlədilməmişdir. Sadəcə olaraq sözlə mübahisə etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığından Zərərçəkmiş şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Sadələşdirilmiş icraat zamanı ifadəsi alınmış Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon Güloğlular kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Ağdam rayon sakini Təqsirləndirilən şəxs Nizami oğlunu bir neçə ildir ki, tanıyır onunla normal dostluq münasibəti vardır. Bir ay əvvəl O, Amilə 100 mant borc pul vermiş həmin pulun isə Zərərçəkmiş şəxs heç bir adiyatı yoxdur. 02 may 2022-ci il tarixdə səhər saatlarında Amil ona zəng edib Bərdə şəhərində olduğunu demiş, O, isə onu caya dəvət etmişdir. Onlar Bərdə şəhəri Bakı küçəsində Cahangir adlı şəxsin cayxanasında əyləşib Amillə birlikdə cay içirmişlər. Səhər tezdən olduğu üçün cayxanda heç kəs yox olmamışdır. Bu zaman Cayxanaya əvvəllər tanıdığı Kərim adlı şəxs gəlmiş, Kərim başqa stolda əyləşmişdir. Bir az sonra Kərim Amillə mübahisə etmişdir. Bir zaman görmüş ki, Kərim Amilin ünvanına nalayiq söyüş ifadəsi işlətdi. Bu səbəbdən Kərimlə Amil arasında dava düşmüş, dava zamanı Amil bir dəfə başı ilə qəsdən Kərimin sol qaş nahiyəsinə vurmuş, bu zaman Kərimin qaşından qan axmağa başlamışdır. O, isə hər iki şəxsi sakitlədirmiş, Amil isə dərhal tanımadığı taksiyə əyləşib oradan uzaqlaşdı. Həmin hadisə 02 may 2022-ci il tarixdə saat 08 radələrində Bərdə şəhəri Bakı küçəsində Cahangir adlı şəxsə məxsus cayxanada baş vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun sol qaş nahiyəsinə bir dəfə başı ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yaranmış münaqişə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə səhər satlarında olduğu üçün cayxanda kənar şəxslər olmamışdır. Hadisə zamanı cayxanda O, Amil Kərim və cayxana sahibi Cəhangir olmuşdur. Sadələşdirilmiş icraat zamanı ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri Gənçə küçəsi ev 37-də yaşayır. Uzun illərdir ki, Bərdə şəhərində müxtəlif yerlərdə cayxana işlətmiş, hazırda Bərdə şəhəri Bakı küçəsində cayxana işlədir. O, yol kənarında obyek işlətiyi üçün səhərlər cayxananı tez acır. Təqsirləndirilən şəxs Nizami oğlunu , Şahid1 və Zərərçəkmiş şəxs onun işlətdiyi cayxanaya müştəri qismində gələn şəxslər kimi tanıyır. 02 may 2022-ci il tarixdə saat 07:50 radələrində O, cayxananı təzə acan vaxt onun cayxanasına birinci olaraq Təqsirləndirilən şəxs Nizami oğlu və Şahid1 gəlib cay istəmişlər O, həmin şəxslərə cay vermiş, Bir qədər sonra cayxanaya Zərərçəkmiş şəxs gəlib ona salam verib çayxanaya daxil olmuşdur. Bir qədər sonra görmüş ki, çayxanda mübahisə var O, içəri daxil olanda görmüş ki, Sabir Amil və Kərimi sakitləşdirir. O, isə onların hər ikisini sakitləşdirib əvvəlcə Amili taksiyə oturdub öz evinə yola salmış, bu zaman görmüş ki, Kərim əl üz yuyulan yerdə üzünü yuyur .O, nə baş verdiyini soruşanda Kərim ona demiş ki, Amil başı ilə qəsdən onun qaş nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Budan sonra Samirlə Kərimdə birlikdə cayxananı tərk edib getmişlər. Həmin hadisə 02 may 2022-ci il tarixdə saat 08 radələrində Bərdə şəhəri Bakı küçəsində ona məxsus cayxanada baş vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunu vurmasının bir başa şahidi olmasada ancaq həmin vaxt ona məlum olur ki, Amil başı ilə qəsdən Kərimin sol qaş nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Həmin vaxtı yaranmış münaqişə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə səhər satlarında olduğu üçün cayxanda kənar şəxslər olnmamışdır. Hadisə zamanı cayxanda O, Amil Kərim və Sabir olmuşdur. Həmin hadisə ilə əlaqədar şikayət və tələbiniz yoxdur. Cayxanaya məxsus əmlaka maddi ziyan dəyməmişdir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 04 may 2022-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 02 may 2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar arasında ziddiyətlər olduğundan həmin şəxslər arasında üzləşdirmə keçirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdam RİHB-nın Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs ailə tərkibi haqqında arayışla müəyyən olunmuşdur ki, o həyat yoldaşı və üç azyaşlı övladı ilə birlikdə Ağdam rayon Bənövşələr qəsəbəsində ev 6-da yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdam RİHB-nın Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Bənövşələr qəsəbəsində ev 6-da yaşayır, xeyir-şər məclislərində iştirak etmişdir, ictimai və mədəni tədbirlərin fəal iştirakçısı olmuş və bu günə qədər icra nümayəndəliyinə əhali tərəfindən yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 306.1 maddəsilə olan cinayət işinə Ağdam Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə xitam verilmişdir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi və 3 azyaşlı uşağının olmasıdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-113/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-113/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver