Məhkəmə qərarları › İş №1(021)-113/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-113/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-113/2023 14.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1987-ci ildə Bərdə rayonu, Gərənə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 110 qram, 150 qram, 145 qram, ümumi çəkisi 405 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 17:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Cəyirli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 18:05 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ içəri hissəsindən 1(bir) ədəd üzərinə “Qarabağ Azərbaycandır” sözləri yazılmış göy rəngli sellofan torbadakı 3(üç) ədəd, üzərləri yapışqan lentlə bağlanmış qara sellofan bükümlərdə satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 110 qram, 150 qram, 145 qram, ümumi çəkisi 405 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlа dа, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Gərənə kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır. Evlidir, himayəsində 02 (iki) azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq ev təmiri ustası işləyir. Təxminən 5 ilə yaxındır ki, narkotik vasitə hesab edilən marixuana istifadə edir. Bu səbəbdən də o, mütəmadi olaraq həmin narkotik vasitəni üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşından 400 (dörd yüz) manata ümumilikdə 3 (üç) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Həmin narkotik vasitəni yaşadığı kəndin ərazisində gizlətmişdir ki, ehtiyacı olduqca götürüb istifadə etsin. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində həmin kütlələri gizlətdiyi yerdən götürərək üzərində saxlamış və Bərdə rayonu, Cəyirli kəndinə getmişdir. Orada o, münasib yer taparaq həmin narkotik vasitələri gizlətmək istəmiş, lakin həmin vaxtı polis əməkdaşları onu orada saxlayaraq qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğunu bildirərək, polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra könüllü olaraq müdafiəçi, yəni vəkil seçmək hüququnun olduğunu ona bildirmişlər, həmin vaxt Bərdə rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan Müdafiəçi tanıdığından Müdafiəçi ona müdafiəçi təyin olunmasını xahiş etmişdir. Bundan sonra Müdafiəçi Bərdə rayon polis şöbəsinə gəlmiş və ona vəkillik etməyə icazə verilmişdir. Bundan sonra polis şöbəsində müdafiəçinin və digər şəxslərin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan özünə məxsus 3 bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özü könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitələri şəxsi axtarış zamanı könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra üzərindən aşkar edilmiş özünə məxsus 02 (iki) ədəd mobil telefon və üzərindən aşkar edilmiş pul qablaşdırılaraq istintaq zərurəti ilə əlaqədar götürülmüşdür. Üzərində saxladığı narkotik vasitələri şəxsi istifadəsindən ötrü saxlamış və mütəmadi olaraq istifadə etmişdir, narkotik vasitələri kiməsə satmaq niyyəti olmamışdır. Həmçinin həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. Bərdə rayonu, Cəyirli kəndi ərazisində saxlanıldığı zaman, polis əməkdaşlarını görüb qaçmaq istəmiş, lakin həmin vaxt yerə yıxıldığından xəsarət almışdır. Məhkəmədən əməlindən peşman olmasını və himayəsində 02 (iki) övladının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 21 fevral 2023-cü il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 17 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Bərdə rayonu, Cəyirli kəndi ərazisində saxlanılaraq Bərdə RPŞnə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması, vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin qarşısını açaraq sağ içəri hissəsindən göy rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli siqaret qutusunu, sağ yan cibindən 01 (bir) ədəd qara rəngli mobil telefonu, sol yan cibindən 01 (bir) ədəd qara rəngli mobil telefonu və sol içəri yan cibindən pul əskinaslarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri onun tərəfindən axtarılmış, lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərinə “Qarabağ Azərbaycandır” sözləri yazılmış, göy rəngli sellofana baxış keçirilmişdir. Həmin sellofan torbada 03 (üç) bükümdə qara rəngli sellofana bükülərək üzəri şəffaf rəngli yapışdırıcı ilə bərkidilmiş formada kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin narkotik vasitə olduğunu və İran vətəndaşından 400 (dörd yüz) manata aldığını, lakin şəxsi istifadəsindən ötrü üzərində saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış keçirilmişdir. Həmin bükülülərdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişidir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı həmin qutunun içərisində 01 (bir) ədəd siqaretin içərisinə yığılı formada şabalıdı rəngli kütlə aşkar edilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs həmin siqaretin içərisində marixuana olduğunu qeyd etmişdir. X8 tərəfindən həmin siqaret elektron tərəzi ilə çəkildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd mobil telefona baxış keçirilmişdir. Lakin, həmin mobil telefonların sönülü vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları sayılan zaman cəmi 232 (iki yüz otuz iki) manat olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr təhqiqatçı tərəfindən 01 (bir) ədəd ağ rəngli zərfə qoyularaq zərfin üzərində zəruri qeydlər aparılmaqla həmin zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 02 (iki) ədəd qara rəngli mobil telefonlar istintaq zərurəti ilə əlaqədar olaraq 01 ədəd ağ rəngli zərfə qoyulub, DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 232 (iki yüz otuz iki) manat pul əskinası istintaq zərurəti ilə əlaqədar olaraq 01 (bir) ədəd ağ rəngli zərfə qoyulub, DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs sol təpə nahiyyəsində qançır olduğu müşahidə edildiyindən təhqiqatçı tərəfindən, Təqsirləndirilən şəxs həmin xəsarəti hansı şəraitdə alması barədə sorğu edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sol təpə nahiyyəsində müşahidə edilən xəsarəti polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçarkən yıxılaraq aldığını, lakin polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında digər Şahid4 üzürlü səbəbdən iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə ailə qurmuş və həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həyat yoldaşı Ruslan ev təmiri ustası olduğundan həmin işlə məşğul olur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. 21 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən ona həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması səbəbilə şübhəli şəxs qismində tutulması barədə məlumat verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 22 fevral 2023-cü il tarixli 16/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 3(üç) ədəd, üzərləri yapışqan lentlə bağlanmış qara sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 110 qram, 150 qram, 145 qram ümumi çəkisi 405 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyndirlər. Həmin kağız paketdəki 1(bir) ədəd VİCEROY markalı siqaret qutusunda olan 1(bir) ədəd termiki təsirə məruz qalmış «kazbek» dənəsində təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə yalnız tütündən ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizası haqqında 22 fevral 2023-cü il tarixli 124 nömrəli ekspert rəyindən görünür ki, rəyin nəticə hissəsinə əsasən vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərtəpə nahiyəsinin sıyrığı, sol gözyuvasıaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təpə nahiyəsinin sıyrığı yıxılma nəticəsində törənə bilər və həmin xəsarətlər birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Törənmə müddətləri: a) təpə nahiyəsinin sıyrığı qərarda göstərilən tarixə-yəni xx.xx.2023cü ilə uyğun gəlir, b) sol gözyuvasıaltı nahiyənin qançırı isə müayinədən 4-5 gün əvvələ uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli, 530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ayrı-ayrılıqda ümumi çəkiləri 123,51 qram, 166,97 qram və 159,40 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 27 dəqiqə 07 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən götürülmüş ayrı-ayrılıqda ümumi çəkiləri 123,51 qram, 166,97 qram və 159,40 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 211, 257 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində və Bərdə şəhər Polikliasının narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 393 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Gərənə kəndində arvadı xx.xx.1988-ci il təvəllüdlü Şahid4, övladları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına Bərdə rayon Polis şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Bərdə rayonu, Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir və məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan mobil nömrədən edilmiş zənglər və sms siyahısı, SMS mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatı özündə əks etdirən 01 ədəd CD disk və həmin diskə baxış keçirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olan GSM nömrələrinə daxil olan və çıxan zənglər və SMSlər, zəng edən abonentlərə dair məlumatlar öz əksini tapmış və diskə müstəntiq tərəfindən baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, ibtidai istintaq dövründə iş materiallarına əlavə edilməsinə, lakin ittiham aktında və sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınmamasına baxmayaraq iş üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmə 01 ədəd CD diski də maddi sübut qismində tanımışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 404,94 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 25 aprel 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Bərdə rayonu, Gərənə kəndində doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş AZE№******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid4 xx.xx.1988-ci ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Nikah və X1 surətindən görünür ki, Muradov X2 Fidan Nazim qızı ilə 09 aprel 2009-cu ildə rəsmi nikah bağlamışdır və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 3 bükümdə ümumi təmiz çəkisi 405 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir və təqsirləndirilən şəxs məhkəmədə bəzi hallarda narkotik maddələrdən istifadə etdiyini qeyd etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən narkotik vasitələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 3 bükümdə ümumi təmiz çəkisi 405 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, ailəli və 2 övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 21 fevral 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən olunur ki, 21 fevral 2023-cü il tarixdə saat 17:45 dəqiqədə Təqsirləndirilən şəxs, Bərdə rayon PŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)- 39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 fevral 2023cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbirinin seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hökmün elan olunduğu tarix olan xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 404,94 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 1(bir) ədəd DVD disk və mobil telefon danışıqlarını, SMS yazışmaları və mətnlərini, anten dairəsinə dar məlumatları özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Gərənə kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 404,94 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və mobil telefon danışıqlarını, SMS yazışmaları və mətnlərini, anten dairəsinə dar məlumatları özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar