Məhkəmə qərarları › İş №1(021)-114/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-114/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-114/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mollagüllər kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mollagüllər kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 20 may 2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayonu Mollagüllər kəndində həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan ağacla Zərərçəkmiş şəxs alın nahiyəsinə, sol gözyuvasıüstünə, sol bazu, sol said, sol sağrı nahiyələrindən qəsdən bir necə dəfə vuraraq sonuncuya alın nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıüstü, sol bazu, sol said, sol sağrı nahiyələrinin qancırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Mollagüllər kəndində yaşayır, ailədə 7 uşaq olmuşlar. Ata evində o, yaşayır, digər bacı qardaşları isə kəndin kənarında özlərinə ev tikib yaşayırlar. Ailəlidir iki övladı var. Ailəsini dolandırmaq üçün fərdi təsərrüfatında mal-qara saxlayır. O, qardaşları Rəfael və Mikayıl ilə birlikdə heyvanlarını kəndin kənarında olan otlaq sahəsində otarmışdır. Həmin heyvanları otarmaq üçün “tok coban”-dan istifadə etmişdir. 2021-ci ilin qış aylarında həmin “tok coban”-nın təmirə ehtiyacı olub, həmin aparatı təmir etdirmiş və 40 manat xərçi cıxmışdır. Bundan sonra o, qardaşlarına demiş ki, hər biriniz 12 manat verin qalan xərc mənlikdir. Bir aydır ki, o, Rəfael və onun həyat yoldaşı Lamiyyədən pulu istəsədə onlar həmin pulu verməkdən yayınmışlar. Sonuncu dəfə 20 may 2021-ci il tarixdə saat 18 radələrində o, qardaşı Rəfaeldən yenə pulu istəmişdir. Qardaşı isə öz evinə getmiş, bir qədər sonra o, qardaşının darvazasının qarşısından keçib mağazaya getmək istəyən zaman saat 19 radələrində Lamiyyə ilə rastlaşmışdır. Bu zaman Lamiyyə təhqiramiz formada 10 manat pulu ona doğru yerə atmış və onun dünyasını dəyişmiş ata və anasına söymüşdür. Bu zaman o, əsəbləşib əlində olan ağacla əsəbi şəkildə bir neçə dəfə Lamiyyəni vurmuşdur. Bu zaman Lamiyə cığıraraq ağlamağa başlamışdır. O, isə Lamiyyəni vurduğuna görə peşman olub evinə qayıtmışdır. Qardaşı Rəfaelin həyat yoldaşı Zərərçəkmiş şəxs 20 may 2021-ci il tarixdə saat 19 radələrində əlində olan ağacla döydüyünə görə özünü təqsirli bilir və peşimandır. Hadisə 20 may 2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon Mollagüllər kəndində qardaşı Rəfaelin yaşadığı fərdi yaşayış evinin qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs onu döyməyib sadəcə olaraq o, əlində olan ağacla Lamiyyəyə bir neçə zərbə vurmuşdur. Həmin dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs alın, sol qol, sol bilək hissələrinə əlində olan ağacla bir neçə zərbə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ucadan cığıraraq ağlamağa başlamışdır. Yaranmış münaqişə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin hadisə qardaşının yaşadığı evin həyətində olduğu üçün onun Zərərçəkmiş şəxs döyməyini kənar şəxslər görməmişdir. O, orada söyüş işlətməmiş ancaq Lamiyyə onun vəfat etmiş ata və anasına söyüş söymüşdür elə bu səbəbdəndə o, Lamiyyəni ağacla döymüşdür. Onun Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs döydüyü üçün özünü təqsirli bilir. Zərərçəkmiş şəxs döyən zaman istifadə etdiyi ağacı hara atdığını xatırlamamışdır. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızı barışdıqları üçün icraata xitam verilməsini və baxış iclasnın onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 21 may 2021-ci il tarixli 401 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər –alın nahiyəsinin əzilmiş yarası, sol gözyuvasıüstü, sol bazu, sol said, sol sağrı nahiyələrinin qancırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 20 may 2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Bərdə rayon Mollagüllər kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Mollagüllər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mollagüllər kəndində yaşayır və kənddə bilik və bacarığı ilə fərqlənir, xeyir-şər məclislərində iştirak etmişdir və bu günə qədər Mollagüllər kənd icra nümayəndəliyinə əhali tərəifdən yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlu barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar