Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-114/2023 24.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram, 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Bərdə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri E.Əsədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada saat 21:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq qəhvəyi rəngli qolsuz dəri gödəkçənin sağ yan cibindən 1(bir) ədəd göy rəngli boz yazılarla “Winchester” adlı siqaret qutusundakı 1(bir) ədəd gümüşü kağız bükümdə, 1(bir) ədəd mavi sellofan bükümdə, 1(bir) ədəd şəffaf sellofan bükümdə, 3(üç) ədəd kağız bükümdə və 1(bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram və 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Cəyirli kəndində yaşayır. Evlidir, lakn övladı yoxdur. Rəsmi olaraq heç bir yerdə işləməsədə fərdi əməklə məşğul olur. O, təxminən 1 (bir) ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, Bərdə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, lakin 5 (beş) ay olark ki, avtomobilində nasazlıq yarandığından hazırda fəaliyyət göstərmir. 20 fevral 2023-cü il tarixdə, saat 18 radələrində o, şəxsi işləri ilə bağlı Yevlax rayonuna getmişdir. Yevlax rayon mərkəzində yol kənarında dayanan bir nəfər şəxs görmüş və həmin şəxsin bədən quruluşundan, hərəkətlərindən narkotik istifadəçisi olduğunu his etdiyindən həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. Həmin şəxs əvvəllcə ondan ehtiyyat etsə də lakin o, cibində olan pulu həmin şəxsə göstərərək pulunun olduğunu, ona narkotik vasitə və ya psixotrop maddə təşkil etməsini xahiş etmişdir. Həmin şəxsin adını soruşmasa da “əmioğlu” deyərək müraciət etmişdir. Söhbət etdiyi həmin şəxs ondan 75 (yetmiş beş) manat pul aldıqdan sonra onun yanından uzaqlaşdıqdan təxminən 10-15 dəqiqə sonra geri qayıdaraq cibindən ümumilikdə 7(yeddi) ədəd bükümləri çıxardıb “şüşə və kakos” olduğunu bildirib bükümləri ona vermişdir. O, almış olduğu həmin narkotik vasitələri götürərək oradan həmin gün saat 19 radələrində tanımadığı taksi vasitəsi ilə yaşadığı Bərdə rayonu, Cəyirli kəndinə geri qayıtmışdır. 21 fevral 2023-cü il tarixdə, saat 20:30 radələrində üzərində saxladığı narkotik vasitələr ilə birlikdə Bərdə şəhəri, E.Əsədov küçəsinə getmişdir. Mağazadan siqaret alıb çıxdığı zaman yolun kənarında dayanmış vəziyyətdə olan iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra polis əməkdaşları onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitənin üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirərək birlikdə Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra birlikdə polis şöbəsinə gəldikdən sonra şöbənin inzibati binasında polis əməkdaşı tərəfindən onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı izah edilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş və müdafiəçi seçdikdən sonra müdafiəçi polis şöbəsinə dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən o, üzərində saxladığı 1 (bir) ədəd siqaret qutusunun içərisində saxladığı həmin ümumilikdə 7(yeddi) ədəd narkotik və psixotrop maddə olan bükümləri təqdim etmişdir. Həmin bükümlərdən 4 (dörd) ədədi metamfetaminə bəznər olan maddəllər elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,60 qram olduğu, digər 3 (üç) ədəd bükümün narkotik vasitə hesab edilən heroinə bənzər bükümlər isə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,51 qram olduğu müəyyən edilmişdir. O, üzərində saxladığı narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin həmin narkotik vasitələri kiməsə satmaq niyyəti olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə hesab edilən kütlələri şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin satmaq fikri olmamışdır. Eyni zaman da həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, şübhəli şəxs qismində saxlanılıb polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı bir mənəvi və ya fiziki zor tətbiq edilməmişdir. Ona görə də məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 21 fevral 2023cü il tarixdə Bərdə rayon X7 rayonu, Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 20 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Bərdə şəhəri, E.Əsədov küçəsində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması və vardırsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan açıq qəhvəyi rəngli qolsuz dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd göy rəngli boz yazılarla «Winchester» yazılı siqaret qutusu və 01 (bir) ədəd qara rəngli «NOKİA» markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyaraq siqaret qutusunun içərisindən ümumilikdə 7(yeddi) ədəd bükümləri çıxarıb təqdim edərək bükümlərin içərisində narkotik vasitə və psixotrop maddə olan heroin və metamfetamin olduğunu demişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzəri dəqiqliklə yoxlanılmış lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 7 (yeddi) ədəd kağız və sellofan bükümlərə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlənin və psixotrop maddə olan metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Həmin 7 (yeddi) ədəd bükümlərdən 4 (dörd) ədədinin içərisində olan psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilmişdir. Həmin 4 (dörd) ədəd bükümlər 01 (bir) ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərf təhqiqatçı Orxan Nəbiyev tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Digər qalıq 3 (üç) ədəd bükümlərdən 01 (bir) ədəd kağız kəsiyində və 02 (iki) ədəd sellofan kəsiyində olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin 03 (üç) ədəd narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr 01(bir) ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə hesab edilən heroin və metamfetamin bükümlərini xx.xx.2023-cü il tarixdə Yevlax rayonunda tanımadığı şəxsdən 75 (yetmiş beş) manata aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Oğlu Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmuşdur. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmayıbdır. 21 fevral 2023-cü il tarixdə, təxminən saat 21 radələrində Bərdə rayon Polis şöbəsindən oğlu Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması səbəbilə tutulması barədə məlumat vermişlər. O, həmin gün bilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi səbəbilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 22 fevral 2023-cü il tarixli 16/252 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü kağız bükümdə, 1(bir) ədəd mavi sellofan bükümdə, 1(bir) ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 3(üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram (1№ob), 0,089 qram (2№-li ob) və 0,108 qram (3№-li ob) ümumi təmiz çəkisi 0,315 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə haroindirlər, 2 və 3№-li obyektlər kimyəvi tərkiblərinə görə eyi olub, 1№-li obyekt ilə kimyəvi tərkiblərinə görə eyni deyildirlər. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm» yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd kağız bükümdə və 1(bir) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ümumi çəkiləri 0,60 qram narkotik vasitə hesab edilən metamfetaminə bənzər kütlə, 0,51 qram narkotik vasitə hesab edlən heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 47 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən ümumi çəkiləri 0,60 qram narkotik vasitə hesab edilən metamfetaminə bənzər kütlə, 0,51 qram narkotik vasitə hesab edlən heroinə bənzər kütlələr aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 458 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Cəyirli kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin verdiyi 22 aprel 2023-cü il tarixli cavabdan görünür ki, Bərdə rayonu, Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 06 sentyabr 2019-cu il tarixdə isə cəza müddəti başa çatmışdır. 25 aprel 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş hesab edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,255 qram narkotik vasitə heroin və 0,271 qram olan narkotik vasitə metamfetamin şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 25 aprel 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram, 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ayrıayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri E.Əsədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 21:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq qəhvəyi rəngli qolsuz dəri gödəkçənin sağ yan cibindən 1(bir) ədəd göy rəngli boz yazılarla “Winchester” adlı siqaret qutusundakı 1(bir) ədəd gümüşü kağız bükümdə, 1(bir) ədəd mavi sellofan bükümdə, 1(bir) ədəd şəffaf sellofan bükümdə, 3(üç) ədəd kağız bükümdə və 1(bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram və 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram, 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ayrıayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri E.Əsədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 21:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq qəhvəyi rəngli qolsuz dəri gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd göy rəngli boz yazılarla “Winchester” adlı siqaret qutusundakı 1(bir) ədəd gümüşü kağız bükümdə, 1(bir) ədəd mavi sellofan bükümdə, 1(bir) ədəd şəffaf sellofan bükümdə, 3(üç) ədəd kağız bükümdə və 1(bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,089 qram və 0,108 qram ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,023 qram, 0,021 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,255 qram narkotik vasitə heroin və 0,271 qram olan narkotik vasitə metamfetamin şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə mаddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,315 qram, ekspertiza tədqiqatından sonra qalıq 0, 255 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,311 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,271 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,315 qram, ekspertiza tədqiqatından sonra qalıq 0, 255 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,311 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,271 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-114/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-114/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver