Məhkəmə qərarları › İş №1(021)-114/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-114/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-114/2025 31.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şuşa rayonu Turşsu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şuşa rayonu Turşsu kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri Meşəçilik qəsəbəsində yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Meşəçilik qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində iribuynuzlu heyvanlarını otardığına görə özü və bacısı Şahid1 ilə aralarında əvvəlcədən ədavət olan qonşusu Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində yenə həmin yerdə iribuynuzlu heyvanlarını otarmasını görüb qeyd edilən tarixdə, vaxtda və yerdə Vaqif Qarayevlə əvvəlcə onun bacısı Şahid1, ardınca isə özünün arasında münasibətlər zəminində yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməsi mümkün olmamış ağac parçası ilə onun sifətinə zərbə vurduğuna görə həmin vaxt yerdən götürdüyü istintaqla müəyyən edilməsi mümkün olmayan digər ağac parçası ilə sonuncunun sol qolunun dirsək nahiyyəsinə qəsdən bir dəfə zərbə vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid edilən sol dirsək sümüyünün orta 1\3-nin yerini az dəyişmiş qəlpəli sınığı xəsarəti yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayır və fərdi əməklə məşğul olur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, sonuncu ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Əməlindən peşmandır. Ərizə verərək bildirir ki, barışmışlar, barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş maddi ziyan ödənildiyini əsas gətirərək icraata xitam verilməsini xahiş etdi. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 253 nömrəli rəyinə əsasən, X2 bədəni üzərində sol çiyin qurşağının arxa səthinin, sol saidin yuxarı 1\3nin arxa səthinin qançırları xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 252 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol almacıq sümüyünün alın şaxəsinin orta 1/3-də yerini dəyişməmiş sınığı, sol göz almasının bayır yarısında geniş ölçülü qansızma, sol alın-gicgah nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları xəsarətləridir ki, həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bərdə Rayon nümayəndəliyinin 10 iyun 2025-ci il tarixli, 1329 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonu Turşsu kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri Meşəçilik qəsəbəsində yaşayır. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 254 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sol dirsək sümüyünün orta 1/3-nin yerini az dəyişmiş qəlpəli sınığı xəsarətidir ki, həmin xəsarət xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinda olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bərdə Rayon nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşıb. Yaşadığı qəsəbənin sakinləri və qonşularla münasibəti normaldır, onların rəğbətini qazanıb. Qəsəbə sakinlərinin xeyir-şər məclislərində yaxından iştirak edir.Yaşıdları arasında tərbiyəli insan kimi xarakterizə olunur. Cinayət işinda olan Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsnın məhkumluğu olmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsnın hadisələrin təsadüfi axını zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi cəzanı yüngülləşdirən haldır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından və dəymiş ziyan tam ödənildiyindən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və dəymiş ziyan tam ödənildiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar