Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-115/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 16 07.1940-ci ildə Laçın rayonu Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Laçın rayonu Ərikli kəndində qeydiyyatda olub Bərdə rayonu Şatırlı kəndində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 10 radələrində Bərdə rayonu Şatırlı kəndində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin əzilmiş yarası xəsarətləri yetirmişdir və bununla da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Onun özünə məxsus əkin sahəsi vardır. O həmin sahədə yonca əkmişdir. Şahid2 onun oğludur. 30.04.2022-ci il tarixdə saat 10 radələrində Aftandil Bərdə rayonu Nazirli kəndində yaşayan Zaur adlı şəxsə zəng edərək ona məxsus sahəni biçməsini istəmişdir. Bundan sonra Zaur adlı şəxs idarə etdiyi traktorla ona məxsus əkin sahəsinə getmişdir və söhbət əsnasında Zaur adlı şəxs onun oğlu Aftandilə torpaq sahəsinin 60 sot olmadığını demişdir, həmin vaxt o Zaura sahənin 60 sot olduğunu bildirmişdir, bundan sonra aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Zaur adlı şəxs onu və oğlunu nalayiq sözləılə söyüb təhqir etmişdir, sonra isə Zaur adlı şəxs onun oğlu Aftandilin sinəsindən tutmuşdur və onu vurmaq istəmişdir, həmin vaxt o onları sakitləşdirmək istəmişdir, lakin bu zaman Zaur onu kənara itələmişdir və o hirslənərək əlində olan ağac parçası ilə Zaurun başına vuraraq onu döymüşdür və Zaur yerə yıxılmışdır, daha sonra Zaurun qardaşı Fəxri həmin yerə gəlmişdir və Zauru yerdən qaldırmışdır. Həmin vaxt o oğlu Aftandil ilə birlikdə sahədən getmişdir. Həmçinin bildirdi ki, etdiyi əməldən peşmandır, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 3 ildir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Onun özünə məxsus T-28 markalı traktoru vardır, o həmin traktorla əkin işləri ilə məşğuldur. Bərdə rayonu Şatırlı kəndində yaşayan İman adlı şəxsi tanıyır, onunla heçbir qəsdi-qərəzliliyi və düşmənçiliyi yoxdur. 30.04.2022cı il tarixdə saat 10 radələrində İman adlı şəxsin oğlu Aftandil adlı şəxs ona zəng edərək özünə məxsus Bərdə rayonu Şatırlı kəndi ərazisində əkin sahəsinin olduğunu və həmin sahəni traktorla biçməyi xahiş etmişdir və o, həmin sahəyə getdikdə İmanın oğlu Aftandil ona torpaq sahəsinin 60 sot olduğunu demişdir. Həmin vaxt o, Aftandilə sahənin 1 hektar olduğunu demiş və bu zaman aralarında sözlə mübahisə baş vermişdir və mübahisə zamanı o, İmanın oğlu Aftandil ilə yaxalaşmışdır. İman onlara yaxınlaşmış və o İmanı əli ilə itələyərək kənarda dayanmasını istəmişdir, bu zaman İman əlində olan ağac parçası ilə onun baş nahiyəsinə vuraraq onu döymüşdür. O, ağac zərbəsindən yerə yıxılaraq huşumu itirmişdir, sonradan qardaşı Fəxri həmin yerə getmişdir və onu yerdən qaldırmışdır. İman və Aftandil oradan uzaqlaşaraq getmişlər. Bundan sonra o özünə məxsus traktora əyləşərək öz yaşadığı evə getmişdir. Həmçinin hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 30.04.2022-ci il tarixli 263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər- beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin əzilmiş yarası - küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 30.04.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-cü vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan Bərdə rayon Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-115/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-115/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver