Məhkəmə qərarları › İş №1(021)-115/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-115/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-115/2024 20.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz əldə edərək üzərində saxlamış, 11 mart 2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 18:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 (bir) ədəd çəhrayı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, S.Vurğun küçəsində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir, arabir taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 2016ci il tarixdə X2 ilə ailə həyatı qurmuş və bu nikahdan 2018-ci il təvəllüdlü X4, 2020-ci il təvəllüdlü X7 olmuşdur. O, 2-3 aydır narkotik vasitə olan tiryəkdən istifadə edir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə şəhəri S. Vurğun küçəsində polislər onu saxlayaraq rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayonu vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. O, hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və müdafiəçi ilə ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onun üzərində şəxsi axtarış və götürmə həmin gün, yəni, xx.xx.2024-cü il tarixdə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və ondan etirazının olub olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. O, hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd çəhrayı sellofan kəsiyi bükümündə olan tiryəki stolun üzərinə qoyaraq narkotik olduğunu bildirmişdir. Bir ədəd bükümdə olan kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 12 qram olması müəyyən olunmuş və büküm prosses iştirakçılarının iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Həmçinin üzərindən aşkar edilmiş mobil telefon və 46 manat pul qablaşdırılaraq götürülmüşdür. Siqaret, alışqan və rezin dairə onun özünə geri qaytarılmışdır. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bərdə şəhərindən, dəmiryol vağzalında zibilliyin yanından tapmış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamış və özünü təqsirli bilimişdir. Bundan sonra onun üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı ekspert rəyini təqdim etmişlər və tiryəkin 11,660 qram olmasını ona bildirmişlər. Həmçinin o, qeyd etmişdir ki, üzərindən aşkar edilərək götürülmüş tiryəki xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bərdə şəhərindən, dəmiryol vağzalında zibilliyin yanından tapmış, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, hazırda narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmiş, vəkili Teymur İslamovdan başqa həmin halı kimsə də görməmişdir. Polislər onu saxlayanda o tək olmuş, yanında heç kəs olmamış və bunu da kənar şəxslərdən görən olmamışdır. O, 2-3 aydır ki, narkotik vasitədən istifadə edir, əvvəllərdə istifadə etdiyi narkotik vasitəni də yerdən tapmışdır. O narkotik vasitəni tək olaraq özü istifadə etmişdir. Onun istifadəsində “Samsung A24” markalı mobil telefon olmuş, həmin telefon üzərinə axtarış keçirilən zaman qablaşdırılaraq götürülmüşdür. Hazırda istifadəsində ***-***-**- ** saylı mobil nömrə var və həmin nömrə onun öz adınadır. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasistələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və o, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Ona görə də 11 mart 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. O, həmin məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra ondan, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş tədbirlər çərçivəsində adları çəkilən digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə şəhəri S.Vurğun küçəsinə getmişlər. 11 mart 2024-cü il tarixdə saat 18:10-da həmin yerə çatmışlar. Bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına etiraz etməmiş və onun və digər adları çəkilən polis əməkdaşları tərəfindən Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid2 tərəfindən video qeydə alınmışdır. X9 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli gödəkçənin sağ iç cibindən olan bir ədəd çəhrayı sellofan kəsiyi bükümündə olan maddəni stolun üzərinə qoyaraq “tiryək” olduğunu bildirmişdir. Bir ədəd bükümdə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 12 qram olması müəyyən olunmuş və torbacıq prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon və 46 manat pul prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu siqaret, iki ədəd alışqan və reyzin dairə iş üçün əhəmiyyət kəsb etnmədiyi üçün onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən axtarış keçirilmiş, lakin, hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektor-kriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilən xüsusatları tam təsdiq etmişdirlər. 11 mart 2024-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 18:55 dəqiqədən saat 19:06 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs ona hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmiş ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya yaxınlaşmış, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən olan bir ədəd çəhrayı sellofan kəsiyi bükümündə olan maddəni stolun üzərinə qoyaraq “tiryək” olduğunu bildirmişdir. Bir ədəd bükümdə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 12 qram olması müəyyən olunmuş və torbacıq prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon və 46 manat pul proses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu siqaret, iki ədəd alışqan və reyzin dairə iş üçün əhəmiyyət kəsb etnmədiyi üçün onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X12 tərəfindən baxış keçirilmiş, lakin, hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin video görüntü 10 dəqiqə 59 saniyə müddətdədir və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri X9 tərəfindən izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan qara rəngli gödəkçənin sağ iç cibindən olan bir ədəd çəhrayı sellofan kəsiyi bükümündə olan maddəni stolun üzərinə qoyaraq “tiryək” olduğunu bildirmişdir. Bir ədəd bükümdə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 12 qram olması müəyyən olunmuş və torbacıq prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon və 46 manat pul prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu siqaret, iki ədəd alışqan və reyzin dairə iş üçün əhəmiyyət kəsb etnmədiyi üçün onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X12 tərəfindən baxış keçirilmiş, lakin, hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını, əgər narkotik vasitə və ya psixotrop maddədirsə də növünü, təmiz çəkisini müəyyən etmək üçün Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən 11 mart 2024-cü il tarixdə qəbul edilmiş qərarla məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin ekspertlərinə həvalə edilmiş, Gəncə Regional bölmənin 12 mart 2024-cü il tarixli 16/339 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd çəhrayı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryəkin təmiz çəkisi 11,660 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-11,560 qram.Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikaının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenzya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs narkoman kimi xəstə olmasını, narkomaniyadan əzab çəkib-çəkməsini, məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə barəsində 18 mart 2024-cü il tarixdə qəbul edilmiş qərarla məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin ekspertlərinə həvalə edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 22 aprel 2024-cü il tarixli 681 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - tiryəki əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarı ilə Cinayət Məcəlləsinin 333,3 və 333,4 maddələri ilə 2 il şərti sınaq müddəti cəzası ilə məhkum edilmişdir. Cinayəti işi materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq cəza tətbiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 1252 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Spirtli içkilər içmir, nakotikaya meyillidir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd çəhrayı sellofan kəsiyi bükümündə təmiz çəkisi 11,660 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 11,560 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk tərəfimdən qəbul edilmiş 20 may 2024-cü il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış tiryək saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı bir dəlil irəli sürməmişdir. İş materiallarından görünür ki, 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarından görünür ki, 13 mart 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “polisin nəzrəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz əldə edərək üzərində saxlamış, 11 mart 2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 18:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 (bir) ədəd çəhrayı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz əldə edərək üzərində saxlamış, 11 mart 2024-cü il tarixdə saat 18:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, S.Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 18:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 (bir) ədəd çəhrayı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,660 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 11,66 qram olan narkotik vasitə - olan tiryək Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 11,66 qram olan narkotik vasitə - olan tiryək, ekspertiza tədqiqatından sonra qalıq 11,56 qram olan narkotik vasitə - olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 11 mart 2024-cü il tarixdən 13 mart 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri S.Vurğun küçəsi ev 5 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 11,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar