Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-116/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağdərə rayonu İman Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Tərtər rayonu Çardaxlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Qaradırnaq kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 12 may 2022-ci il tarixdə saat 21:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, qançırı, sağ bud, sağ ayaqarxası nahiyələrinin qançırı ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2009-cu ildə ailə həyatı qurmuşlar və birgə nigahdan 3 azyaşlı övladı vardır. Həyat yoldaşı Vüsalə ilə münasibəti daima yaxşı olmuşdur və aralarında heçbir mübahisə baş verməmişdir. 12 may 2022-ci il tarixdə gündüz saatlarında o yaşadığı evdən çıxarkən həyat yoldaşı Vüsalə ondan bazarlıq etməsini istəmişdir və o Vüsalənin dediyi ərzaqları alacağını bildirmişdir. Həmin gün axşam saatlarında o öz yaşadığı evə qayıdarkən yaşadığı kənddə yerləşən kafedə 2 bokal pivə içmişdir və bundan sonra həmin gün axşam saat 21 radələrində Vüsalənin dediyi ərzaqları alıb öz yaşadığı evə getmişdir. O evə getdikdə Vüsalə ona çörək almadığını demişdir və bu zaman o Vüsaləyə gedib çörək alaçağını bildirmişdir və həmin vaxt onlar arasında sözlə mübahisə baş vermişdir və mübahisə zamanı o hirslənərək Vüsalənin baş və alın nahiyəsinə yumruqla vuraraq onu döymüşdür və həmin vaxt Vüsalə yerə yıxılmışdır, bundan sonra o evdən həyətə çıxaraq orada oturmuşdur. Təxminən 5-10 dəqiqə sonra Vüsalənin valideynləri onlara getmiş və Vüsalə ilə azyaşlı uşaqlarını özləri ilə aparmışlar. O həyat yoldaşı Zərərçəkmiş şəxs döydüyünü səmimi etiraf etmiş və tutduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında və ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2009-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan 3 azyaşlı övladları vardır. Əvvəllər Vüsal ilə münasibətləri yaxşı olmuşdur və aralarında heçbir mübahisə baş verməmişdir, lakin son zamanlar Vüsal mütamadi olaraq spirtli içgi içməyə başlamışdır və buna görədə sərxoş vəziyyətdə yaşadıqları evdə mübahisələr yaratmışdır. 12.05.2022-ci il tarixdə gündüz saatlarında Vüsal iş dalınca gedərkən o Vüsala evə qayıtdıqda çörək almasını demişdir, bundan sonra həmin gün axşam saat 21 radələrində o öz yaşadıqları evdə olarkən həyat yoldaşı Vüsal sərxoş vəziyyətdə yaşadıqları evə gəlmişdir və o Vüsaldan çörək alıb-almadığını soruşmuşdur, bu zaman Vüsal onunla mübahisə etməyə başlamışdır və mübahisə zamanı Vüsal yumruqla onun baş və alın nahiyəsinə vuraraq onu döymüşdür, həmin vaxt təsadüfən atası Ədalət zəng etmişdir və o atası Ədalətə Vüsalın onu döydüyünü demişdir, bundan sonra atası Ədalət onlara gedərək onu öz yaşadığı evə aparmışdır. O əri Təqsirləndirilən şəxslə yaşadıqları evdə aralarında baş verən mübahisə zamanı evdə başqa heçkimin olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığından barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 13 may 2022-ci il tarixli 292 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, qançırı, sağ bud, sağ ayaqarxası nahiyələrinin qançırı -- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 12 may 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Qaradırnaq kənd İcra Nümayəndəliyindən alınmış arayışdan görünür ki, Əliyev X4 rayonu Qərvənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qaradırnaq kəndində müvəqqəti məskunlaşmışdır və ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Himayəsində 2015-ci il təvəllüdlü X8 oğlu və 2020-ci il təvəllüdlü X3, 2021-ci il təvəllüdlü X2 vardır. Fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi və himayəsində azyaşlı uşağının olmasıdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-116/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-116/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver