Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-116/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bərdə rayon, Divanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair başqa cinayət işi üzrə hazırda Bərdə rayon Məhkəməsində cinayət işi aparılan, hazırki cinayət işi üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bərdə rayonu, Divanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs o, silah qismində əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xüsusilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 28 yanvar 2023-cü il tarixdə saat 16:20 dəqiqədə insanların gur toplaşdığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında, ağır dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi "Opel Astra" markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi "Ford transit" markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilin ona yol verməməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan qarşı hissəsinə sürüb hərəkətini dayandıraraq insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək idarə etdiyi avtomobildən düşüb yumruqla sürücü Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə dəfə vuraraq bədəni üzərində hər hansı bir xəsarətin obyektiv izləri aşkar olunmayan xəsarətlər yetirməklə, habelə yumruqla Zərərçəkmiş şəxs1 məxsus "Ford transit" markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsinə bir zərbə endirib ön şüşənin zədələnməsi və zərər çəkmiş şəxsə 215 manat dəyərində maddi zərər vurulması ilə müşayiət edilən xuliqanlıq hərəkətləri edərək həmin hərəkətlərini davam etdirib özünə məxsus avtomobilə əyləşib, avtomobili yüksək surətlə idarə edib, sola-sağa manevr etdirməklə, hərəkətdə olan digər avtomobil və insanlar üçün real təhlükə yaradan zaman onun bu hərəkətlərinin qarşısını almağa çalışan dislokasiya üzrə xidmətdə olan və hadisə yerinə çağrılmış Bərdə RPŞ-nin YPX və PPX bölüyünün əməkdaşları onun avtomobilini saxlayıb onun hərəkətinin qarşısını alan zaman Təqsirləndirilən şəxs avtomobilində saxladığı silah qismində əşya hesab edilən idman aləti hesab edilən ağac dəyənəyi hadisə zamanı istifadə edib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan Bərdə RPŞ-nin PPXB-nin komandiri, polis polkovnik-leytenantı X1 əlinə qəsdən zərbə endirməklə ona sağ əlin 4-cü və 5-ci barmaq nahiyələrinin əzik xəsarətləri ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə həmçinin Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilən zaman orada yüksək səslə nalayiq söyüşlər söyüb səsküy salaraq rayon Polis Şöbəsinin əməkdaşlarının 40 dəqiqə müddətində iş rejiminin pozulması ilə nəticələnən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Divanlı kəndində anadan olmuş, hazırda elə həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir. Etibarnamə əsasında idarə etdiyi yaşıl rəngli “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi faəliyyəti göstərərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Aralarında münaqişə və nifaq olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 28 yanvar 2023-cü il tarixdə 16-17 radələrində o, idarə etdiyi “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil toy məclisində iştirak etmiş, spirtli içdikdən sonra yaşadığı Bərdə rayonu Divanlı kəndinə yola düşmüşdür. Bərdə şəhəri Bakı küçəsi ilə hərəkətdə olarkən Avtovağzalın qarşısında ağ rəngli “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun hərəkət zolağına çıxaraq hərəkətinə mane olmuşdur. O, avtomobilini sol tərəfə hərəkətlərindirib, hərəkətinə davam etmişdir. Sərxoş olduğu üçün “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsünün hərəkəti onda qıcıq yaratmışdır. Ona görə də avtomobilini sağa çəkmiş, geriyə çönüb həmin avtomobilin arxası ilə hərəkətinə davam etmişdir. Əvvəlcə avtomobili həmin avtomobilin sağ tərəfinə vermiş, pəncərədən sürücünü çağırmış, sürücünün ona fikir vermədiyini görmüş, sürücünü nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra idarə etdiyi avtomobilini Ford transit markalı avtomobilin qarşına vermiş. avtomobildən düşüb, “Ford transit” markalı avtomobilin sürücüsünə yaxınlaşmış və sürücüyə nalayiq ifadələr işlədə-işlədə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə 3-4 dəfə zərbə endirmişdir. Əvvələr tanımadığı bir nəfər şəxs araya girərək onu aralaşdırmış, yük avtomobilinin qabaq hissəsinə çəkmişdir. Onun hirsi soyumadığı üçün Ford transit markalı avtomobilin qabaq alın şüşəsinə yumruqla vuraraq şüşəsini çatlatmışdır. Yenidən əvvəllər tanımadığı kimsə ona “çıx get” demişdir. O, isə sakitləşə bilmirmiş, təkrarən sürücünün yanına gələrək, avtomobilin içərisində oturmuş sürücünü yumruqla bir neçə dəfə vurmuş. Ətrafdakı insanlar yenidən onu oradan uzaqlaşdırmışlar. O, avtomobilinə əyləşib, surətlə oradan uzaqlaşmışdır. Qarşıda olan işıqforu keçdikdən sonra sağ tərəfə arxa tərəfə çönmüşdür. Orada polis əməkdaşları avtomobillərini onun avtomobilinin qabağına verərək onu saxlamışlar. Polis əməkdaşları onu Bərdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində də əsəbi sakitləşmədiyi üçün nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, 28 yanvar 2023-cü il tarixdə 17 radələrində Bərdə şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında baş vermiş, hadisə zamanı o, idarə etdiyi avtomobili “Ford transit” markalı avtomobilin qarşısında saxlayaraq, avtomobildən düşüb əvvəlcə sürücü Zərərçəkmiş şəxs1 yumruqla bir neçə zərbə vurmuş, daha sonra isə avtomobilinin qabaq alın şüşəsinə yumruqla vuraraq ziyan vurmuşdur. Polis əməkdaşları 28 yanvar 2023-cü il tarixdə mənim qarşımı kəsdikləri zamanı və Bərdə rayon polis şöbəsinə gətirilərkən onlara qarşı fiziki zor tətbiq etməmişəm. O, həmin tarixdə Bərdə şəhəri Bakı küçəsi ilə hərəkətdə olarkən ağ rəngli “Ford transit” markalı yük avtomobili onun hərəkət zolağına çıxmış, bu onda qıcıq yaratdığı üçün o, həmin avtomobili izləyib, avtomobilni həmin avtomaşının qarşısında dayandırıb, sürücünün ünvanına nalayiq ifadələr işlədə işlədə avtomaşının içərisində yumruqla sürücünü bir neçə dəfə vurmuşdur. Daha sonra hirsi soyumaraq yumruqla həmin avtomobilin qabaq alın şüşəsinə vuraraq, şüşəni çatlatmışdır. O, Zərərçəkmiş şəxs2 dəyənəklə vurmadığını bildirmişdir. Düzdü avtomobilində taxta dəyənək olmuş, o, özünü qorumaq üçün avtomobilində taxta dəyənək gəzdirmiş, o, polis əməkdaşlarını vurmamışdır. O, sərxoş olduğu üçün Polis Şöbəsinin inzibati binasında yüksək səslə qışqıraraq, nalayiq ifadələr işlətmiş, söyüş söyməyinin səbəbini bilmir. Etdiyi əməldən peşmandır, bir daha həmin hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, hazırda həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. 2 ildən çox müddətdir ki, etibarnamə əsasında ona məxsus olan “Ford transit” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx"MMC-də sürücü vəzifəsində çalışır. 28 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciətilə bağlı bildirir ki, 28 yanvar 2023-cü il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi avtomobil ilə Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərinə gəlməyinə səbəb tanışı Şahid3 avtomobil ehtiyat hissəsi almaq olmuşdur. Bu məqsədlə onlar əvvəlcə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin yaxınlığından avtomobil emalatxanasında işləyən Şahid1 götürdükdən sonra Bərdə şəhəri Bakı küçəsində yerləşən Təzə Bazar adlanan yerə getmişlər. Lakin orada Sadiqin axtardığı ehtiyat hissəsini tapa bilmədikdən sonra Təzə bazarın yaxınlığından çıxıb, Bərdə şəhəri Bakı küçəsi ilə “yanğınsöndürən dairəsi” adlanan dairəvi yolayırıcıya doğru hərəkətlərinə davam etmək üçün qarşı hərəkət zolağına çıxarkən bu zaman əvvəllər tanımadığı şəxs idarə etdiyi yaşıl rəngli “Opel” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşına çıxmış, hər hansı təhlükəli vəziyyət yaranmasa da, sürücü əl jesti ilə və ucadan onun ünvanına nalayiq söyüşlər söyərək narazılığını bildirmiş, həmin avtomobil hərəkətinə davam etdikdən sonra o, idarə etdiyi avtomobil ilə Bərdə şəhəri “Yanğınsöndürənin dairəsi” adlanan dairəvi yolayırıcı istiqamətində hərəkətinə davam etmişdir. Bu zaman görmüşdür ki, həmin yaşıl rəngli “Opel” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil sağ hərəkət zolağı ilə onun avtomobilinə yaxınlaşmışdır və onun ünvanına yenidən nalayiq küçə söyüşləri söyərək onu təhqir etmişdir. Daha sonra həmin sürücü avtomobilini onun avtomaşının qabağına verərək, avtomobildən enmiş və ona yaxınlaşıb, ünvanına söyüşlər söyə-söyə, o avtomobildə oturmuş vəziyyətdə yumruqla 3-4 dəfə yumruqla onun ağız nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Daha sonra ətrafa toplaşan bir nəfər şəxs Veysəlin onun yanından avtomobilinin qabaq hissəsinə doğru uzaqlaşdırmış, lakin Veysəl nalayiq küçə söyüşlərinə davam edərək, yumruqla onun avtomobilinin qabaq alın şüşəsinin orta hissəsinə vuraraq alın şüşəsini sındırmışdır. Həmin şəxs hərəkətlərinə davam edərək, yenidən mənə yaxınlaşdı və avtomobilin içərisində mənim üz nahiyəmə bir neçə dəfə yumruqla zərbələr endirdi və nalayiq söyüşlər söyə-söyə avtomobilinə əyləşib oradan uzaqlaşdı. O, şəxs hadisə yerindən gedəndə də avtomobili təhlükəli manevrlər edərək idarə edirdi. Həmin şəxs təxminən 05-10 dəqiqə avtomobillərin hərəkətinin dayanmasına səbəb olmuşdur. Onlar bundan qorxub ehtiyatlandıqları üçün yanında sərnişin qismində əyləşmiş Şahid3 DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bərdə RPŞ-dən Sadiqlə əlaqə saxlanıldıqda Sadiq hadisə yerini və hadisə törətmiş şəxsin avtomobilinin dövlət qeydiyyat nişanını və hərəkət istiqamətini bildirmiş, həmin şəxsin bu hərəkətlərinin qarşısını almaq üçün polislərdən kömək istəmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Hadisənin baş vermə səbəbi barədə bildirmişdir ki, o idarə etdiyi “Ford transit” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara küçədən çıxıb, Bərdə şəhəri “Yanğınsöndürənin dairəsi” istiqamətinə hərəkət etmək üçün geriyə dönmək istəyərkən həmin hərəkət zolağı ilə hərəkətdə olan yaşıl rəngli “Opel” markalı avtomobilin qarşısına çıxmağı hər hansı təhlükəli vəziyyət yaranmasa da həmin avtomobilin sürücüsü sərxoş və aqressiv olduğuna görə bunu qəbul etməməsi olmuşdur. Mübahisələrinin təxminən 15-20 dəqiqə davam etmişdir, mübahisə zamanı o ucadan qışqıraraq onun ünvanına nalayiq küçə söyüşləri söyürmüşdür. Mübahisədən əvvəl həmin şəxs avtomobilini onun avtomobilinin qarşısında saxladığı üçün avtomobillərin hərəkətinin dayanmasına və vətəndaşların narazılığına səbəb olmuşdur. Həmçinin mübahisələri zamanı ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Həmin şəxs pəncərədən yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə vurmuşdur. Bundan başqa həmin şəxs yumruğu ilə ona məxsus avtomobilin qabaq alın şüşəsinə vuraraq çatlatmış, nəticədə 300 manat dəyərində ziyan vurmuşdur.Hadisə zamanı onun idarə etdiyi avtomobildə Şahid3 qabaq orta oturacaqda, Şahid1 isə sağ qabaq oturacaqda əyləşmişdir. Hadisəni yanımda əyləşmiş sərnişinlər görmüşdür. Həmin vaxt ətrafda avtomobillər dayanmışdır. Ətrafda olan tanımadığı şəxslər Veysəli sakitləşdirməyə çalışsa da, Veysəl həmin şəxslərə məhəl qoymurdu. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onun həbs edilməsini istəmir. Lakin sürdüyü avtomobilin alın şüşəsinin düzəldilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Evli, 2 övladı var. Ali təhsilli, 2009-cu il tarixdən xidmət edir. 2020-ci il tarixdən isə Bərdə RPŞ-nin PPXB-nin komandiri vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs tanımamış, onunla münaqişə və nifaqı olmamışdır. 28 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə raportla Ruslan müraciət etmişdir. Həmin raportla bağlı bildirir ki, 28 yanvar 2023-cü il tarixdə saat 16:20 radələrində dislokasiya üzrə xidməti ərazidə olarkən Bərdə RPŞ-nin Növbətçi Hissəsi tərəfindən daxili efirdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında bir nəfər vətəndaşın DİN-in 102 xidmətinə müraciət edərək, yaşıl rəngli "Opel Astra" markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin onun içərisində olduğu Ford transit markalı avtomobilin qarşısını kəsdiyini, sürücünü yumruqla vurduqdan sonra avtomobilin qabaq alın şüşəsinə yumruqla vuraraq şüşəsini çatlatdığını və avtomobilinə əyləşərək Bərdə şəhəri yanğınsöndürənin dairəsi adlanan dairəvi yolayırıcı istiqamətində hərəkətdə olması, avtomobili təhlükəli vəziyyətdə idarə etməsi hərəkət iştirakçıları üçün real təhlükə yaratması ilə bağlı məlumat səslənmişdir. Bundan başqa Bərdə RPŞ-nin YPXB-nin inspektoru Qalib Bayramov daxili efire çıxaraq yaşıl rengli "Opel Astra" markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sola-sağa manevr etdirməklə hərəkətdə olan avtomobil və piyadalar üçün real təhlükə yaratdığını və Bərdə şəhəri "yanğınsöndürən dairəsi" adlanan dairəvi yolayırıcı istiqamətində hərəkət etdiyini bildirmişdir. Hadiyev Ruslan PPXB-nin komandir müavini Şahid4 və polis nəfəri Şahid2 ilə birlikdə həmin istiqamətə yollanmışdırlar. Bərdə şəhəri Bakı küçəsindən H.Əliyev prospektinə keçən "arka"da həmin avtomobilin təhlükəli manevrlər edərək, hərəkət iştirakçılarına təhlükə yaratdığını görmüşdür. Hadisə yerində olan YPXB-nin avtomobili ilə onlar həmin avtomobilin qarşısına verərək onu saxlatmışdırlar. O, avtomobildən enərək həmin şəxsə yaxınlaşdıqda, o, görmüş ki, onun arxa və qabaq hissəsi tam olaraq tərəflərindən bağlanmışdır. Həmin sürücü qapını açmış, yerə düşmək istəyərkən qapının iç yuxalığında saxladığı ağac dəyənəyi əlinə alaraq, avtomobilin salonunun arxa hissəsinə tullamaq istəmişdir. O, şəxs avtomobili idarə etməsin və qaçmasın deyə Şahid4 ilə birlikdə ona yaxınlaşarkən sürücü ağac dəyənəyi əlinə götürüb arxaya fırlayan zaman o, tutmaq üçün əlini qabağa verərkən ağac dəyənək sağ əlinin bilək nahiyəsinə dəymişdir. Onu da qeyd etmiş ki, həmin şəxs tabe olmaq istəməmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar həmin şəxsi Bərdə RPŞ-nə gətirmişdirlər. Bərdə RPŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sərxoş olması açıq şəkildə görsənmişdir. Onlar onu Bərdə RPŞ-nə gətirərkən o avtomobilin içərisində onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin İnzibati binasında da öz xuliqanlıq hərəkətlərini davam etdirərək səs-küy salaraq, nalayiq ifadələr işlətmişdir. Onlar onu sakitləşdirməyə çalışsalar da o, əl-qol ataraq əllərindən çıxmağa çalışmışdır. Təqsirləndirilən şəxs hərəkətləri yarım saatdan çox davam etmişdir. Təqsirləndirilən şəxs Hadiyev Ruslana və digər polis əməkdaşlarına müqavimət göstərdiyi üçün onun qoluna qandal vuraraq, Növbətçi hissənin saxlanma otağında saxlanılmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Ruslan, Təqsirləndirilən şəxs zərərsizləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs əlində olan taxta dəyənək Ruslanın sağ əlinə dəymişdir. X5 polislər saxlayarkən o, qaçmaq istəmişdi və avtomobilində olan arxaya fırlayan zaman Ruslan tutmaq üçün əlini qabağa verərkən ağac dəyənək sağ əlinin bilək nahiyəsinə dəymişdir. Təqsirləndirilən şəxs qəsdən ona xəsarət yetirmədiyini, ümumiyyətlə Veysel Quliyev orada onu zərərsizləşdirməyə çalışan polis əməkdaşlarına xəsarət yetirmədiyini bildirmişdir. Ruslan və digər polis əməkdaşları Təqsirləndirilən şəxs zərərləşdirməyə çalışmışdırlar. Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri Nüşabə küçəsi nömrəsiz evdə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, orta təhsillidir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Belə ki, o, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən avtomobil emalatxanasında dəmirçi malyar kimi çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Veysəl ilə nifaqı və münaqişəsi olmamışdır. Zərərçəkmiş şəxs1 də əvvəllər tanımamış, nifaqi və münaqişəsi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, Şahid3 ilə uşaqlıqdan dostluq edir. 28 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şahid3 ona zəng edərək, özünə məxsus yük avtomobilinə ehtiyat hissəsi axtardığını bildirmişdir. Təxminən yarım saat sonra Şahid3 ağ rəngli Ford transit markalı avtomobil ilə onun iş yerinə gəlmişdir. O, da avtomobilə əyləşdikdən sonra Sadiq ilə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford” Transit markalı avtomobil ilə Təzə bazara yollanmış, orada bəzi avtomobil ehtiyyat hissələri satılan mağazalara baxsa da lazım olan ehtiyyat hissəsini tapa bilmədikləri üçün təzə bazarın yaxınlığında olan ara yoldan Bərdə şəhəri Bakı küçəsi ilə hərəkətimizə davam edərkən onun içərisində olduğu avtomobilin sürücüsü yaşıl rəngli “opel” markalı avtomobilin qarşısına çıxaraq təhlükə yaratmış, onun içərisində olduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən həmin avtomobil sağ tərəfdə saxlayaraq, sürücünün ünvanına nalayiq küçə söyüşləri söymüş, daha sonra Opel markalı avtomobilin sürücüsü avtomobilini onun avtomaşının qabağına verərək, avtomobildən enmiş və sürücü tərəfdən yaxınlaşıb, sürücünün ünvanına söyüşlər söyə-söyə, sürücünü yumruqla 3-4 dəfə vurmuşdur. Daha sonra bir nəfər əvvəllər tanımadığı şəxs Veysəli avtomobilin qabaq hissəsinə doğru uzaqlaşdırmış, lakin Veysəl, nalayiq küçə söyüşlərinə davam edərək, yumruqla onun da içərisində olduğu Ford transit markalı avtomobilin alın şüşəsinin orta hissəsinə vuraraq alın şüşəsini çatlatmışdır. Təqsirləndirilən şəxs hərəkətlərinə davam edərək, yenidən sürücüyə yaxınlaşmış, avtomobilin içərisində sürücünün üz nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmiş və nalayiq söyüşlər söyə-söyə Opel markalı avtomobilinə əyləşib oradan yüksək surətlə uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs özünü həyasızlığa qoymasını görüb avtomobildən enməmişdir. Təqsirləndirilən şəxs təxminən 15-20 dəqiqə avtomobillərin hərəkətinin dayanmasına səbəb olmuşdur. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Hadisənin baş vermə səbəbi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, hazırda elə həmin ünvanda ailə üzvlərilə yaşayır. Subaydır, Ali təhsillidir, 2017-cu il tarixdən DİO-da xidmət edir. 2022-ci il tarixdən isə Bərdə RPŞ-nin PPXB-nin bölüy komandirinin müavini vəzifəsində çalışır, polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Veysəllə münaqişəsi və nifaqı olmamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 16:20 radələrində dislokasiya üzrə xidməti ərazidə olarkən Bərdə RPŞ-nin Növbətçi Hissəsi tərəfindən daxili efirdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında bir nəfər vətəndaşın DİN-in 102 xidmətinə müraciət edərək, yaşıl rəngli “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin onun içərisində olduğu Ford transit markalı avtomobilin qarşısını kəsdiyini, sürücünü yumruqla vurduqdan sonra avtomobilin qabaq alın şüşəsinə yumruqla vuraraq şüşəsini çatlatdığını və avtomobilinə əyləşərək Bərdə şəhəri yanğınsöndürənin dairəsi adlanan dairəvi yolayırıcı istiqamətində hərəkət olması, avtomobili təhlükəli vəziyyətdə idarə etməsi hərəkət iştirakçıları üçün real təhlükə yaratması ilə bağlı məlumat səslənməsini eşitmişdir. Bundan başqa Bərdə RPŞ-nin YPXB-nin inspektoru Qalib Bayramov daxili efirə çıxaraq yaşıl rəngli “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sola-sağa manevr etdirməklə hərəkətdə olan avtomobil və piyadalar üçün real təhlükə yaratdığını və Bərdə şəhəri “yanğınsöndürən dairəsi” adlanan dairəvi yolayırıcı istiqamətində hərəkət etdiyini bildirmişdir. Mən PPXB-nin komandiri Zərərçəkmiş şəxs2 və polis nəfəri Şahid2 ilə birlikdə həmin istiqamətə yollanmışdır. Bərdə şəhəri Bakı küçəsindən H.Əliyev prospektinə keçən “arka”da həmin avtomobilin təhlükəli manevrlər edərək, hərəkət iştirakçılarına təhlükə yaratdığını görmüşdür. Hadisə yerində olan YPXB-nin avtomobili ilə onun içərisində olduğu avtomobili həmin avtomobilin qarşısına verərək “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. O və Zərərçəkmiş şəxs2 avtomobildən enib həmin şəxsə yaxınlaşanda, Veysəl avtomobilinin arxa və qabaq hissəsinin tam olaraq tərəflərindən bağlanmalarını görmüşdür. Veysəl qapını açıb, yerə düşmək istəyərkən qapının iç yuxalığında saxladığı ağac dəyənəyi əlinə alıb, avtomobilin salonunun arxa hissəsinə tullamaq istəyərkən Veysəl avtomobili idarə etməsin və qaçmasın deyə Zərərçəkmiş şəxs2 ilə birlikdə Veysələ yaxınlaşarkən sürücü ağac dəyənəyi əlinə götürüb arxaya fırlayan zaman Zərərçəkmiş şəxs2 dəyənəyi tutmaq üçün əlini qabağa verəndə ağac dəyənək Ruslanın sağ əlinin bilək nahiyəsinə dəyməsini görmüşdür. Təqsirləndirilən şəxs tabe olmaq istəməmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmişdir. Bərdə RPŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs sərxoş olması açıq şəkildə görsənmiş, Veysəli Bərdə RPŞ-nə gətirərkən avtomobilin içərisində onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin İnzibati binasında da öz xuliqanlıq hərəkətlərini davam etdirərək səs-küy salaraq, nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar Veysəli sakitləşdirməyə çalışsaqlar da əl-qol ataraq əllərindən çıxmağa çalışmışdır. Təqsirləndirilən şəxs hərəkətləri yarım saatdan çox davam etmiş, Təqsirləndirilən şəxs ona və digər polis əməkdaşlarına müqavimət göstərdiyi üçün Beysəlin qoluna qandal vuraraq, Növbətçi hissənin saxlanma otağında saxlanılmışdır. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir, ümumiyyətlə Təqsirləndirilən şəxs orada onu zərərsizləşdirməyə çalışan polis əməkdaşlarına xəsarət yetirməmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs zərərsizləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs əlindəki dəyənəklə Zərərçəkmiş şəxs2 əl nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dəyənəklə müqavimət göstərmirdi. Sadəcə olaraq avtomobilin qabaq hissəsindən götürüb arxa hissəsinə qoymaq istədikdə ehtiyatsızlıqdan komandirin əlinə dəydi. Sadəcə Veysəl çox içkili idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, hazırda elə həmin ünvanda ailə üzvlərilə yaşayır. Subaydır, orta təhsillidir. Bərdə RPŞ-nin PPXB-nin polis nəfəridir. Polis serjantı vəzifəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Veysəllə münaqişəsi və nifaqı olmamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 16:20 radələrində dislokasiya üzrə xidməti ərazidə olarkən Bərdə RPŞ-nin Növbətçi Hissəsi tərəfindən daxili efirdə Bərdə şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında bir nəfər vətəndaşın DİN-in 102 xidmətinə müraciət edərək, yaşıl rəngli “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin onun içərisində olduğu Ford transit markalı avtomobilin qarşısını kəsdiyini, sürücünü yumruqla vurduqdan sonra avtomobilin qabaq alın şüşəsinə yumruqla vuraraq şüşəsini çatlatdığını və avtomobilinə əyləşərək Bərdə şəhəri yanğınsöndürənin dairəsi adlanan dairəvi yolayırıcı istiqamətində hərəkət olması, avtomobili təhlükəli vəziyyətdə idarə etməsi hərəkət iştirakçıları üçün real təhlükə yaratması ilə bağlı məlumat səslənməsini eşitmişdir. Bundan başqa Bərdə RPŞ-nin YPXB-nin inspektoru Qalib Bayramov daxili efirə çıxaraq yaşıl rəngli “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sola-sağa manevr etdirməklə hərəkətdə olan avtomobil və piyadalar üçün real təhlükə yaratdığını və Bərdə şəhəri “yanğınsöndürən dairəsi” adlanan dairəvi yolayırıcı istiqamətində hərəkət etdiyini bildirmişdir. O da digər polis əməkdaşları ilə birlikdə həmin istiqamətə yollanmışdır. Bərdə şəhəri Bakı küçəsindən H.Əliyev prospektinə keçən “arka”da həmin avtomobilin təhlükəli manevrlər edərək, hərəkət iştirakçılarına təhlükə yaratdığını görmüşlər. Hadisə yerində olan YPXB-nin avtomobili ilə onun içərisində olduğu avtomobili həmin avtomobilin qarşısına verərək “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Onlar avtomobildən enib həmin şəxsə yaxınlaşanda, Veysəl avtomobilinin arxa və qabaq hissəsinin tam olaraq tərəflərindən bağlanmalarını görmüşdür. Veysəl qapını açıb, yerə düşmək istəyərkən qapının iç yuxalığında saxladığı ağac dəyənəyi əlinə alıb, avtomobilin salonunun arxa hissəsinə tullamaq istəyərkən Veysəl avtomobili idarə etməsin və qaçmasın deyə Zərərçəkmiş şəxs2 ilə birlikdə Veysələ yaxınlaşarkən sürücü ağac dəyənəyi əlinə götürüb arxaya fırlayan zaman Zərərçəkmiş şəxs2 dəyənəyi tutmaq üçün əlini qabağa verəndə ağac dəyənək Ruslanın sağ əlinin bilək nahiyəsinə dəyməsini görmüşdür. Onu da qeyd edim ki, Təqsirləndirilən şəxs tabe olmaq istəməmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmişdir. Bərdə RPŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs sərxoş olması açıq şəkildə görsənmiş, Veysəli Bərdə RPŞ-nə gətirərkən avtomobilin içərisində onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin İnzibati binasında da öz xuliqanlıq hərəkətlərini davam etdirərək səs-küy salaraq, nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar Veysəli sakitləşdirməyə çalışsaqlar da əl-qol ataraq əllərindən çıxmağa çalışmışdır. Təqsirləndirilən şəxs hərəkətləri yarım saatdan çox davam etmiş, Təqsirləndirilən şəxs ona və digər polis əməkdaşlarına müqavimət göstərdiyi üçün Veysəlin qoluna qandal vuraraq, Növbətçi hissənin saxlanma otağında saxlanılmışlar. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir, ümumiyyətlə Təqsirləndirilən şəxs orada onu zərərsizləşdirməyə çalışan polis əməkdaşlarına xəsarət yetirməmişdir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs zərərsizləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs əlindəki dəyənəklə Zərərçəkmiş şəxs2 əl nahiyəsinə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu Şahvəlilər kəndində anadan olmuş, hazırda Bərdə rayonu Divanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Veysəlin törətdiyi cinayət əməlindən məlumatı var. Əri Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 16:20 radələrində Bərdə şəhəri Bakı küçəsində yerləşən Bərdə şəhərи Бакы кцчясиндя йерляшян Avtovağzalının qarşısında sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilin она yol verməməsini bəhanə edərək hər hansı əsaslı səbəb olmadan həmin avtomobilin qarşı hissəsinə sürüb hərəkətini dayandırmış, avtomobildən düşüb yumruqla sürücü Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə dəfə vurmaqla, habelə yumruqla Zərərçəkmiş şəxs1 məxsus “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsinə zərbə vurub şüşənin zədələmişdir. Daha sonra əri Seyfəl Quliyev avtomobilə əyləşərək hərəkətinə davam etmiş, avtomobili təhlükəli və yüksək surətlə idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə xuliqanlıq hadisəsini törədərkən idarə etdiyi “X19” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili 22 dekabr 2022-ci il tarixdə Ağdaş rayonu Yuxarı Lək kəndində yaşayan X4 2000 manat ilkin ödəniş ödədikdən sonra 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə kreditə götürmüşdür. Həmin avtomobilə olan borcundan hadisə törətməmişdən 3-4 gün qabaq 400 manat məbləğində pulu Rövşən Hacıyevə məxsus bank kartına vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, ali təhsillidir. Cahidoğlu MMC-nin icracı direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nifaqı və münaqişəsi olmamışdır. Zərərçəkmiş şəxs1 ona məxsus MMC-də 2 ildən çox müddətdir ki, sürücü vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 ona məxsus “Ford transit” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Şahid1 uşaqlıqdan tanıyır. 28 yanvar 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə o müraciət etmişdir. Müraciətilə bağlı bildirir ki, 28 yanvar 2023cü il tarixdə saat 16 radələrində şirkətə məxsus digər avtomobilə ehtiyyat hissəsi almaq üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Ford transit” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhərinə gəlmişlər. Ehtiyyat hissələrindən onun və sürücü Namiqin başı çıxmadığı üçün dostu Fəridin işlədiyi Bərdə şəhəri H.Əliyev prospektində yerləşən emalatxanaya getmişlər. Oradan Şahid1 götürdükdən sonra onlar Bərdə şəhəri Bakı küçəsində yerləşən Təzə bazar adlanan yerə getmişlər. Orada olan avtomobil ehtiyyat hissələri satılan mağazalardan ona lazım olan ehtiyyat hissəsi tapa bilməmişdir. Ona görə də o və sürücü Namiq geriyə qayıdıb, Fəridi işlədiyi emalatxanaya düşürmək üçün Bərdə şəhəri Bakı küçəsinə yola düşmüşlər. Təzə bazarın yaxınlığından olan ara yoldan Bakı küçəsinə çıxıb qoşa xəttin tələblərini pozaraq üzü “yanğınsöndürənin dairəsi” adlanan dairəvi yolayıcı istiqamətində yolumuza davam etmişlər. Sürücü Zərərçəkmiş şəxs1 Bakı küçəsinə dönərkən qəza şəraiti yaradaraq, yaşıl rəngli avtomobilin hərəkətinə təhlükə yaratmış, o, və sürücü Zərərçəkmiş şəxs1 bir qədər hərəkət etmişlər ki, həmin yaşıl rəngli “Opel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun olduğu avtomobilin sağ tərəfi gələrək, avtomobili yavaş sürətdə idarə edə-edə sürücünün ünvanına nalayiq ifadələr işlətmiş, 3-4 dəqiqəyə yaxın Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadə işlətdikdən sonra avtomobilini onların avtomobilin qarşısına verib saxlamış, avtomobildən düşdükdən sonra sürücü tərəfdən avtomobilə yaxınlaşmış və sürücü Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söyə-söyə yumruqlarla bir neçə dəfə vurmuşdur. Daha sonra bir nəfər əvvəllər tanımadığı şəxs Veysəli avtomobilin qabaq hissəsinə doğru uzaqlaşdırmış, lakin Veysəl nalayiq küçə söyüşlərinə davam edərək, yumruqla avtomobilin alın şüşəsinin orta hissəsinə vuraraq alın şüşəsini çatlatmışdır. Təqsirləndirilən şəxs hərəkətlərinə davam edərək, yenidən sürücüyə yaxınlaşmış, avtomobilin içərisində sürücünün üz nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmiş və nalayiq söyüşlər söyəsöyə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs özünü həyasızlığa qoymasını görüb avtomobildən enməmişdir. Təqsirləndirilən şəxs təxminən 15-20 dəqiqə avtomobillərin hərəkətinin dayanmasına səbəb olmuşdur. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. Hadisənin baş vermə səbəbi barədə məlumatı olmamışdır. Hadisə zamanı o, xəsarət almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Mollalı kəndində anadan olmuş, hazırda elə həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Ali təhsillidir, DİO-da 2013-cü il tarixdən xidmət edir. 2016-cı il tarixdən isə Bərdə RPŞ-nin X10 Növbətçisi vəzifəsində çalışır, polis kapitanı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Veysəl ilə münaqişəsi və nifaqı olmamışdır. 28 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə raportla o, müraciət etmiş, həmin raportla bağlı bildirir ki, 28 yanvar 2023-cü il tarixdə saat 16:29 dəqiqədə DİN-nin 102 xidmətin vət. Şahid3 müraciəti daxil olmuş, həmin müraciətdə 1 nəfər sərxoş vəziyyətdə olan şəxsin müraciət edənin avtomobilini Bərdə şəhəri Avtovağzalının qarşısında saxlayaraq, müraciət edənlərə xəsarət yetirməsini və avtomobili zədələdiyini bildirərək kömək istəməsi əks olunmuşdu. O, dərhal daxili efir vasitəsilə Bərdə şəhəri Bakı küçəsində yerləşən “Avtovağazala” yaxın ərazidə xidmətdə olan PPXB-nin əməkdaşlarına bu barədə məlumat vermiş, təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ucadan qışqırıb səs-küy salaraq nalayiq küçə söyüşləri söymüş, Polis əməkdaşları Veysəli sakitləşdirməyə çalışsalar da Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməyə davam edərək, yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinin iş rejimini təxminən 40 dəqiqəyə yaxın pozmuşdur. Bu səbəbdən də onun tərəfindən Təqsirləndirilən şəxs qoluna xüsusi vasitə olan qandal tətbiq olunaraq, Növbətçi Hissəsinin saxlama otağına yerləşdirilmiş, saxlama otağına yerləşdirilərkən Təqsirləndirilən şəxs üzərindən 1 ədəd idman aləti olan ağac dəyənək, 1 ədəd alışqan, 1 ədəd toqqa və “Opel” markalı avtomobilə məxsus aid açarlar götürülmüşdür. Şahid6 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirildikdən sonra sərxoş vəziyyətdə yüksək səslə qışqıraraq, nalayiq küçə ifadələri işlədərək Növbətçi hissənin iş rejimini pozmuş, Təqsirləndirilən şəxs təxminən 40 dəqiqə yüksək səslə nalayiq ifadələr qışqırmış, polis əməkdaşları ilə o, nəqədər çalışsalar da, Təqsirləndirilən şəxs sakitləşdirə bilməmişlər. Məcbur qalıb Təqsirləndirilən şəxs qoluna xususi vasitə olan qandal tətbiq edib, Növbətçi hissənin saxlanma otağına vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda da Bərdə şəhərində ailə üzvlərilə birlikdə yaşayır. Evlidi. Orta təhsillidir. Bərdə RPŞ-nin X10 Növbətçisi köməkçisi vəzifəsində çalışır. Polis baş serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Veysəl ilə münaqişəsi və nifaqı olmamışdır. 28 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə raportla o, müraciət etmiş, həmin raportla bağlı bildirir ki, 28 yanvar 2023-cü il tarixdə saat 16:29 dəqiqədə DİN-nin 102 xidmətin vətəndaş Şahid3 müraciəti daxil olmuş, həmin müraciətdə 1 nəfər sərxoş vəziyyətdə olan şəxsin müraciət edənin avtomobilini Bərdə şəhəri Avtovağzalının qarşısında saxlayaraq, müraciət edənlərə xəsarət yetirməsini və avtomobili zədələdiyini bildirərək kömək istəməsi əks olunmuşdu. O, dərhal daxili efir vasitəsilə Bərdə şəhəri Bakı küçəsində yerləşən “Avtovağazala” yaxın ərazidə xidmətdə olan PPXB-nin əməkdaşlarına bu barədə məlumat vermiş, təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ucadan qışqırıb səs-küy salaraq nalayiq küçə söyüşləri söymüş, Polis əməkdaşları Veysəli sakitləşdirməyə çalışsalar da Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməyə davam edərək, yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinin iş rejimini təxminən 40 dəqiqəyə yaxın pozmuşdur. Bu səbəbdən də onun tərəfindən Təqsirləndirilən şəxs qoluna xüsusi vasitə olan qandal tətbiq olunaraq, Növbətçi Hissəsinin saxlama otağına yerləşdirilmiş, saxlama otağına yerləşdirilərkən Təqsirləndirilən şəxs üzərindən 1 ədəd idman aləti olan ağac dəyənək, 1 ədəd alışqan, 1 ədəd toqqa və “Opel” markalı avtomobilə məxsus aid açarlar götürülmüşdür. Şahid6 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirildikdən sonra sərxoş vəziyyətdə yüksək səslə qışqıraraq, nalayiq küçə ifadələri işlədərək Növbətçi hissənin iş rejimini pozmuş, Təqsirləndirilən şəxs təxminən 40 dəqiqə yüksək səslə nalayiq ifadələr qışqırmış, polis əməkdaşları ilə o, nəqədər çalışsalar da, Təqsirləndirilən şəxs sakitləşdirə bilməmişlər. Məcbur qalıb Təqsirləndirilən şəxs qoluna xususi vasitə olan qandal tətbiq edib, Növbətçi hissənin saxlanma otağına vermişlər İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Yuxarı Lək kəndində anadan olmuş, hazırda Abşeron rayonu Xırdalan şəhəri AAF park yaşayış kompleksində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Kiçik ticarətlə məşğul olaraq ailəsini dolandırır. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün 2022-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus olan “Opel Astra” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili “turbo.az” satış portalına nağd qiymətə satışa qoymuş, bu zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, avtomobil ilə maraqlanmış, o, avtomobilin Xırdalan şəhərində olduğunu dedikdən sonra, Veysəl 22 dekabr 2022-ci il tarixdə Xırdalan şəhərinə gəlmişdir. Aralarında olan razılaşmaya əsasən Veysəl avtomobilə görə 2000 manat ilkin ödəniş ödədikdən sonra 24 ay ərzində 400 manat məbləğində pul verməyə razılaşmışdır. O, Veysəl ilə birlikdə Bakı şəhərində Baş Dövlət Yol Polis İdarəsinə getmiş, orada o, Veysələ sürmək üçün etibarnamə vermişdir. 2023-cü ilin fevral ayında Veysəlin arvadı Şəbnəm Quliyevə ona zəng edərək, əri Veysəlin xuliqanlıq cinayət əməlini törətdiyini, ona görə də avtomobili qaytarmaq istədiyini bildirmişdir. O, Şəbnəmin ailə vəziyyətini, xəstə övladının olmasını nəzərə alıb, avtomobili qaytarmaq qərarına gəlmiş, həmçinin o, avtomobilin satışı zamanı aldığı 2000 manat pulu da qaytaracağını Şəbnəmə bildirmişdir. 07 fevral 2023-cü il tarixdə 1000 manat məbləğində pulu Bərdə RPŞ-də Şəbnəm Quliyevaya vermişdir. Qalan 1000 manat pulu da yaxın günlərdə verəcəyinə söz vermişdir. Cinayət işi materiallarından görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində yerləşən “arkanın” yaxınlığında Təqsirləndirilən şəxs əlindən taxta dəyənəyi almaq istəyərkən taxta dəyənəyin ona xəsarət yetirməsini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29 yanvar 2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, X8 məxsus etibarnamə ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi Ford Transit (bortlu) markalı 99-FD 161 dövlət qeydiyyat nişanlı Ban-WFOFXXTTFF7L75803, 2007-ci ilin buraxılışı olan yük avtomobilinə baxış keçirilməklə hadisə zamanı ümumilikdə ön şüşə (parples) 175 manat və usta haqqı isə 40 manat olmaqla ümumilikdə 215 (iki yüz on beş) manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan 28 yanvar 2023-cü il tarixli “Məhkəmə tibbi ekspertizasının təyin edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmamasını, müsbət halda nə kimi xəsarət (xəsarətlər) olmasını, həmin xəsarətin (xəsarətlərin) ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədilə Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş, həmin ekspertizanın aparılması MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 01 fevral 2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bazunun orta 1/3-nin ön səthinin qançırları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 5-6 gün əvvəllə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan 28 yanvar 2023-cü tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət olub-olmamasını, müsbət halda nə kimi xəsarət (xəsarətlər) olmasını, həmin xəsarətin (xəsarətlərin) ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədilə Zərərçəkmiş şəxs1 barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş, həmin ekspertizanın aparılması MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə həvalə edilmişdir. Cinayət işi materiallarına əlavvə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 31 yanvar 2023-cü il tarixli 68 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarında olan 28 yanvar 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət olub-olmamasını, müsbət halda nə kimi xəsarət (xəsarətlər) olmasını, həmin xəsarətin (xəsarətlərin) ağırlıq dərəcəsini, nəyin təsirindən yetirilməyə xarakterik olmasını müəyyənləşdirmək məqsədilə Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibb ekspertizası təyin edilmiş, həmin ekspertizanın aparılması MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 01 fevral 2023-cü il tarixli 77 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin 4-5-ci barmaq nahiyəsindən əzik xəsarəti küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 28 yanvar 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan 28 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı maddi ziyan görmüş avtomobil Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Ford Transit markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobildir, avtomobilin qabaq alın şüşəsi hadisə zamanı çatlamışdır. Cinayət işi materiallarında olan 28 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, hadisə ictimai yer hesab edilən Bərdə şəhəri Bakı küçəsində yerləşən Bərdə şəhər avtovağzalının qarşısıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə Bərdə rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə cəlb olunaraq, onun həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə mərkəzi rayon xəstəxanası Bərdə şəhər poliklinikasının 15 aprel 2023-cü il tarixli, 232 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmuş olduğu 215 manat zərərdən 100 manat ödəniş etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan etdiyi, silah qismində əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xüsusilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək, xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Həmçinin həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığına qəsd edən, bəzi hallarda silah tətbiq edilməklə, digər daha ağır cinayətlərin törədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərə alınmaqla, məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcud nöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilsin. Həmin qərarın 13-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin dispozisiyasına görə 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin maddə ilə cinayət məsuliyyəti daşınır. Lakin cinayət işi materiallarına əlavə olunmuş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlində heç bir dəyənək olmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş kimi tanınan şəxs Zərərçəkmiş şəxs2 heç bir vasitə ilə vurmamış, zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının əmrinə tabe olaraq sakit şəkildə maşına əyləşərək polis şöbəsinə getmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı məhkəmə iclasında şahid ifadələrindən də aydın oldu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəyənəklə vurmamış, sadəcə olaraq avtomobilin qabaq qapısından götürərək arxa tərəfə qoymaq istədikdə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 əlinə dəymişdir. Həmçinin video diskdən də görünür ki, polis əməkdaşları olduqları yerdə Veysəl kiməsə qarşı müqavimt gösərməmişdir. Bundan başqa, məhkəmə xüsusi olaraq da onu qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3ci maddəsi ilə ittiham irəli sürülmüş olsa da, həmin ittihamın sübut edilməsi üçün konkret əməliyyat və istintaq tədbirləri həyata keçirilməmiş təqsirləndirilən şəxsə standart formada ittiham irəli sürülmüşdür. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİİ bəndinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsassən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Lakin hazırki cinayət işi üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini israr etmiş olsa da belə, iş materiallarına öz israrını əsaslandıra biləcək mötəbər sübut və dəlillərini əlavə edə bilməmişlər. Əksinə, məhkəmə istintaqı zamanı təqsirləndiriən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 taxta dəyənəklə güc tətbiq etməsi, onu vurması faktını əks etdirən və sübut edən hər hansısa bir görüntü təqdim edilə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Həmin qərarən 2-ci bəndində göstərilir ki, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Reüspublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, eləcə də həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngəlləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 28 yanvar 2023-cü il tarixdə tutularaq barəsində Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarından müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək həbsdə qaldığı müddət və 14 mart 2023-cü il tarixdən hökm çıxan günədək ev dustaqlığında qaldığı 08 (səkkiz) ay 04 gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və cəzasını çəkmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan 17 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən bir ədəd 1 DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi tanınmış Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmiş 01 ədəd idman aləti olan ağac dəyənək hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs1 vurulmuş 215 manat zərərin qismən, yəni 100 manat hissəsinin ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı ona mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəm xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) ay 04 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək həbsdə və 14 mart 2023-cü il tarixdən hökm çıxan günədək ev dustaqlığında qaldığı 08 (səkkiz) ay 04 gün müddət nəzərə alınsın və hazırki hökmlə təyin edilmiş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən bir ədəd 01 DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmiş 01 ədəd idman aləti olan ağac dəyənək hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Zərərçəkmiş şəxs1 vurulmuş 215 manat zərərin qismən, yəni 100 manat hissəsinin ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı ona mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-116/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-116/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver