Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-116/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 21də qeydiyyatda olmaqla, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 07 mart 2024-cü il tarixdə Bərdə şəhəri Bakı küçəsində tanışı Şahid4 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 5,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 20 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamış, 08 mart 2024-cü il tarixdə saat 14 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Ə.Ədilov küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib, üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda, təmiz çəkisi 5,06 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, subaydır. Təxminən bir neçə ildir ki, narkotik vasitə olan el arasında nəşə kimi adlanan marixuana istifadə etmişdir. 07 mart 2024-cü il tarixdə o, Bərdə şəhəri Bakı küçəsində yaşayan Şahid4 yaşadığ ünvana getmişdir. O, Rafiqə 20 manat pul vermiş, Rafiq ona kibrit qutusunda olan qurudulmuş marixuana vermişdir. O, Rafiqdən aldığı qurudulmuş marixuanadan istifadə etmiş və qalan hissəsini də üzərində saxlamışdır. 08 mart 2024-cü il tarixdə saat 14 radələrində Bərdə şəhəri Ə.Ədilov küçəsində olan zaman tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdilər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişdilər və onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişdilər. Polis şöbəsində olan zaman müdafiəçi dəvət edilmiş və Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirmiş və həmin kibrit qutusunu masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusuna baxılan zaman içərisində narkotik vasitə aşkar edilmiş və elektron tərəzidə çəkilmiş, 7,21 qram olması müəyyən olunmuşdur. Daha sonra qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq olunmuşdur. Sonra ona məxsus olan üzərindən aşkar edilmiş Samsung J6 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kibrit qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixunanan 07 mart 2024-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində yaşayan Şahid4 adlı tanışından 20 manat pul müqabilində almışdır. O, həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparlması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Bakı küçəsi ev 17-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə əvəllər hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Münasibətləri daima yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onların bağında bağnanlıq etmişdir. Sübhan ona şər və böhtan atır, ona 07 mart 2024-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı satmamış, ümumiyyətlə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Sübhan mart ayının 8-i onların evindən çıxıb getdikdən sonra həbs olunmuşdur. Sübhan onların evində olarkən ona zəng gəlmiş və Sübhan ona polis şöbəsindən telefon məsələsi ilə əlaqədar zəng etdiklərini bildirmişdir. O da ona şöbəyə getməsini bildirmişdir. O, Sübhanın Polis şöbəsinə getdiyini bilə-bilə ona narkotik satmazdı. Həmçinin Şahid4 yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananın “qırxbuğum” bitkisi olduğunu və həmin bitkiləri saxladığı ev quşlarına yem kimi verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin KMQ-nın baş əməliyyat müvəkilli vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 08 mart 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi dəvət edilməklə X3 tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildi. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis nəfəri Şahid3, polis kapitanı Şahid1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlandı. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdi. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən Samsung J 6 markalı mobil telefonu daha sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusuna bükülmüş kütləni çıxardaraq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs kibrit qutusunda olan maddənin nəşə adı ilə tanıdığı "marixuana" olduğunu bildirdi. Üzərindən aşkar olunmuş həmin narkotik vasitənin Bərdə rayon Bakı küçəsində yaşayan Şahid4 aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildi ümumi çəkisi 7,21 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə 1 ədəd kağız zərfdə qablaşdırıldı, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung J 6 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldı. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxundu və imzaları ilə təsdiq edildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkklili vəzifəsində xidmət edir, polis kapitanıdır. Mahiyyəti üzrə bildirir ki, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəflərindən 08 mart 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 13:55 radələrində Bərdə şəhəri Ə.Ədilov küçəsində piyada hərəkət edən zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi dəvət edilməklə X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis nəfəri Şahid3, polis leytenantı Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən Samsung J 6 markalı mobil telefonu daha sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusuna bükülmüş kütləni çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunda olan maddənin nəşə adı ilə tanıdığı “marixuana” olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitənin Bərdə rayon Bakı küçəsində yaşayan Şahid4 aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 7,21 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung J 6 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 09 mart 2024-cü il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 5-46-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 08 mart 2024-cü il tarixdə saat 13:55 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd yarı kəsilmiş kibrit qutusunda təmiz çəkisi 5,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 09-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 mart 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 09 mart 2024-cü il tarixli 169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 09 mart 2024-cü il tarixli 16/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda təmiz çəkisi 5,06 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuna təmiz çəkisi 5,06 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-5.02 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 09 mart 2024-cü il tarixli 16/329 nömrəli rəyinin surətindən görünür ki; Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 yaşadığı evdən aşkar edilərək götürülmüş 2 qram çəkidə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 yaşadığı evin həyətyanı sahəsində olan hamamdan aşkar edilmiş narkotik vasitə hesab edilən 0,755 kq çəkidə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan sellofan paketdəki 1 (bir) ədəd iç-içə olan sellofan paketdə təmiz çəkisi 745 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Şahid4 yaşadığı evdə aşkar olunmuş 01 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Cinayət işinin 141-144-cü vərəqələrində olan cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 12 aprel 2024-cü il tarixli 16/439 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 yaşadığı evdən aşkar edilərək götürülmüş 2 qram çəkidə olan marixuanaya bənzər kütlə” yazılar olan kağız paketdəki qurudulmuş marixuana və MEM-nə məxsus kağız paketdəki qurudulmuş marixuana, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazılar olan kağız paketdəki qurudulmuş marixuana ilə tərkiblərinə görə eynidirlər. Cinayət işinin 137-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 01 aprel 2024-cü il tarixli 551 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 135-136-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 11 ay 28 gün müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-ci il tarixindən “Marixuana” diaqnozu ilə Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 102-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 146-154-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda, təmiz çəkisi 5,06 qram, əlavə məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra qalıq 5,02 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Həmçinin cinayət işində olan təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolunun surəti, üzləşdirməni əks etdirən 01 ədəd DVD disk, şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, məhkəmə-bioloji, əlavə məhkəmə-bioloji ekspertizasının surəti və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, narkotiki aldığı mənbəni ifşa etməklə cinayət işinin açılmasına köməklik etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixində saat şübhəli şəxs kimi tutulmuş, 10 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 mart 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 5.02 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixindən 10 mart 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 5.02 qram narkotik vasitə olan- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-116/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-116/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver