Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-117/2021 01.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs X5 Təqsirləndirilən şəxsin müdafiəçisi X6 İştirakı ilə xx xxxxx 1997-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus “Mercedes-Benz-240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobil ilə 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri, Koroğlu küçəsi ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edib, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və 1.3 xəttini kəsib keçməməli olduğu halda bunu etməmiş, qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, 02 BX-527 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol budun travmatik çıxığı, sirkə kasasının qəlpəli sınığı, sol dirsək oynağının arxa səthinin, sol əlin arxa səthinin və sol diz oynağının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz-240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilə 4380 (dörd min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilə 2169 (iki min yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, “Mercedes 240 minik” markalı 50 BK- 400 dövlət nömrə qeydiyyat nişanlı avtomobil atası Natiqə məxsusdur. Avtomobil atası Natiqin dayısı arvadı Zərərçəkmiş şəxs2 adına olsada, avtomobili atası Natiq almış və Natiqin adına etibarnamə olmuşdur. Avtomobili atası Natiqin və Xuramanın razılığı ilə idarə etmişdir. X8 rayonu Bərdə-Tərtər yolunda yerləşən “Qədim Bərdə” restoranı işlədir. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində tanımadığı şəxs ona zəng edərək yeznəsi Pərvizin restoranına Ermənistan hərbi birləşmələrinin raket atmasını və nəticədə Pərvizin ölməsini demişdir. Dərhal Bərdə-Tərtər yolunda yerləşən “Qədim Bərdə” restoranına getmişdir. Restorana çatdıqda çoxlu sayda şəxsin yaralı olmasını, ətrafın dağılmasını görmüşdür. Oraya yığışan şəxslərdən Pərvizi soruşduqda, ona Pərvizin pis vəziyyət olmasını və hal-hazırda Bərdə rayon Mərkəzi xəstəxanasına aparıldığını demişlər. Avtomobilə dostu Şahid4 ilə əyləşib tez xətəxanaya yollanmışdır. Bərdə şəhəri, Koroğlu küçəsi ilə saatda 50-60 km sürətlə gedərkən qarşıda olan avtomobili ötmə manevri etmişdir. Bu zaman qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074 minik” markalı 02 BX-527 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ötmə manevri etmiş və qoşa xətdin üstündə “VAZ 21074 minik” markalı 02 BX-527 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Onun avtomobilinin sol qanad uc tərəfi ilə sol uc qanad hissəsi toqquşmuşdur. Ətrafda olan şəxslər onların yanına gəlmiş, özü isə Səfanın yanına getmişdir. Ətraflarına yaxınlaşan şəxslər Səfanı taksi ilə xəstəxanaya yola salmışlar. Həmin vaxt Bərdə şəhəri, Ermənistan hərbi birləşmələrinin bombalaması nəticəsində ətrafda qorxu və xaos olmuşdur. Dərhal kömək kimi hadisə yerinə telefonla zəng edib bibisi oğlu Arzunu çağırmışdır. Yaralı şəxslərə köməyə gedən YPX-nin avtomobillərinə əl eləsədə, YPX-nin əməkdaşları saxlamamışlar. Bundan sonra o, xəstəxaya getmək üçün yoldan keçən tanımadığı avtomobilə əl etmiş, həmin avtomobil ilə birlikdə xətəxanaya getmişdir. Məsun isə avtomobilin yanında qalaraq polis əməkdaşlarını gözləmişdir. Səfanın arxasınca xəstəxanaya getmiş, xəstəxanadan Ermənistan hərbi birləşmələrinin Bərdə rayonunun atəşə tutması nəticəsində çoxlu yaralılar olmuşdur. İçəridə çoxlu yaralılar olduğundan onu Səfanın yanına buraxmamışlar. Həmin vaxt xəstəxanaya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun sərxoşluq vəziyyətini yoxladıqdan sonra, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahat vermişdir. Onun sürücülük vəsiqəsi və ya avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını nəzərə alıb ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “VAZ 21074 minik” markalı 02 BX-527 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində oğlu Vüsal ilə telefonla danışdıqda Bərdə şəhərinə raket mərmisinin düşməsini öyrənmişdir. X9-Tərtər yolunun kənarına çıxmasını və arxasınca gəldiyini demişdir. Avtomobili ilə Koroğlu küçəsi ilə saatda 30-40 km surətlə hərəkət edərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes 240 minik” 50 BK-400 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qardaşıdan gələn İsmayılın idarə etdiyi avtomobil ötmə manevri edərək qoşa xətdi keçib onun yoluna çıxmış və onun sol qanadı onun avtomobilinin sol qanadı ilə toqquşmuşdur. Toqquşmadan əvvəl əliylə İsmayıla hansı səbəbə üstünə gəlməsini işarə etmiş, lakin İsmayıl əliylə ona kənara çəkilməyi işarə etmişdir. Bu zaman toqquşmadan qaça bilməyəcəyini hiss edib avtomobili sağa çəkmək istəmiş və özünü sağ tərəfə yıxmışdır. Toqquşmadan sonra tanımadığı şəxslər öz avtomobillərində xəstəxanaya aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra oğlu Vüsal Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışdır. Qarşıdan gələn “Mercedes 240 minik” markalı 50 BK-400 dövlət nömrə qeydiyyat nişanlı avtomobili gördükdə öz avtomobilini sağa çəkmiş, lakin toqquşmadan qaça bilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs Natiq oğlu ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, “Mercedes Benz 240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Həmin avtomobili qohumu Şahid6 onun adına almışdır. Avtomobil Şahid6 istifadəsində olmuşdur. X2 idarə etməyə vermişdir. 08 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində olarkən Natiq ona zəng edərək oğlu İsmayılın avtomobil ilə qəza törətməsini demişdir. Natiqdən 08 oktyabr 2020-ci il tarixdə oğlu İsmayılın “Mercedes Benz 240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Qədim Bərdə” restoranına raket zərbəsi endiriləndən sonra getmiş, sonradan xəstəxanaya getdikdə yolda “VAZ 2107” markalı avtomobil ilə toqquşaraq avtomobilə zərər yetirməsini öyrənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes 240 minik” markalı 50 BK-400 dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə 4380 manat maddi ziyan dəymiş, ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, keçiriləcək bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 atasıdır. Vüsal ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərinə Ermənistan hərbi birləşmələri raket zərbəsi endirmişdir. Baş vermiş partlamadan qorxmuş və atası Səfanı onu Bərdə-Tərtər yolunun kənarından götürməsini demişdir. Atası onun arxasınca gələrkən ətrafda xaos olmuşdur. Atasını gözləmiş, gəlmədiyini gördükdə atasına zəng etmişdir. Atası Səfa ona yol-nəqliyyat hadisəsində xəsarət aldığını və avtomobili “Mercedes 240 minik” 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilin vurmasını və Bərdə RMX-na getməsini demişdir. Dərhal tanımadığı taksi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada atasına ilkin tibbi yardım göstərilmiş və Səfanı Gəncə şəhərində yerləşən Mərkəzi klinikaya aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs Natiq oğlu dayısı oğludur. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində İsmayıl ona zəng edərək Koroğlu küçəsi, Yavər inşaatın qarşısında idarə etdiyi “Mercedes 240 minik” 50 BK-400 dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə “VAZ 2107” markalı avtomobillə toqquşmasını demişdir. Dərhal hadisə baş verən yerə getmişdir. Hadisə yerinə çatdıqda orada toqquşmuş avtomobilləri görmüşdür. Hadisə yerinə gəldikdə polis əməkdaşları və Məsun orada olmuşlar. Dərhal xəstəxanaya getmiş, lakin xəstəxanada Ermənistan hərbi birləşmələrinin Bərdə şəhərini atəşə tutması ilə əlaqədar olaraq çoxlu yaralı olmuş, onu bu səbəbdən xəstəxanaya buraxmamışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Bərdə-Tərtər yolunda yerləşən “Qədim Bərdə” restoranını işlədir. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Ermənistan hərbi birləşmələrinin Bərdə şəhərini uzaq mənzilli raket ilə atəşə tutması nəticəsində mərminin biri onun işlətdiyi restorana düşmüşdür. Həmin vaxt o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır. Özünə gəldikdə ətrafın dağıldığını və çoxlu sayda şəxsin yaralandığını görmüşdür. Özünün yaralanmağını düşünüb yola çıxmışdır. Bu zaman yoldan keçən tanımadığı şəxs onu öz avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırmışdır. Daha sonra qayını İsmayılın onun yaralanmağını eşidib yanına gələrkən adını sonradan bildiyi Səfanın idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə toqquşmuşmasını öyrənmişdir. Səfa onunla xəstəxanada bir palatada yatarkən Səfanı görmüş, Səfa ona baş verən hadisəni danışmış və o, Səfaya hadisəni törədən şəxsin qayını İsmayıl olmasını demişdir. Bir müddət sonra Səfanı xəstəxandan çıxarmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs oğludur. “Mercedes 240 minik” markalı 50 BK-400 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili dayısının arvadı Zərərçəkmiş şəxs2 adına almış, daha sonra Xuraman həmin avtomobili ona etibarnamə ilə vermişdir. Avtomobili onun və Xuramanın razılığı ilə oğlu İsmayıl idarə etmişdir. 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində İsmayıl ona kürəkəni Pərvizin yaralanmasını və Pərvizin yanına gedərkən “VAZ 21074 minik” markalı 02 BX-527 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmasını, daha sonra isə onu polis şöbəsinə aparmalarını, polis şöbəsindən çıxdıqdan sonra özünü yaxşı hiss etməsini bildirmişdir. Oğlu İsmayılı dərhal yanına Bakı şəhərinə gəlməsini demiş, İsmayıl həmin günü onun yanına Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olarkən İsmayılı gecə həkimə aparmışdır. Həkim İsmayılın vəziyyətinin yaxşı olmasını, sinənin əzilməsi, ciddi problemin olmamasını dedikdən sonra, 09 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə geri qayıtmışdır. Səfanın vəziyyəti ilə maraqlanmış, Səfanın Gəncə şəhərinə aparmaları məlum olmuşdur. 12 oktyabr 2020-ci il tarixdə Səfa Gəncə şəhərindən evə qayıtmış, Səfanın yanına baş çəkməyə getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası mərkəzinin verdiyi 19 noyabr 2020-ci il tarixli 1013 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol budu travmatik çıxığı, sirkə kasasının qəlpəli sınığı, sol dirsək oynağının arxa səthinin, sol əlin arxa səthinin və sol diz oynağının əzilmiş-cırılmış yaraları küt əşya (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin salonunda olarkən sürücü kimi törənə bilərlər, müddəti qərarda göstərilən tarixə 08.10.2020-ci ilə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2020-ci il tarixli 8/2121 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı, 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz 240 markalı, 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Natiq oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli ilkin qiymnətləndirmə aktından müəyyən olunur ki, 08 oktyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində «Mercedes-Benz-240» markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 4380 (dörd min üç yüz səksən) manat maddi ziyan dəymişdir. İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli ilkin qiymnətləndirmə aktından müəyyən olunur ki, 08 oktyabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində «VAZ- 21074 minik» markalı 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 2169 (iki min bir yüz altmış doqquz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan 935B saylı 08 oktyabr 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri olmamışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus “Mercedes-Benz-240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobil ilə 08 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri, Koroğlu küçəsi ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edib, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və 1.3 xəttini kəsib keçməməli olduğu halda bunu etməmiş, qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, 02 BX-527 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol budun travmatik çıxığı, sirkə kasasının qəlpəli sınığı, sol dirsək oynağının arxa səthinin, sol əlin arxa səthinin və sol diz oynağının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz-240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilə 4380 (dörd min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilə 2169 (iki min yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 yanvar 2021-ci il tarixli 24 saylı arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu İmamqulubəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı kənd camaatı arasında özünü tərbiyəli aparmış, kəndin bütün işlərində yaxından iştirak edərək, öz işi ilə gənclərə nümunə olmuşdur. Gənc olmasına baxmayaraq həmişə uzaq görənliyi və düşüncəsi ilə ağıllı məsləhətlər verir. Onun barəsində icra nümayəndəliyi heç bir mənfi şikayət daxil olmamışdır. Bütün gənclərə örnək olaraq nümunə çəkilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə maddi köməklik göstərməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 06 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınma ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 21 dekabr 2020-ci il tarixli 8/2121 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz 240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “VAZ 21074” markalı 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz 240” markalı 50 BK-400 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “VAZ 21074” markalı 02 BX-527 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-117/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-117/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver