Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-117/2024 10.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Laçın rayonu Şəlvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan və Bərdə rayonu Nəzirli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 27 dekabr 2023-cü il tarixdə saat 1530 radələrində özünə məxsus “VAZ 2106” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə yaşayış məntəqəsində nəzərdə tutulmuş 60 km/saat sürət həddindən artıq olmaqla təxminən 63 km/saat sürətlə idarə edib Bərdə rayonu Böyük Göyüşlü kənd avtomobil yolu ilə Nazırlı kənd istiqamətində hərəkətdə olarkən Bərdə rayonu Böyük Göyüşlü kəndinin mərkəzi hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissəsininin tələblərini pozmaqla müvafiq olaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə idarə etməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bu tələblərə riayət etməklə hadisəni qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sol ön tərəfi ilə avtomobil yolunun hərəkət hissəsində, yolu soldan sağa keçməkdə olan piyada X4 vuraraq sonuncunun sağlamlığına açıq kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın alın-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, başın alın-təpə, alın, sağ gicgah, burun nahiyələrinin əzilmiş yaraları, burun, sağ almacıq, üst damaq, sağ bud sümüklərinin sınıqları, sağ bud nahiyəsinin qançırı və sıyrığı, sol baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X3 almış olduğu başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, “VAZ 2106” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur, avtomobili sürücülük hüququ əsasında idarə edir. xx.xx.2023-cü il tarixində ailə üzvləri-arvadı Şahid1, oğulları X8 və oğlu X9 ilə birlikdə yaşadığı Bərdə rayonu Nazırlı kəndindən Bərdə regional “ASAN xidmət” mərkəzinə uşaqlar üçün şəxsiyyət vəsiqəsi almağa getmişdir. Saat 1530 radələrində Bərdə şəhərindən yaşadığı Nazırlı kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. Bərdə rayonu Böyük Göyüşlü kəndinə yaxınlaşdıqda yolun kənarında qoyun sürüsünün olduğunu görmüşdür. Həmin yerə yaxınlaşanda iki nəfər şəxs yolun kənarında hərəkət hissəsinin yaxınlığında dayanmışdır. Həmin şəxsləri görən kimi siqnal verərək yolun hərəkət hissəsinə keçməmələri üçün işarə vermişdir. Həmin şəxslərdən birinin yolun hərəkət hissəninə gəldiyini görmüş, əyləcə basaraq avtomobili sağa çəkməyə çalışmışdır. Bu zaman adını sonradan bildiyi X4 avtomobilin sol ön hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yıxılmış və baş nahiyəsi avtomobilə dəymişdir. Avtomobildən aşağı düşmüş, xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan dərhal X18a məlumat vermişdir. Yol ilə keçən avtomobillər saxlamış və ətrafa 20-30 nəfər şəxs toplanmışdır. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Təxminən 20-30 dəqiqə sonra X18 hadisə yerinə çatmışdır. Xəsarət alan şəxsi xəstəxanaya yerləşdirmişlər. Sonradan ona məlum olmuşdur ki, X7 xəstəxanada ölmüşdür. Sonuncunun yaxın qohumları ilə əlaqə saxlamış, dəfn və yas mərasimi xərclərini qarşılamışdır. Yaxın qohumlarının bildirdiyinə görə Əli Həsənovun eşitmə və görmə qabiliyyəti məhdud olmuşdur. Qəzadan sonra vəfat etmiş şəxsin ailəsinə maddi yardım göstərmiş, onlarla barışmışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X7 atasıdır. X20 rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Atası onun evində, himayəsində yaşamışdır. 08 yanvar 2024-cü il tarixdə X20 Bərdə rayonu Böyük Göyüşlü kəndində qardaşı Aqil Həsənov ilə birlikdə qoyun otarmağa getmişdir. Atası və qardaşı özlərinə məxsus 10-15 qoyundan ibarət olan təsərüffatı idarə etmişdir. Əsasən Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində qoyunları otarırmışlar. Həmin gün təxminən saat 1545 radələrində ona məlum olmuşdur ki, Bərdə rayonu Böyük Göyüşlü kəndi istiqamətində atasını maşın vurmuşdur. Dərhal hadisə olan yerə getmişdir. Hadisə yerinə çatanda atası Əli yerdə huşsuz vəziyyətdə uzanmışdır. X18 maşını gəlmiş, o da X18la birlikdə xəstəxanaya getmişdir. Atası Əli bir neçə saat Bərdə Rayon Mərkəzi Xəstəxanasının Müalicə və Diaqnostika Mərkəzində əməliyyat edilmiş, lakin axşam saatlarında xəstəxanada vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, hadisəni törədən, yəni X20u maşınla vuran Bərdə rayonu Nazırlı kəndində yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs qohumları onlara gəlib dəfn və yas mərasimlərinin xərclərinə köməklik etmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində ailə üzvləri-əri Təqsirləndirilən şəxs, oğulları X8 və X9 ilə birlikdə yaşadığı Bərdə rayonu Nazırlı kəndindən Bərdə regional “ASAN xidmət” mərkəzinə uşaqlar üçün şəxsiyyət vəsiqəsi almağa getmişlər. Saat 1530 radələrində Bərdə şəhərindən yaşadığı Nazırlı kəndi istiqamətində hərəkət etmişlər. Bərdə rayonu Böyük Göyüşlü kəndinə yaxınlaşdıqda yolun kənarında qoyun sürüsünün olduğunu görmüş, iki nəfər şəxs yolun kənarında hərəkət hissəsinin yaxınlığında dayanmışdır. Təqsirləndirilən şəxs həmin şəxsləri görən kimi siqnal vermişdir. Yolun kənarında dayanan şəxslərdən biri yolun hərəkət hissəsinə doğru hərəkət etməyə başlamışdır. Habil avtomobilin əyləcə basaraq avtomobili sağa çəkməyə çalışmışdır. Bu zaman Habil adını sonradan bildiyi X4 avtomobilin sol ön hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs yıxılmış və baş nahiyəsi avtomobilə dəymişdir. Habil avtomobili saxlamış, avtomobildən düşmüşlər. Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan Habil dərhal X18a məlumat vermişdir. Ətrafa təxminən 20-30 nəfər şəxs toplanmışdır. Polis əməkdaşları hadisə yerinə gəlmiş, təxminən 20-30 dəqiqə sonra X18 maşını da hadisə yerinə çatmışdır. Xəsarət alan şəxsi xəstəxanaya yerləşdirmişlər. Sonradan bilmişdir ki, X7 xəstəxanada ölmüşdür. Habil dəfn və yas mərasimi xərclərini qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bərdə Rayon Polis X15 X13 Patrul Xidməti Bölüyünün inspektoru vəzifəsində işləyən Şahid3 göstərdi ki, Bərdə RPŞ-nin DYP YPXB-nün digər əməkdaşı X5 ilə xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Bərdə rayonu Göyüşlü kənd ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə X18 maşını ilə bilriikdə çatmışlar. Çatarkən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobili öz hərəkət zolağında dayanmışdır. Təqsirləndirilən şəxs özünə məxsus VAZ 2106 markalı avtomobillə piyadanı vurmuşdur. Xəsarət almış şəxsə yaxınlaşdıqda, o yerdə uzanmış vəziyyətdə, lakin hərəkətsiz və ölümcül halda olmuşdur. Hadisə ilə bağlı maraqlandıqda yol nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxsin oğlu bildirmişdir ki, hadisə zamanı oda orada olmuş, atasının qulağı ağır eşidirmiş, atasına çığırıb işarə vermək istəmişdir ki, avtomobil gəlir, yola çıxmasın, lakin atası eşitmədiyindən avtomobil zolağına çıxmış və yol nəqliyyat hadisə baş vermişdir. Xəsarət almış şəxs X18 maşınına qoyulmuş və Bərdə Rayon Mərkəzi xəzstəxanasına aparmışlar. Sonradan məlumat almışlar ki, artıq xəsarət almış şəxs vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 27 dekabr 2023-cü il tarixli, 62 saylı rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər- açıq kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın alın-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, başın alın-təpə, alın, sağ gicgah, burun nahiyələrinin əzilmiş yaraları, burun, sağ almacıq, üst damaq, sağ bud sümüklərinin sınıqları, sağ bud nahiyəsinin qançırı və sıyrığı, sol baldır nahiyyəsinin sıyrığı vardır. -Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində piyada kimi olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. -X1 ölümünə səbəb başın küt tramvası ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. -X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. -X1 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2024-cü il tarixli 4706 saylı maddi sübutların müayinəsi aktı). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 8/701 saylı rəyindən görünür ki, «VAZ 2106 minik» markalı, **-KO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq surətlə, yəni 63 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 14 mart 2024-cü il tarixli, 18-1-28/2-527/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 27 dekabr 2023-cü il tarixli, 1798 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. BC265368 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriya sürücülük hüququ vadır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə saat 1530 radələrində özünə məxsus “VAZ 2106” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə yaşayış məntəqəsində nəzərdə tutulmuş 60 km/saat sürət həddindən artıq olmaqla təxminən 63 km/saat sürətlə idarə edib Bərdə rayonu Böyük Göyüşlü kənd avtomobil yolu ilə Nazırlı kənd istiqamətində hərəkətdə olarkən Bərdə rayonu Böyük Göyüşlü kəndinin mərkəzi hissəsində, “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci və 2-ci hissəsininin tələblərini pozmaqla müvafiq olaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə idarə etməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bu tələblərə riayət etməklə hadisəni qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sol ön tərəfi ilə avtomobil yolunun hərəkət hissəsində, yolu soldan sağa keçməkdə olan piyada X4 vuraraq sonuncunun sağlamlığına açıq kəllə-beyin travması, baş-beyin qişalarına, başbeyin toxumasına və mədəciklərinə qansızma, başın alın-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, başın alın-təpə, alın, sağ gicgah, burun nahiyələrinin əzilmiş yaraları, burun, sağ almacıq, üst damaq, sağ bud sümüklərinin sınıqları, sağ bud nahiyəsinin qançırı və sıyrığı, sol baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X3 almış olduğu başın küt tramvası ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma nəticəsində ölümünə səbən olan yolnəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onun xəstəxanaya aparılmasına köməklik etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15 fevral 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 24 aprel 2024-cü il tarixli, 8/701 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-117/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-117/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver