Məhkəmə qərarları › İş №1(021)-118/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-118/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-118/2021 14.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürasunun vəkili X1 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdə Bərdə şəhəri Təbriz küçəsi ev 9-da yaşayan Zərərçəkmiş şəxs ilə Bərdə şəhəri Zöhrabbəyov küçəsi ev 22-də yaşayan kürəkəni Təqsirləndirilən şəxs arasında Bərdə rayon mərkəzi xəstəxanasının poliklinikasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs qəsdən yumruqla və təpiklə sifət nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol qulaq seyvanının arxa səthinin və qulaq arxası nahiyənin qançırları, burun kökünün sol yan səthinin sıyrığı, sol ənsə nahiyəsinin şişkinliyi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2018-ci ildə Bərdə şəhər sakini Şahid1 ilə ailə qurmuş və birgə nigahdan 1 övladı vardır. Təxminən 1 il əvvəl həyat yoldaşı Fəridə ilə aralarında yaranmış mübahisə səbəbi ilə Fəridə öz atası evinə getmişdir və orada yaşamağa başlamışdır. O hal hazırda Fəridə ilə ayrı yaşayır. 20.05.2021-cı il tarixdə o həyat yoldaşı Fəridənin azyaşlı oğlu ilə birgə azyaşlı oğlu xəstə olduğu üçün Bərdə rayon Uşaq xəstəxanasına getdiyini görmüş, bu zaman o onlara yaxınlaşmış və onlarla birgə xəstəxanaya getmişdir, sonra isə onlar uşaq xəstəxanasından çıxmış və azyaşlı oğlunun müayinə olunması üçün X6 rayon mərkəzi xəstəxanasına aparmaq istədiyini bildirmişdir, bundan sonra piyada yol gedərkən Fəridə ilə aralarında sözlə mübahisə baş vermiş və Fəridə ondan uzaqlaşmışdır və azyaşlı oğlu ilə birgə qaynatası İsmayılın işlədiyi mağaza tərəfə getmişdir. O isə Bərdə rayon mərkəzi xəstəxanasına getmişdir və Fəridəgilin xəstəxanaya getməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra Fəridə qucağında azyaşlı oğlu və qaynatası İsmayıl ilə birgə Bərdə rayon mərkəzi xəstəxanasının poliklinikasına getmişdir. Həmin vaxt o Fəridəyə yaxınlaşmış və oğlunu ona verməsini istəmişdir, bu zaman qaynatası İsmayıl onunla mübahisə etməyə başlamış və mübahisə zamanı onu nalayiq sözlərlə söyüb təhqir etmişdir, həmin vaxt o hirslənərək İsmayıla yaxınlaşmış və əvvəlcə yumruqla İsmayılın boyun nahiyəsinə vurmuş, daha sonra İsmayıl yerə yıxılmış və bu zaman o bir neçə dəfə yumruq və təpiklə İsmayılın sifətinə vuraraq onu döymüşdür. Həmin vaxt orada olan xəstəxananın mühafizəsinin əməkdaşı onu aralayaraq sakitləşdirmişdir. Bundan sonra o xəstəxananın qarşısına çıxmış və bir neçə dəqiqə orada durduqdan sonra çıxıb getmişdir. O qaynatası Zərərçəkmiş şəxs döyməsinə səbəb kimi İsmayılın onu nalayiq sözlərlə söyüb təhqir etməsi olduğunu bildirmişdir. Aralarında mübahisənin Bərdə rayon Mərkəzi xəstəxanasının inzibati binasında baş verdiyini və təxminən 4-5 dəqiqə ərzində davam etdiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, о, 2019-cı il tarixdə qızı Şahid1 Bərdə rayon sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur və birgə nigahlarından 1 az yaşlı övladları vardır. Təqsirləndirilən şəxsla qızı Fəridə arasında münasibətlər alınmadığı üçün 6 ay əvvəl qızı Fəridə övladı ilə birlikdə ərindən ayrılaraq onun evinə geri qayıtmışdır. Fəridə əri Sahil ilə boşanması üçün rayon məhkəməsinə müraciət etmişdir. 20.05.2021-cı il tarixdə o iş yerində olan zaman qızı övladı ilə birlikdə onun yanına getmiş və azyaşlı uşağını onunla birlikdə həkimə aparmasını istəmişdir. O qızı Fatimə və nəvəsini Bərdə şəhərində yerləşən mərkəzi xəstəxanaya aparmışdır. Onlar xəsdəxananın poliklinikasında həkim növbəsində gözləyən zaman kürəkəni Təqsirləndirilən şəxs ona yaxınlaşmış və nəvəsini ondan istəmişdir. Həmin vaxt nəvəsi Orxanpaşa onun qucağında olmuşdur. O Təqsirləndirilən şəxs nəvəsinin səhətində narahatlıq olduğu üçün həkim müalicəsinə ehtiyac olduğunu bildirmişdir. Lakin Sahil onun sözlərinə əhəmiyyət verməyərək onunla mübahisə etməyə başlamış və övladını ona verməsini istəmişdir. O Təqsirləndirilən şəxs sakitləşməsini xahiş etmiş, lakin Sahil israrla ondan övladını tələb etmişdir. O və qızı Fatimə Sahilin dediklərinə əhəmiyyət verməyərək xəstəxananı tərk etmək istəyərkən Sahil qəflətən yumruqla onun baş nahiyəsinə vurmuşdur və bu zaman o yerə yıxılmışdır. Bundan sonra Sahil təpiklə onun sifət və göz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt xəstəxanada olan mühafizə işçisi onlara yaxınlaşaraq yardım etmişdir. O özünə gəldikdə Sahilin getdiyini görmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 atası Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 2004-cü ildən Bərdə rayon Regional mühafizə xidmətində mühafizəçi işləyir. O daimi olaraq Bərdə rayon Mərkəzi xəstəxanasına mühafizəçi qismində xidmət aparır. O Zərərçəkmiş şəxs tanımır, onunla heçbir münasibəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs da tanımır. 20.05.2021-ci il tarixdə saat 12 radələrində o Bərdə rayon Mərkəzi xəstəxanasının inzibati binasında xidmətdə olarkən xəstəxananın həyətində olan poliklinikada dava-dalaş olduğunu ona demişlər və buna görədə o poliklinikaya getmiş və poliklinikanın qarşısında Sahil adlı şəxsin dayandığını görmüş, o ondan nə baş verdiyini soruşmuş, Sahil ona qaynatası ilə aralarında mübahisə olduğunu və buna görədə dalaşdıqlarını bildirmişdir, bundan sonra o poliklinikaya daxil olmuş, həmin vaxt İsmayıl adlı şəxsin oturaqlı vəziyyətdə olduğunu görmüş, o İsmayıla yaxınlaşmış və burnundan qan axdığını və sifət nahiyəsində xəsarətlər olduğunu görmüşdür, bundan sonra o Zərərçəkmiş şəxs köməklik göstərmiş və daha sonra Sahil adlı şəxsin arxasınca poliklinikanın qarşısına çıxmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. Bundan sonra o yenidən Zərərçəkmiş şəxs yanına qayıtmış və ona köməklik edərək ilkin tibbi yardım göstərilməsi üçün Zərərçəkmiş şəxs xəstəxananın qəbul şöbəsinə aparmışdır. O Sahil adlı şəxsin İsmayıl adlı şəxsi döydüyü anı görməmiş, lakin poliklinikada olarkən İsmayıl adlı şəxsin sifət nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 20.05.2021-ci il tarixli 397 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol qulaq seyvanının arxa səthinin və qulaq arxası nahiyənin qançırları, burun kökünün sol yan səthinin sıyrığı, sol ənsə nahiyəsinin şişkinliyi küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 20.05.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Materiala əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda məhkumluğu yoxdur. Materiala əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Zöhrabbəyov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Himayəsində 2019-cu il təvəllüdlü oğlu X2 vardır. Materiala əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.1990-cı ildə Bərdə şəhəri Zöhrabbəyov küçəsində anadan olmuş, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı vardır, fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, öz həmyaşıdları arasında hörməti vardır, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Materiala əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 20.05.2021-ci il tarixdə Bərdə şəhəri Təbriz küçəsi ev 9-da yaşayan Zərərçəkmiş şəxs ilə Bərdə şəhəri Zöhrabbəyov küçəsi ev 22-də yaşayan kürəkəni Təqsirləndirilən şəxs arasında Bərdə rayon mərkəzi xəstəxanasının poliklinikasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs qəsdən yumruqla və təpiklə sifət nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol qulaq seyvanının arxa səthinin və qulaq arxası nahiyənin qançırları, burun kökünün sol yan səthinin sıyrığı, sol ənsə nahiyəsinin şişkinliyi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar