Məhkəmə qərarları › İş №1(021)-118/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-118/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-118/2023 25.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bərdə rayonunun Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2013-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(021)45/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)119/2022 saylı qərarı ilə çəkilməmiş qalan cəzası 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)606/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, F.B.Köçərli küçəsi ev 29-da qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,33 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 20:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, F.B.Köçərli küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,33 bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2013-cü ildə X3 ilə ailə həyatı qurmuş, onların birgə nigahlarından 3 övladları 2017-ci il təvəllüdlü X6, 2018-ci il təvəllüdlü X7 və 2020-ci il təvəllüdlü X11 olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 6-7 ildir ki, narkotik vasitə hesab edilən marixuana istifadəçisidir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı Bərdə şəhəri F.B.Köçərli küçəsində yolun kənarında keçərkən yolun kənarından 1 ədəd kibrit qutusu tapmış və içərisinə baxdıqda içərisində marixuana olduğunu görmüşdür, sonra isə həmin kibrit qutusunu götürmüş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, yaşadığı Bərdə şəhəri F.B.Köçərli küçəsində olarkən yolda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat əldə etdiklərini bildirmişlər. Həmin vaxt mən onlara həqiqətəndə üzərində narkotik vasitə hesab edilən marixuana olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin vaxt polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində qanunsuz əşya və ya predmetin olub olmaması soruşuldur. O, əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 9 manat pul və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuş və daha sonra əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisində olan kütlənin marixuana olduğunu bildirmişdir. Bundan sonra o, üzərində başqa heçbir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 1 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 8,76 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırıldı və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra isə ona məxsus 9 manat pul və Samsung markalı mobil telefon ağ rəngli zərfdə qablaşdırılaraq möhürlənmiş və tərəflərindən imzalanmışdır. O, təxminən 6-7 ildir ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni cibində şəxsi istifadəsi üçün saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təziq və zor tədbiq olunmamışdır. O, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmiş, xəlvət qəbul etmişdir. Üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış, nə də heç bir kəsə verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni 22 fevral 2023-cü il tarixdə tutulmamışdan əvvəl Bərdə şəhərində yaşadığı evin yaxınlığıda küçədən yerdən tapmışdır. Onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmişlər, vəkili Müdafiəçi başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanımda heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəllər narkotik vasitəni bir neçə dəfə tapıb istifadə etmiş, lap əvvəllər tanımadığı şəxsdən bir neçə dəfə almış, o şəxsləri də tanımır, yadında qalmamışdır. Onun istifadəsində Samsung markalı mobil telefonu vardır, istifadə etdiyi mobil nömrə isə ***-***-**-**-dır, həmin nömrəni az müddətdir ki, işlədir. Samsung markalı mobil telefonu o, tutulanda polis əməkdaşları tərəfindən baxış keçirilməsi üçün götürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1996-cı ildən X9, 2022-ci ildən isə Bərdə RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 22 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasistə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra, ondan Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20:20 radələrində tərələrindən X1 şəhəri, F.B.Köçəri küçəsində küçəsində saxlanılnış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamasında şübhəli olması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs əllərini hər hansı bir cibinə qoymaması barədə xəbərdarlıq edilmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdən sonra müdafiəçi dəvət edilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid3 və Müdafiəçi iştirakı ilə vedeo çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilən əşyalar və sənədlər varsa çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən pul əskinaslarını, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, sonra isə əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxardaraq masının üzərinə qoymuşdur. Həmin əşyalara baxış keçirilərkən 1 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinasları, 1 (bir) ədəd qara rəngli Samsung markalı mobil telefon olması müəyyən edilmişdir. Şübhəli şəxsdən kibrit qutusunun içərisində nə olması soruşmuş, şübhəli şəxs kibrit qutusunun içərisində nəşə olduğunu bildirmişdir. Şübhəli şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni piyada küçədə gedərkən kibrit qutusunu yerdə görmüş baxanda nəişə olduğunu bilib cibinə qoyduğunu bildirmişdir. Həmin kibrit qutusuna baxılmış, içərisində tünd yaşıl rəngli spesfik iyə məxsus ikin baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan kütlə elektron tərəziyə qoyulub çəkilmiş, ümumi çəkisi, 8,76 qram olmuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan kütlə əvvəlki vəziyyətinə qaytarılıb ağ rəngli zərfə qoyulub qablaşdırılmış, üzəri 94 saylı möhürlə mühürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 9 manat pul əskinasları və 1 ədəd Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış, üzəri 94 saylı möhürlə mühürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Bundan sonra şəxsi axtarış yekunlaşdırılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş üzrə Şahid3 Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 23 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 22 fevral 2023-cü il tarixdə saat 20:50 radələrində Bərdə RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitlərin istifadəsində və üzərində saxlamasında şübhəli bilinən Bərdə şəhəri F.B.Köçərli küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,33 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırsanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 22 fevral 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 84-87-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 24 fevral 2023cü il tarixli 4(021)43/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 22 fevral 2023-cü ul tarixdən hesablanmışdır. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 23 fevral 2023-cü il tarixli, 16/256 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə şəhəri F.B.Köçərli küçəsi ev 29-da yaşayan oğlunun üzərindən Təqsirləndirilən şəxsnın üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda olan marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,33 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın - təmiz çəkisi 6,33 qram, tədqiqata sərf edildi 0,02 qram qalıq 6,31 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 141-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 621 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-140-cı vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(021)45/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)119/2022 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 saylı Cəza çəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılması qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)606/2022 saylı qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzası xx.xx.2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 104-105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2013-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 214121/09 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-606/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 17 gün müddətindən vaxtından əvvəl azad olunmuş, o, Bərdə Rayon İcra və Probasiya şöbəsində nəzarətə götürülmüş və cəzanın sonu ilə xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 125-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 08 aprel 2023-cü il tarixli, 414 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 126-cı vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6- 28/2-404/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” X17 narkoloji kabinetində (pof.qeydiyyat xx.xx.2013-xx.xx.2021) qeydiyyatdadır. Cinayət işinin 129-cu vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, F.B.Köçərli küçəsi ev 89-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunmuş, lakin narkotikaya meyilli olduğu göstərilmişdir. Cinayət işinin 156-164-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, işdə olan təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair qərar, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol, üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd DVD disk, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, məhkəmə-biloji ekspertizasından sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6,33 qram çəkidə nakotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 6,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Samsung A13” markalı mobil telefon və 9 manat məbləğində pul maddi sübut kimi tanınmışdır. 6,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. 9 manat pul Təqsirləndirilən şəxs, “Samsung A13” markalı mobil telefonun öz razılığı ilə anasına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, 2 azyaşlı övladının olmasını, uşaqlarından birinin xəstə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(021)45/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, Bərdə Rayon İcra və Probasiya şöbəsində nəzarətə götürülmüş və cəzanın sonu ilə xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(021)45/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il il tarixində şübhəli şəxs kimi tutulmuş, 24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 24 fevral 2023-cü il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 22 fevral 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 6,31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 9 manat pulun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus olan “Samsung A13” markalı mobil telefonun öz razılığı ilə anası X4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 6,31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar