Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-118/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə İsmayıllı rayon Qurbanəfəndi kəndində anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, barəsində əvvəllər Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi üzrə cinayət işinin icraatına CMP-nin 40.3-cü maddəsi ilə xitam verilən və hazırda Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə ittiham elan olunmaqla Sumqayıt Şəhər Məhkəməsinin icraatında təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İsmayıllı rayon Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2018-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və xx.xx.2023-cü ildə nişanlandığı xx.xx.2000-ci il təvəllüdlü Ağdam rayon, Xıdırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs onun dələduzluq əməlləri barədə anası Şahid1 məlumat əldə etməsi və anasının da məsləhəti ilə nişanı qaytarmaq qərarına gəlməsi barədə xx.xx.2023-cü il tarixdə qəti qərarını öyrəndikdən sonra bu qərara görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə həmin gündən etibarən istifadəsində olan mobil telefon vasitəsilə “instagram” sosial şəbəkəsində “dr.qurbanli1”, “dr.qurbanli19”, dr.qurbanli20”, “dr.qurbanli22”, “dr.qurbanli24”, “dr.qurbanova19” adlı saxta istifadəçi ad, profil və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə müxtəlif vaxtlarda sonuncunun fotoşəkillərini paylaşmaqla həqiqətə uyğun olmayan məzmunda təhqirlər edərək və böhtanlar ataraq özündən sair cəhətdən, yəni psixoloji cəhətdən asılı vəziyyətdə olan zərərçəkmiş şəxsi ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmış və nəticədə 12 noyabr 2023-cü il tarixdə, gecə saat 24 radələrində Zərərçəkmiş şəxs təxminən son üç ayda müxtəlif vaxtlarda keçmiş nişanlısı Təqsirləndirilən şəxs onun adından “instagram” sosial şəbəkəsində müxtəlif adlarda profil hesabları açıb üzərində nalayiq ifadələr yazılmış özünün və ailə üzvlərinin fotoşəkillərini paylaşması, qardaşı Şahid3 bacısı ilə uzun müddət bir evdə yaşamasını deməsi və göndərdiyi çılpaq şəkillərin guya bacısına aid olmasını bildirməklə ailəsində münaqişə yaratmağa çalışması, habelə borclu olduğu şəxslərə qəsdən Zərərçəkmiş şəxs və anası Şahid1 əlaqə nömrələrini, şəxsiyyətlərini təsdiq edən vəsiqələrin fotoşəkillərini göndərməklə onları dələduz kimi tanıtmasından, eyni zamanda bu məsələ ilə bağlı ayrı-ayrı polis əməkdaşları tərəfindən bir neçə dəfə müvafiq dövlət orqanlarına çağırılmalarından cana doyub, əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixi-emosional hal keçirərək yaşadığı evdə sirkə turşusu içib, özünə udlağın İİ dərəcəli kimyəvi yanığı, sol çənəaltı və çənə bucağı nahiyəsinin, boyunun ön səthinin sol yarısının orta 1/3-nin, döş qəfəsinin ön səthinin sağ və sol yarısının kimyəvi yanığı ilə müşayiət olunan, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə özünü öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə istifadəsində olan mobil telefonunda “Facebook” sosial şəbəkəsində “Elektron ünvan 1” gmail hesabı vasitəsilə zərərçəkmiş Zərərçəkmiş şəxs anası Şahid1 adına profil hesabı açıb birincininin ləyaqətini alçaltmaq məqsədi ilə kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs və ailə üzvlərinin fotoşəkillərini paylaşaraq onlar barəsində həqiqətə uyğun olmayan məzmunda nalayiq ifadələr işlətməklə təkraran təhqir etmiş və böhtan atmışdır. İbtidai instintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 125 və 148-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, atası Hacıbabayev Xanlar İbrəhimxəlil oğlu 1966-cı il təvəllüdlü olmaqla hazırda Türkiyə Respublikasında yaşamaqda və orada fabrikdə fəhlə işləməkdədir, onun anası Şahid2 isə 1973-cü il təvəllüdlü olmaqla atası ilə birlikdə yaşamışdır və anası hazırda Azərbaycandadır. Ondan yaşca kiçik iki qardaşı vardır. X3 Ağdam rayonunda fəhlə işləməkdədir, digər qardaşı X11 isə işsizdir, atasının yanında Türkiyə Respublikasında yaşayır. O, hazırda heç bir işlə məşğul olmur, 2022-ci ilin sentyabr ayında Bakı 1 saylı Tibb Kollecinin gözdən əlillər üçün müalicə-masaj ixtisasına qəbul olumuşdur, ancaq 2023-cü ilin mart ayından etibarən Kollecə getməmişdir. O, Zərərçəkmiş şəxs tanıyır, o, 13 iyul 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Həmin vaxtlar demək olar ki, o, Türkiyədən Azərbaycana yeni gəlmişdir, tanış olan zaman təxminən 1 həftə sosial şəbəkədə Aytənlə danışmışlar, Aytən ona Azərbaycan Dövlət Tibb Universitetində oxuduğunu bildirmişdir, Aytən həmin vaxt artıq birinci kursu bitirmişdir. Aytənlə 1 həftə danışdıqdan sonra sevgi münasibtətlərinə başlamışdırlar. Aytənin və anasının razılığı ilə Aytənin ailəsi ilə tanış olmaq üçün o, Zəkiyyə və Aybəniz adlı bibiləri ilə birlikdə Bərdə şəhərinə gəlmişdir, Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkında Aytən və anası Sara ilə görüşüb gələcəkdə qohum olmaq barədə danışmışlar, ilk əvvəl Şahid1 buna narazı olsa da sonradan Aytənlə onun münasibətinə icazə vermişdir. Aytən Bakı şəhərində tələbə olarkən təhsil aldığı Universitetin yataqxanasında yaşamışdır. Növbəti tədris ili başlamazdan əvvəl Aytən ilə Sara Bakı şəhərinə gəlmişdirlər, o da İsmayıllı rayonundan Bakı şəhərinə getmişdir, Aytənin keçən tədris ilindən qalan kəsirlərinin ödənişini, yataqxananın ödənişini etmişlər, pulları Aytəngilin özləri vermişdir. Buna görə də, vaxt keçdikcə Aytənin anası Sara da ona öyrəşmişdir. Aytənlə onun sevgi münasibətləri davam etmişdir, təxminən 2023-cü ilin yanvar ayında onun bibiləri, əmiləri olmaqla təxminən 15-20 nəfər qohumlarının iştirakı ilə Aytənin Bərdə rayonundakı yaşadığı evdə nişan mərasimi keçirilmişdir. Nişandan sonra da hər şey qaydasında getmişdir. Həmin vaxtlar o sərbəst şəkildə Türkiyə Respublikasında oxumaq istəyən abituriyent və tələbələri həmin işlə məşğul olan “Turkey study” adlı türk şirkətinə yönəltmək işi ilə məşğul olmuş və həmin şirkət müraciət edənlərin ödədikləri pulun təxminən 3- 5 faizini ona vermişdir. 2023-cü ilin iyul ayının ikinci yarısında Şirkət aradan çıxmış, o da müraciət edən şəxslərlə şirkət arasında vasitəçi olduğu üçün arada özü qalmış, xaricdə təhsil üçün ödəniş edənlər onun barəsində şikayət etməyə başlamışdırlar, çünki bəzən şirkətə çatmalı olan ödənişlər onun vasitəsilə şirkətə ödənilmişdir. Qeyd etdiyi vaxtlarda Elman adlı şəxs onun barəsində İsmayılı Polis şöbəsinə şikayət etmişdir, o, şirkətin əvəzinə 2400 manat pulu geri qaytarmışdır, həmin 2400 manat pulu ona Şahid1 borc vermişdir. Belə ki, Şahid1 pulu onun qardaşı Müsaqətə göndərmiş, Müsaqət isə pulu ona vermişdir. Təxminən 3-5 avqust 2023-cü il tarixdə o, Türkiyə Respublikasına getmiş, həmin şirkəti məhkəmə vermək istəmiş, habelə pul qazanıb ondan şikayət edən insanların pullarını qaytarmaq fikrində olmuşdur. O, Türkiyədə olanda xx.xx.2023-cü ildə nişanlısı Zərərçəkmiş şəxs ona zəng edib nişanı qaytarmaq istədiyini bildirdikdə Aytənə “mən bu dəqiqə o psixologiyada deyiləm, mənə vaxt verin, özümə gəlim, daha aydın, daha açıq şəkildə danışaq” demiş, onun bu təklifini Sara və qızı Zərərçəkmiş şəxs qəbul etməmiş, telefonda mübahisə etmişdirlər, anası və Aytən telefonda qışqır-bağır salmışdırlar. O dəfələrlə narkoz almışdır, bəzən özündən çıxanda əsəblərini cilovlaya bilməmişdir, bəlkə də həmin vaxt düşünə, fikirləşə bilməmişdir. Belə ki, xx.xx.2023-cü ildə o, nişanlısı Zərərçəkmiş şəxs və anası Şahid1 ilə telefonda mübahisə etdikdən sonra o, “dr.qurbali19” adlı instagram profil hesabı yaratmış, özü ilə Aytənin birlikdə olan şəkillərini həmin profil hesabında paylaşmış, bundan bir neçə saat sonra onun valideynləri onun instagram sosial şəbəkəsində saxta probil hesabı açaraq Aytənlə birgə olduğu şəkilləri paylaşdığını öyrənib ona irad bildirmişdirlər və o da həmin vaxt “dr.qurbali19” adlı instagram profil hesabını silmişdir. Bundan sonra, 2023-cü ilin avqust ayında həmin “saxta profil” söhbətindən qısa müddət sonra Qusar rayon sakini, Bakı şəhərində yaşayan Südabə adlı valideyn ondan şirkətə ödədiyi pulu geri tələb etmiş, Südabə onu Yasamal RPİ-yə şikayət etmişdir. Südabə şirkətə çatası pulu Aytənin kart hesabına göndərdiyi üçün polis əməkdaşı Aytəni idarəyə çağırmışdır. Bu məsələyə görə də Şahid1 ilə onun arasında telefonda mübahisə yaranmışdır. O, Şahid1 telefonda başa salmağa çalışsa da Sara onu başa düşməmişdir. Buna görə də o, əsəbiləşib Südabə adlı qadına pulunun Şahid1 və Zərərçəkmiş şəxs olduğunu, gedib onlardan almalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, Türkiyə Respublikasından onlayn qaydada İsmayıllı rayon Polis şöbəsinə müraciət edərək Şahid1 haqqında onun İphone markalı mobil telefonunu və qızıl üzüyünü mənimsəməsi barədə şikayət etmişdir. O, X24 2023-cü ilin aprel ayında tanımışdır, Eşqin Musayevin ətrafında tələbələr olmuşdur, Eşqin Türkiyədə təhsil almaq istəyən tələbələri ona, o isə şirkətə yönəltmişdir. Türkiyədə təhsil üçün ödənilən pullardan Şahid1 və Zərərçəkmiş şəxs heç bir məlumatı olmamışdır, bu iş üçün onlara hər hansı məbləğdə pul vəsaiti çatmamışdır. Sadəcə o, əsəbilərini cilovlaya bilmədiyi üçün şikayətçilərə pulların Aytən və Saraya çatdığını bildirmişdir, buna görə də, polis əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs idarəyə çağırmışdırlar. O, şikayətçilər Südabə və X37 ilə Saranın şəxsiyyət vəsiqələrinin şəkillərini göndərmiş, Türkiyədə təhsil üçün ona pul verən şəxslərin pullarının Aytən və Sarada olduğunu bildirmiş, şikayətçilər də polis əməkdaşlarına Aytən ilə Saranın şəxsiyyət vəsiqələrini təqdim edib onları polis idarəsinə çağırtdırmışdırlar. O İnstagram sosial şəbəkəsində ancaq Aytən ilə birlikdə olduğu şəkilləri paylaşmışdır. Aytən və ailə üzvləri barəsində heç bir böhtan xarakterli və təhqiramiz sözlər yazmamışdır. Sadəcə xx.xx.2023-cü il tarixdə saxta profil hesabı açaraq Aytənlə özünün birlikdə olan şəkillərini paylaşmış, həmin paylaşımda “Tanıyın bu şəxsi. Evlənmək adı ilə birinci qrup əlildən istifadə edir.” sözlərini yazmışdır. Bundan başqa, Aytənin qardaşları ilə onun arasında telefonda mübahisələri olurdu, o da əsəbiləşdiyi üçün, Şahid1 böyük oğlu Şəhriyarın onun anasını təhqir etdiyi üçün Şəhriyarın telefonuna internet saytından götürdüyü, üzü görünməyən hansısa çılpaq qadın şəkillərini göndərib həmin şəkildəkini bacısı Aytən olduğunu demişdir. O, 2023-cü ilin avqust ayında instagram sosial şəbəkəsində saxta istifadəçi adı ilə profil açıb özünə və Aytənə aid şəkilləri paylaşdığına, habelə ondan şikayətçi olan şəxslərə guya verdikləri pulların bir hissəsinin Sarada və Aytəndə olduğunu dediyinə görə peşmandır. Bundan başqa, təqsirləndirilən X15 ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs adından instagram” sosial şəbəkəsində istifadə etmiş, avqust ayında nişanın qaytarılması məsələsindən sonra hirsləndiyi, Aytəni itirmək istəmədiyi, Aytənin anası Sara ilə dalaşdığı üçün həmin “dr.qurbanli.19” profil hesabında şəkilin altından “Gözdən əlil şəxsin pulunu mənimsəyən şəxsi tanıyın” məzmunda rəy yazmışdır. Zərərçəkmiş şəxs 2023cü ilin noyabr ayında sirkə turşusu içərək özünü zəhərləməsində o, özünüzü təqsirli bilmişdir. Belə ki, o, daha anlayışlı davrana bilərdi, o, Aytəni 6 ildir tanımışdır və Aytənin psixoloji cəhətdən də bir qədər zəif olduğunu bilmişdir. O, Aytənin anası ilə mübahisə etməməli və həmin rəyi yazmamalı olduğunu anlamışdır. O, Aytənlə aralarında yaşanan mübahisələrin Aytənə çox ağır təsir edə biləcəyini düşünməli olsa da özü də əsəbi olduğu üçün, eyni vəziyyətdə olduğu üçün, Aytəni itirməmək üçün bunları düşünməmişdir. O, bütün bunlardan başqa, Aytənin böyük qardaşı Şəhriyar ilə mübahisə etmiş, Şəhriyar ona anası haqqında instagram hesabı göndərəndə o da Şəhriyara bacısının şəklini göndərmiş, ikisi arasında mübahisə olmuş, o, Şəhriyara bacısı Aytənlə uzun müddət bir yerdə yaşadığını demişdir. Avqust ayının 23-də o, Şəhriyar ilə telefonda mübahisə edən zaman Aytənin 28 Molda don seçərkən geyindiyi paltarda olan şəklini Aytən ona göndərmişdir, o da həmin baş nahiyəsi görünməyən fotoşəkili Şəhriyara göndərmişdir. Bundan başqa, Südabə adlı xanım ona çatası pulları onun istəyi ilə Aytənin adına olan karta köçürmüşdür. Südabə xanım onu polisə şikayət edəndə kartın sahibi Aytəni şikayət edəcəyini ona bildirdikdə o əsəbiləşdiyi üçün Südabə xanıma həmin pulların Aytənə çatdığını demişdir. Eyni zamanda Eşqin adlı şəxsə də pulların Aytənə çatdığını bildirmişdir, buna görə də Aytəni polis şöbəsinə çağırmışdırlar. Bundan başqa, o, “Sizə tərəfimdən xx.xx.2024-cü il tarixdə ittiham elan olunduqdan sonra siz təqsirləndirilən şəxs qismində dindirilən zaman “dr.qurbanli.19” adlı profil hesabı 2024-cü ilin avqust ayında nişanın qaytarılması ilə bağlı mübahisə yaranan zaman Türkiyə Respublikasında olarkən əsəbiləşib açdığınızı, bu barədə valideynlərinizin məlumatı olduqdan sonra onların təkidi ilə, həm də peşman olub həmin hesabı sildiyinizi bildiribsiniz. Bu ziddiyyət barədə nə deyə bilərsiniz?” sualına “Həmin “dr.qurbanli.19” adlı profil hesabı dondurmuşdu, sonradan avqust ayında aktivləşdirib həmin əməli etmişdi.” sözləri ilə cavab vermiş, ona təqdim olunan Samsung A53 markalı mobil telefonun ona aid olduğunu, polis əməkdaşları tərəfindən tutulub Bərdə RPŞ-yə təhvil veriləndə həmin Samsung A53 markalı mobil telefonun ondan götürüldüyünü bildirmişdir. Ona istifadəsində olmuş Samsung A53 markalı mobil telefona baxış istintaq hərəkəti protokolundakı “Əsas menyudan “Gmail” faylına daxil olub monitorun yuxarı sağ küncündə hazırda hesabı işlək olan gmail hesab adının baş hərbi “A” yazısının üzərinə sıxdıqda digər gmail hesablarının da olduğu səhifə açıldı. Həmin səhifədə Kudret Kafkazlı şərti adı ilə “Elektron ünvan 2”, Pərvanə Eyvazova şərti adı ilə “Elektron ünvan 3”, Tamella Məmmədova şərti adı ilə “Elektron ünvan 4”, Amin Əhmədov şərti adlı ilə “Elektron ünvan 5”, Alparslan Cəfərli şərti adı ilə “Elektron ünvan 1”, Ziyəddin Hüseynov şərti adlı ilə “Elektron ünvan 6”, Musagat HAJİBABAYEV şərti adı ilə “Elektron ünvan 7” və LezGİN Kudret şərti adı ilə “lezgingudrat @gmail.com” gmail hesabları aşkar edildi. LezGİN Kudret şərti adı ilə “lezgingudrat @gmail.com” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2019-cu ildə yaradıldığı və daxil olan məlumatlardan hesabın Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi. Alparslan Cəfərli şərti adı ilə “Elektron ünvan 1” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanli1” adlı instagram profil hesabı açıldığını, xx.xx.2023-cü il tarixdə “dr.qurbanova19” adlı instagram profil hesabının açıldığı müəyyən edildi. Həmin gmail adresə gələn daha yaxın tarixli digər bildirişlərə baxdıqda Facebook sosial şəbəbkəsində zərərçəkən Zərərçəkmiş şəxs adına açılan Şahid1 adına olan profil hesabı göründü, adın üzərinə sıxdıqda həmin gmail hesabdan birbaşa Şahid1 adına açılan Facebook sosial şəbəkəsindəki profil hesabı açıdlı. Şahid1 adına olan profil hesabda profil şəkilində Şahid1 iş yerində çəkdirdiyi şəkillər, həmçinin Şahid1 haqqında məlumatlar həmin hesabda yazılmışdır. Bundan başqa, profildə “hakkında bilgilər” bölməsinə daxil olduqda həmin facebook profil hesabının xx.xx.2023-cü ildə “Elektron ünvan 1” hesab vasitəsilə açıldığı bir daha müəyyən edildi. Bundan sonra qeyd olunan facebook hesabında guya Şahid1 adından edilən paylaşımlara sonuncunun və qızı zərərçəkmiş Zərərçəkmiş şəxs şəkillərinin paylaşıldığı və şəkillərin altından kütləvi nümayiş etdirilməklə nalayiq, böhtan və təhqir edici ifadələr yazıldığı aşkar edildi. Ziyəddin Hüseynov şərti adlı ilə “Elektron ünvan 6” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanli22” adlı instagram profil hesabı açıldığı aşkar edildi. Musagat HAJİBABAYEV şərti adı ilə “Elektron ünvan 7” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanova” adlı instagram profil hesabından istifadə edildiyi müəyyən edildi. Bundan sonra mobil telefonun əsəs menyusuna qayıdıb oradakı “teleqram” adlı sosial şəbəkə hesabına daxil olduqda hesabın Təqsirləndirilən şəxs aid olması, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Şahid3 ilə təqsirləndirilən şəxs arasında olan danışıqlar aşkar edildi. Belə ki, Təqsirləndirilən şəxs Şahid3 özü və bacısı Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlədərək Aytənlə yaxın münasibətlərinin olduğunu, onda olan Aytənin şəkillərini paylaşmaqla ailəsini biabır edəcəyini bildirmiş və Şəhriyara şəkillər ataraq həmin şəkillərin Aytənə aid olduğunu bildirmişdir”.” yazılar səsləndirilmiş, əvvəlki ifadəsi ilə üzləşdirmə istintaq hərəkətində dedikləri sözlər arasındakı ziddiyyətləri izah etməsi xahiş olunmuş, o isə cavabında “sadəcə instagram sosial şəbəkəsində yaratdığım “dr.qurbanlı1” adlı profil hesabının sonradan adlarını dəyişmişəm. Digər profillər mənim tərəfimdən açılmamışdır. Mən ancaq “dr.qurbanlı19” adlı profil hesabını açmışdım. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bəli, eləmişəm, elədiyim səhvimi boynuma alıram. Buna görə də peşmanam. İnsan 6 il əziyyət çəkdiyi, sevdiyi insanı itirmək istəmir.” sözlərini bildirmiş və özünü 70 faiz günahkar kimi görmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının CM-nin 125 və 148-1-ci maddələri ilə yenidən ittiham elan olunduqdan sonra təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən özünü CM-nin 125 və 148-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadıqlarına, Aytənlə münasibətlərinin pozulmasına, işlərin bu hala gəlməsinə çox heyifsilənmişdir. Ona məxsus Samsung A53 markalı mobil telefonda aşkar edilən Şahid1nın adına açılan facebook profil hesabını o, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonunda olarkən Şahid1 əsəbiləşib açmışdır, həmin hesab ona aiddir, o, əsəblərinə məğlub olmuşdur. O, ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 125 və 148-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü tamamilə təqsirli hesab etmişdir. Aralarında olan mübahisələr zaman əsəblərini cilovlaya bilməyib o, Aytənin adına sosial şəbəkələrdə saxta profil hesabları açıb nalayiq ifadələr yazmışdır və o, tutduğu əməllərdən peşman olmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı, ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125 və 148-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, ona böhtan atırlar. Belə ki, Zərərçəkmiş şəxs adına “İnstagram” sosial şəbəkəsində saxta profil açmaqla sonuncunun və ailə üzvlərinin şəklilərini paylaşaraq təhqiredici və böhtan xarakterli sözlər yazdığına görə Zərərçəkmiş şəxs sirkə turşusu içərək intihara cəhd etməsi barədə rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli müraciəti əsas isə həmin məlumat əsasında Bərdə rayon prokurorluğunda toplanılmış materialda özünü öldürməyə cəhd həddinə çatdırma və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və təhqir etməyə işarə edən kifayət qədər dəlillərin aşkar edilməsi olmuşdur. Əlavə olaraq qeyd etdi ki, Zərərçəkmiş şəxs məhkəmə tibb ekspertizasının rəyinə əsasən udlağın İİ dərəcəli kimyəvi yanğını, sol çənəaltı və çənə bucağı nahiyəsinin kimyəvi yanıqları törənmişdir. Həmin yanıqlar onda olsaydı o, azı iki ay danışa bilməzdi. Halbuki 13 noyabr 2023-cü il tarixdə onunla telefon əlaqəsi yaratmışdır. Tibb təhsili aldığına görə bildirir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə 2013-cü ilə kimi Bərdə şəhəri İnternat tipli Gimnaziyada, 2013cü ildən 2017-ci ilə kimi Ağdam rayon 1 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. O, 2017-ci ildən 2023-cü ilə kimi Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə ali təhsil almışdır. Onun atası 1960-cı il təvəllüdlü X7 polis əməkdaşı olmuş, 2022-ci ildə vəfat etmiş, Birinci Qarabağ döyüşlərinə iştirak etmişdir, müharibə veteranıdır. Onun anası Şahid1 1977-ci il təvəllüdlü olmaqla Bərdə şəhər 1 nömrəli tam orta məktəbdə kimya müəllimidir, onun böyük qardaşı 2004-cü il təvəllüdlü Şahid3 hazırda Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetində 3-cü kurs tələbəsidir, 2007-ci il təvəllüdlü digər qardaşı X8 futbol klubunun oyunçusudur. xx.xx.1995-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, İsmayıllı rayonunun Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ilə o, 2018-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsindəki “Təhsil” səhifəsində təsadüfən tanış olmuşdur. Belə ki, o, həmin vaxtlar Türkiyədə təhsil ilə maraqlanmış, “Təhsil” səhifəsinin admini kimi Təqsirləndirilən şəxs müraciət etmiş, Qüdrət ona əlaqələrinin geniş olduğunu, onun təhsil aldığı Universitet ilə də qarşılıqlı işlədiyini, ona köməklik göstərə biləcəyini demişdir. Bundan sonra Qüdrət ilə onun arasında xoş münasibət yaranmışdır, Qüdrət onun oxuduğu universitetə gəlib getməyə başlamışdır. Əvvəllər Qüdrət ona universitetdə başqa tanışlarının da olduğunu desə də, sonradan Qüdrətin yalan danışdığını anlamışdır. Qüdrətin zaman zaman ona yalan danışdığını hiss etmiş, ancaq o, Qüdrəti sevdiyinə görə Qüdrətin səhvlərinə, yalanlarına göz yummuşdur. Qüdrət ona ailəsinin Türkiyədə yaşadığını, özünün isə tez-tez Türkiyəyə gedib gədiyini demişdir. O, Bakıda təhsil alan vaxtlar universitetin yataqxanasında qalmışdır. Qüdrət 2022-ci ildə Bakı 1 nömrəli Tibb kollecinə qəbul olmuşdur. 2023-cü ilin yanvar ayında Qüdrətin 30 nəfərdən ibarət qohumları onların evinə həm elçiliyə, eyni zamanda adət olaraq şirin çay içməyə gəlmişdirlər. Nişandan əvvəl isə tanışlıq üçün Qüdrətin anası Badam qohumları ilə onun evinə qonaq gəlmişdir. Hələ nişanlanmamışdan əvvəl Qüdrətin kobud davranışlarına görə aralarında narazılıqlar yaransa da sadəcə Qüdrətin düzələcəyi ümidi ilə o, Qüdrətdən ayrıla bilməmiş, vaxt keçdikcə isə Qüdrət ondan ayrılacağı təqdirdə onun şəkillərini sosial şəbəkələrdə yaymaqla onu hədələmişdir. Bundan başqa, həmin vaxtlar onun atası şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş, əməliyyat olunmuş, atasının isə şəkillərinin sosial şəbəkədə yayılmasından məlumatı olacağından çox qorxmuşdur. Düzdür, onun Qüdrətdə çılpaq, qeyriəxlaqi şəkilləri, görüntüləri olmasa da sadəcə şəkillərini paylaşıb üzərindən nalayiq ifadələr yazacağı ilə onu hədələmiş, o isə sevgili olduğu vaxtlarda buna dözmüş, münasibətləri yenidən düzəldikdə isə Qüdrət ona bütün bunları onu çox sevdiyi üçün etdiyini demişdir. 2022-ci ilin iyul ayında onun atası Vidadi vəfat etmiş, bundan 6 ay sonra xx.xx.2023-cü ildə onun nişan mərasimi olmuşdur. xx.xx.2023-cü ildə Qüdrət onun anası Şahid1 zəng etmiş, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, guya işə adam düzəltmək adı ilə Elman adlı bir şəxsdən 2400 manat pul aldığına görə tutulacağını bildirmiş, o və anası həmin vaxt Bakı şəhərində olmuşlar, həmin müddətdə onlar artıq toy üçün də hazırlıqlar etmişdirlər. Qüdrət Şahid1 ilə telefonda danışarkən artıq danışa bilməyəcəyini, qardaşı Musaqətlə əlaqə saxlaya biləcəklərini bildirmiş və dəymiş ziyanın geri qaytarılmasında Şahid1 köməklik etməyini xahiş etmişdir. Şahid1 Qüdrətin qardaşı Müsaqətlə telefonda danışmış, Müsaqət bank hesab kartının şəklini göndərmiş və Şahid1 həmin karta 2400 manat pul köçürmüşdür. Onun anası pulu göndərdikdən sonra Müsaqətlə yenidən telefonla danışıb məsələni daha ətraflı öyrəndikdə qardaşı Müsaqət Qüdrətin belə dələduzluq işlərinin çox olduğunu, ləzgi bir qadına da 8000 manat verəcəyinin olduğunu dedikdə onun anası nişanı qaytaracağını bildirmişdir. O həmin vaxt xx.xx.2023-cü il tarixdə keçiriləcək rezidentura imtahanına hazırlaşdığı üçün Şahid1 ona bu barədə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə o, imtahandan çıxdıqdan sonra anası ona Qüdrətin əməlləri barədə danışmış, o da anası ilə həmfikir olmuş və nişanı qaytarmaq istəmiş, Qüdrətlə telefonda danışanda öz fikrini Qüdrətə bildirmiş, Qüdrət isə ona bu hərəkətinə görə onu biabır edəcəyini, şəkillərini yayacağını bildirmiş və həmin gün “İnstagram” sosial şəbəkəsində onun adına saxta profil hesabı açaraq üzərində nalayiq yazılar olan şəkillərini paylaşmışdır. Şahid1 DİN-nin “102 Çağrı Mərkəzi”nə bu barədə məlumat vermiş, 102-dən onlara Nəsimi rayon Polis İdarəsinə yaxınlaşmağı demişlər, o, anası ilə oraya getmişdir, Nəsimi Polis idarəsində Nazim adlı polis əməkdaşı onları qəbul etmiş, ərizələrini, izahatlarını almışdır. Qüdrət isə xx.xx.2023-cü ildən Türkiyə Respublikasına qaçıb getmişdir. O, Qüdrətin onun adına açdığı saxta profil hesablarında paylaşdığı şəkilləri, habelə həmin şəkilləri paylaşması ilə bağlı etiraf videogörüntüsünü araşdırmaya təqdim etmişdir. xx.xx.2023-cü ildə nişanın qaytarılması ilə bağlı onun verdiyi qəti qərarından sonra Qüdrət ilə onun arasında yaranan narazılıqdan 3 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda yaşadığı evdə sirkə turşusu içərək o özünü öldürməyə çalışmışdır. Həmin müddətdə Qüdrət dayanmadan gah onun şəkillərini sosial şəbəkələrdə paylaşmış, bir tərəfdən də dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirdiyi şəxslərə onun şəxsiyyətini təsdiq edən sənədlərin fotoşəkillərini göndərmiş, gah da onun anasının mobil nömrəsini həmin adamlara verib onlardan aldığı pulların guya anasına çatdığına şikəyətçiləri inandırmağa çalışmışdır. Belə ki, xx.xx.2023-cü ildə o, Qüdrətə nişanı qaytarmaq ilə bağlı qəti fikrini dedikdən sonra Qüdrət onun şəkillərini sosial şəbəkədə yaydığına görə anası ilə birlikdə Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, növbəti gün isə onları həmin İdarədən başqa bir polis əməkdaşı İdarəyə dəvət etmişdir, Onlar oraya getdikdə Tuqay adlı polis əməkdaşı Bakı şəhər sakini Südabə adlı həkimin ondan və anasından şikayət etdiyini bildirmiş, o və anası Südabəni əvvəllər tanımadıqları üçün əvvəlcə nə baş verdiyini anlamamışlar. Onlar otaqda olan zaman polis əməkdaşı Südabə adlı qadını da otağa çağırmış, üzləşdirmiş, Südabə adlı qadın onlara 2023-cü ilin may ayında onun adına olan kart hesabına 4000 manat pulu əli ilə köçürdüyünü, digər 4000 manat pulu isə əli ilə Qüdrətə verdiyini, Qüdrətin həmin pulu onun kartına göndərdiyini bildirmiş, o isə bütün bunların yalan olduğunu, bunların hamısının Qüdrətin qurması olduğunu izah etməyə çalışmış, növbəti gün bankdan kart hesab çıxarışını əldə etmiş və polisə təqdim etmiş, polis əməkdaşı bundan sonra ona inanmışdır. Bundan başqa, 2023-cü ilin sentyabr ayında İsmayıllı rayon Polis şöbəsindən onun anasına zəng gəlmiş, cinayət axtarış bölməsinin əməkdaşı Təqsirləndirilən şəxs Türkiyə Respublikasından onlayn qaydada onun və anasının barəsində İphone markalı mobil telefon, qızıl-zinət əşyalarını və xeyli miqdarda pulu götürüb qaçmaları məzmunda şikayət etdiyini bildirmişdir. Həmçinin polis əməkdaşı ona Qüdrət haqqında bir çox şikayətin olduğunu, aidiyyəti üzrə ərizəni göndərəcəyini bildirmişdir. xx.xx.2023-cü ildə onu və anasını Yasamal rayon Polis idarəsinə çağırmışdırlar. Anası ilə həmin idarəyə gedəndə Südabə adlı həkimin şikayətinin Nəsimi RPİ-dən Yasamal RPİ-yə göndərildiyini, habelə İsmayıllı RPŞ-yə Qüdrətin onlayn qaydada etdiyi şikayətin də aidiyyəti üzrə Yasamal RPİ-yə göndərildiyini başa düşmüşdür. Orada onları adını xatırlmadığı polis əməliyyat müvəkkili kimi özünü təqdim edən şəxs qəbul etmiş, onlardan nə üçün İsmayıllıdan qaçdıqlarını soruşmuş, onlar təəccüblənmiş və heç kimdən qaçmadıqlarını bildirmişlər, polis əməkdaşı da onlara məhz guya onların polisdən qaçdıqları üçün axtarıldıqlarını demiş və çağırışa dərhal gəldikləri üçün onlara gedə biləcəklərini bildirmişdir. Həmin gün Yasamal RPİ-yə getməmişdəm əvvəl 2023-cü ilin avqustunda şərəf və ləyaqətimin sosial şəbəkədə təhqir olunmasına görə Qüdrətdən Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə o, anası birlikdə məhkəmə iclasında olmuş, X42 olmuşdur. X42 şikayəti aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə verməli olduğunu izah etmişdir. Bundan başqa, təxminən 2023-cü ilin avqust-sentyabr aylarında Qaradağ rayon Polis idarəsinin 19-cu Polis bölməsinə onu anası ilə birlikdə çağırmışlar, onlardan Qaradağ rayon sakini əvvəllər tanımadıqları X31 adlı şəxsin pul tələbi ilə bağlı şikayət etdiyini bildirmişdirlər. Polis əməkdaşı guya anası ilə onun Eşqin adlı şəxsi xarici ölkədən aldığı diplomu Azərbaycan Respublikasında tanıtmaq adı ilə aldadıb 5000 manat pul aldığını bildirmişdir. Məsələni daha da dəqiqləşdirdikdə öyrənmişlər ki, Qüdrət Eşqindən aldığı pulu guya onlara göndərmiş, Eşqin də Qüdrətin sözlərinə inandığı üçün onlardan şikayət etmişdir. Qüdrət Eşqini və digər şəxsləri onlardan aldığı pulları ona göndərdiyinə inandırmaq üçün əvvəllər onun anasından borca aldığı pulları geri qaytararkən screenshot etdiyi qəbzləri həmin şəxslərə göndərmiş, həmin şəxslərin onu və anası Şahid1 rahat şəkildə tapıb şikayət edə bilmələri üçün onun və anasının şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətlərini, mobil nömrələrini həmin şəxslərə göndərmişdir. Onlar da hər dəfə başqa-başqa polis idarə və şöbələrinə, bölmələrinə getdikdə, şikayətçilərlə üzləşdikdə adlarını Qüdrətin verdiyini demişdirlər, şikayət edən şəxslər polis əməkdaşlarına onlarla heç vaxt danışıqlarının olmadıqlarını, tanımadıqlarını bildirmişdirlər. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycan Respublikasında təsdiq olunmasında köməklik göstərməsi adı ilə şəxsləri aldadıb pullarını almasını ilk dəfə xx.xx.2023-cü ildə öyrənmiş və buna görə də nişanı qaytarmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs onun və ailəsinin haqqında sosial şəbəklərdə nalayiq paylaşımlar etməsi, habelə aldatdığı şəxslərə dələduz kimi onu təqdim edərək həmin şəxslərin onun barəsində müxtəlif hüquq mühafizə orqanlarına şikayət verməsinə görə o, 2023-cü ilin avqust-sentyabr aylarında Nəsimi RPİ-yə, Nəsimi Rayon Məhkəməsinə şikayət etmiş, Daxili İşlər nazirinə öz adı ilə müraciət etmişdir. Bundan başqa, anası Şahid1 Bərdə RPŞ-yə müraciət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ayrı-ayrı şəxslərdən əldə etdiyi pulların guya onlara çatması görüntüsünü yaratmaq məqsədilə həmin şəxsləri aldatması nəticəsində o anası ilə birlikdə Nəsimi RPİ, Yasamal RPİ-yə, Qaradağ RPİ-nin 19-cu Polis bölməsinə çağırmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Hacıbabayev Xanlar İbrəhimxəlil oğlu ilə evlənmişdir, evlilikdən 3 oğlu olmuşdur. Təqsirləndirilən şəxs onun yaşca böyük oğludur. Qüdrət gözdən birinci qrup əlildir. O, həyat yoldaşı Xanlar ilə 15 ildir Türkiyə Respublikasının İstanbul şəhərində fəhlə işləyir, xəstələrə baxır. Hazırda Xanlar kiçik oğlu ilə birlikdə Türkiyədədir. Ortancıl oğlu Müsaqət isə Ağdam rayonunda fəhlə işləyir. Qüdrət Türkiyədə “Kırıklılar eli”, “Samsun” və “Geresun” Universitetlərinə ardıcıllıqla qəbul olsa da hər dəfə bir bəhanə ilə təhsilini yarımçıq qoymuşdur. Təxminən 2018-ci ilin avqust ayında Qüdrət ona Bərdə rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olduğunu, sevgi münasibətlərində olduğunu bildirmiş və onun Aytənin ailəsi ilə tanış olmağını istəmişdir, o isə təkbaşına Bərdə rayonuna gəlmiş, Aytənin anası Şahid1 onu yolda qarşılamış, evə daxil olarkən ona onu əri Vidadiyə sinifyoldaşı kimi təqdim edəcəyini bildirmiş, ərinin birazdan yatacağını demiş, o, Saranın evinə getmiş, bir qədər söhbət etmişlər, o, ilk dəfə Şahid1 və Zərərçəkmiş şəxs görmüşdür. Şahid1 evində onu sinifyoldaşı kimi təqdim etmək istəməsi onda şübhə yaratmış, ürəyi rahat olmamış, buna görə də Qüdrətə bu işdən əl çəkməsini, uzaq durmasını demiş, ancaq Qüdrət onu dinləməmiş, Aytən ilə sevgi münasibətlərini davam etdirmişdir. O, Türkiyədə olanda ona əvvəlcədən deyilmədən bütün qohumları ilə birlikdə Qüdrət 2023-cü ilin yanvar ayında Saranın evinə gedib nişan mərasimi etmiş, nişan barədə elə həmin gün onun məlumatı olmuşdur. O, Türkiyədə olduqda Qüdrət ona barəsində polisə şikayət edildiyini, buna görə də Şahid1 pul verib köməklik göstərdiyini demişdir. Təxminən 2023-cü ilin avqust ayında Şahid1 ona zəng edib nişanı qaytardığını, həmçinin Qüdrətin “İnstagram” sosial şəbəkəsində saxta profil hesabı yaratdığını, həmin hesabda qızını və ailəsini təhqir etdiyini, böhtan atdığını bildirmiş, o isə dərhal Qüdrət ilə danışıb Qüdrətə “sən nə üçün böhtan atırsan, niyə belə edirsən, sənin bacına belə etsələr yaxşı olarmı” sözlərini demişdir. Təqsirləndirilən şəxs pullarını geri tələb edən şəxslərə həmin pulları guya Şahid1 və Zərərçəkmiş şəxs qaytarmalı olduqlarını bildirib sonuncuların şəxsiyyətini təsdiq edən sənədlərin fotoşəkillərini şikayətçilərə göndərməklə Şahid1 və Zərərçəkmiş şəxs qəsdən polis idarələrinə çağırılmalarına əsas yaratması, saxta profil hesablardan istifadə edib Aytənin fotoşəkillərini kütləvi nümayiş etdirib paylaşmaqla müxtəlif məzmunlu təhqir etməklə və böhtan atmaq Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etmə həddinə çatdırması barədə onun heç bir məlumatı olmamışdır. O, Azərbaycana xx.xx.2024-cü il tarixdə gəlmişdir, həmin vaxtdan sonra Aytənin özünü zəhərləməsi barədə məlumatı olmuşdur. Nişan qaytarıldıqdan sonra Aytənin böyük qardaşı ona zəng edib öldürməklə hədələmişdir. Bundan başqa, Şahid1 onu telefonda bir neçə dəfə təhqir edib nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs anası və qardaşının onu təhqir etməsi ilə bağlı səs yazısı onun mobil telefonunda olmuş, telefon sındığına görə səs yazısını istintaqa təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısıdır. Saradan başqa daha 4 bacısı vardır. Şahid1 Vidadi Qurbanov ilə evlənmişdir, Vidadi keçmiş polis əməkdaşı olmuşdur. Saranın evlilikdən Elvin və Şəhriyar adlı oğlanları, Aytən adlı qızı olmuşdur. Zərərçəkmiş şəxs 2018-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, orada təhsil alan zaman instagram sosial şəbəkəsində İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, bu məsələdən bacısının ailəsinin məlumatı olmuş, Aytən evdə hər şeyi danışmışdır, ona da bacısı Sara məlumat vermişdir. Bir müddət keçdikdən sonra oğlanın yaxınları tanışlıq üçün Saragilə gəlmişlər, nəhayət 2023-cü ilin yanvar ayında yaşadıqları evdə Aytən ilə Qüdrətin el adəti ilə nişan mərasimi baş tutmuş, həmin mərasimdə o da iştirak etmiş, oğlan tərəfdən də təxminən 20 nəfər qonaq gəlmişdir. Aytənin nişanlısı Qüdrəti bir dəfə nişan mərasimində görmüşdür, ondan sonra heç vaxt görməmişdir, əlaqəsi də olmamışdır. Təxminən 2023-cü ilin avqust ayında bacısı Sara ona Qüdrətin dələduzluq etdiyini, tez-tez polisə düşdüyünü buna görə də nişanı qaytardıqlarını bildirmişdir. Həmin vaxtlar bu nişan məsələsinə görə arada tez-tez söz-söhbətlər olmuş, Qüdrət Aytəni özü ilə Türkiyəyə aparmaq istəmiş, Sara da, Aytən də buna razılıq verməmişdir. Qüdrət ilk vaxtlar Aytəngili özünü öldürməklə hədələmişdir. Həmin ilin avqust ayında ona məxsus “Firuzə” adlı instagram profil hesabına başqa bir “dr.qurbanli1” adlı istifadəçidən dostluq təklifi gəlmiş, o həmin hesabın profilində bacısı qızı Aytənin şəklini gördüyü üçün təklifi qəbul etmiş, hesaba daxil olub şəkillərə baxdıqda Aytənin və bacısının şəkillərinin paylaşıldığını, onların əlaqə nömrələrinin qeyd edildiyini, nalayiq ifadələr yazıldığını görmüşdür. Eyni qaydada bundan başqa “dr.qurbanli 19”, “dr.qurbanli20”, “dr.qurbanli23” kimi saxta profil hesablarından Aytənin və ailə üzvlərinin şəkilləri paylaşılmış, nalayiq ifadələr yazılmışdır. O, Sara ilə danışdıqda ona həmin hesabları Aytənin keçmiş nişanlısı Qüdrətin açdığını demişdir. Aytən həmin vaxtlar böyük stres keçirmiş, özünü öldürmək istəmişdir. Çünki Qüdrət dayanmaq bilməmiş, bir tərəfdən sosial şəbəkədə onun bacısını və ailəsini biabr etmiş, digər tərəfdən aldatdığı adamlara Aytənlə Saranın mobil nömrələrini vermişdir. Aytənin şəkillərini onların bütün qohum əqraba, tanışları görmüşdür, Qüdrət qəsdən Aytəni tanıyan istifadəçilərə dostluq göndərirdi, hesabı açıq tuturdu. Bundan başqa, 2024-cü ilin mart ayında da Qüdrət Saranın adına saxta facebook hesabı yaradıb Aytənin və Saranın şəkillərini paylaşaraq aşağısından nalayiq ifadələr yazmışdı. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısı Solmazın qızıdır. Şahid1 Bərdə rayonunda övladları ilə yaşayır, məktəbdə müəllimdir, təxminən iki ilə yaxındır ki Saranın həyat yoldaşı Vidadi vəfat etmişdir. O, Sara ilə daima əlaqə saxlamış, Bakı şəhərində hər dəfə gələndə Sara ona da baş çəkmiş, çox vaxt onun evində qalmışdır. Bacısı qızı Şahid1 Elvin və Şəhriyar adlı oğlanları, Aytən adlı qızı vardır. Zərərçəkmiş şəxs Azərbaycan Tibb Universitetini bitirmişdir və Qüdrət adlı oğlanla nişanlı olmuşdur. Təxminən 2023-cü ilin avqust ayında Sara ilə Aytən Bakı şəhərində, onun evində olan vaxt Aytən nişanını qaytarması, Qüdrət qaçıb Türkiyəyə getməsi barədə məlumatı olsa da ancaq Aytənin şəkillərinin paylaşılması söhbətindən əvvəlcə onun məlumatı olmamışdır. Onun evində Sara ilə oturub söhbət edən zaman Aytən ağlaya-ağlaya otaqdan çıxıb onların yanına gəlmiş və anası Sara Qüdrətin yenidən onun fotoşəkillərini paylaşdığını demişdir. O, Saradan nə baş verdiyini soruşanda ona telefonda Aytənin adına açılan saxta instagram profil hesabında Aytənə və ailə üzvlərinə aid paylaşılan və üzərində, aşağısında nalayiq ifadələr yazılan şəkilləri göstərmişdir. Belə ki, həmin hadisədən sonra Sara və Aytən onun evində bir neçə gün daha qalmışlar, Qüdrət paylaşdığı şəkillərin üzərində Aytənlə Saranın telefon nömrələrini yazdığı üçün həmin müddət ərzində başqa-başqa kişilərdən Aytənə və Sara zənglər edilmiş, hələ bir dəfə də elə olmuş ki, Aytən özünü eyvandan atmaq istəmiş, buna onlar mane olmuşlar. Şəkilləri görən qohumlar da Saraya Aytənə zəng edib nə baş verdiyini öyrənməyə çalışmışlar, Qüdrət isə dayanmaq bilməmiş və hər dəfə başqa-başqa saxta profil hesablarından Aytənin və ailə üzvlərinin şəkillərini paylaşmış, onları əxlaqsız adamlar kimi digər sosial şəbəkə istifadəçilərinə tanıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun anoloji ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı Şahid4, teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 839 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - udlağın İİ dərəcəli kimyəvi yanığı, sol çənəaltı və çənə bucağı nahiyəsinin, boyunun ön səthinin sol yarısının orta 1/3-nin, döş qəfəsinin ön səthinin sağ və sol yarısının kimyəvi yanıqları kimyəvi maddə, ola bilsin sirkə turşusu təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 46 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs intihara cəhd etməzdən əvvəlki dövrdə əhvalın aşağı enməsi şəklində (depressiv vəziyyət) psixiemosional hal keçirmişdir. Bu halın yaranma səbəbi keçmiş nişanlısı Təqsirləndirilən şəxslə aralarında olmuş mübahisə ola bilər. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 207 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materiallan, həmin cinayət işindəki tibbi sənədlər (İsmayıllı RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış, TSEK-dən verilmiş xx.xx.2023-cü il tarixli şəhadətləndirilmə aktı), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ımüayinə zamanı onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qızığa nevrotik reaksiya ilə cavab verməsi, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, müdafiə olunaraq heç bir cinayət əməli törətmədiyini, özünün zərərçəkmiş olduğunu söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur.Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir.Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqət pozulmasından və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs şamil edilən cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Onda simulyativ və ya dissimulyativ hərəkətlər etməyə meyllilik müşahidə olunmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmur. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 737 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş 27 mart 2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD diskə təqsirləndirilən Təqsirləndirilən şəxs, Bərdə rayon Vəkil Bürosunun vəkili Аğamalıyev Rəhim Musa oğlu və “Bərdə RMX” PHŞ-nin poliklinika şöbəsində həkim oftalmoloq vəzifəsində işləyən X16 iştirakı ilə Bərdə rayon prokurorluğunun inzibati binasında baxış keçirilmişdir. DVD diskdə 02 ədəd - VİD-20240327-WA0000 və VİD-20240327-WA0001 adlı fayl aşkar edilmişdir. Həmin fayla 20240327-WA0000 adlı video 01 dəqiqə 03 saniyə müddətinə, VİD-20240327- WA0001 adlı 29 saniyə müddətinə davam etmişdir. Təqsirləndirilən şəxs hər iki videogörüntüdə danışan şəxsin özü olduğunu, Türkiyənin İstanbul şəhərində olan zaman qeydə aldığını, həmin videoçəkilişləri Şahid1 özünün göndərdiyini bildirmişdir. Birinci videoda Təqsirləndirilən şəxs bu günə kimi bütün gördüyü işlərdə Şahid1 onunla ortaq olduğunu, pulların hamısının Şahid1 olduğunu, günahkarın da Saranın olduğunu, nişanlısı Zərərçəkmiş şəxs ilə ona aid 18 + videoları Azərbaycan pornaqrafik saytlarında özünün paylaşdığını, İkinci videogörüntüdə isə nişanın qaytarıldığına görə hirslənib Zərərçəkmiş şəxs və Şahid1 şəxsiyyət vəsiqələrinin fotoşəkillərini Südabə adlı şikayətçiyə göndərdiyini, əslində Aytən və Saranın bu işlərlə əlaqəsi olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş 03 may 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung A53 markalı qara rəngli mobil telefona Bərdə rayon prokurorluğunun inzibati binasında videoçəkiliş aparmaqla baxış keçirilmiş, mobil telefonun ekranında şərti işarələrlə 1,4,5,6,9 rəqəmləri üzrə 1-dən 9-a kimi barmağı birdəfəlik hərəkətlə sürüşdürməklə şifrə açılmış, əsas menyudan “Gmail” faylına daxil olub monitorun yuxarı sağ küncündə hazırda hesabı işlək olan gmail hesab adının baş hərbi “A” yazısının üzərinə sıxdıqda digər gmail hesablarının da olduğu səhifə açılmışdır. Həmin səhifədə Kudret Kafkazlı şərti adı ilə “Elektron ünvan 2”, Pərvanə Eyvazova şərti adı ilə “Elektron ünvan 3”, Tamella Məmmədova şərti adı ilə “Elektron ünvan 4”, Amin Əhmədov şərti adlı ilə “Elektron ünvan 5”, Alparslan Cəfərli şərti adı ilə “Elektron ünvan 1”, Ziyəddin Hüseynov şərti adlı ilə “Elektron ünvan 6”, Musagat HAJİBABAYEV şərti adı ilə “Elektron ünvan 7” və LezGİN Kudret şərti adı ilə “lezgingudrat @gmail.com” gmail hesabları aşkar edilmişdir. LezGİN Kudret şərti adı ilə “lezgingudrat @gmail.com” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2019-cu ildə yaradıldığı və daxil olan məlumatlardan hesabın Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi. Alparslan Cəfərli şərti adı ilə “Elektron ünvan 1” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanli1” adlı instagram profil hesabı açıldığını, xx.xx.2023-cü il tarixdə “dr.qurbanova19” adlı instagram profil hesabının açıldığı müəyyən edildi. Həmin gmail adresə gələn daha yaxın tarixli digər bildirişlərə baxdıqda Facebook sosial şəbəbkəsində zərərçəkən Zərərçəkmiş şəxs adına açılan Şahid1 adına olan profil hesabı göründü, adın üzərinə sıxdıqda həmin gmail hesabdan birbaşa Şahid1 adına açılan Facebook sosial şəbəkəsindəki profil hesabı açıdlı. Şahid1 adına olan profil hesabda profil şəkilində Şahid1 iş yerində çəkdirdiyi şəkillər, həmçinin Şahid1 haqqında məlumatlar həmin hesabda yazılmışdır. Bundan başqa, profildə “hakkında bilgilər” bölməsinə daxil olduqda həmin facebook profil hesabının xx.xx.2023-cü ildə “Elektron ünvan 1” hesab vasitəsilə açıldığı bir daha müəyyən edildi. Bundan sonra qeyd olunan facebook hesabında guya Şahid1 adından edilən paylaşımlara sonuncunun və qızı zərərçəkmiş Zərərçəkmiş şəxs şəkillərinin paylaşıldığı və şəkillərin altından kütləvi nümayiş etdirilməklə nalayiq, böhtan və təhqir edici ifadələr yazıldığı aşkar edildi. Ziyəddin Hüseynov şərti adlı ilə “Elektron ünvan 6” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanli22” adlı instagram profil hesabı açıldığı aşkar edildi. Musagat HAJİBABAYEV şərti adı ilə “Elektron ünvan 7” gmail hesaba daxil olduqda həmin hesabın xx.xx.2023-cü ildə yaradıldığı, həmin hesab vasitəsilə xx.xx.2023-cü il tarixdə “dr.qurbanova19” adlı instagram profil hesabından istifadə edildiyi müəyyən edildi. Bundan sonra mobil telefonun əsəs menyusuna qayıdıb oradakı “teleqram” adlı sosial şəbəkə hesabına daxil olduqda hesabın Təqsirləndirilən şəxs aid olması, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Şahid3 ilə təqsirləndirilən şəxs arasında olan danışıqlar aşkar edildi. Belə ki, Təqsirləndirilən şəxs Şahid3 özü və bacısı Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlədərək Aytənlə yaxın münasibətlərinin olduğunu, onda olan Aytənin şəkillərini paylaşmaqla ailəsini biabır edəcəyini bildirmiş və Şəhriyara şəkillər ataraq həmin şəkillərin Aytənə aid olduğunu bildirmişdir. Cinayət işi üzrə 23 aprel 2024-cü il tarixdə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə demişdir. Eləcə də, cinayət işi üzrə 23 aprel 2024-cü il tarixdə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 18838 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən “Respublika Psixiatriya Xəstəxanası” phş-də müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/2-1031/2023 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına cari il ərzində hər hansı xəsarətlə bağlı müraciəti qeydə alınmamışdır və Poliklinika şöbəsinin “Nevroloji” “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Lakin Təqsirləndirilən şəxs 2021-2023-cü il əvvəlinədək mütəmadi həkim-oftolmoloqun müayinələrində olmuş, əlillik dərəcəsinin gücləndirilməsi ilə bağlı Həkim Məsləhət Komissiyasında müayinə olunmuşdur. O xx.xx.2023-cü il tarixindən “İrsi retinal distrofiyalar, OU-Tapetoretinal abiotrofiya VİS/OU-0.03k/e (yüzde uç) İkincili katarkta Sekundar katarakta Semmerinq halqası, Artifakiya.İkincili katarakta OÜ-0.03k/e (yüzdə üç)” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlilliklə təqaüd alır. Cinayət işinə əlavə edilmiş Nəsimi RPİ-nin İstintaq şöbəsində qəbul edilmiş xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Zərərçəkmiş şəxs verdiyi izahatda göstərmişdir ki, 2018-ci ildə tanış olduğu Təqsirləndirilən şəxs ilə xx.xx.2023cü il tarixdə el adəti ilə nişanlasa da, sonradan onunla arasında olan münasibətlərin baş tutmayacağını hiss edərək ona ayrılmaq istədiyini deyərkən Təqsirləndirilən şəxs ondan ayrılacağı təqdirdə özünü öldürəcəyini söylədiyindən o, həmişə təhdid içində qaldığı üçün ondan ayrılmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına getdikdən sonra artıq son günlər onunla telefon danışıqları zamanı onu təhdid etdiyindən, eləcə də onun haqqında əldə etdiyi məlumatlara görə artıq onunla münasibətlərinin baş tutmayacağına əmin olduğu üçün xx.xx.2023-cü il tarixdə ona telefon danışığı zamanı ayrılacağını və nişanı qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:18-də Zərərçəkmiş şəxs göndərdiyi şəkildə onun şəkilini ondan xəbərsiz götürərək özünün yaratdığı İnstagram sosial şəbəkəsində olan "dr.qurbanli 19" adı altında səhifənin profil şəkilinə qoyaraq Zərərçəkmiş şəxs adından fahişəliklə bağlı nəlayiq ifadələr yazdığı əks olunmuşdur. Zərərçəkmiş şəxs onun bu kimi əməllərinin qarşısını almaq məqsədilə ondan şikayət edəcəyini desə də, o, öz əməllərinə davam edərək xx.xx.2023-cü il tarixdə saat 22:42də yenə də Zərərçəkmiş şəxs göndərdiyi şəkildən göründüyü kimi o ikinci dəfə İnstagram sosial şəbəkəsində "dr.qurbanli20" adı altında yaratdığı yeni səhfənin profil şəkilinə onun şəkilini qoyaraq adından fahişəliklə bağlı nəlayiq ifadələr yazmışdır. Zərərçəkmiş şəxs dediklərinə sübut olaraq Təqsirləndirilən şəxs onun haqqında sosial şəbəkədə paylaşdığı ismarıc və fotoşəkillərin surətini izahatına əlavə etmişdir. O, Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı zamanı və ona göndərdiyi ismarıclarda ondan ayrılacağı halda Zərərçəkmiş şəxs bu kimi yollarla rusvay edəcəyi və qardaşı haqqında da belə fikirlər yönəldəcəyini bildirdiyini və ismarıclardan birində "sizi qanınızda boğacam" ifadəsi yazmasını vurğulamışdır. Həmin qərarda Zərərçəkmiş şəxs instagram sosial şəbəkədə “dr.qurbanli20” adlı profildə təhqir etmiş Təqsirləndirilən şəxs gələcəkdə müəyyən edildiyi halda Azərbaycan Respublikası İXM-nin 371-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icrasının Nəsimi RPİ 20-ci PŞ-yə həvalə edilməsi göstərilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Bərdə RPŞ-nin MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində 01 ədəd pul qabı, 01 ədəd şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd, 01 ədəd qara rəngli Samsung A53 markalı mobil telefon aşkar edilib saxlanılması üçün götürülmüşdür. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bərdə RPŞ-dən daxil olan protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 16:38 radələrində RPŞ-yə DİN-nin 102 xidmətindən verilən məlumatda Şahid1 051 *** ** ** saylı nömrədən zəng edib qızı Təqsirləndirilən şəxs sosial şəbəkədə profil açması, onu və qızının adına təhqiredici ifadələrlə tanışlarına yazmasını bildirmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-dən baxılması üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonun ekranındakı görüntünün yaddaşda fotoşəkil formasında saxlanılmaqla kağız daşıyıcıda ibtidai aradırmaya təqdim edilən fotoşəkillərdən görünür ki, “dr.qurbanli.1”, “dr.qurbanli19”, dr.qurbanova19”, dr.qurbanli20” və “dr.qurbanli23” Zərərçəkmiş şəxs özü və onun ləyaqətini alçaltmaq məqsədilə ailə üzvləri sosial şəbəkədə kütləvi nümayiş etdirilməklə mütəmadi olaraq təhqir edilmiş və böhtanlara məruz qalmışdırlar. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 5-54-24/2-97/23 nömrəli İsmayıllı RİHBnin Qurbanəfəndi kənd İƏD üzrə nümayəndəliyinin arayışı və eyni tarixli xasiyyətnaməsinə əsasən Qurbanəfəndi kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi hazırda aşağıdakı kimi olmaqla onlar Qurbanəfəndi kəndində qeydiyyatdadırlar: X5 atası xx.xx.1966 Türkiyədə, X12 anası xx.xx.1971 Türkiyədə, Təqsirləndirilən şəxs özü xx.xx.1995 Naxçıvanda, X10 qardaşı 30.12.1S98 Qarabağda işləyir, X11 qardaşı xx.xx.1998 Türkiyədə. Bundan başqa Təqsirləndirilən şəxs hal-hazırda özünün dediyinə görə Naxçıvan MR-da yaşayır,onun ailəsi isə 12 ilə yaxındır Türkiyə Respubikasında yaşayır. Onun və ailə üzvüləri barəsində İcra nümayəndəliyənə hər hansı bir şikayət daxil olmamışdır. Bundan başqa Hacıbabayev X1 qeydiyyatdadır və hal-hazırda özünün dediyinə görə Naxçıvan MR-da yaşayır. Subaydır. Təqsirləndirilən şəxs 2001-ci ildə Qurbanəfəndi kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Təqsirləndirilən şəxs anadangəlmə fiziki qüsurludur, birinci qrup gözdən əlildir, 270 manat pensiya və 300 manat Prezident təqüdü alır. Hacıbabayev X1 yaşamadığına görə ictimai işlər də və kənd İcra nümayəndəliyi tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmir. Təqsirləndirilən şəxs spirtli içkilərə qismən meyillidir, siqaret çəkəndir. Təqsirləndirilən şəxs verilən tövsiyyələrə biganə münasibət bəsləyir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1(006)-398/2023 nömrəli Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilmişdir, lakin şikayət ərizəsinin məhkəmə aidiyyəti düzgün seçilməmişdir. Belə ki, barəsində şikayət olunmuş şəxs Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Qurbanəfəndi kəndində qeydiyyatdadır və şikayət də İsmayıllı Rayon Məhkəməsinə verilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 789 nömrəli sorğuya cavab məktubuna əsasən Zərərçəkmiş şəxs X43 Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 18-1-28/2-1536/2023 nömrəli sorğuya cavab məktubuna əsasən Zərərçəkmiş şəxs Bərdə RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 1-ci Təcili yardım şöbəsinə “ürək bulanma və qusma, digər və dəqiqləşdirilməmiş kimyəvi və zəhərli maddələrlə qeyri-müəyyən məqsədlərlə və təsiretmə”, xx.xx.2023-cü ildə Poliklinika şöbəsinə “xroniki xolesistit” diaqnozları ilə xəstəxanaya müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-13-68/2-47085/23 nömrəli sorğuya cavab məktubuna əsasən Zərərçəkmiş şəxs barəsində Bərdə RPŞ-də heç bir təqsirləndirici material yoxdur, münaqişəli ailə kimi qeydiyyatda deyildir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 18839 nömrəli sorğuya cavab məktubuna əsasən Zərərçəkmiş şəxs arxiv məlumatlarına əsasən “Respublika Psixiatriya Xəstəxanası” phş-də müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs Respublika Baş Prokurorluğuna müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs DİN-ə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 361 nömrəli sorğuya cavab məktubuna əsasən Zərərçəkmiş şəxs və ailə üzvlərinin barəsində Qaçqınların və X23 üzrə Dövlət Komitəsinin Bərdə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Bərdə rayon Həsənqaya kəndində yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi bina 14 mənzil 33 ünvanda müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi anası Şahid1, qardaşları Şahid3 və X14 ibarətdir. Yaşadığı qəsəbənin sakinləri və qonşularla münasibətləri normaldır. Onların rəğbətini qazanıb. Yaşıdları arasında tərbiyəli gənc kimi xarakterizə olunur. Xasiyyətnamələrdən Zərərçəkmiş şəxs ailə üzvlərinin müsbət xarakterizə olunduğu görünür. Beləliklə, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə 07 may 2024-cü il tarixli qərarla maddi sübut qismində tanınmış 01 ədəd qara rəngli Samsung A53 markalı mobil telefon Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanılır, Təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi, mobil telefona baxış, üzləşdirilməsi istintaq hərəkətlərinin videogörüntüsünün qeydə alındığı və protokola əlavə edilmiş cəmi 05 ədəd, Zərərçəkmiş şəxs ibtidai araşdırmaya təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs 02 ədəd videogörüntüsü olan 01 ədəd “DVD” disk, ekspert rəyləri cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs gətirdiyi dəlillər: Təqsirləndirilən Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə əlavə dindirilən zaman ona elan olunmuş ittihamla, yəni Azərbaycan Respublikası CM-in 125 və 148-1-ci maddələri ilə özünü qismən təqsirli bilməsi vəsatət kimi qəbul edilmiş, « “dr.qurbanli.19” adlı hesabdan başqa profil hesabı açmamışam. Mən sadəcə instagram sosial şəbəkəsində yaratdığım “dr.qurbanlı1” adlı profil hesabının sonradan adlarını dəyişmişəm. Digər profillər mənim tərəfimdən açılmamışdır. Mən ancaq “dr.qurbanlı19” adlı profil hesabını açmışdım. İnsan 6 il əziyyət çəkdiyi, sevdiyi insanı itirmək istəmir. Belə desək 70 faiz günahkaram, 30 faiz yox» kimi göstərmiş olduğu xüsusatlar və bunun üçün istintaq zamanı gətirdiyi dəlillər özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilməklə, iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, zərərçəkmişin və özünün ifadəsi, üzləşdirmə, mobil telefona və Zərərçəkmiş şəxs ibtidai araşdırmaya təqdim etdiyi 01 ədəd DVD diskə baxış istintaq hərəkəti protokolları, maddi sübut, ekspert rəyləri və iş üzrə toplanmış digər istintaq materiallarının məcmusu ilə tam təkzib olunduğundan müvafiq olaraq 03 may 2024-cü il tarixli qərarlarla tam rədd edilmişdir. 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 125 və 148-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, eyni tarixdə sonuncunun olduğu yer müəyyən olunmadığından ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilməklə 16 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. 26 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tutulub həmin Şöbənin MSY-yə təhvil verilmişdir. 27 mart 2024-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərar qəbul edilmiş, eyni tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125 və 148-1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bərdə rayon prokurorluğuna həvalə edilmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci madəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında yuxarıda göstərilən cinayətin törədilməsində iştirak etmədiyini və bununla bağlı gətirdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Buna görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığından həmin dəlillər qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitlərinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə istinadən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət əməlinin obyektiv cəhəti internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə ilə xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayət işi materiallarına əsasən sosial şəbəkə hesablarında, yəni instagram, facebook, telegramda təqsirləndirilən şəxsin öz adına və dr.qurbanlı adı altında yaratmış olduğu hesablarda kütləvi xarakter daşımaqla böhtan atması ilə yanaşı, təhqir etməsi müəyyən olunmaqla həmin maddənin tərkibini yaratmaqla cinayət əməlini törətmişdir. Belə ki, zərərçəkmiş şəxsin evlənmək adı ilə insanları aldatması, dələduzluq əməllərinə yol verməsi böhtan xarakteri daşıyır. Ona məxsus fotoşəkilləri paylaşmaqla nalayiq ifadələrə yol verilməsi, onun barəsində əxlaqsız qadın obrazının xarakterizə olunması təhqir xarakteri daşımışdır. Məhkəmə həmin əməlin törədilməsində şəxsi təqsirli bilərək onun 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə özünü oldürmə həddinə çatdırma təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmada ifadə olunur. Məhkəmə ilk əvvəl asılılıq münasibətlərinə qiymət verərək göstərir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs nişanlı olmuşdur. Bu nişanlılıq sevgi münasibətlərinin yaranmasından irəli gələn izdivacdır. Hər iki şəxsin bir-birilə gələcəkdə ailə qurmaq niyyətinin bəyanı olan nişanlılıq onların mövcud əxlaq, mentalitet qaydaları baxımından ailə və cəmiyyət qarşısında asılılığını müəyyən edir. Eyni zamanda təqsirləndirilən şəxsin özünün etirafına əsasən o, zərərçəkmiş şəxslə xeyli müddət bir mənzildə yaşamış, tanışlıq münasibətlərinin ciddiləşdiyi dövrdən etibarən həmişə onun maddi təminatını yüksək səviyyədə icra etmişdir. Bu mənada tərəflər arasında asılılıq psixoloji asılılıq olaraq müəyyən olunur. Hansı ki, təqsirləndirilən şəxsin özünün etirafına və ekspert rəyinə əsasən zərərçəkmiş şəxsin psixoloji baxımdan zəif xarakterli biri olduğu müşahidə olunur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs barəsində ona və qardaşı Şahid3 bacısı barəsində rüsvayedici məlumata malik olmasını qeyd etməsi də asılılıq halını bir daha təsdiq edir. Burada nəzərə alınmalıdır ki, təqsirkar ilə zərərçəkmiş arasında “asılılıq” münasibətlərinin olması bir sıra hallarda təqsirkarın zərərçəkmişin emosional durumu, suisidal potensialı haqqında məlumatlı olmasına dəlalət edir. Bu baxımdan, təqsirkarın zərərçəkmişin şəxsiyyətinin psixoloji xüsusiyyətləri barəsində biliyinin olması və belə biliyi rəhbər tutaraq zərərçəkmişin özünü öldürmə həddinə çatdırılmasına yönələn mütəmadi davranış üsulunu seçməsi və realizə etməsi əməlin təqsirin birbaşa qəsd formasında törədilməsi kimi qiymətləndirilməsinə əsas verir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli cinayət məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair qərarda göstərilir ki, bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyri-humanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Cinayət maddi tərkibli olmaqla, zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Zərərçəkmiş şəxs sirkə turşusu içməklə özünə qəsd etməyə cəhd etmiş, lakin onun bu əməlinin onun özünün iradəsindən asılı olmamaqla yaxınları tərəfindən vaxtında qarşısı alınmışdır. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 148-1-ci maddələrinin sansksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cinayət məcəlləsinin 125-ci maddəsinin törədilməsində şəxsi təqsirli bilərək onun 3 il, 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1-ci mаddəsində göstərilən məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 26 mart 2024-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 26 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Bərdə Rayon Prokurorluğunda olan maddi subutların saxlanılması üçün otaqda saxlanılan 1 ədəd qara rəngli Samsung A53 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci və 148-1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqda məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bərdə Rayon Prokurorluğunda olan maddi subutların saxlanılması üçün otaqda saxlanılan 1 ədəd qara rəngli Samsung A53 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-118/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-118/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver