Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-119/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1964-cü ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə saat 1800 radələrində Bərdə rayonu Piyadalar kəndində yaşayan qardaşı Şahid3 evinin darvazasının qarşısında bacısı oğlu X7 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab olunmayan turist bıçağı ilə Məmməd Paşayevin sol ayağından bir dəfə qəsdən vuraraq ona sol budun aşağı 1/3-nin arxa iç səthinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin vaxt onları ayırmağa çalışan Məmməd Paşayevin arvadı Zərərçəkmiş şəxs1 isə yuxarıda qeyd edilən bıçaqla sol qolundan bir dəfə qəsdən vuraraq sonuncuya sol bazunun aşağı 1/3-nin arxa bayır səthinin kəsilmiş-deşilmiş yarası ilə müşayitə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə saat 1700 radələrində havasını dəyişmək məqsədilə evdən çıxıb qardaşı Sakitin tikdirdiyi mağaza istiqamətində getmişdir. Yenicə tikilən mağazanın yaxınlığında Sakit ilə birlikdə dayanarkən Arzunun oğlu Məmmədin idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə yanından sürətlə ötüb keçdiyini görmüşdür. Həmin vaxt avtomobilin içərisində Məmməddən başqa bacı Arzu, bacısının əri Mahir, gəlinləri Aysel və bacısının azyaşlı nəvəsi Məsud da olmuşdur. Azyaşlı nəvəsi Xalidə yaşadığı evdən çıxaraq onun dayandığı yerə doğru qaçmağa başlamışdır. Məmmədin idarə etdiyi avtomobil nəvəsinin yanından ötən zaman Xalidə qışqırıb ağladığından Məmmədin bu hərəkətinə həddən çox əsəbiləşmiş və Məmmədi cəzalandırmaq məqsədilə avtomobilini dayandırdığı yerə doğru getmişdir. Məmməd avtomobilini onunla qonşuluqda yaşayan qardaşı Sakitin darvazası qarşısında saxlamış, Arzu, Mahir və Məsud avtomobildən düşərək evə daxil olmuş, Məmməd isə arvadı Aysel ilə birlikdə həyətə daxil olmağa hazırlaşmışdır. Məmmədə yaxınlaşıb “Eşşək oğlu eşşək” ifadəsini işlətməklə sifət nahiyəsindən bir dəfə şillə vurmuşdur. Bu səbəbdən Məmməd ilə arasında mübahisə yaranmış və getdikcə daha da qızışmışdır. Mübahisə zamanı onunla əlbəyaxa olan Məmməd yumruqla bir dəfə sinə nahiyəsindən vurmuşdur. Məmmədə gücünün yetməyəcəyini yəqin edib həmişə üzərində gəzdirdiyi qatlanan tipli cib bıçağını əynində olan gödəkçənin sağ yan cibindən çıxarmış və özünü müdafiə etmək üçün əlində tutmuşdur. Məmməd ilə əlbəyaxa olub yerə yıxılarkən Aysel özünü qabağa verərək onları bir-birindən kənarlaşdırmağa çalışmışdır. Məmmədin altında qalıb əli əzildiyindən ayağa durmağa cəhd etmiş, buna nail olduqdan sonra Məmməd “Aysel, sənə bıçaq dəymədi?” sualını vermişdir. Həmin vaxt Ayselin onları kənarlaşdırmağa çalışarkən xəsarət aldığını bilmişdir. Məmməddən kənarlaşdıqdan sonra sol ayağından xəsarət almasını bilib özünü itirmişdir. Qardaşı Sakit gələrək onu qucaqlamaqla yaşadığı evin darvazasından içəri salmışdır. Evə daxil olub əynində olan paltarları dəyişdikdən sonra küçəyə çıxmışdır. Daha sonra hadisə törətməsi barədə məlumat vermək üçün könüllü şəkildə Bərdə rayon Polis şöbəsinə gələrkən polis əməkdaşlarının avtomobili ilə qarşılaşmışdır. Polis əməkdaşları avtomobili saxladıqdan sonra yaşadığı kəndin əməliyyat müvəkkili Elgiz ondan haraya getdiyini soruşmuş, özü isə hadisə barəsində məlumat verib polis şöbəsinə gedəcəyini söyləmişdir. Buna görə də polis əməkdaşları onu avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə barışdığını, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329 və 230-cu maddələrinə əsasən zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhərində yerləşən hərbi polis idarəsində işləyir. 2014-cü ildə Zəngilan rayonundan məcburi köçkün Zərərçəkmiş şəxs1 ilə ailə qurmuş və həmin nikahdan 2015-ci ildə Məsud adlı 1 övladları dünyaya gəlmişdir. 2017-ci ildə arvadından rəsmi şəkildə boşansa da, onlar birlikdə yaşamağı davam etdirmişlər. Bundan başqa anası Şahid1 və atası Şahid2 də onlarla birlikdə yaşamaqdadır. Onun Şahid3 və Təqsirləndirilən şəxs adlı dayıları ailə üzvləri ilə birlikdə Bərdə rayonu Piyadalar kəndində qonşuluqda yaşayırlar. 24 mart 2021-ci il tarixdə saat 1700 radələrində arvadı Aysel, anası Arzu, atası Mahir və azyaşlı oğlu Məsud ilə birlikdə kiçik dayısı Sakitin yaşadığı evə qonaq getmişlər. İdarə etdiyi “Opel Astra” markalı 99 UK-427 dövlət qeydiyyat nişanlı avtomobili dayısı Sakitin yaşadığı evin darvazası qarşısında saxladıqdan sonra əvvəlcə valideynləri və oğlu avtomobildən düşüb evin darvazasından həyətə, oradan isə evin içərisinə daxil olmuşlar. O isə arvadı Aysel ilə birlikdə avtomobildən düşüb gətirdikləri payı avtomobildən düşürərək həyətə daxil olmuşdur. Daha sonra dayısı Nemətin azyaşlı nəvəsi Xalidəni səsləyib gətirdikləri bayram payını verməyə çalışmışdır. Həmin vaxt dayısı Nemət təxminən 200 metr məsafədə digər dayısı Sakitin tikdirdiyi mağazanın yaxınlığından qaçaraq gəlib heç bir əsaslı səbəb olmadan və heç nə bildirmədən darvazanın qarşısında qəflətən sol əlində olan qatlanan tipli cib bıçağı ilə ona xəsarət yetirməyə çalışmışdır. Bu zaman arvadı Aysel onun xəsarət almasına mane olmaq məqsədilə özünü dayısının qarşısına vermiş və sol qolundan xəsarət almışdır. Daha sonra Nemət səbəbsiz şəkildə bu hərəkətlərini davam etdirib yenidən onun üzərinə hücum çəkmiş və sol bud nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirmişdir. Digər dayısı Sakit onunla Nemət arasında baş verən hadisənin davam etdiyi müddətdə özünü tikdirdiyi mağazanın yaxınlığından onların yanına çatdırmış və Nemətin qarşısına keçib yaşadığı evə doğru aparmışdır. Elə məhz həmin vaxt valideynləri evdən çıxıb nə baş verdiyini xəbər almışlar. O da baş verənləri müfəssəl şəkildə danışaraq dayısı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona və arvadına xəsarət yetirdiyini söyləmişdir. Dayısı Təqsirləndirilən şəxs ona və arvadı Ayselə hansı səbəbdən bıçaqla xəsarət yetirməsini bilmədiyini, dayısının ona xəsarət yetirməkdə məqsədinin onu öldürmək olduğunu, hadisənin dayısı Sakitin yaşadığı evin darvazasının çöl tərəfində təxminən 2-3 dəqiqə ərzində baş verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329 və 230-cu maddələrinə əsasən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2014-cü ildə Bərdə rayon sakini Məmməd Paşayev ilə ailə qurmuş və həmin nikahdan 2015-ci ildə Məsud adlı 1 övladları dünyaya gəlmişdir. 2017-ci ildə ərindən rəsmi şəkildə boşansa da, onlar birlikdə yaşamağı davam etdirmişlər. Bundan başqa qayınanası Şahid1 və qayınatası Şahid2 də onlarla birlikdə yaşamışlar. X11 və Nemət adlı dayıları ailə üzvləri ilə birlikdə Bərdə rayonu Piyadalar kəndində bir-birləri ilə qonşuluqda yaşayırlar. 24 mart 2021-ci il tarixdə saat 1700 radələrində əri Məmməd, qayınanası Arzu, qayınatası Mahir və azyaşlı oğlu Məsud ilə birlikdə ərinin kiçik dayısı Sakitin yaşadığı evə qonaq getmişlər. Məmmədgilin ailəsinə gəlin köçdüyü vaxtdan Nemət küsülülük saxladığını görmüş, lakin bunun səbəbini bilməmişdir. Onlar əri Məmmədin idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə dayısı Sakitin yaşadığı evin darvazası qarşısına çatdıqdan sonra qayın-valideynləri və oğlu avtomobildən düşüb evin darvazasından həyətə, oradan isə evin içərisinə daxil olmuşlar. O isə Məmməd ilə birlikdə avtomobildən düşüb gətirdikləri payı düşürərək həyətə daxil olmuşdur. Daha sonra Məmməd böyük dayısı Nemətin azyaşlı nəvəsi Xalidəni səsləyib gətirdikləri bayram payını verməyə çalışmışdır. Həmin vaxt Nemət təxminən 200 metr məsafədə yerləşən digər dayısı Sakitin tikdirdiyi mağazanın yaxınlığından qaçaraq gəlib heç bir əsaslı səbəb olmadan və heç nə bildirmədən darvazanın çöl tərəfində qəflətən sol əlində olan qatlanan tipli cib bıçağı ilə əri Məmmədə xəsarət yetirməyə çalışmışdır. Bu zaman ərinin xəsarət almasına mane olmaq məqsədilə özünü Nemətin qarşısına vermiş və nəticədə sol qolundan xəsarət almışdır. Daha sonra Nemət səbəbsiz şəkildə bu hərəkətlərini davam etdirib yenidən Məmmədin üzərinə hücum çəkmiş və bıçaq zərbəsi endirmişdir. Həmin vaxt Məmmədin hansı nahiyəsindən xəsarət aldığını bilməsə də, sonradan sol bud nahiyəsindən xəsarət aldığını öyrənmişdir. Nemət ilə Məmməd arasında hadisənin davam etdiyi müddətdə ərinin kiçik dayısı Sakit özünü tikdirdiyi mağazanın yaxınlığından onların yanlarına çatdırmış və Nemətin qarşısına keçib yaşadığı evə doğru aparmışdır. Elə məhz həmin vaxt Məmmədin valideynləri evdən çıxıb nə baş verdiyini xəbər almışlar. Bu zaman onlar baş verənləri müfəssəl şəkildə danışaraq Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona və ərinə xəsarət yetirdiyini söyləmişlər. Təqsirləndirilən şəxs ona və əri Məmmədə hansı səbəbdən bıçaqla xəsarət yetirməsini bilmədiyini, Təqsirləndirilən şəxs hadisəni törətməkdə məqsədinin əri Məmmədi qəsdən öldürmək olduğunu, hadisənin əri Məmmədin digər dayısı Sakitin yaşadığı evin darvazasının çöl tərəfində təxminən 2-3 dəqiqə ərzində baş verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16/422 saylı 26 may 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 31 mart 2021-ci il tarixli 248 saylı rəyindən müəyyən edilir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol budun aşağı 1/3-nin arxa iç səthinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici təsir göstərə bilən alət, olan bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən-24.03.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 07 aprel 2021-ci il tarixli 273 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol bazunun aşağı 1/3-nin arxa bayır səthinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən- 24.03.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 27 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 415 saylı 05 may 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Piyadalar kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində həmişə özünü intizamlı aparır, öhdəsinə düşən işi layiqincə yerinə yetirir. X6 ərazidə yaşadığı müddət ərzində kənd camaatının xeyir və şərində yaxından iştirak edərək, kənd camaatının hörmətini qazanmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verildiyindən və o, cinayət məsuliyyətindən azad edildiyindən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 26 may 2021-ci il tarixli 16/422 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 31 manat 50 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 1 ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-119/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-119/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver