Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-119/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 oktybabr 1991-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Koroğlu küçəsi ev 28-də qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonu Qaradəmirçi kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda 5,82 qram və 465 qram olmaqla ümumi təmiz çəkisi 470,82 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altında saxlamış, 17 mart 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol içəri yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin tarixdə saat 20:55-də Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin yataq otağında yerləşən çarpayının altından 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bərdə şəhərində anadan olmuş,hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Subaydır,rəsmi olaraq heç bir yerdə işləmir.Bildirmişdir ki, uzun illərdir narkotik vasitə marixuanadan istifadə edir. Bununla əlaqədar bir neçə dəfə müalicə götürmüşdür. Buna baxmadan narkotik vasitədən istifadəni ata bilməmişdir. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında Ağdaş rayonu ərazisində Kür çayının sahilində balıq tutarkən çayın yaxınlığında kolluq ərazidə yabanı halda bitmiş çətənə ağaclarının olduğunu görmüşdür. Əvvəl narkotik vasitə istifadə etdiyindən həmin ağacın kollarını toplayaraq özü ilə götürmüşdür. Yaşadığı Bərdə rayon Qaradəmirçi kəndində yerləşən evlərinə aparmışdır. Yaşadığı evdə hər kəsdən xəbərsiz həmin kütlələri qurudaraq gizlədib öz istifadəsi məqsədi ilə saxlayaraq mütəmadi olaraq istifadə etmişdir. 17 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində həmin narkotik vasitədən kibrit qutusuna yığmışdır. Həmin narkotik vasitəni qəbul etmək məqsədi ilə kəndlərinə yaxın yerləşən meşəlik əraziyə getmək istəyərkən saat 19 radələrində polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon Polis Şöbəsində üzərindən şəxsi axtarış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən də ona məxsus olan otaqdan 1 (bir) torba narkotik vasitə marixuana tapılmışdır. Lakin həmin bağlama ona məxsus olmamışdır. Onun iştiraki ilə həmin narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Əlavə olaraq qeyd edir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və üzərindən tapılmış narkotik vasitələri şəxsi istifadəsi üçün saxlanmışdır. Yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin evinə necə gəldiyi ilə bağlı məlumatı yoxdur. O, narkotik aludəçisidir. Dəfələrlə müalicə olunmuşdur. hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Yaşadıqları Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evində o və övladları Sənan, Kənan yaşamışdır. Oğlu Sənanın əvvəllər şəxsi istifadəsindən ötrü narkotik vasitələrdən istifadə etməsindən xəbərdar olmuşdur. Belə ki, bir neçə il öncə oğlu Sənanın narkotik vasitələrdən istifadə etməsini öyrəndikdən sonra müalicə etdirmiş və Sənan Bərdə rayonu mərkəzi xəstəxanasında narkoloji kabinetdə qeydiyyata durmuşdur. Lakin, müalicədən sonra Sənanın narkotik vasitələrdən istifadə etmədiyini düşünmüşdür. Oğlu Sənanın üzərində və yaşadıqları evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. 17 mart 2022-ci il tarixdə axşam saatlarında Bərdə rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları ünvana gələrək evə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Sənan şifahi şəkildə, o, isə ərizə yazıb imzalamaqla buna heç bir etirazlarının olmadığını demişdir. Daha sonra polis əməkdaşları evdən Sənana məxsus yataq otağından narkotik vasitə aşkar etmişlər. Baxış zamanı Sənan həmin narkotik vasitənin özünə məxsus olmasını, şəxsi istifadəsindən ötrü evdə saxladığını bildirmişdir. Sonra təhqiqatçı narkotik vasitəni qablaşdırmış və proses iştirakçıları hamısı zərfin üzərini imzalamışdır. O, həmin gün bilmişdir ki, Sənan qanunsuz hərəkətlərinə görə şübhəli şəxs qismində tutulmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Tapılmış torba oğluna məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 teleqram göndərərək bildirmişdir ki, xidmət yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qed edərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 17 mart 2022-ci il tarixdə ona Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin polis əməkdaşlarının, onun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin qarşısını açaraq sol içəri yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxardaraq masaya qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusuna baxış keçrildikdə kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Bundan sonra həmin kibrit qutusu içərisində olan qurudulmuş marixuana ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlədən başqa narkotik maddənin olub-olmaması sorğu edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayon Qaradəmirçi kəndində yerləşən yaşayış evində əlavə narkotik vasitənin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs verdiyi məlumatın dəqiqliyinin yoxlanılması məqsədi ilə təxirə salınmadan Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçiriləcəyi proses iştirakçılarına bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və proses iştirakçılarına baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması sorğu edilmiş, lakin, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 17 mart 2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gedilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşlarının, onun, anası Şahid4 iştirakı ilə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən hüquqları izah edilmiş və baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və anası Şahid4 baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Şahid4 yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə özünə məxsus yataq otağında özünə məxsus narkotik vasitə olduğunu demişdir. Yataq otağına baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı özünə məxsus çarpayının altından götürüb könüllü şəkildə təqdim etmişdir. Təqdim edilən bir ədəd polietilen torba götürülərək içərisi açılmışdır. Bu zaman torbanın içərisindən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin torba elektron tərəzidə çəkilmişdir. Sonra polietilen torba qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilməklə üzəri Azərbaycan Respublikası DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində Şahid1 ifadəsini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında çarpayının altından 1 (bir) ədəd polietilen torbada ümumi çəkisi 490 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 8,94 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 18 mart 2022-ci il tаriхli 16/320 nömrəli rəyindən görünür ki, , tədqiqаtа təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqаtа təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan polietilen torbadakı, digər 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-quudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 may 2022-ci il tarixli 621 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 20 mart 2022-ci il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin verdiyi 02 may 2022-ci il tarixli cavabdan görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşamış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağında çarpayının altından aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, nаrkоtik vаsitə və yа оnun prеkursоrlаrını sаtmаsını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 27 aprel 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 12 aprel 2022-ci il tаriхli tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin 25 fevral 2022-ci il tarixli xx/xx-2964 saylı məktubundan görünür ki, vətəndaş Şahid4 ərizəsinə baxılmışdır. Oğlu Təqsirləndirilən şəxs 09 sentyabr 2015- 28 sentyabr 2015 ; 20 oktyabr 2015- 06 noyabr 2015; 18 dekabr 2015- 29 dekabr 2015 ; 24 may 2016 -03 iyun 2016 ; 22 fevral 2018- 02 mart 2018 ; 09 yanvar 2020- 25 fevral 2020 və 06 fevral 2021-22 fevral 2021-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. 02 dekabr 2021-ci il tarixdə mərkəzdə təkrar qəbul olunaraq 21 dekabr 2021-ci il tarixdə evə yazılmışdır. Şahid4 oğlu müalicə üçün mərkəzə müraciət etdiyi təqdirdə lazimi tibbi yardımla təmin olunacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin 15 dekabr 2021-ci il tarixli , xx/xx-14439 saylı məktubundan görünür ki, vətəndaş Şahid4 ərizəsinə baxılmışdır. Oğlu Təqsirləndirilən şəxs dəfələrlə yuxarıda adı göstərilən mərkəzdə könüllü sürətdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə təkrar yuxarıda adı göstərilən mərkəzdə könüllü sürətdə stasionar müalicəyə qəbul olunub. Lazimi tibbi yardım göstərilir. Hal-hazırda müalicəsi davam edir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, 17 mart 2021-ci il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məhərrəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 19 mart 2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 19 mart 2022-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə və 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Bundan başqa, şəxsin üzərində 5,82 qram olan narkotik vasitə aşkar edilmiş və eyni tərkibli olan narkotik vasitə də sonuncunun evindən tapılmışdır. Lakin iş materiallarından da görünür ki, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və dəfələrlə stasionar müəssisədə müalicədə olmuşdur. Şəxsin üzərindən və evindən narkotik vasitənin çəkilməsi üçün nəzərdə tutulmuş elektron tərəzi aşkar edilməmiş, şərti alıcı və ya ümumiyyətlə alıcıların dairəsi müəyyənləşdirilməmiş və mövcud olmamış, şəxsin telefon məlumatlarından onun kimlərəsə narkotik vasitəslərin satışını həyata keçirməsi kimi hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda 5,82 qram və 465 qram olmaqla ümumi təmiz çəkisi 470,82 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altında saxlamış, 17 mart 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol içəri yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin tarixdə saat 20:55-də Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin yataq otağında yerləşən çarpayının altından 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Konstitusiya, insan və vətəndaş hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması müəyyən edilmişdir. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi, tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəy-yən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Odur ki, Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona istinad edilən Azərbaycan Resopublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşmədiyindən onun əməli həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Resopublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Azərbaycan Resopublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1 -ci maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azaadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür, həmin cəza, cəzanın məqsədinə xidmət edəcəkdir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu 17 mart 2022-ci il tarixdə saat 19:45-də Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, 19 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Belə ki, Azərbaycan Respublikasının 93-1.1ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Bundan başqa iş materiallarında olan 22 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə mаddi sübutlar: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən və yaşadığı evə baxış keçirilərkən yataq otağında çarpayının altından aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkiləri 5,77 qram və 464,95 qram olan qurudulmuş marixuana Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə, baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən və yaşadığı evə baxış keçirilərkən yataq otağında çarpayının altından aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkiləri 5,77 qram və 464,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən üzərindən və yaşadığı evə baxış keçirilərkən yataq otağında çarpayının altından aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkiləri 5,77 qram və 464,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-119/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-119/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver