Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-12/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Bərdə rayonu, Köbər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped işləyən, məhkumluğu olmayan, Bərdə rayonu, Köbər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmış və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10in cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped vəzifəsində işləyərkən, 16 aprel 2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı verdiyi və “Xüsusi Təhlükəli İnfeksiyaya Nəzarət” X10in Şəmkir rayon şöbəsinə göndərilmiş test analizinin nəticəsinin pozitiv olmasını istifadəsində olan “050 706-97-97” saylı nömrəyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “İTS.gov.az” adlı rəsmi saytından 18 aprel 2021-ci il tarixdə, saat 09:21-də gəlmiş sms vasitəsilə əminliklə bildikdən sonra həmin gün xəstəliyi yüngül formada keçirdiyi üçün onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildiyindən yaşadığı Bərdə rayonu, Köbər kəndindəki evində təcrid olunmaqla və üzərində tibbi müşahidə həyata keçirilməklə karantin nəzarətinə götürülməsinə baxmayaraq, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 161 nömrəli qərarının 4.5.5 və 4.6-cı maddələrinə əsasən karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan olunduğu və ya mənzili (evi) tərk etməməli olduğu halda, buna əhəmiyyət verməyib 19 aprel 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evini icazəsiz tərk edib karantin rejimlərini pozaraq, xəstələri qəbul etmək niyyətində olub xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə işlədiyi ünvan 1 ünvanında yerləşən “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10in cərrahiyyə şöbəsinə gələrək xidməti iş otağında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şöbənin tibb bacısı Şahid2 və istintaqa məlum olmayan digər şəxslərlə ünsiyyətdə olmaqla koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış və bu əməli ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində 2010-cu ilin sentyabr ayından “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim kimi fəaliyyət göstərdiyini, hazırda “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped işlədiyini, ambulator xəstələri xəstəxananın poliklinikasında, stasionar xəstələri isə cərrahiyyə şöbəsində qəbul etdiyini, xx.xx.2021-ci il tarixdə axşam radələrində ondan koronavirusa qarşı test vermək üçün yaxma üsulu ilə Bərdə RMX-nın X11 Stansıyasında işləyən tibb qardaşı Elşən adlı şəxs tərəfindən burun-udlaq boşluğundan nümunə götürülərək “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət” PHŞ-in Şəmkir rayon şöbəsinə göndərildiyini, xx.xx.2021-ci il tarixdə işdən sonra evdə olduqda axşam radələrində, təxminən saat 21-də mənə məxsus ***-***-**-** mobil nömrəsinə “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-də adını bilmədiyi, baş həkimin müavini olan Nərmin həkimin köməkçisinin zəng edərək ondan götürülən yaxma nümunəsinin test nəticəsinin pozitiv olduğu barədə məlumat verdiyini, telefonda özünü tam rahat hiss etdiyini, sağlamlığı ilə bağlı heç bir problemin olmadığını zəng edən xanıma bildirdiyini. həmin vaxt baş həkimin köməkçisi Nərmin xanımın da ona zəng edən tibb bacısının yanında olduğunu, ona koronavirus qarşı vermiş olduğu testin testin nəcisənin pozivitiv olduğunu bildirdiyini və işə gəlməməyi barədə xəbərdarlıq etdiyini bildirmişdir. O isə koronavirus qarşı vermiş olduğu testin PZR analizinin pozitiv nəticəsi ilə razı olmadığı üçün xx.xx.2021-ci il tarixdə səhər vaxtı, təxminən 08:30 radələrində koronavirusa yoluxub-yoluxmadığını yenidən dəqiqləşdirmək üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına gedərək ağ ciyərlərin rentgenskopiyası, ağ ciyərlərin kompüter tomoqrafiyası müayinəsindən keçmiş və burun-udlaq boşluğundan PZR analizi üçün yaxma nümunəsi vermişdir. Bu dəfə ondan yaxma nümunəsini laborant Şahid7 ona poliklinikada ambulator xəstələri qəbul etməsi üçün ayrılmış xidməti iş otağında götürmüşdür. Rayon xəstəxanasının həkim-laborantı Mehriban xanımdan laborant Ruhiyyəni onun iş otağında yaxma nümunəsini götürmək üçün göndərməsini özü xahiş etmişdir. Yaxma nümunəsi götürüldükdən sonra iş otağının qapısı açılmış və içəri polis əməkdaşları daxil olmuşdurlar. Polis əməkdaşlarıona koronavirus testinin nəticəsinin pozitiv çıxmasına baxmayaraq niyə işə gəlməsi haqqında sual vermişlər. O isə cavabında özünü yaxşı hiss etdiyini, xx.xx.2021-ci il tarixdə “Covid-19” virusuna qarşı vermiş olduğu testin nəticəsinə inanmadığını, özünü xəstə hesab etmədiyini və yenidən yaxma üsulu ilə PZR analizi vermək üçün xəstəxanaya gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun xidməti iş otağında bir neçə fotoşəkil çəkmiş, hadisə yerinə baxış protokolu tərtib etmişlər. O, protokolu imzasıilə təsdiq etdikdən sonra xəstəxananı tərk etmiş və təxminən saat 10:00-da Mingəçevir şəhərində yerləşən Regional Hospitalda “Covid-19”-a qarşı qan antitellərindən seroloji analiz vermişdir. Bundan sonra evə gedərək 14 gün müddətdə karantin rejimini gözləmişdir. İstifadəsində olan mobil telefonu göndərilən sms-ə müvafiq olaraq xx.xx.2021-ci ildə yenidən işə qayıtmışdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə Bərdə xəstəxansında koronavirusa görə vermiş olduğum PZR analizin cavabı xx.xx.2021-ci ildə neqativ çıxdığını, eyni zamanda 19 aprel 2021-ci il tarixdə ağ ciyərlərin rentgen-skopiyası, ağ ciyərlərin kompüter tomoqrafiyası normal, qanda virus antitellərin olub-olmaması üçün Mingəçevir şəhərində yerləşən Regional Hospitalda vermiş olduğu analizin nəticələri də neqativ çıxdığın,ı həmin tarixdən təxminən 3 gün sonra eyni müayinələrdən yaxma istisna olmaqla təkrar keçdiyini və onların da nəticələrində koronavirusla bağlı heç bir əlamət olmadığını bildirmişdir. Bundan əlavə xx.xx.2021-ci tarixdə saat 09:00-dan xx.xx.2021-ci tarixdə saat 09:00-a kimi onun üçün iş günü olsa da xx.xx.2021-ci il həftənin bazar gününə düşdüyü üçün, habelə rəhbərlik səviyyəsində rayonu tək etməmək şərti ilə evdə olmağına icazə verildiyi üçün, həmçinin növbətçilikdə həkim-cərrah olduğuna görə işə getmədiyini, xx.xx.2021-ci il tarixi həftənin bazar ertəsin olduğu və hər bazar ertəsi isə rayon xəstəxanasında insanların sayının çox olduğuna görə özünü iş otağında təcrid etdiyini, ona görə də burun-udlaq boşluğundan yaxma nümunəsinin ikinci dəfə xidməti iş otağında götürülməsini xahiş etdiyini,xx.xx.2021-ci il tarixdə, axşam ağ ciyərlərin rentgen-skopiyası, ağ ciyərlərin kompüter tomoqrafiyası müayinəsini aparan həkimlərə telefon vasitəsi ilə zəng edərək Covid-19”-a qarşı vermiş olduğu analizin nəticəsinin pozitiv olduğu məlumatını verdiyini və bunun üçün də səhər tezdən onlara müraciət edərək yenidən müayinədən keçirəcəyi barədə xəbərdar etdiyini, testin nəticəsinin pozitiv çıxması ilə əlaqədar 14 gün müddətində evə özünü təcrid etdiyini və “Covid-19” əleyhinə hər hansı bir dərman preparatları qəbul etmədiyini bildirmişdir. İşə çıxan zaman heç bir xəstəni qəbul etmədiini bildirdi. Hazırda cinayət törətmədiyini nəzərə alaraq ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli olması şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-in travmatologiya şöbəsində tibb bacısı Şahid2 ifafəsində 2013-cü ildən “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tibb bacısı, əvvəl isə “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın Uşaq poliklinikasında işlədiyini, vaksinlə əlaqədar olaraq 4 ay müddətinə Bərdə şəhər Vərəm dispanserinə vaksinator kimi ezam olunduğunu, Bərdə şəhər Vərəm dispanserində ezamda olarkən rayon xəstəxanasının travmatologiya şöbəsinə tibb bacısı kimi təyin olunduğunu, təxminən 2021-ci ilin mart ayından etibarən həkim Təqsirləndirilən şəxs yanında tibb bacısı kimi fəaliyyət göstərdiyini, hazırda 350 manat əmək haqqı aldığını, xəstəxananın travmatologiya şöbəsində fəaliyyətinin Hafiz həkimə müraciət edən xəstələrin qeydiyyatını aparmaqdan, onlar barəsində anket açmaqdan, həmçinin onların gətirmiş olduqları qəbzləri qəbul şöbəsinə verməkdən ibarət olduğunu, xx.xx.2021-ci il tarixdə saat 08:30-da işə gəldiyini, həmin gün Hafiz həkimin otağının qarşısında xeyli sayda xəstələrin növbədə gözlədiklərini, həftənin birinci günləri digər günlərə nisbətən adətən xəstələr çox olduğunu, Hafiz həkim isə hələ gəlmədiyini, həmişəki qaydada Hafiz həkimi gözləyən xəstələrə növbə üçün kağızı verib həkimi gözləmələrini xahiş etdiyini bildirdi. Hafiz həkimin otağından soldakı otaqda fəaliyyət göstərən Xalid həkimin ona yaxınlaşaraq Təqsirləndirilən şəxs koronavirusa yoluxduğunu və ona yönəldilən xəstələri özü qəbul edəcəyini bildirmişdir. Bundan sonra təxminən saat 09:15 dəqiqədə Hafiz həkim işə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs xidməti iş otağına daxil olmuş və ondan laborant Ruhiyyə həkimi çağırmasını xahiş etmişdir. Hafizə Əliyev burun-udlaq boşluğundan yaxma nümunəsini verməmişdən əvvəl artıq rentgen-skopiya, kompüter tomoqrafiya müayinəsi, həmçinin qanda antitellərin olubolmadığını dəqiqləşdirmək üçün analiz verdiyini və onun nəticələrini gözlədiyini, Ruhiyyə həkimin otağa gəlib Təqsirləndirilən şəxs yaxma nümunəsini götürdüyünü, bundan bir qədər sonra isə otağa polis əməkdaşlarının daxil olduqlarını və onu otaqdan çıxardıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid6, Şahid5 və Şahid7 Şahid2 ifadəsinə uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdilələr. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-də İcbari Sığortanın Təşkili və İnnovasiya şöbəsinin müdiri Şahid1 Bərdə rayon Mərkəzi Xəstəxanasında təxminən 6 il əvvəl işləməyə başladığını, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Cərrahiyyə şöbəsinin travmotoloq-ortoped həkimi kimi fəaliyyət göstərdiyini, fəaliyyət göstərdiyi şöbədə xəstələrin təxliyyəsinə baxıldığı üçün xx.xx.2021-ci il tarixdə “Covid 19” qarşı Hafiz həkimin burun-udlaq boşluğundan yaxma üsulu ilə vermiş olduğu nümunənin nəticəsinin xx.xx.2021-ci il tarixdə “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət” PHŞ-in Şəmkir rayon şöbəsi tərəfindən rayon xəstəxanasının sisteminə ötürüldüyünü və xəstəxananın həkimi olan Təqsirləndirilən şəxs adını “Covid 19” virusuna yoluxanların siyahısında gördükdə profilaktik tədbir kimi təxminən saat 19-20 radələrində onunla birlikdə olan və xəstəxananın işçisi olmayan, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Hafiz həkimin ***-***-**-** mobil nömrəsinə zəng etdiyini, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək Hafiz həkimin gecə növbəsində olduğu üçün onun digər işçiləri də virusa yoluxdura biləcəyi təhlükəsinin qarşısını almaqdan ötrü zəng edib xəbərdarlıq etdiyini və ona “Covid-19” virusuna qarşı vermiş olduğu testin nəticəsinin pozitiv olması barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 111-112-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 309.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 253-254-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş itiham dəyişdirilməklə və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən yenidən ittiham elan edilmişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 19 aprel 2021-ci il tarixli, 2160 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Covid-19 virusuna görə Bərdə RMX-sı tərəfindən nümunə götürülərək “Xüsusi Təhlükəli İnfeksiyaya Nəzarət” X10 Şəmkir rayon şöbəsinə göndərilmiş 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs burun-udlaq boşluğundan yaxma üsulu ilə götürülmüş nümunənin test analizinin nəticəsinin pozitiv olmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 23 aprel 2021-ci il tarixli “Xüsusi Təhlükəli İnfeksiyaya Nəzarət” X10 Şəmkir rayon şöbəsinə 19 aprel 2021-ci il tarixdə göndərilmiş burun-udlaq boşluğundan götürülmüş test analizinin nəticəsi neqativ təyin edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Təqsirləndirilən şəxs “Regional Hospital”klinikasının 19 aprel 2021-ci il tarixli qan antitellərindən “Covid-19 igG” və “Covid- 19 igM” adlı müayinəsi zamanıvermiş olduğu analizin nəticəsi neqativ təyin edilmişdir. Cinayət işinin 232-ci vərəqəsində olan Təqsirləndirilən şəxs “Ömürdən pay”klinikasının xx.xx.2021-ci il tarixli “Covid-19 igG” nəticə 0,72 və “Covid-19 igM” nəticə 0. 35 olmuşdur. Cinayət işinin 206-209-ci vərəqələrində olan "xxxx" MMC tərəfindən 02 avqust 2021-ci il tarixli, 15625 saylıb məktuba əlavə edilərək göndərilmiş “CD” diskə 05 avqust 2021-ci il tarixli baxış protokolunda ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəsinə zəng oldunduğu və telefon danışığının 124 saniyə müddətdə davam etdiyi, bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrəyə İTS.GOZ.AZ-dan ( İcbari Tibbi Sığorta) 3 dəfə sms gəldiyi öz təsdiqini tapmışdır. Cinayət işinin 220-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 Komisyon məhkəmə-tibb ekspertizasının 18 avqust 2021-ci il tarixli, 707/KEŞ saylı rəyindən qeyd olunur ki, X6 xx.xx.2021-ci il tarixdə “Covid-19” virus infeksiyasına qarşı qanda “Covid-19 igG” və “Covid-19 igM” antitellərinin təyini üçün aparılmış müayinə zamanı onda analizin nəticəsinin neqativ olması, xx.xx.2021-ci il tarixdə “Covid-19” ilə əlaqədar burun-udlaq boşluğundan yaxma üsulu ilə aparılmış müayinənin pozitiv nəticəsini inkar etmir. Belə ki, burun-udlaq boşluğundan yaxma üsulu ilə aparılmış müayinədən 2 gün sonra qanda anticisimlər (anti-Sars İgM+İgA+İgG) yaranmadığından, seroloji analizin nəticəsi neqativ ola bilər. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə aparılmış seroloji müayinə zamanı “Covid-19” virus infeksiyasının qalıqlarının aşkar edilməməsi onun əvvəllər həmin virusa yoluxmadığını təsdiq edə bilməz. Belə ki, total anticisimlərinin analizinin virusa yoluxduqdan ən azı bir ay müddət keçdikdən sonra aparılması məqsədə müvafiq hesab edilir. Bundan əlavə, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının təyini üçün xx.xx.2021-ci il tarixdə burun-udlaq boşluğundan yaxma üsulu ilə aparılmış müayinənin nəticəsinin pozitiv, xx.xx.2021-ci il tarixdə aparılmış müayinənin nəticəsinin isə neqativ olması onun “Covid-19” virusuna yoluxmasını istisna etmir. Belə ki, ilkin müayinədən 5 gün keçdiyindən artıq virus burunudlaq boşluğunda aşkar edilməyə bilər. Cinayət işinin 23-cü vərəqəsində olan “Bərdə rayon X2 Şöbəsi” X10 23 aprel 2021-ci il tarixli, 412 №-li Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 24-cü vərəqəsində olan “Bərdə rayon X2 Şöbəsi” X10 23 aprel 2021-ci il tarixli, 396 №-li Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 154-cü vərəqəsində olan Ağdam Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş 28 iyun 2021-ci il tarixli 1585 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Ruhi-Əsəb Dispanser müşahidəsində deyil. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 31-ci vərəqəsində olan Bərdə RİHB-nın Mirzəxan-Qaraqoyunlu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Köbər kəndində anadan olmuşdur və hazırda himayəsində yaşlı anası, anadangəlmə fiziki və əqli qüsurlu bacısı, arvadı və iki azyaşlıqızı vardır və onlarla birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs özünü ailədə, kollektivdə və cəmiyyətdə daim nizam-intizamlı aparmışdır. Cinayət işinin 36-ci vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası ” X10 direktoru tərəfindən verlmiş xx.xx.2021-ci il tarixli 588 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildən hal-hazıra kimi cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped vəzifəsində işləyir. Cinayət işinin 241-252-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilməklə məzmununa əlavələr və dəyişiklliklər edilərək ona Azərbaycan Respublikası CM-in 139-1.1 və 308.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 318-321-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 Komisyon məhkəmə-tibb ekspertizasının 12 dekabr 2021-ci il tarixli, 945/KEŞ saylı rəyindən qeyd olunur ki, 1.2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs “Covid- 19” irus infeksiyasınm təyini üçün xx.xx.2021 -ci il tarixdə burun-udlaq boşluğundan yaxma üsulu ilə aparılmış müayinənin nəticəsinin pozitiv, xx.xx.2021-ci il tarixdə aparılmış nüayinənin nəticəsinin isə neqativ olması onun “Covid-19” virus infeksiyasına yoluxmasını istisna etmir. Belə ki, ilkin müayinədən 5 gün keçdiyindən artıq virus burun- udlaq boşluğunda aşkar edilməyə bilər.
3. “Covid-19” virus infeksiyasına yoluxma zamanı sağlamlığa zərərvurmanın tərəcəsinin təyini nəzərdə tutulmayıb.
4. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə aparılmış seroloji müayinə zamanı “Covid- 19” virus infeksiyasınm qalıqlarının aşkar edilməməsi onun əvvəllər həmin virusa yoluxmadığını təsdiq edə bilməz. Belə ki, total anticisimlərin analizinin virusa yoluxduqdan ən az bir ay müddət keçdikdən sonra aparılması məqsədə müvafiq hesab Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 Komisyon məhkəmə-tibb ekspertizasının (canlı şəxsin məhkəmə tibb ekspertizası) 28 mart 2022-ci il tarixli, 118/KEŞ saylı rəyindən qeyd olunur ki, 1.2. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə “Covid-19” virus infeksiyası ilə əlaqədar yaxma üsulu ilə aparılmış müayinə zamanı onda müayinənin nəticsi pozitiv olmuşdur. Müayinənin nəticəsi Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasma yoluxmasını təsdiq edir.
3. xx.xx.2021-ci il tarixdə yaxma üsulu ilə aparılmış müayinə və müalicənin nəticəsinin pozitiv olduğunu nəzərə alaraq konkret olaraq yoluxmanın neçənci gününün olmasının təyini elmi metodika ilə mövcud deyil.
4. Yoluxma baş verdikdən sonra orqanizmdə anticisimlərin yaranması individual xarakter daşıyır. Sonrakı müayinələr zamanı (bir aya qədər və ya daha artıq) göstəricilərin norma daxilində olması da Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virus infeksiyasım təkzib edə bilməz. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 28 mart 2022-ci il tarixli, 118/KEŞ saylı rəyi ilə əlaqədar yaranmış suallarına cavab olaraq Bərdə rayon Məhkəməsinə ünvanladığı cavab məktubda qeyd edilir:
1. xx.xx.2021-ci il tarixdə “Covid 19” virus infeksiyası ilə əlaqədar yaxma üsulu (PCR) ilə aparılmış müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olmasını təsdiq edir. Bu da xəstəliyin ilkin günlərində xəstəliyin diaqnostikasının yeganə üsuludur.
2. Şəmkir Gigiyena və X1 Əliyevə “Covid-19” virusunun diaqnostikası ilə əlaqədar qanda aparılmış “Covid-19 İgG və İgM” müayinələrinin nəticəsi xx.xx.2021-ci il tarixdə verdiyi müayinənin nəticəsini şübhə altına ala bilməz. Belə ki, həmin müayinələr zamanı (bir aya qədər və ya daha çox artıq) göstəricilərin norma daxilində olması da Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virus infeksiyasını təkzib edə bilməz, çünki xx.xx.2021-ci il tarixdə PCR üsulu ilə müayinəsi aprılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs həmin maddəyə münasibətdə cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə düzgün tövsif olunması ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə burun-udlaq boşluğundan yaxma üsulu ilə götürülmüş nümunənin test analizinin nəticəsinin pozitiv olsa da, “Regional Hospital”klinikasının 19 aprel 2021-ci il tarixli , “Ömürdən pay”klinikasının xx.xx.2021-ci il tarixli və “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 23 aprel 2021-ci il tarixli “Xüsusi Təhlükəli İnfeksiyaya Nəzarət” X10 Şəmkir rayon şöbəsinə 19 aprel 2021-ci il tarixdə göndərilmiş burun-udlaq boşluğundan götürülmüş analizlərinin nəticələrinin neqativ çıxmasını əsas gətirərək “Covid-19” virus infeksiyasına yoluxmadığını bildirməsinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən təkrar komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Ekspert rəyində izah etmişdir ki, xx.xx.2021-ci il tarixdə yaxma üsulu ilə aparılmış müayinə və müalicənin nəticəsinin pozitiv olduğunu nəzərə alaraq konkret olaraq yoluxmanın neçənci gününün olmasının təyini elmi metodika ilə mövcud deyildir. Yoluxma baş verdikdən sonra orqanizmdə anticisimlərin yaranması individual xarakter daşıyır. Sonrakı müayinələr zamanı (bir aya qədər və ya daha artıq) göstəricilərin norma daxilində olması da Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virus infeksiyasım təkzib edə bilməz. Məhkəmə həmçinin onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 139-1.1 maddəsinin tərkib əlamətinin yaranması üçün artıq Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etməmək barədə sms gəldiyi barədə xəbərdrlıq edildikdən sonra yaşadığı yeri tərk etdiyi anadan bitmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ailəli olmasını, himayəsində xəstə anasının, əqli qüsurlu bacısının və iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ilk dəfə olaraq cinayət törətməsini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif olunmaması barədə gənaətə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum Qərarına istinad etməyi zəruri bilir. Belə ki, həmin qərarda aşağıdakı mövqeylər əks olmuşdur: Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən suiistifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Məhkəmə qeyd edir ki, düzdür Təqsirləndirilən şəxs həkim travmatoloq kimi vəzifəli şəxs statusunda ola bilər. Lakin CM-nin 308.1-ci maddəsinin tərkib əlaməti yaranması hazırkı əməllə əhatə olunmur. Həmin ittihamın verilməsi formal xarakter daşıyır. Belə ki, o özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilmək məqsədi daşımamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Qamət Əbilov