Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-12/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi işrirakları ilə, xx xxx 1974-cü il tarixdə Bərdə rayonu Nazırlı kəndində doğlumuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İttiam aktına əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 dekabr 2016-cı il tarixdən hesablanmaqla 13 avqust 2007-ci il təvəllüdlü X5, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Həsənova (Alışova) Məhbubə Sabir qızına ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)- 155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 06 sentyabr 2021-ci il və 27 oktyabr 2021-ci il və tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 iyun 2022-ci il tarixədək 7230,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Alışova) Məhbubə Sabir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Həsənova (Alışova) Məhbubə Sabir qızı ilə 11 noyabr 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2007-ci ildə Fərid, 2009-cu ildə Günay və 2013-cü ildə Kənan adlı üç uşaqları olmuşdur. Ailə qurduqdan sonra onlar mehriban şəraitdə yaşamışlar. Lakin sonralar Zərərçəkmiş şəxs ona kənddə yaşamaq istəmədiyi və Bakıya köçərək orada yaşamaq istədiyini bildirmişdir. Onlar ailəli olduqları müddətdə Bakı şəhərində yaşamışlar lakin onun qazancı ailəsini Bakı şəhərində saxlamağa kifayət etmirdi. Ailə münasibətləri pozulduğuna görə 2016-cı ilin əvvəllərində faktiki olaraq Məhbubə ondan ayrılıb uşaqlarınıda götürüb Yevlax rayonunda yerləşən ata evinə getmişdir. Zərərçəkmiş şəxs Bərdə Rayon Məhkəməsinə üç uşaqlarının saxlanılmaları üçün aliment tələbi ilə müraciət etdiyinə görə ondan həmin uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat, cəmi hər ay 210,00 manat alimentin alınıb Həsənova (Alışova) Məhbubə Sabir qızına verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Dəfələrlə icra orqanı tərəfindən ona alimentin ödənilməsi barədə xəbərdarlıqlar olmasına baxmayaraq həmin məhkəmə qətnaməsini icrasını təmin etməmişdir. 2017-ci ildən 2019-cu ilədək Bakı şəhərində “Gəncə təndir” çörək sexində çörəkçi işləmiş, 2019-cu ildən 2022-ci ilin əvvəllərinə kimi müxtəlif vaxtlarda Abşeron rayonunda və Xırdalan qəsəbəsində fərqli yerlərdə çörəkçi işləmiş və gündəlik 15-30,00 manat arası qazanc əldə etmişdir. Həmin dövrlərdə çörəkçi işində işləmədiyi müddətlərdə ustaların yanına fəhlə kimi işləməklə günə 15- 20,00 manat olmaqla qazanc əldə etmişdir. 2022-ci ilin son altı ayında Bərdə rayon Nazırlı kəndində üç nəfərdən ibarət ailə üzvlərinə məxsus 1,5 hektar torpaq sahəsində yonca əkib becərib satmaqla məşğuldur. Həmin torpaq sahəsindən 0,54 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Yonca mövsümü bitdikdən sonra kənddə fəhləliklə məşğul olur. Yonca mövsümündə 1,5 hektar sahəsini üç dəfə biçdirməklə hər dəfəsində 300 bağ yonca presi əldə edir. Bir bağ yoncanı 4 və ya 4,5 qəpiyə satmaqla mövsümdə cəmi təxminən 3600,00 manat gəlir əldə etmişdir. Lakin pay torpaq sahəsi atasına, anasına və özünə məxsus olduğu və hər iki valideyni vəfat etdikləri üçün həmin gəlirdən bacısı X3 da pay verir. Mövsümdən sonra fəhləlik etməklə günə 10-15,00 manat qazanc əldə edir. Onun həmişə işi və qazancı olduğu üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Təqdimat verilən tarixə, yəni 29 iyun 2022-ci il tarixə 7230,00 aliment borcundan istintaq dövründə 1441,00 manat ödəməklə 5789,00 manat aliment borcu qalmışdır. Daha sonra məhkəmə baxışları zamanı 2400 manat, daha sonra 700 manat olmaqla iki dəfə ödəniş etmiş və 1789 manat ümumi borcu qalmışdır. Həmin borc zərərçəkmiş şəxs tərəfindən bağışlanılmış və hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Həsənova (Alışova) Məhbubə Sabir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 11 noyabr 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2007-ci ildə Fərid, 2009-cu ildə Günay və 2013-cü ildə Kənan adlı üç uşaqları olmuşdur. Ailə qurduqları ilk illərdə mehriban ailə olaraq birlikdə yaşamışlar. 2016-cı ilin əvvəllərindən xasiyyətləri bir birinə uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu heç bir səbəb olmadan söyüb döyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. Həmin tarixdən Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayırılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Gəncə təndiri” adlanan çörək sexində çörəkçi işləməklə aylıq 800- 1000,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2016-cı il tarixdən hesablanmaqla 13 avqust 2007-ci il təvəllüdlü X5, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 29 iyun 2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 7230,00 manat aliment borcu yaranmışdır. İstintaq dövründə Təqsirləndirilən şəxs 7230,00 manat aliment borcundan cəmi 2341,00 manat ödəməklə 4889,00 manat aliment borcu qalmışdır. Halhazırda o, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən yarısından çoxu ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qalan məbləği də ona bağışlamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2016-cı il tarixdən hesablanmaqla 13 avqust 2007-ci il təvəllüdlü X5, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Həsənova (Alışova) Məhbubə Sabir qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)-155/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və 29 iyun 2022-ci il tarixə tələbkar Həsənova (Alışova) Məhbubə Sabir qızına 7230,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək iş yoldaşı Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)-155/2021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və zərərçəkmiş şəxsin təqsirləndiriləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 dekabr 2016-cı il tarixdən hesablanmaqla 13 avqust 2007-ci il təvəllüdlü X5, 14 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 mart 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Həsənova (Alışova) Məhbubə Sabir qızına ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 06 sentybar 2021-ci il və 27 oktyabr 2021-ci il və tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 iyun 2022-ci il tarixədək 7230,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Alışova) Məhbubə Sabir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Sözügedən qərarda qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İşdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 10 may 2017ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3(021)-155/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) günmüddətinə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan borcunun yarısından çoxunu ödədiyindən və bununlada məhkəmə qətnaməsi icra edildiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə, zərərçəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən ona dəyən ziyanın ödənildiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs оğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş 10 may 2017-ci il tarixli, 2(021)-302/2017 saylı qətnaməsi tam icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-12/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-12/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver