Məhkəmə qərarları › İş №1(021)-12/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-12/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-12/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Nümayəndə iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam Dövlət Sosial İqtisadi Kollecində gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu İsmayılbəyli kəndində qeydiyyatda olan və Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 2023-cü ilin mart ayına X17 X5 Meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında meşə sahəsində ümumi dəyəri 799 manat olan 799 ədəd diametri 4-8 sm, ümumi dəyəri 453 manat olan 151 ədəd diametri 8-12 sm, ümumi dəyəri 396 manat olan 66 ədəd diametri 12-18 sm, ümumi dəyəri 77 manat olan 11 ədəd diametri 18-20 sm, ümumi dəyəri 80 manat olan 8 ədəd diametri 20-24 sm, ümumi dəyəri 22 manat olan 2 ədəd diametri 24-28 sm, dəyəri 15 manat olan 1 ədəd diametri 28-32 sm, dəyəri 18 manat olan 1 ədəd diametri 32-38 sm, dəyəri 22 manat olan 1 ədəd diametri 38-40 sm, ümumi dəyəri 10 manat olan 10 ədəd diametri 4 sm akasiya ağaclarını, ümumi dəyəri 133 manat olan 133 ədəd diametri 4-8 sm, ümumi dəyəri 114 manat olan 38 ədəd diametri 8-12 sm, ümumi dəyəri 36 manat olan 6 ədəd diametri 12-18 sm, ümumi dəyəri 14 manat olan 2 ədəd diametri 18-20 sm, dəyəri 10 manat olan 1 ədəd diametri 20-24 sm, dəyəri 11 manat olan 1 ədəd diametri 24-28 sm iydə ağaclarını, ümumi dəyəri 84 manat olan 14 ədəd diametri 12-18 sm, ümumi dəyəri 21 manat olan 3 ədəd diametri 18-20 sm, dəyəri 10 manat olan 1 ədəd diametri 20-24 sm, dəyəri 15 manat olan 1 ədəd diametri 28-32 sm, ümumi dəyəri 90 manat olan 5 ədəd diametri 32-38 sm, dəyəri 22 manat olan 1 ədəd diametri 38-40 sm qarağac ağaclarını, ümumi dəyəri 9 manat olan 3 ədəd diametri 8-12 sm, ümumi dəyəri 12 manat olan 2 ədəd diametri 12-18 sm, dəyəri 7 manat olan 1 ədəd diametri 18-22 sm olan zeytun ağaclarını, ümumi dəyəri 16 manat olan 16 ədəd diametri 4-8 sm, ümumi dəyəri 21 manat olan 7 ədəd diametri 8-12 sm, ümumi dəyəri 60 manat olan 10 ədəd diametri 12-18 sm, ümumi dəyəri 21 manat olan 3 ədəd diametri 18-20 sm olan şeytan ağaclarını, ümumi dəyəri 9 manat olan 3 ədəd diametri 8-12 sm, ümumi dəyəri 12 manat olan 2 ədəd diametri 12-18 sm, dəyəri 7 manat olan 1 ədəd diametri 18-20 sm tut ağaclarını, ümumi dəyəri 6 manat olan 2 ədəd diametri 8-12 sm olan alça ağaclarını, ümumi dəyəri 1785 manat olan 595 ədəd nar kollarını, ümumi dəyəri 30 manat olan 10 ədəd yulğun kollarını, ümumi dəyəri 279 manat olan 93 ədəd böyürtkən kollarını, ümumilikdə isə 1306 ədəd ağac və 698 ədəd kol bitkisini texnika vasitəsilə qanunsuz kəsməklə və məhv etməklə təbiətə ümumilikdə 4726,00 manat, həmin ağac və kollara əkilməsi ilə bağlı çəkilmiş 2827,55 manat xərclərlə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X8 Mərkəzinə külli miqdarda, yəni, 7553,55 (yeddi min beş yüz əlli üç manat 55 qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əkin-biçin işlərinin aparılması məqsədi ilə ona torpaq sahəsinin verilməsi üçün dəfələrlə Bərdə X8 Mərkəzinə müraciət etmişdir. Həmin idarəyə Qarabağdan məcburi köçkün olduğunu bildirmişdir. Bilirdi ki, bəzi məcburi köçkünlər üçün meşədə torpaq sahələri verirlər. Həmin idarədən ona kömək edəcəklərini bildirirdilər. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı bir vaxtda ona idarədən "yox" cavabı vermişlər. Bundan əsəbiləşmiş, hənin vaxt meşəbəyliyin 16-cı kvartalı adlanan yerə getmişdir. Həmin yerdə qapılar açıq olmuş və orada heç kim olmamışdır. Əsəbi olduğundan yolun qırağı ilə gedən texnika, yəni traktor ilə rastlaşmış, texnikanı saxlatmışdır. Texnikanın sürücüsünü tanımamış, təsadüfən saxlatmışdır. Sürücüyə ərazini göstərmiş, ərazini şumlamasını bildirmişdir. Sürücüyə dediyi işləri görməsini, bir azdan gələcəyini demiş və ərazidən uzaqlaşmışdır. Ərazidən uzaqlaşdıqdan sonra vəziyyəti pisləşmiş və evə getmişdir. Özünü pis hiss etdiyindən həmin yerə qayıda bilməmişdir. Sonradan bir neçə gün sonra həmin əraizyə gəlmiş, ərazidə onun göstərdiyi yerlərin şumlandığını görmüşdür. Bununla bağlı ona bildirmişlər ki, təbiətə 7553,55 manat məbləğində ziyan dəymişdir. O, həmin ziyanı ödəyəcəyini bildirmiş, vurduğu ziyandan 6683 manatını ödəmiş, qalan məbləği də ödəyəcəkdir. Meşə idarəsindən əkin-biçin üçün torpaq istəmiş, lakin, ağacları və kolları kəsən zaman heç kimə bu barədə bildirməmişdir. Hadisə 2023-cü ilin mart ayında olmuşdur. Meşə sahəsini genişləndirməkdə məqsədi əkinbiçin işləri ilə məşğul olmaq olmuşdur. Sonuncu ekspert rəyinə uyğun olaraq dəymiş ziyandan artıq pul ödəmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha hər hansı qanunazidd əməl törətməyəcəyinə vəd verir. İİ qrup əlildir. Əlliliyi, dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq ona rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, 01 aprel 2023-cü il tarixdə 9 saylı RETS-nin rəhbərliyi tərəfindən, X17 X5 meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında texnika (traktor) vasitəsi ilə ərazidə olan ağac və kol bitkilərinin kökündən çıxarılaraq kənarda qalaqlanması barədə məlumat verilmişdir. Məlumatla əlaqədar 25 mart 2023-cü il tarixdə idarənin digər əməkdaşları X17 X5 meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında ölçmə işləri zamanı 17.82 ha şumlanmış torpaq sahəsinin kənarları boyunca diametrləri 4 sm 26 ədəd, 8-12 sm 66 ədəd, 12-18 sm 1 ədəd olmaqla, cəmi 179 ədəd akasiya, diametrləri 12-18 sm 3 ədəd, 18-20 sm 1 ədəd, 20-24 sm 1 ədəd, 28-32 sm 1 ədəd, 32-38 sm 3 ədəd, 38-40 sm 1 ədəd olmaqla cəmi 10 ədəd qarağac, diametrləri 8-12 sm 3 ədəd, 12-18 sm 2 ədəd, 18-20 sm 1 ədəd olmaqla, cəmi 6 ədəd zeytun, diametrləri 8-12 sm 3 ədəd, 12-18 sm 2 ədəd, 18-20 sm 1 ədəd olmaqla, cəmi 6 ədəd tut (çəkil), diametrləri 4-8 sm 28 ədəd, 8-12 sm 7 ədəd olmaqla, cəmi 35 ədəd iydə, diametrləri 8-12 sm 2 ədəd alça olmaqla, cəmi 238 ədəd yaş halda ağacların kökündən çıxarılmasını müəyyən etmişlər. Bundan başqa şumlanmış torpaq sahəsinin sol hissəsində vaxtı ilə əkilmiş akasiya sahəsinin kənarı ilə 365 ədəd nar, 93 ədəd böyürtkən və 10 ədəd yulğun kolunun kökdən çıxarılaraq qalaqlanması aşkar edilmişdir. Həmin ağacları kəsən şəxsin Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Həmin şəxs idarəyə 7553,55 manat maddi ziyan vurmuşdur. Həmin ziyandan isə 6683,33 manat ziyanı artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarına əsasən ağacların götürülməsini həyata keçirən fiziki və ya hüquqi şəxslər istifadələrində olan torpaq sahələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməli, həmin müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Agentliyinə göndərildikdən sonra agentlik tərəfindən müvafiq rəy verilir və daha sonra həmin qurumlar tərəfindən qərar qəbul edilərək götürmə vərəqi əsasında götürmə həyata keçirilir. Ağacların kəsilməsi ilə bağlı heç bir müraciət olmamışdır. Düzdür ziyandan ödənişlər edilmişdir. Lakin dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Qırılan ağacların əksəriyyəti satışa getmiş, bir qismi isə meşəbəyi tərəfindən məhv edilmişdir. Bütün bunları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 hadisə yerinə baxış keçirən zaman sonuncuya bildirmişdir. Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, ərazinin ümumi sahəsi 17.82 hektardır. Ərazinin şumlanmış torpaq sahəsinin kənarları boyunca diametrləri 4-8 sm olan 56 ədəd, 8-12 sm olan 66 ədəd, 12-18 sm olan 48 ədəd, 18-20 sm olan 3 ədəd, 20-24 sm olan 4 ədəd, 24-28 sm olan 1 ədəd, 38-40 sm olan 1 ədəd, cəmi 179 ədəd akasiya, diametrləri 12-18 sm olan 3 ədəd, 18- 20 sm olan 1 ədəd, 20-24 sm olan 1 ədəd, 28-32 sm olan 1 ədəd, 32-38 sm olan 3 ədəd, 38-40 sm olan 1 ədəd olmaqla cəmi 10 ədəd qarağac, diametrləri 8-12 sm olan 3 ədəd, 12-18 sm olan 2 ədəd, 18-20 sm olan 1 ədəd olmaqla, cəmi 6 ədəd zeytun, diametrləri 8-12 sm olan 3 ədəd, 12-18 sm olan 2 ədəd, 18-20 sm olan 1 ədəd, cəmi 6 ədəd tut, diametrləri 4- 8 sm olan 28 ədəd, 8-12 sm olan 7 ədəd olmalqla cəmi 35 ədəd iydə, diametrləri 8-12 sm olan 2 ədəd alça, ümumilikdə cəmi 238 ədəd yaş halda ağacların kökündən çıxarılması aşkar edilmişdir. Bundan əlavə, həmin şumlanmış torpaq sahəsinin sol hissəsində vaxtilə əkilmiş akasiya sahəsi kənarı ilə 365 ədəd nar, 93 ədəd böyürtkən və 5 ədəd yulğun kolunun kökdən çıxarılaraq qalaqlanması aşkar edilmişdir. Aşkar edilmiş 179 ədəd akasiya cinsinə mənsub ağaclardan 106 ədədi kök boğazından kəsilərək mərkəzin 034 nömrəli çəkicilə ağacların kötüklərinə damğa vurulmuşdur. Qeyd edilən ağaclar köküstə yaş vəziyyətdə olmuşlar. Eyni zamanda, şumlanmış torpaq sahəsindən 100-150 metr aralıda kökündən çıxarılmış ağac və kolların üst-üstə yığılaraq qalaqlanması müəyyən edilmişdir. Qeyd edilən ağacların ölçüləri xüsusi texnika və işçi qrupunun köməyi ilə müəyyən edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, Bərdə Meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında 17,82 ha sahədə xüsusi texnika vasitəsilə 1306 ədəd ağac və 698 ədəd kol bitkisinin (akasiya, iydə, qarağac, zeytun, şeytan ağacı, tut, alça, nar, yulğun, böyürtkən) kökündən çıxarılaraq məhv edilməsi və ərazinin şumlanması faktı aşkar olunmuş və xx.xx.2023-cü il tarixdə İdarənin əməkdaşları Elşad Ağayev və Şahid3, habelə X17 X6 Meşəbəyliyinin meşəbəyi Şahid4, meşə gözətçisi Şahid5 iştirakları ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ərazinin ümumi sahəsi 17.82 hektardır. Ərazinin şumlanmış torpaq sahəsinin kənarları boyunca diametrləri 4-8 sm olan 56 ədəd, 8-12 sm olan 66 ədəd, 12- 18 sm olan 48 ədəd, 18-20 sm olan 3 ədəd, 20-24 sm olan 4 ədəd, 24-28 sm olan 1 ədəd, 38-40 sm olan 1 ədəd, cəmi 179 ədəd akasiya, diametrləri 12-18 sm olan 3 ədəd, 18-20 sm olan 1 ədəd, 20-24 sm olan 1 ədəd, 28-32 sm olan 1 ədəd, 32-38 sm olan 3 ədəd, 38- 40 sm olan 1 ədəd olmaqla cəmi 10 ədəd qarağac, diametrləri 8-12 sm olan 3 ədəd, 12-18 sm olan 2 ədəd, 18-20 sm olan 1 ədəd olmaqla, cəmi 6 ədəd zeytun, diametrləri 8-12 sm olan 3 ədəd, 12-18 sm olan 2 ədəd, 18-20 sm olan 1 ədəd, cəmi 6 ədəd tut, diametrləri 4-8 sm olan 28 ədəd, 8-12 sm olan 7 ədəd olmalqla cəmi 35 ədəd iydə, diametrləri 8-12 sm olan 2 ədəd alça, ümumilikdə cəmi 238 ədəd yaş halda ağaclann kökündən çıxarılması aşkar edilmişdir. Bundan əlavə, həmin şumlanmış torpaq sahəsinin sol hissəsində vaxtilə əkilmiş akasiya sahəsinin kənarı ilə 365 ədəd nar, 93 ədəd böyürtkən və 5 ədəd yulğun kolunun kökdən çıxarılaraq qalaqlanması aşkar edilmişdir. Aşkar edilmiş 179 ədəd akasiya cinsinə mənsub ağaclardan 106 ədədi kök boğazından kəsilərək mərkəzin 034 nömrəli çəkici ilə ağacların kötüklərinə damğa vurulmuşdur. Qeyd edilən ağaclar köküstə yaş vəziyyətdə olmuşlar. Eyni zamanda, şumlanmış torpaq sahəsindən 100 -150 metr aralıda kökündən çıxarılmış ağac və kolların üst-üstə yığılaraq qalaqlanması müəyyən edilmişdir. Qeyd edilən ağacların ölçüləri xüsusi texnika və işçi qrupunun köməyi ilə müəyyən edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, X17 X6 Meşəbəyliyində meşəbəyi vəzifəsində işləmişdir. 12 mart 2023-cü ildə, axşam radələrində tanımadığı nömrədən ona zəng gəlmiş, 1 saylı meşə dolayının 16 saylı kvartalında texnikanın işlənməsi səsi gəldiyi ona bildirilmişdir. Həmin vaxt gec olduğundan əraziyə gedə bilməmiş, ancaq mühafizə rəisi Kamal Behbudova zəng edib bu barədə məlumat vermişdir. Kamal Behbudov ona sabah tezdən həmin əraziyə baxış keçirməyi məsləhət bilmişdir. 12 mart 2023-cü il tarixdə səhər tezdən mühafizə rəisi Kamal Behbudov ilə birlikdə baxış keçirmək üçün 1 saylı meşə dolayının 16 saylı kvartalına getmişdir. Əraziyə çatanda gözətçi Şahid5 orada olmamışdır. Orada akasya ağaclarının kəsilməsinin, böyük akasya ağaclarının, nar kollarının, qarağac, böyürtkən kollarının kökündən çıxarılmasının şahidi olmuşdur. Ancaq ağacları kəsənin, kökündən çıxaran şəxsin həmin vaxt kim olmasını bilməmişlər. Hadisə yerində gözətçi Şahid5 barəsində 200 manat cərimə olunması barədə akt tərtib etmişlər. Hadisədən təxminən 4 gün sonra ağacları kəsən adamın Ağdam rayonunda qeydiyyatda olan Qarabağ qazisi Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Belə ki, ağacların kəsildiyi yerdə həmin adamla şəxsən söhbət zamanı meşə torpaq sahəsində şumlama işləri aparmasını, ağacların kəsilməsini təsərrüfat müdiri Qalib Həsənovun ona əkin sahəsi verməməsi ilə əlaqələndirmişdir. Dövlət proqramına əsasən 1 saylı meşə dolayının 16 saylı kvartalında mədəni meşə əkini üçün boş sahəni şumlatmışdır ki, idarənin hesabına ağac əkilsin. Təqsirləndirilən şəxs isə Qalib Həsənovun ona əkin sahəsi vermədiyini bəhanə gətirərək həmin əkin yerinin sahəsini bir qədər də çoxaldıb qanunsuz olaraq öz istifadəsinə götürmək üçün idarənin şumladığı əkin yerinin kənarlarını da ağacları çıxarmaqla genişləndirmişdir. Meşə gözətçisi Şahid5 Tərtər rayonunda yaşadığı üçün 1 saylı meşə dolayına vaxtında gedib gələ bilmir, tam nəzarət edə bilmir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, 2023-cü ildən Bərdə rayonu Əyricə kəndində yaşayır. xx.xx.2023-cü ildə yol ilə gedərkən Bərdə rayonu Əyricə kəndi ərazisində olan yaşıl ağacların çıxarıldığını, qırıldığını görmüş və gördüyü hadisəni öz mobil telefonu ilə videoya çəkərək ictimailəşdirmişdir. Əvvəllər həmin ərazilər tamamilə ağaclıq olmuş, hazırda isə ağaclar tam məhv edilib, yəni orada artıq ağaclıq deyilən bir yer qalmamışdır. Həmin əraziyə xx.xx.2023-cü il tarixdə getmiş, ərazidə olan ağaclar tamamilə qırılmış vəziyyətdə olmuşdur. Sonradan bilmişdir ki, müvafiq qurumlardan gəlib orada sənədləşdirmə işləri aparmışlar. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, onun hazırki cinayət işindən heç bir məlumatı yoxdur. Bildiyi qədər deyirlər ki, guya o böyük təmizləyici traktor sürür və guya hansısa ərazidə ağacları kökündən çıxararaq ərazini ağaclardan təmizləmişdir. Düzdür o, traktor sürür, lakin heç bir ərazini hər hansı ağaclardan nə təmizləməmiş, nə də ağacları kökündən çıxarmamışdır. Məhkəmənin iclasında “ZOOM” proqramı ilə videogörüntü vasitəsilə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəzifəsində işləyən X13 ifadə verərək göstərdi ki, ilkin rəy, yəni 23 iyun 2023-cü il tarixli, 9/4259 saylı rəy təqdim olunmuş materiallara və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X11 Mərkəzinin verdiyi hesabata uyğun ağacların sayına əsasən verilmişdir. İkinci rəyin, yəni 07 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/1675-9/9384 saylı rəyin isə verilməsinin əsası belədir ki, hadisə yerinə baxış keçirilmiş, yerindəcə ağacların sayı müəyyən edilmiş və ondan sonra isə rəy tərtib edilmişdir. Rəylərdə göstərilən rəqəm fərqi ağacların növü və sayında olan fərqdir. Rəylərin heç birində qiymət fərqi yoxdur. Belə ki, hər iki rəydə ağacların dövlət qiyməti, onun dəyəri dəyişməyib, sadəcə olaraq ağacların miqdarı və növü dəyişmişdir. Ekspert bioloq gedib hadisə yerinə, oradaca zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, orada ağacların növü və sayı müəyyən edilib, ondan sonra isə artıq ikinci rəy tərtib edilərək təqdim edilmişdir. Məhkəmənin iclasında “ZOOM” proqramı ilə videogörüntü vasitəsilə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti vəzifəsində işləyən X1 qızı ifadə verərək göstərdi ki, 23 iyun 2023-cü il tarixli, 9/4259 saylı rəyin tərtib edilməsi ilə bağlı hadisə yerində olmamışdır. Həmin rəyi ona təqdim olunmuş materiallara əsasən vermişdir. Hadisə yerinə baxış keçirilmədən belə bir rəyin verilməsi mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında dövlət tərəfindən müəyyən edilmiş qiymətlər əsasında təqdim olunmuş materiallara və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 Mərkəzinin verdiyi hesabata uyğun rəy tərtib etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/4259 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası “ETSN-nin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi” tərəfindən tərtib edilmiş hesabatdan istifadə edilməklə, müxtəlif diametrli, müxtəlif cinslərdən olan ağacların və kolların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 4726 manat müəyyən edilir: 799 ədəd diametri 4-8 sm olan akasiya ağacı 799 manat dəyərində, 151 ədəd diametri 8-12 sm olan akasiya ağacı 453 manat dəyərində, 66 ədəd diametri 12-18 sm olan akasiya ağacı 396 manat dəyərində, 11 ədəd diametri 18-20 sm olan akasiya ağacı 77 manat dəyərində, 8 ədəd diametri 20-24 sm olan akasiya ağacı 80 manat dəyərində, 2 ədəd diametri 24-28 sm olan akasiya ağacı 22 manat dəyərində, 1 ədəd diametri 28-32 sm olan akasiya ağacı 15 manat dəyərində, 1 ədəd diametri 32-38 sm olan akasiya ağacı 18 manat dəyərində, 1 ədəd diametri 38-40 sm olan akasiya ağacı 22 manat dəyərində, 10 ədəd diametri 4 sm olan akasiya ağacı 10 manat dəyərində, 133 ədəd diametri 4-8 sm olan iydə ağacı 133 manat dəyərində, 38 ədəd diametri 8-12 sm olan iydə ağacı 114 manat dəyərində, 6 ədəd diametri 12-18 sm olan iydə ağacı 36 manat dəyərində, 2 ədəd diametri 18-20 sm olan iydə ağacı 14 manat dəyərində, 1 ədəd diametri 20-24 sm olan iydə ağacı 10 manat dəyərində, 1 ədəd diametri 24-28 sm olan iydə ağacı 11 manat dəyərində, 14 ədəd diametri 12-18 sm olan qarağac ağacı 84 manat dəyərində, 3 ədəd diametri 18-20 sm olan qarağac ağacı 21 manat dəyərində, 1 ədəd diametri 20-24 sm olan qarağac ağacı 10 manat dəyərində, 1 ədəd diametri 28-32 sm olan qarağac ağacı 15 manat dəyərində, 5 ədəd diametri 32-38 sm olan qarağac ağacı 90 manat dəyərində, 1 ədəd diametri 38-40 sm olan qarağac ağacı 22 manat dəyərində, 3 ədəd diametri 8-12 sm olan zeytun ağacı 9 manat dəyərində, 2 ədəd diametri 12-18 sm olan zeytun ağacı 12 manat dəyərində, 1 ədəd diametri 18-22 sm olan zeytun ağacı 7 manat dəyərində, 16 ədəd diametri 4-8 sm olan şeytan ağacı 16 manat dəyərində, 7 ədəd diametri 8-12 sm olan şeytan ağacı 21 manat dəyərində, 10 ədəd diametri 12-18 sm olan şeytan ağacı 60 manat dəyərində, 3 ədəd diametri 18-20 sm olan şeytan ağacı 21 manat dəyərində, 3 ədəd diametri 8-12 sm olan tut ağacı 9 manat dəyərində, 2 ədəd diametri 12-18 sm olan tut ağacı 12 manat dəyərində, 1 ədəd diametri 18-20 sm olan tut ağacı 7 manat dəyərində, 2 ədəd diametri 8- 12 sm olan alça ağacları 6 manat dəyərində, 595 ədəd nar kolları 1785 manat dəyərində, 10 ədəd yulğun kolları 30 manat dəyərində, 93 ədəd böyürtkən kolları 279 manat dəyərində. Bərdə Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/1675-9/9384 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Bərdə Meşəbəyliyinin 1ci dolayında məhv edilmiş ağacların ümumi cəmi sayı 106 ədəd və kolların ümumi cəmi sayı 439 ədəd olmaqla, 10 ədəd yulğun, 345 ədəd nar, 84 ədəd böyürtkən kollarının olması müəyyən edildi. -İş materiallarında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən Bərdə Meşəbəyliyinin 1-ci dolayında ağacların və kolların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1875 manat müəyyən edilir: 21 ədəd diametri 4-8 sm olan akasiya ağacı 21 manat dəyərində, 1 ədəd (iki gövdəli) diametri 7-8 sm olan akasiya ağacı 4 manat dəyərində, 35 ədəd diametri 12-18 sm olan akasiya ağacı 210 manat dəyərində, 1 ədəd (2 gövdəli) diametri 9-9 sm olan akasiya ağacı 6 manat dəyərində, 1 ədəd (iki gövdəli) diametri 5-9 sm olan akasiya ağacı 4 manat dəyərində, 2 ədəd diametri 18-20 sm olan akasiya ağacı 14 manat dəyərində, 1 ədəd diametri 23 sm olan akasiya ağacı 10 manat dəyərində, 2 ədəd diametri 4-8 sm olan iydə ağacı 2 manat dəyərində, 6 ədəd diametri 8-12 sm olan iydə ağacı 18 manat dəyərində, 14 ədəd diametri 12-18 sm olan qarağac ağacı 84 manat dəyərində, 3 ədəd diametri 18- 20 sm olan qarağac ağacı 21 manat dəyərində, 1 ədəd diametri 20-24 sm olan qarağac ağacı 10 manat dəyərində, 1 ədəd diametri 28-32 sm olan qarağac ağacı 15 manat dəyərində, 5 ədəd diametri 32-38 sm olan qarağac ağacı 90 manat dəyərində, 1 ədəd diametri 38-40 sm olan qarağac ağacı 22 manat dəyərində, 3 ədəd diametri 8-12 sm olan zeytun ağacı 9 manat dəyərində, 3 ədəd diametri 8-12 sm olan tut ağacı 9 manat dəyərində, 2 ədəd diametri 8-12 sm olan alça ağacı 6 manat dəyərində, 3 ədəd diametri 4- 8 sm olan şeytan ağacı 3 manat dəyərində, 345 ədəd nar kolu 1035 manat dəyərində, 10 ədəd yulğun kolu 30 manat dəyərində, 84 ədəd böyürtkən kolu 252 manat dəyərində- cəmi 1875 manat. -1(021)-183/2023 nömrəli iş materialında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə X8 Mərkəzinin direktoru Qalib Həsənov və meşə əkini işləri baş mühəndisi Şikar Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən Bərdə Meşəbəyliyinin 1-ci dolayı 16-cı kvadratında 2016-cı ilin payızında 0,26 ha tut əkini üçün çəkilmiş xərc 98,40 manat, 2016-cı ilin payızında 2 ha akasiya əkini üçün çəkilmiş xərc 757,33 manat, 2017-ci ilin yazında 1 ha tut əkini üçün çəkilmiş xərc 379 manat və 2022-ci ilin payızında 5,2 ha akasiya və palıd meşə əkinlərinə çəkilən xərc 1592,82 manat olmaqla, ümumi dəymiş ziyanın miqdarı 2827,55 manat müəyyən olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 Mərkəzinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, mərkəzin Bərdə Meşəbəyliyinin 1-ci dolay 16-cı kvartalında 2016-cı ilin payızında 0,26 ha tut (98,40 manat), 2016-cı ilin payızında 2 ha akasiya (757,33 manat), 2017-ci ilin yazında tut 1 ha (379 manat) və 2022-ci ilin yazında 5,20 ha akasiya və palıd (1592,82 manat) meşə əkinlərinə ağac tingləri əkilmişdir. Ümumilikdə, meşə əkinlərinə çəkilən xərc 2827,55 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 1479 (bir min yeddi yüz yetmiş doqquz) manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 2827,55 (iki min səkkiz yüz iyirmi yeddi manat 55 qəpik) manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 2378,78 (iki min üç yüz yetmiş səkkiz manat 78 qəpik) manat ödəniş etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında X17 X5 Meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında meşə sahəsində 21 manat dəyərində 21 ədəd diametri 4-8 sm olan akasiya ağacı, 4 manat dəyərində 1 ədəd (iki gövdəli) diametri 7-8 sm olan akasiya ağacı, 210 manat dəyərində 35 ədəd diametri 12-18 sm olan akasiya ağacı, 6 manat dəyərində 1 ədəd (2 gövdəli) diametri 9-9 sm olan akasiya ağacı, 4 manat dəyərində 1 ədəd (iki gövdəli) diametri 5-9 sm olan akasiya ağacı, 14 manat dəyərində 2 ədəd diametri 18-20 sm olan akasiya ağacı, 10 manat dəyərində 1 ədəd diametri 23 sm olan akasiya ağacı, 2 manat dəyərində 2 ədəd diametri 4-8 sm olan iydə ağacı, 18 manat dəyərində 6 ədəd diametri 8-12 sm olan iydə ağacı, 84 manat dəyərində 14 ədəd diametri 12-18 sm olan qarağac ağacı, 21 manat dəyərində 3 ədəd diametri 18-20 sm olan qarağac ağacı, 10 manat dəyərində 1 ədəd diametri 20-24 sm olan qarağac ağacı, 15 manat dəyərində 1 ədəd diametri 28-32 sm olan qarağac ağacı, 90 manat dəyərində 5 ədəd diametri 32-38 sm olan qarağac ağacı, 22 manat dəyərində 1 ədəd diametri 38-40 sm olan qarağac ağacı, 9 manat dəyərində 3 ədəd diametri 8-12 sm olan zeytun ağacı, 9 manat dəyərində 3 ədəd diametri 8-12 sm olan tut ağacı, 6 manat dəyərində 2 ədəd diametri 8-12 sm olan alça ağacı, 3 manat dəyərində 3 ədəd diametri 4-8 sm olan şeytan ağacı, 1035 manat dəyərində 345 ədəd nar kolu, 30 manat dəyərində 10 ədəd yulğun kolu və 252 manat dəyərində 84 ədəd böyürtikən kolunu texnika vasitəsilə qanunsuz kəsməklə və məhv etməklə təbiətə ümumilikdə 1875 manat, həmin ağac və kollara əkilməsi ilə bağlı çəkilmiş 2827,55 manat xərclərlə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X8 Mərkəzinə xeyli miqdarda, yəni 4702,55 (dörd min yeddi yüz iki manat 55 qəpik) manat məbləğində maddi ziyan vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının CM-nin: 259.1-ci maddəsinə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 259.2 və 259.2.4-cü maddəsinə görə, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddələrin qeydinin 2-ci bəndinə görə bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/1675-9/9384 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X8 Mərkəzinə xeyli miqdarda, yəni cəmi 4702,55 (dörd min yeddi yüz iki manat 55 qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, ibtidai istintaq dövründə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/4259 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən vurulmuş ziyanın məbləğinin 7553,55 (yeddi min beş yüz əlli üç manat 55 qəpik) manat məbləğində olması müəyyən edilsə də, məhkəmə istintaqı zamanı aparılmış tədqiqatla, o cümlədən, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin ifadələri ilə müəyyən olundu ki, həmin ekspert rəyi hadisə yerinə baxış keçirilmədən, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 Mərkəzinin verdiyi hesabata əsasən tərtib etmişdir. Məhkəmə istintaqı dövründə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/1675-9/9384 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi isə Ekspert bioloq tərəfindən hadisə yerinə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirib, yerindəcə ağacların növü və sayı müəyyən edilərək tərtib edilmişdir. Ona görə də məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/1675-9/9384 saylı Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyini daha əsaslı hesab edərək mötəbər sübut kimi qəbul edir və həmin Rəydə göstərilənlərə əsasən yekun nəticəyə gəlməyi qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında X17 X5 Meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında meşə sahəsində 21 manat dəyərində 21 ədəd diametri 4-8 sm olan akasiya ağacı, 4 manat dəyərində 1 ədəd (iki gövdəli) diametri 7-8 sm olan akasiya ağacı, 210 manat dəyərində 35 ədəd diametri 12-18 sm olan akasiya ağacı, 6 manat dəyərində 1 ədəd (2 gövdəli) diametri 9-9 sm olan akasiya ağacı, 4 manat dəyərində 1 ədəd (iki gövdəli) diametri 5-9 sm olan akasiya ağacı, 14 manat dəyərində 2 ədəd diametri 18-20 sm olan akasiya ağacı, 10 manat dəyərində 1 ədəd diametri 23 sm olan akasiya ağacı, 2 manat dəyərində 2 ədəd diametri 4-8 sm olan iydə ağacı, 18 manat dəyərində 6 ədəd diametri 8-12 sm olan iydə ağacı, 84 manat dəyərində 14 ədəd diametri 12-18 sm olan qarağac ağacı, 21 manat dəyərində 3 ədəd diametri 18-20 sm olan qarağac ağacı, 10 manat dəyərində 1 ədəd diametri 20-24 sm olan qarağac ağacı, 15 manat dəyərində 1 ədəd diametri 28-32 sm olan qarağac ağacı, 90 manat dəyərində 5 ədəd diametri 32-38 sm olan qarağac ağacı, 22 manat dəyərində 1 ədəd diametri 38-40 sm olan qarağac ağacı, 9 manat dəyərində 3 ədəd diametri 8-12 sm olan zeytun ağacı, 9 manat dəyərində 3 ədəd diametri 8-12 sm olan tut ağacı, 6 manat dəyərində 2 ədəd diametri 8-12 sm olan alça ağacı, 3 manat dəyərində 3 ədəd diametri 4-8 sm olan şeytan ağacı, 1035 manat dəyərində 345 ədəd nar kolu, 30 manat dəyərində 10 ədəd yulğun kolu, 252 manat dəyərində 84 ədəd böyürtikən kolunu texnika vasitəsilə qanunsuz kəsməklə və məhv etməklə təbiətə ümumilikdə 1875 manat, həmin ağac və kollara əkilməsi ilə bağlı çəkilmiş 2827,55 manat xərclərlə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X8 Mərkəzinə xeyli miqdarda, yəni 4702,55 (dörd min yeddi yüz iki manat 55 qəpik) manat məbləğində maddi ziyan vurması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, o cümlədən, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixl,i 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 20 avqust 2023-cü il tarixli, 246 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon İHB-nın Bağbanlar kənd İƏD üzrə nümayəndəliyinin İsmayılbəyli kənd sakinidir və hazırda məcburi köçkün kimi Ağdam rayonu Quzanlı qəsəbəsində məskunlaşmışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi 20 avqust 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 1479 (bir min yeddi yüz yetmiş doqquz) manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 2827,55 (iki min səkkiz yüz iyirmi yeddi manat 55 qəpik) manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ekologiyaya vurduğu ziyana görə 2378,78 (iki min üç yüz yetmiş səkkiz manat 78 qəpik) manat ödəniş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X8 Mərkəzinə vurduğu ziyanı tamamilə ödəmişdir. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. O, məcburi köçkündür. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 24 iyul 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs bir daha hər hansı qanunazidd əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 23 iyun 2023-cü il tarixli 9/4259 nömrəli və 07 fevral 2024-cü il tarixli 3-16-16/2-7/1675-9/9384 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmənin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar