Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-12/2025 18.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93- 5-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(088)34\2012 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə əmlakı müsadirə olunmamaqla 06 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Məhkəməsinin 03 mart 2000-ci il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay, 29 (iyirmi doqquz) günü təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə şəhəri R.Səfərəliyev küçəsi döngə 6, ev 13-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Koroğlu küçəsi ev 64-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən ******* №li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 28 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq saxlamış, 31 yanvar 2024-cü il tarixdə saat 22:05 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri Koroğlu küçəsində yaşadığı evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərində olan döşəyin altında qanunsuz olaraq saxladığı yivli odlu silahlar növünə aid 01 ədəd avtomat, döyüş sursatı olan 28 ədəd patronlar, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi hesab edilən 01 ədəd darağ aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri R.Səfərəliyev küçəsi döngə 6, ev 13-də qeydiyyatda olmaqla Bərdə şəhəri Koroğlu küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Təxminən iki il əvvəl dəqiq tarixini və vaxtını xatırlamadığı zamanda balıq tutmaq üçün Bərdə rayonu Qasımbəyli və İmamqulubəyli kəndlərinin arasında yerləşən Tərtər çayının sahilinə getmişdir. Həmin vaxt Qasımbəyli kəndinin kənarında yerləşən zibillikdəki kolluqda məişət tullantılarının içərisində 1(bir) ədəd bükülü kisə olduğunu görmüşdür. Marağını cəlb etdiyi üçün həmin bükülünü açaraq içərisinə baxdıqda orada 1(bir) ədəd avtomat, 1(bir) ədəd avtomat darağı və darağın içərisində 28(iyirmi səkkiz) ədəd patronlar olduğunu görmüşdür. İlkin olaraq həmin silah-sursatı polisə təhvil vermək istəsə də, lakin sonradan qərara gəlmişdir ki, həmin silah-sursatı gizlətsin. Tapdığı yerdən uzaqlaşaraq avtomatı, darağı və patronları yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinə aparmış və yataq otağında çarpayının üzərində olan döşəyin altına qoyaraq gizlətmişdir. Həmin silahdan heç vaxt istifadə etməmiş, sadəcə silahlara marağı olduğu üçün silahı saxlamışdır. Onda silah olması barədə heç kimə məlumat verməmişdir. 31 yanvar 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Bərdə RPŞ-nin polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq odlu silah saxlamaqda və əldə etməkdə şübhəli olduğunu bildirərək yaşadığı evə və üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və videoçəkilişlə yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. O, yaşadığı evdə silahının olmasını bildirmiş, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdıqdan sonra yaşadığı evə baxış keçirilmişdir. Yaşadığı evdə olan 1(bir) ədəd avtomatı, 1(bir) ədəd avtomat darağını və içərisində olan 28(iyirmi səkkiz) ədəd patronları təqdim etmişdir. Yaşadığı evdən aşkar edilən silah-sursat müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmiş və ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi Polis Şöbəsinə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tutduğu əməldən səmimi olaraq peşmançılıq hissi keçirmişdir. Həmçinin, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı ünvandan aşkar edilmiş silahsursatdan heç vaxt istifadə etməmiş, sadəcə silahlara marağı olduğu üçün silahı saxlamış, həmin silah-sursatı satmaq fikri olmamışdır. İstintaqa təqdim etdiyi silah-sursatdan əlavə hər hansı qanunsuz əşya və ya predmet əldə etməmişdir. Şübhəli şəxs qismində saxlanılıb Polis Şöbəsinə gətirildikdən sonra ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya mənəvi təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 31 yanvar 2024-cü il tarixdə ona Bərdə şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yivli odlu silah, silahın hissələrini və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına digər polis əməkdaşları ilə birlikdə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səsləyərək həyətin giriş darvazasının qarşısına dəvət etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə yivli odlu silah saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirmişlər. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Bərdə rayon X8 bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən iştirakçılarla bağlı və yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə baxış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Ardınca təhqiqatçı Rauf İsmayılov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi avtomat silahı olduğunu bildirmişdir. Bunun ardınca təhqiqatçı Rauf İsmayılov tərəfindən Təqsirləndirilən şəxs həmin silahı təqdim etməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs ilə birlikdə yaşayış evinin yataq otağına gedilmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının üzərindəki döşəyin alt hissəsindən qəhvəyi rəngli parçaya bükülmüş 1(bir) ədəd “Kalaşnikov” markalı avtomat silahını çıxardıb çarpayının üzərinə qoymuş, “Kalaşnikov” avtomatı olduğunu, təxminən iki il əvvəl balıq tutmağa gedərkən Bərdə rayonu Qasımbəyli və İmamqulubəyli kəndlərindən tapmasını, bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Qəhvəyi rəngli parça bükülünün içərisinə baxış keçirilən zaman içərisindən 01(bir) ədəd ******* №-li, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 01(bir) ədəd avtomat darağı, 28(iyirmi səkkiz) ədəd 5,45x39 mm kalibrli patronlar aşkar edilmişdir. Silah-sursata təhqiqatçı tərəfindən baxış keçirilmiş və ardınca ağ rəngli sintetik kisədə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən silah-sursatı tapmasını, özünə məxsus olmasını və özü üçün yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını həmçinin, özünü təqsirli bildiyini demişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt təhqiqatçı Rauf İsmayılov tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlamasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Ardınca təhqiqatçı Rauf İsmayılov tərəfindən Təqsirləndirilən şəxs daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01(bir) ədəd “Xiaomi” markalı, qara rəngli mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış aparılmışdır. Lakin, heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd dəsmal və 01(bir) ədəd alışqan, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 7(yeddi) manat 90(doxsan) qəpik pul, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən içərisində şəxsiyyət vəsiqəsi olan pul qabı, əynində olan cins şalvarın sol arxa cibindən 01(bir) ədəd papaq aşkar edilrək masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd mobil telefon təhqiqatçı tərəfindən istintaq zərurəti ilə əlaqədar ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüş, DİN-nin 94 saylı möhürü ilə möhürlənib istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar istintaq üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını həmçinin, özünü təqsirli bildiyini demişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid2 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 01 fevral 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyati üzrə verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanaraq istintaq aidiyyəti üzrə Bərdə RPŞnin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 06-60-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 31 yanvar 2024-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən evdə qanunsuz olaraq yivli odlu silah və onun komponentlərini saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 22 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən evdən 01 ədəd ******* №-li, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli odlu silahın, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd darağın və 28 ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patronların aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 14-17-ci vərəqələrində olan «31 yanvar 2024-cü il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində yerləşən yaşadığı evə keçirilmiş baxış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin alt hissəsində saxladığı qəhvəyi rəngli parçaya bükülmüş 01(bir) ədəd Kalaşnikov markalı yivli odlu silah, 01(bir) ədəd avtomat darağı və 28(iyirmi səkkiz) ədəd patronlar aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 39-41 vərəqələrində olan 31 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüş, üzərindən 01(bir) ədəd dəsmal, 01(bir) ədəd alışqan, 7(yeddi) manat 90(doxsan) qəpik pul, içərisində şəxsiyyət vəsiqəsi olan 01(bir) ədəd pul qabı, 01(bir) ədəd papaq aşkar edilsədə istintaq üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01(bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 72-ci vərəqəsində olan 01 fevral 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin iş üzrə təhqiqatçı, polis leytenantı Rauf İsmayılov tərəfindən xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01(bir) ədəd “Xiaomi” markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus 01(bir) ədəd “Xiaomi” markalı mobil telefon saz vəziyyətdə olmuş, 01(bir) ədəd “Xiaomi” markalı mobil telefonun içərisinə baxış keçirilən zaman, içərisində iş üçün xüsusi əhəmiyyət kəsb edən fayl və ya material aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqəsində olan “Qəbz”dən görünür ki, həmin iş üzrə təhqiqatçı, polis leytenantı Rauf İsmayılov tərəfindən xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01(bir) ədəd “Xiaomi” markalı mobil telefon bacısı X3 təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 31 yanvar 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 73-74-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 92-99-cu vərəqələrində olan 02 fevral 2024-cü il tarixli 4(021)24/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 164-165-ci vərəqələrində olan MTE və PA birliyi PHŞ-nin Bərdə rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 83 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 53-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 01 fevral 2024-cü il tarixli 24/250 nömrəli rəyindən görünür ki; - Tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı(AK-74, AKS-74, AKS- 74U) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş cəmi 28 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş cəmi 28 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 1-ci cildinin 146-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən Bərdə RPŞ-nə daxil olmuş 28 fevral 2024-cü il tarixli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, ******* №-li Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 272-289-cu vərəqələrində olan Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 93-5-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 1-ci cildinin 126-143-cü vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(088)34\2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə əmlakı müsadirə olunmamaqla 06 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Məhkəməsinin 03 mart 2000ci il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay, 29 (iyirmi doqquz) günü hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-5-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 234.1, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 142-ci vərəqəsində olan edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X9 daxil olmuş 05 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın X4-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur, Bərdə RMX-nın X2 kabinetində “Çətənə” Narkomaniyası diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cildinin 112-113-cü vərəqələrində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 656 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsi ev 64-də yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 171-180-cı vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ******* №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağ, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən, 28 ədəd patronlardan 03 (üç) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 25 (iyirmi beş) ədəd patronlar, yaşadığı evə “baxış keçirilməsi və götürmə aparılması” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd «DVD» disk cinayət işi üzrə mühüm əməliyyat kəsb etdiyindən maddi sübut kimi tanınmış, ******* №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağ, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 28 ədəd patronlardan 03 (üç) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 25 (iyirmi beş) ədəd patronlar cinayət işinin materialları ilə tanış etmədən sonra saxlama müddəti ərzində Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına verilmiş və 01(bir) ədəd «DVD» disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə “baxış keçirilməsi və götürmə aparılması” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd «DVD» diskə baxış keçiriln zaman həmin diskin içərisində 18 dəqiqə 31 saniyə müddətində davam edən “VİD_20240131_221410” adlı faylda olan videogörüntülərdə Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı evdən 01(bir) ədəd Kalaşnikov markalı yivli odlu silah, 01(bir) ədəd avtomat darağı və 28(iyirmi səkkiz) ədəd patronların aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Aərbaycan Respublikası CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən ******* №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 28 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq saxlamışdır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzaya məruz qalmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarına görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərara görə Cinayət Məcəlləsinin 83-cü maddəsində "məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi" kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-5-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(088)34\2012 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə əmlakı müsadirə olunmamaqla 06 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla ona əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Məhkəməsinin 03 mart 2000-ci il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay, 29 (iyirmi doqquz) günü təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq əmlakı müsadirə olunmamaqla 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş (ciddi rejim), xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinən X6 törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qeyriləri ilə mütəşəkkil dəstədə birləşərək təkrarən özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə hücuma məruz qalan şəxslərin həyat və səhhətləri üçün təhlükəli zorakılıqla və zor tətbiq etmək hədəsi ilə silah kimi istifadə olunan digər əşyalar, yəni bıçaq, metal boru parçası və s. işlətməklə basqın edərək quldurluq etmiş və Bakı şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 93-5 maddəsinin 4-cü hissəsi ilə ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunu ilə 30 dekabr 1999-cu ildə təsdiq edilmiş və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti 08 fevral 2000-ci il tarixdə fərman imzalamış, Cinayət Məcəlləsinin qüvvəyə minməsi barədə qanun 21 aprel 2000-ci ildə, Məcəllənin özü isə 28 may 2000-ci ildə dərc edilmişdir. 28 may 2000-ci ildə dərc edilmiş Cinayət Məcəlləsinin 93-5 maddəsinin 4-cü hissəsi hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsinin məzmunu ilə eynilik təşkil edir və sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 181.3.1-ci maddəsi hazırda qüvvədə olan CM-də xüsusi ilə ağır cinayət hesab edilsə də, 2000-ci ilədək qüvvədə olan CM-də xüsusilə ağır cinayət təsnifatı olmadığından CM-nin 93-5-ci maddəsi ağır cinayət hesab edilirdi. CM-nin 10.1-ci maddəsinə əsasəm əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilsə də, Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Belə ki, Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, cəzadan azad edildiyi gündən 6 il müddət keçmədən yenidən qəsdən cinayət törətdiyinə görə qeyd olunan hökm üzrə CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin sadə residivi vardır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmasını, cinayətin residiviliyinin yaranmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli sadə residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 02 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, cəzasının əvvəli 31 yanvar 2024-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ******* №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağ, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 28 ədəd patronlardan 03 (üç) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 25 (iyirmi beş) ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. Maddi sübut olan 03 (üç) ədəd «DVD» disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab olunan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan ******* №-li, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə silah zavodunda istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağ, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 28 ədəd patronlardan 03 (üç) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 25 (iyirmi beş) ədəd patronlar dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. Maddi sübut olan 03 (üç) ədəd «DVD» disk cinayət işi materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-12/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-12/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver