Məhkəmə qərarları › İş №1(021)-120/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-120/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-120/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Gəncə küçəsi ev 33-də qeydiyyatda olmaqla, Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 15-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 1500 radələrində Bərdə şəhərindən keçən Tərtər çayının sol sahilində atası Şahid1 qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü üçün qisas almaq məqsədilə Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu beli üstə orada olan betonun üstünə yıxaraq, sifətinin sol tərəfindən iki dəfə yumruqla qəsdən vurub Zərərçəkmiş şəxs sol gözyuvasıaltı nahiyənin qançırı və sıyrıqları, sol gözün ağlı qişasına qansızma, sol kürəkaltı nahiyənin qançırı və sol Vİİİ qabırğanın yerdə yerdəyişməyən xəsarətlərini yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, yaşadıqları evin qonşuluğunda Zərərçəkmiş şəxs adlı şəxs yaşayır. Təxminən 1 il əvvəl atası Arif ilə Rasim arasında mübahisə yarandığından birbirilərini danışdırmamışlar. Atası Arif və qonşuluqda yaşayan Rasim Tərtər çayının Bərdə şəhərindən keçən hissəsinin sahilində balıq tutmaqla məşğul olmuşlar. 02 aprel 2021-ci ildə saat 1500 radələrində evə gəlmiş, atası Arifin dilxor olduğunu və çənəsinin şişdiyini görmüşdür. Atasından nə baş verdiyini soruşanda, atası ona heç bir şey olmadığını bildirmişdir. Atası Arifin qonşuluqda yaşayan Rasim ilə arasında əvvəllər mübahisə yaşandığını bildiyindən atasının yenə də həmin şəxs ilə dalaşdığını fikirləşmiş, bu səbəbdən atasının və Rasimin balıq tutduqları yerə getmişdir. Həmin yerə çatıb Rasimdən atası ilə dalaşıb-dalaşmadığını soruşmuşdur. Həmin vaxt Rasim ona atasının üzündən yumruqla vurduğunu deyərək ünvanına nalayiq ifadə işlətmişdir. Daha sonra onlar birbirilərinin boğazından yapışmış, Rasim ona təpik atmış, həmin təpik onun sağ əlindən dəymişdir. Rasimi kürəyi üstə yerə yıxmış, həmin yerin örtüyü daş və betondan ibarət olmuşdur. Rasimi yerə yıxdıqdan sonra üstünə çıxıb sol gözündən iki dəfə yumruq zərbəsi endirmişdir. Bu zaman atası Arif onun arxasınca həmin yerə çatmış və onu Rasimin üstündən qaldırmış, evə qayıtmışlar. Zərərçəkmiş şəxs ilə dalaşarkən orada başqa heç kəs olmamış, arxasınca həmin yerə atası Arif gəlmiş, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 02 aprel 2021-ci ildə saat 0600 radələrində balıq tutmaq məqsədilə Bərdə şəhərindən keçən Tərtər çayının “Ayaq körpüsü” deyilən körpünün altından axan hissəsinə - çayın sahilinə getmişdir. Təxminən 1-2 saat sonra, yəni saat 0800 radələrində Şahid1 də oraya gəlmişdir. Əvvəllər Şahid1 oğlu Təqsirləndirilən şəxs ilə arasında mübahisə yarandığından onunla onların ailəsi arasında münaqişə baş vermişdir. Bu səbəbdən Arifi və ailə üzvlərini danışdırmamışdır. Arif çayın sahilinə gəldikdən təxminən 20 dəqiqə sonra balıq tutmaqla bağlı aralarında mübahisə yaranmışdır. Arif çayda olan balıqlardan birini tutmağa çalışarkən Arifə həmin balığı özünün tutmaq istədiyini bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arif onun valideyninin ünvanına söyüş söydüyündən əsəbiləşib Arifin qulaq nahiyəsindən bir dəfə sillə vurmuş və tutduğu balığı təpiklə vurub suya atmışdır. Arif təxminən yarım saat orada dayanıb ona balıq tutmağa imkan verməyəcəyini deməyə başlamış və danışa-danışa çıxıb getmişdir. Özü isə həmin yerdə balıq tutmağı davam etdirmişdir. Həmin gün təxminən saat 1500 radələrində balıq tutarkən Arif, oğlu İlham və İlhamın tanımadığı bir nəfər dostu ilə birlikdə oraya gəlmişdir. İlham ondan atasını nə üçün yumruqla vurduğunu soruşmuş, sonuncuya atasını yumruqla deyil, danışdığı sözə görə bir dəfə sillə ilə vurduğunu demişdir. İlham ondan söhbət etmək üçün yaşadığı küçəyə gəlməsini istəmiş, özü də razılaşıb geri çevrildikdə qəflətən kürək nahiyəsindən bir dəfə zərbə vurulduğunu hiss etmişdir. Zərbənin kim tərəfindən vurulduğunu görmək üçün geri çevrilən zaman Arifin oğlunun əlindəki dəyənəyi alıb onu vurduğunu görmüşdür. Çevrildikdən sonra isə Arif növbəti zərbəni onun başının sol tərəfindən vurmuşdur. Əlini qabağa uzadıb zərbənin qarşısını almağa çalışsa da, buna nail ola bilməmişdir. Daha sonra dəyənəyi hər iki əli ilə tutub yerə çöməlmişdir. Bu zaman İlham və adını bilmədiyi dostu, eləcə də yaxınlıqda balıq tutmaqla məşğul olan adlarını bilmədiyi iki nəfər şəxs onlara yaxınlaşmışlar. Yaxınlaşan şəxslər Arifi tutub saxlayaraq ondan kənarlaşdırmışlar. Buna görə də Arifin onu vurduğu dəyənək əlində qalmışdır. İlhamın dostu onun ayağa qalxmasına mane olmaq üçün arxa tərəfinə keçib çiyinlərindən aşağı basaraq başının arxa tərəfindən təpiklə vurmuş, İlham sifətinin müxtəlif nahiyələrindən, o cümlədən sol gözündən xatırlamadığı sayda yumruq zərbələri endirmişdir. Arif, İlham və İlhamın dostu əlindəki dəyənəyi alıb çıxıb getmişlər. Bir qədər həmin yerdə qaldıqdan sonra çayın sahili ilə piyada irəliləmiş və “Çinar” şadlıq sarayının qarşısından avtomobil yoluna çıxmışdır. Tanımadığı şabalıdı rəngli “VAZ-21063” markalı avtomobilə əyləşərək Bərdə rayon Polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Yaşadığı evə getdikdən 2-3 gün ərzində ona bacısı Ətrabənin qızları Rüxsarə və Sevinc baxmış, 05 aprel 2021-ci il tarixdə isə hadisə barəsində öyrənən bacısı Sevda yaşadığı ünvana gəlmişdir. Sevda onun qulaq və burun nahiyələrindəki əzik xəsarətlərini görüb onu “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 aparmışdır. Xəstəxanada ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdə saat 0900 radələrində yaşadığı evdən çıxıb balıq tutmaq məqsədilə Tərtər çayının “Ayaq körpüsü" deyilən körpünün altından axan hissəsinə - çayın sahilinə yollanmışdır. Rasimin ondan təxminən 15 metr aralıda balıq tutduğunu görmüşdür. Təxminən 20-30 dəqiqə sonra özü ilə götürdüyü qarmağa balıq ilişmiş və balığı tutub dayandığı kiçik meydançaya atmışdır. Ondan aralıda dayanan Rasim ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Rasim ona yaxınlaşaraq sağ əli ilə sifətinin sol tərəfindən bir dəfə yumruqla vurmuş və tutduğu balığı təpiklə vurub suya atmışdır. Təxminən 15-20 dəqiqə ərzində həmin yerdə dayanmış və özünə gəlib oradan birbaşa yaşadığı evə qayıtmışdır. Həmin gün saat 1500 radələrində evdə olarkən oğlu İlham evə gəlmiş və sifətinin sol tərəfində olan xəsarət izini görüb ondan nə baş verdiyini xəbər almışdır. İlhama heç bir şeyin baş vermədiyini söyləsə də, İlham təkidlə dəfələrlə nə baş verdiyini soruşmaqla nə isə öyrənməyə çalışmışdır. Oğlu ona nə baş verməsini bildiyini demiş və evdən çıxıb piyada balıq tutduqları yerə getmişdir. Oğlunun Rasim ilə dalaşacağını bildiyindən piyada Bərdə şəhəri, H.Əliyev prospekti ilə balıq tutduğu yerə getməyə başlamışdır. Həmin yerə çatarkən İlhamın Rasim ilə əlbəyaxa olduğunu, Rasimi yerə yıxıb yumruqla sifət nahiyəsindən xəsarət yetirdiyini görmüşdür. Buna görə də dərhal onlara yaxınlaşıb bir-birindən kənarlaşdırmış və İlhamı götürüb yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Qardaşı Rasim onlarla eyni həyətdə yerləşən digər evdə tək yaşayır. Şahid1 və Təqsirləndirilən şəxs təxminən 10-15 il əvvəl tanımağa başlamışdır. Belə ki, Şahid1 yaşadığı evin arxa tərəfində yerləşən evi almaqla ailəsi ilə birlikdə həmin ünvana köçmüşdür. 02 aprel 2021-ci il tarixdə saat 1700 radələrində işdə olarkən qızı Rüxsarə zəng edərək qardaşı Rasimin Arif, oğlu İlham tərəfindən döyüldüyünü bildirmişdir. Məlumat alan kimi dərhal işdən icazə alaraq yaşadığı ünvana gəlmişdir. Qardaşı Rasimin evin həyətində oturduğunu, sifət nahiyəsində xəsarətlərin olduğunu görmüşdür. Qardaşı güclə nəfəs almış və danışmaqda çətinlik çəkmişdir. Rasim onu qonşuluqda yaşayan Arif, oğlu İlham və İlhamın dostu tərəfindən aralarında yaranmış mübahisə ilə əlaqədar döyüldüyünü söyləmişdir. Təxminən 2-3 gün ərzində özü və qızları Sevinc və Rüxsarə qardaşına baxmışlar. Məhkəmə iclasında anası Şahid2 iştirakı ilə dindirilmiş azyaşlı Şahid4 ifadə verərək göstərmişdir ki, anası Şahid2 və böyük bacısı Şahid3 ilə Bərdə şəhəri, M.F.Axundov küçəsində yaşayır. Zərərçəkmiş şəxs dayısıdır. Dayısı Rasim onlarla eyni həyətdə yerləşən digər evdə yaşayır. 02 aprel 2021-ci il tarixdə saat 1700 radələrində bacısı Rüxsarə ilə birlikdə yaşadığı evdə olarkən dayısı Rasim yaşadıqları ünvana gəlmiş və həyətdə əyləşmişdir. Bir qədər sonra Rüxsarə ilə birlikdə həyətə çıxarkən dayısının sifət nahiyəsində xəsarətlərin olduğunu görmüşdür. Həmin vaxt anası Ətrabə işdə olduğundan anasına zəng edib bu barədə məlumat vermişdir. Anası bir qədər sonra işdən gəlmiş və dayısının bədəni üzərindəki xəsarətləri gözləri ilə görüb nə baş verdiyini soruşmuşdur. Dayısı qonşuluqda yaşayan Arif, oğlu İlham tərəfindən döyüldüyünü bildirmişdir. Dayısı güclə nəfəs almış və danışmaqda çətinlik çəkmişdir. Təxminən 2-3 gün ərzində anası Ətrabə və bacısı Sevinc ilə birlikdə dayısına baxmışdır. 05 aprel 2021-ci il tarixdə hadisə barəsində xəbər tutan xalası Sevda Allahverdiyeva yaşadıqları ünvana gəlmişdir. Xalası Sevda gəldikdən sonra dayısı Rasimin bədən səthi üzərində xəsarətlər olması səbəbindən dayısını xəstəxanaya aparmalı olduqlarını söyləmiş və saat 1300 radələrində dayısını Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada dayısı Rasimin qulaq və burun nahiyələrindən xəsarətlər aldığı müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası mərkəzinin verdiyi 03 aprel 2021-ci il tarixli 257 saylı rəyindən müəyyən edilir ki,Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözyuvasıaltı nahiyənin qançırı və sıyrıqları, sol gözün ağlı qişasına qansızma, sol kürəkaltı nahiyənin qançırı və sol Vİİİ qabırğanın yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 02.04.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya aiddirlər. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə saat 1500 radələrində Bərdə şəhərindən keçən Tərtər çayının sol sahilində atası Şahid1 qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü üçün qisas almaq məqsədilə Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu beli üstə orada olan betonun üstünə yıxaraq, sifətinin sol tərəfindən iki dəfə yumruqla qəsdən vurub Zərərçəkmiş şəxs sol gözyuvasıaltı nahiyənin qançırı və sıyrıqları, sol gözün ağlı qişasına qansızma, sol kürəkaltı nahiyənin qançırı və sol Vİİİ qabırğanın yerdə yerdəyişməyən xəsarətlərini yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 19 may 2021-ci il tarixli 3120 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 33-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar