Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-120/2024 03.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tаriхdə sааt 19 rаdələrində, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşərək özü ilə gətirdiyi istintaqla müəyyən olunmayan küt əşya ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla hematoması, sol gözaltı nahiyənin əzilmiş yarası, sol gicgah nahiyəsinin şişkinliyi və qançırı xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayətini törətmişdir. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İkinci Qarabağ müharibəsinin, yəni 44 günlük Vətən müharibəsinin qazisi və 3-cü dərəcə əlildir. Zərərçəkmiş şəxs qohumu, eyni zamanda həmkəndlisidir. 2023-cü ilin dekabr ayının sonlarında qardaşı Mirağa Abdullayevə məxsus olan “VAZ 2106” markalı avtomaşını idarə edərkən özünə sistem köçürtmək üçün evdən çıxmış, həmin vaxt Kamal adlı dostu yanında olmuşdur. Yolda olarkən idarə etdiyi avtomobildə nasazlıq yarandığından, maşını Seyid Mirağanın qapısının qarşısında saxlamışdır. Seyid Mirağanın evi ilə Zərərçəkmiş şəxs evi qonşudur. Maşından düşüb adını xatırlamadığı usta ilə telefon əlaqəsi yaratmış, telefon danışığı vaxtı əsəbiləşdiyindən ustanın ünvanına söyüş söymüşdür. Bu vaxt yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs darvazasında yola çıxaraq onun ünvanına söyüş söymüş, o da sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs əlində çomaq ona tərəf gəlmiş, çomağı Fərruxun əlindən almış və sonuncunun sinəsindən itələmişdir. Fərruxu vurmamışdır, lakin çomağı Zərərçəkmiş şəxs əlimdən alarkən ona xəsarət yetirmişdir. Daha sonra həmin yerdən uzaqlaşaraq getmişdir. Müharibədə kəlləbeyin travması aldığından özündə olmamışdır. Tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır, söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 dekabr 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində arvadı Şahid2 ilə birlikdə evdə olmuşdur. Arvadı Şahid2 evin çöl qapısının qarşısında kiminsə mübahisə etdiyini, söyüş söydüyünü bildirmişdir. Küçəyə çıxmış və küçədə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı maşını onun qapısının qarçısında saxladığını və maşında oturduğunu görmüşdür. Romanın yanında qonşusu X2 olmuş və maşının arxa oturacağında əyləşmişdir. Yaxınlaşıb Təqsirləndirilən şəxs küçədə söyüş söyməməsini, evdə arvad-uşaq olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs onun ünvanına söyüş söymüşdür. Təqsirləndirilən şəxs evinin qarşısından uzaqlaşmasını və söyüş söyməməsini bildirmiş, sonuncu onun iradlarına baxmayaraq, onu təhqir etmişdir. Daha sonra Təqsirləndirilən şəxs maşından düşmüş, ona tərəf gələrkən Kamala maşında oturmasını bildirmiş, Roman ona yaxınlaşıb sağ əlini cibindən çıxararaq, dəmir parçası ilə qəfil onun sol gözünün altından vurmuşdur. Bundan sonra o huşunu itirib yerə yıxılmış və bu zaman arvadı küçəyə çıxmış, Təqsirləndirilən şəxs isə maşına əyləşib oradan uzaqlaşmışdır. Özünə gəldikdən sonra Romanın atası Natiqin evinə getmiş və Natiqə gözünü göstərərək, Romanın onu bu vəziyyətə saldığını bildirmişdir. Romanın atası Natiq oğlu barəsində pis fikirlər bildirmiş və şikayət etməsini ona təklif etmişdir. Daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və hadisə barədə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs oğılu ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxslə birlikdə Romana məxsus olan “VAZ 2106” markalı avtomobillə əsgər yığıncağından gələrkən, yolda Təqsirləndirilən şəxs maşınında nasazlıq yaranmış və maşını Romanın qohumu Mirağagilin qapısının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs maşından düşərək tanımadığı usta ilə telefonda danışmış və səsli formada mübahisə etmişdir. Küçədə olan səs-küyə həmkəndlisi Fərrux darvazasından yola çıxmış və Roman ilə Fərrux maşından qıraqda söhbət etməyə başlamışlar. Özü maşında olmuş və Fərrux ilə Romanın nə haqqında söhbət etdiklərindən xəbəri olmamış və dava-dalaş etdiklərini görməmişdir. Fərruxla Romanın mübahisə etdiklərini və bu səbəbdən onların səs-küylərini eşitmişdir. Mübahisədən təxminən 5-10 dəqiqə sonra Fərruxun arvadı əlində lapatka ilə çölə çıxmış və mübahisə edənlərə tərəf getmişdir. Roman maşına tərəf gələrək maşına minmiş və onlar birlikdə oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs ona mübahisənin necə olması barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ona zəng gəlmiş və Zərərçəkmiş şəxs yıxıldığını bildirmişlər. Qardaşı Fərruxun evinə getmiş və orada öyrənmişdir ki, qardaşı Fərruxa həmkəndlisi Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. Fərruxun üz-gözü qan içində olduğundan sonuncunu təcili olaraq xəstəxanaya aparmışdır. Hadisə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonu Kətəlparaq kəndində qardaşı Fərruxun evinin qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs qardaşı Fərruxun evinin qarşısında söyüş söymüş, Fərrux qapıya çıxaraq ona iradını bildirmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs qardaşını vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 27 dekabr 2023-cü il tarixli, 903 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla hematoması, sol gözaltı nahiyənin əzilmiş yarası, sol gicgah nahiyəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 240 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Respublika Psixatriya Xəstəxanası” publik hüququ şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3085 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə F 07.0 diaqnozu qoyulmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 fevral 2024-cü il tarixli, 18-1-28/2-326/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-Əsəb kabinetində “Partlayış travması, keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə istifadə olunmuş üzvi emosional labil pozuntu, retroqrad amneziya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 02 iyul 2024-cü ildə təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğılu ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-120/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-120/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver