Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-121/2022 20.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1951-ci il tarixdə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Gərənə kəndində qızı X2 məxsus fərdi yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yeznəsi Zərərçəkmiş şəxs baş nahiyyəsinə əlində olan ağac ilə 1 dəfə qəsdən vurub sonuncuya başın təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu Gərənə kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, Zərərçəkmiş şəxs yeznəsi, Şahid1 isə onun qızıdır. O, qızı Şahid1 təxminən 20 il bundan qabaq Allahverən ilə ailə həyatı qurduğunu, lakin aralarında yaranmış müəyyən səbəblərə görə qızı Günel Allahverəndən boşanmaq üçün ondan ayrılıb yaşadığı Bərdə rayon Gərənə kəndinə gəldiyini və birlikdə yaşadığını, 08 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman azyaşlı nəvəsi Akif ona qızı Sahilənin yaşadığı evdə Allahverənlə Günel arasında münaqişə olduğunu dediyini, dərhal qızı Sahiləgilə getdiyini, orada Allahverən onu görən kimi ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də aralarında mübahisə olduğunu, mübahisə zamanı arvadı Qəndab onu sakitləşdirərək evə tərəf apardığını, daha sonra Allahverən həmin yerdən çıxıb getdiyini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində dava-dalaş vaxtı Allahverənə xəsarət yetirmədiyini, Allahverən stolun üstündə olan fincanla baş nahiyyəsinə vuraraq özü-özünə xəsarət yetirdiyini, aralarında olan söz mübahisəsinin 4-5 dəqiqə davam etdiyini, hadisə qızı Sahilənin yaşadığı evin həyətində olduğunu bildirdi. Etdiyi əməldən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, avtomobil təmiri işi ilə məşğul olur. O, 20 ilə yaxındır Şahid1 ilə ailə həyatı qurmuş və birgə nigahdan biri oğlan ikisi qız olmaqla üç övladı olmuşdur. O, arvadı Günel ilə aralarında yaranmış müəyyən narazılıqlara görə bir ilə yaxındır ayrı yaşadıqlarını, Günel ondan ayrılaraq atası Akifin yaşadığı Bərdə rayon Gərənə kəndində yerləşən fərdi evdə yaşadığını, övladlarından oğlan uşağı onun, digər iki qız uşağı isə Günel ilə bir yerdə yaşadığını, 08 mart 2022-ci il tarixdə qızı Tamaşa mobil telefon vasitəsilə ona zəng edərək bu gün “8 mart” qadınlar bayramı olduğunu, onu mağazaya aparıb hədiyyə almağını dediyini, 08 mart 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Gərənə kəndinə Günelgilin yaşadığı ünvana gəldiyini, Günel qızları ilə birlikdə bacısı Sahiləgildə olduğu üçün ora getdiyini, evə daxil olan zaman qaynanası onu görüb “nəyə gəlmisən sənin üzün yoxdu bura gəlməyə” deyib ünvanına nalayiq ifadələr işlətməyə başladığını və onunla mübahisə etdiyini, o, mübahisə yaranmasın deyə evdən bayıra çıxdığını, həyətdə duran zaman qaynatası Təqsirləndirilən şəxs əlində ağacla onun üzərinə gəldiyini və ünvanına nalayiq söyüşlər söyərək qəflətən əlində olan ağacla bir dəfə baş nahiyyəsinə vurduğunu, o, yenə münaqişə olmasın deyə oradan aralaşıb çıxıb getdiyini, 09 mart 2022-ci il tarixdə bu barədə Bərdə rayon polis şöbəsinə müraciət etdiyini bildirdi. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə vaxtı orada olan qaynanası Qəndab Akifin qolundan tutaraq evə tərəf aparmış, onlar arasında dava-dalaş 4-5 dəqiqə davam etmiş, dava-dalaş zamanı orada qaynatası Akif, qaynanası Qəndab, baldızı Sahilə, arvadı Günel və qızlarından başqa heç kim olmamış, hadisədən sonra Bərdə rayon polis şöbəsinə gələrək bu barədə məlumat vermişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşı, Zərərçəkmiş şəxs isə yeznəsidir. O, qızı Günelin əri Allahverən ilə aralarında yaranmış müəyyən narazılığa görə bir ilə yaxındır Bərdə rayonu Gərənə kəndində yaşadığını, 08 mart 2022-ci il tarixdə saat 19 radələrində o qızı Sahiləgildə olan zaman yeznəsi Allahverən həmin evə daxil olduğunu, evə daxil olan kimi qızı Güneli və onu kobud sözlərlə təhqir etdiyini, bu zaman Günel ilə Allahverən arasında söz mübahisəsi olduğunu, həmin vaxtı əri Akif hadisə yerinə gəldiyini və Allahverənlə arasında söz mübahisəsi olduğunu, Allahverəni oradan uzaqlaşdırıb yaşadıqları evə tərəf apardığını bildirdi. Həmçinin Şahid2 ifadəsində əri Akiflə Allahverən arasında söz mübahisəsi olduğunu, lakin Akif ona heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs hadisə zamanı stolun üzərində olan fincanla öz baş nahiyyəsinə xəsarət yetirdiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində Zərərçəkmiş şəxs əri olduğunu, 2002-ci ildə Allahverən ilə ailə həyatı qurduğunu, bu izdivacdan üç övladı olduğunu, bir ilə yaxın Allahverən ilə aralarında yaranmış müəyyən narazılığa görə ondan ayrılıb atası Akifin evində Bərdə rayonu Gərənə kəndində yaşadığını, qızları Tamaşa ilə Rəfiqə onun, oğlu isə atası Allahverən ilə yaşadığını, 08 mart 2022-ci il tarixdə saat 19 radələrində anası Qəndab və qızları ilə bacısı Sahiləgildə olduğunu, həmin vaxtı Allahverən evə daxil olduğunu, evə daxil olan kimi onu və anası Qəndabı kobud sözlərlə təhqir etdiyini, bu zaman Allahverənlə aralarında söz mübahisəsi olduğunu, həmin vaxtı atası Akiflə Allahverən arasında söz mübahisəsi olduğunu, Allahverən stolun üzərində olan fincanla baş nahiyyəsinə vuraraq özü-özünə xəsarət yetirdiyini, atası Akifin Allahverəni vurmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid X3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda ifadə verən Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan olundu. Məhkəmə iclasında Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 95-96-ci vərəqələrində olan 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 16-17-ci vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 09 mart 2022-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 08 mart 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 81-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 78-cİ vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-121/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-121/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver