Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-121/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ \ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 2002-ci il tarixdə Gəncə şəhəri Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycanlıdır, orta təhsillidir, subaydır, fərdi əməklə məşğul olur, məhkumluğu yoxdur, Kəlbəcər rayonu Nəbilər kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Lək kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə təxminən saat 10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub sürücülük hüququ olmadan yaxın qohumu, yəni atası Şahid1 məxsus etibarnamə olmadan idarə etdiyi “İJ-271501-011” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Qaradəmirçi kəndində quru asfalt örtüklü yolda 50-55 km surətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda, həmin Qanunun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bədininin tələblərini pozub əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağan olduğu halda bunlara əməl etməyərək, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxararaq avtomobilin qarşı tərəfi ilə hərəkət istiqamətinin sol kənarında hərəkətdə olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X10 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, sol qaşın, üst dodağın açıq yarası, sol bazunun cərrahi boynunun sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətləri almasına, piyada Zərərçəkmiş şəxs3 açıq kəllə beyin travması; komatoz vəziyyətlə müşayiət olunan beynin ağır dərəcəli əzilməsi, sağ təpə gicgah nahiyəsinin epidural hematoması, İİİ mədəciyə qansızma, sol təpə və gicgah sümüyünün sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına və piyada Ümid Məmmədovun açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ alın-təpə-gicgah və sağ almacıq sümüklərinin xətti sınıqları, pnevmosefaliya, beyin ödəmi, başın və bədənin çoxsaylı əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, Gəncə şəhəri Nizami rayonunda anadan olub, hazırda Bərdə rayonu Lək kəndində yaşayır. Subaydır, rəsmi olaraq işləmir. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Moskivic “İJ 271501-011 yük” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında atası Şahid1 məxsusdur. O, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən “Leyla” şadlıq sarayında ofisiant kimi çalışır. O, 24 iyul 2022-ci il tarixdə saat 10 radələrində atası Məhərrəmin xəbəri olmadan anası Cəvahurə deyib, atasına etibarnamə əsasında məxsus olan Moskviç “İJ 271501-011 yük” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, “Leyla” şadlıq sarayına gedib. Qabları düzdükdən sonra yaşadığı ünvana getmək üçün avtomobilə əyləşib. Bu zaman şadlıq sarayına onunla birlikdə ofisiant işləyən yoldaşları, Lək-Qaradəmirçi kəndində qalan Niyazinin oğlu İlkin, atasının adını bilmədiyi İlkin və atasının adını bilmədiyi Əşrəfdə avtomobilə əyləşib. Niyazın oğlu İlkin onun yanında oturub. Digər İlkin ilə Əşrəf isə idarə etdiyi avtomobilin yük yerində dayanıblar. Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində Əşrəfi düşürdükdən sonra atasının adınını bilmədiyi İlkini düşürtmək üçün hərəkətinə davam etmişdir. Avtomobili idarə edə-edə mobil telefonda mahnı dəyişirmiş, bu zaman diqqəti yoldan yayınıb. Yolun sol tərəfə burulan hissəsində idarəetməni itirərək, yolun tərəfinə çıxmışdır. Yolun sol tərəfində əvvəllər tanımadığı uşaqlar darvazanın qabağına çıxmışdır. O, idarə etməni itirmiş, həmin uşaqlardan qız uşağını avtomobil sol qabaq tərəfi ilə vurmuşdur. Daha sonra tormoza bassa da digər iki nəfər oğlan uşağını da avtomobilin qabaq hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili yolun sağ tərəfində saxlayaraq, avtomobildən enmişdir. Uşaqların yerdə uzanıqlı vəziyyətdə olduqlarını görmüşdür. O, Niyazinin oğlu İlkinlə həmin yolla hərəkətdə olan taksiləri saxlamış, uşaqları Bərdə rayon mərkəzi xəstəxanasına gətirmişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, avtomobili idarə etmək üçün heç bir sənədi olmamışdır. Avtomobil etibarnamə əsasında atası Məhərrəmin adınadır. O, avtomobili 50-55 km surətlə idarə etmişdir. Vəfadar mobil telefonunda musiqi dəyişdiyi üçün diqqəti yolda olmamışdır, başını qaldırıb yola baxdıqda artıq Zərərçəkmiş şəxs2 avtomobili ilə vurmuşdur. Hadisə vaxtı avtomobilində ofisiant yoldaşları Niyazinin oğlu İlkin və atasının adını bilmədiyi İlkin olmuşdur. Hadisə nəticəsində nə Vəfadar nə digər sərnişinlər heç bir xəsarət almamışdır. Hadisə bir an içərisində baş vermişdir. O, avtomobili idarə edə-edə musiqini dəyişərək diqqəti yolda olmamışdır. O, yenidən yola baxdıqda artıq Zərərçəkmiş şəxs2 avtomobil ilə vurmuşdur. Vəfadar spirtli içki qəbul etmədiyi bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə maddi ziyan dəymişdir. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyətdə olmuşdur. Etdiyi əməllərdən peşimandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Lək kəndində yaşayır. Atasının adı Şakir, anasının adı Ayşəndir. O, Bərdə rayonu Lək kənd Orta məktəbində 1-ci sinifdə oxuyur. 24 iyul 2022-ci il tarixdə saat 11 radələrində onun xəsarət almağı ilə nəticələnən yol-nəqliyyat hadisəsini xatırlamır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, İmişli şəhərində anadan olmuş, hazırda Bərdə rayonu Qaradəmirçi kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir 2 övladı var. Orta təhsillidir, rəsmi olaraq işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs3 onun kiçik oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Vəfadar ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Oğlu Ümüdün yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı bildirərkən 24 iyul 2022-ci il tarixdə saat 10 radələrində oğlu Ümüd yaşadığı ünvanın qarşısında digər uşaqlarla oyun oynayarkən sonradan adının Vəfadar olduğunu öyrəndiyi şəxs idarə etdiyi “Moskviç” markalı avtomobil ilə oğlu Ümüdü vuraraq ona ağır bədən xəsarətləri yetirmişdir. Hadisə demək olar ki, onun yaşadığı fərdi yaşayış evinin qarşısında baş vermişdir. Hadisə zamanı o, ev işləri görmüş, qapıdan çöldən qışqırtı səsi eşidib, həyətdən çölə çıxmış, qapıdan çölə çıxarkən oğlu Ümüdün yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Oğlu Ümüddən başqa 2 nəfər uşağın yerdə uzanıqlı olmalarını görmüşdür. Sürücü Vəfadar və daha iki nəfər əvvəllər tanımadığı şəxslərin köməkliyi ilə xəsarət alan uşaqları Bərdə rayonu Müalicə və Diaqnostika mərkəzinə aparmışlar. Aldığı xəsarətlərə görə oğlu Ümüdün yaddaşında problem yaranmışdır. Ona görə onun oğlu Ümüd hadisəni xatırlamır. O, oğlu Ümüdün yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən tam müazlicə olunarsa, müalicə xərclərini təqsirləndirilən şəxs qarşılayarsa şikayətçi olmayacaq. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, hazırda elə həmin kənddə yaşayır. Atasının adı Fizuli, anasının adı Ləmandır. Bərdə rayonu Qaradəmirçi kənd orta məktəbində 1-ci sinifdə oxuyur. 24 iyul 2022-ci il tarixdə saat 11 radələrində onun xəsarət alması ilə bağlı nəticələnən yol-nəqliyyat hadisəsini xatırlamır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs3 onun kiçik oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Vəfadar ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Oğlu Vəli və qızı Leylanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 10-11 radələrində oğlu Vəli və qızı Leyla yaşadığı ünvanın yaxınlığında digər uşaqlarla oyun oynayarkən sonradan adının Vəfadar olduğunu öyrəndiyi şəxs idarə etdiyi “Moskviç” markalı avtomobil ilə oğlu Vəlini və qızı Leylanı vuraraq onlara ağır bədən xəsarətləri yetirməsini bildirmişdir. Hadisə demək olar ki, yaşadığı fərdi yaşayış evinin yaxınlığında baş vermiş, hadisə zamanı o, Bərdə şəhəri “Çinqoz dairəsi” adlanan yerdə fəhləlik etmişdir. Bu zaman arvadı Ləman ona zəng edərək, oğlu Vəli ilə qızı Leylanı avtomobil vurduğunu, hal-hazırda Bərdə rayonu Müalicə və Diaqnostika mərkəzinə getdiklərini demişdir. O, təcili Bərdə rayonu Müalicə və Diaqnostika mərkəzinə getmiş, orada oğlu Vəli və qızı Leylanın müxtəlif bədən xəsarətləri aldıqlarını görmüşdür. Oğlu Vəli baş nahiyəsindən və sol ayağının sol budunun sınığı xəsarətlərini, qızı Leylanın isə sol bazu sümüyünün sınması xəsarətini almasını görmüş, oğlu Vəlinin huşu özündə olmamışdır. O, oğlu Vəlinin və qızı Leylanın yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları ilə bağlı çoxlu xərcə düşmüşdür. Belə şikayəti olmasa da, maddi cəhətdən köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərəçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, hazırda həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Atasının adı Fizuli, anasının adı Ləmandır. O, Bərdə rayonu Qaradəmirçi kənd orta məktəbində 9-cu sinifdə təhsil alır. Yetkinlik yaşına çatmadığı üçün anası Qanuni nümayəndə3 iştirakı ilə ifadə verir. X3 əvvəllər tanımamış, Vəfadar ilə nifaqı və münaqişəsi olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs3 ilə özünün xəsarət almaları bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 11 radələrində o və qardaşı Vəli yaşadığı ünvanın, Bərdə rayonu Qaradəmirçi kəndinin yaxınlığında asfalt yolun kənarında oyun oynayırmışlar. Onunla birlikdə qonşuluqda yaşayan Ümüd adlı uşaq da oyun oynayırmış. Bu zaman qırmızı rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun və qardaşı Vəli ilə Ümüdün üzərinə gəlmiş, avtomobil onu vurduqdan sonra huşu getmiş və o, ayılanda artıq Bərdə rayonu Müalicə və Diaqnostika mərkəzində imiş. Hadisə nəticəsində onun sol bazu sümüyü sınmışdır. Qardaşı Vəli isə baş nahiyəsindən ağır xəsarət almış, Vəli bir neçə gün huşsuz vəziyyətdə qalmışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs X7 qanuni nümayəndəsi Qanuni nümayəndə3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Orta təhsillidir, evdar qadındır. Zərərçəkmiş şəxs3 onun oğlu, Zərərçəkmiş şəxs2 isə qızıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Vəfadar ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Qızı Leyla və oğlu Vəlinin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 10-11 radələrində oğlum Vəli və qızı Leyla yaşadığı ünvanın yaxınlığında digər uşaqlarla oyun oynayarkən sonradan adının Vəfadar olduğunu öyrəndiyi şəxs idarə etdiyi “Moskviç” markalı avtomobil ilə oğlu Vəlini və qızı Leylanı avtomobili ilə vuraraq onlara ağır bədən xəsarətləri yetirmişdir. Hadisə demək olar ki, yaşadığı fərdi yaşayış evinin yaxınlığında baş vermişdir. Hadisə zamanı o, yaşadığı ünvanda ev işləri görmüş, bu zaman çöldən səs küy eşitmiş, o, darvazadan çölə çıxanda oğlu Vəli və qızı Leylanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, sürücü Vəfadar və ətrafda olan insanların köməkliyi ilə xəsarət alan uşaqları yoldan keçən taksilərə əyləşdirmişlər və Bərdə rayon Müalicə və Diaqnostika mərkəzinə getmişlər. Xəstəxanaya çatdıqdan sonra o, əri Fizuliyə zəng edərək, oğlu Vəli və qızı Leylanı avtomobil vurduğunu demişdir. Hadisə nəticəsində oğlu Vəli baş nahiyəsindən və sol ayağının sol budunun sınığı xəsarətlərini, qızı Leyla isə sol bazu sümüyünün sınması xəsarətini almışdır. Oğlu Vəlinin huşu özündə olmamasının görmüş, Vəli bir neçə gün komatoz vəziyyətdə qalmışdır. Oğlu Vəlinin və qızım Leylanın yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları ilə bağlı şikayətçi olmasa da maddi cəhətdən təqsirləndirilən şəxsdən köməklik gözləyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonunda anadan olub, hazırda Bərdə rayonu Lək kəndində ailə üzvəli ilə birlikdə yaşayır. Evlidir 2 övladı var. Orta təhsillidi, ailəsini Bərdə rayonu Məşğulluq idarəsində Texniki işçi kimi işləyərək dolandırır. Təqsirləndirilən şəxs onun oğludur. Hadisə ilə bağlı bildirir ki, hadisə baş verən zaman, yəni 24 iyul 2022-ci il tarixdə saat 11 radələrində Məhərrəm Bərdə şəhərində işdə olmuşdur. Oğlu Təqsirləndirilən şəxs ona zən edərək, etibarnamə əsasında ona məxsus olan Moskviç “İJ 271501-011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili götürmək üçün icazə istəmişdir. O, oğlu Vəfadarın sürücülük vəsiqəsinin olmadığını bilə-bilə avtomobili götürməsinə icazə vermişdir. Vəfadar “Leyla” şadlıq sarayında ofisiant işləyirmiş. Toy məclisi bitdikdən sonra Vəfadar məclisdən qalmış zibil tullantılarını 10 manat müqabilində Moskviç “İJ 271501-011yük” markalı avtomobilin yük yerinə dolduraraq, kəndin zibil tullantılarının yandırıldığı yerə aparırmış.Həmçinin Vəfadar avtomobili kənd daxili yollarda idarə etdiyi üçün avtomobili götürməsinə icazə vermişdir. 24 iyul 2022-ci il tarixdə saat 15 radələrində arvadı Cavahir Məhərrəmə zəng edərək, oğlu Vəfadarın Qaradəmirçi kəndinin içərisindən keçən asfalt yolla 3 nəfər az yaşlı uşağı vuraraq yol-nəqliyyat hadisəsi törətməsini demişdir. Məhərrəm dərhal Bərdə rayon Diaqnostika xəstəxanasına gəlmişdir. Orada xəsarət alan şəxslərə yardım edildiyini görmüşdür. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs avtomobili yaşadıqları Bərdə rayonu Lək kəndinin və qonşu kəndlərin daxili yollarında idarə etməsinə görə, həmçinin toy məclisindən qalan zibil tullantılarını 10 manat müqabilində tullamasına görə könüllü olaraq icazə vermişdir. Sürücülük hüququ olmayan şəxsə avtomobili idarə etməyə verən zaman inzibati məsuliyyətə cəlb oluna biləcəyindən məlumatı olmamışdır. Baş vermiş hadisə nəticəsində avtomobilinin qabaq alın şüşəsi və sağ qabaq hissəsi zərər görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Kisəli kəndində anadan olub, hazırda Bərdə rayonu Lək kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Təqsirləndirilən şəxs onun oğludur. Onun törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 10 radələrində o, yaşadığı evdə olarkən oğlu Vəfadar evə gəlmişdir. Daha sonra atası Şahid1 mobil telefon vasitəsilə icazə aldıqdan sonra Məhərrəmə məxsus “ İJ 271501-011 yük” markalı ** BA *** markalı avtomobili götürərək çıxıb getmişdir. Bir müddət sonra yaşadığı kəndin mərkəzindən xatırlamadığı az yaşlı uşaqlar qaça-qaça yanına gələrək, oğlu Vəfadar yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində 3 nəfər az yaşlı uşağın ağır bədən xəsarətləri aldıqlarını demişdir. O, qaça-qaça asfalt yolla çıxıb hərəkətinə davam edərək hadisə yerinə doğru getmişdir. Hadisə yerinə çatdıqda əri Məhərrəmə məxsus avtomobilin yolun kənarında olduğunu görmüşdür. Ətrafa toğlaşmış insanlar oğlu Vəfadarın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan az yaşlı uşaqları Bərdə rayon mərkəzi xəstəxanasının diaqnostika mərkəzinə aparmasını bildirmişdirlər.O, asfalt yolla hərəkətdə olan əvvəllər tanımadığı taksi ilə Bərdə RMX-nin Müalicə və Diaqnostika mərkəzinə getmişdir. Xəstəxanada olarkən o, əri Məhərrəmə zəng edərək, oğlu Vəfadarın ona məxsus “İJ 271501-011 yük” markalı ** BA *** markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olub, hazırda Bərdə şəhəri Qazıqurdalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subay, orta təhsilli, rəsmi olaraq Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən “Leyla” şadlıq sarayında ofisiant işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi olaraq tanıyır. Onunla əvvəllər münaqişə və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs İlkinlə birlikdə “Leyla”şadlıq sarayında ofisiant işləmişdir. Hadisə ilə bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs “Moskviç” markalı avtomobil ilə İlkini yaşadığı ünvandan götürdükdən sonra onlar şadlıq sarayına yola düşmüşlər. “Leyla” şadlıq sarayında olan toyun axşam saat 17:00-da olacaqlarını öyrənmişlər.Toy üçün qab-qacaqları masalara düzdükdən sonra qərara gəlmişlər ki, gedib evdə dincəlsinlər, toyun başlamasından yarım saat qabaq piyada şadlıq sarayına getsinlər. Şadlıq sarayının qarşısında Vəfadarın avtomobilinə adaşı İlkin əyləşmişdir. Vəfadar onları kənd yolu ilə evlərinə düşürdəcəkdir. İlkin avtomobilin sağ oturacağında əyləşmişdir. Adaşı İlkin isə arxa oturacaqda əyləşmişdir. Birinci adaşı İlkini yaşadığı evə düşürtmüşdürlər. Təqsirləndirilən şəxs avtomobili Bərdə rayonu Lək kəndinin içərisində olan asfalt yolla hərəkətdə olarkən, Vəfadar maqnitafonda musiqini dəyişməyə cəht edirmiş, bu zaman yolun burulan hissəsində Vəfadar idarəetməni itirmiş və yolun sol tərəfində yaşadıqları ünvanın qarşısında torpaq yolda oyun oynuyan 2 nəfər azşalı oğlan və 1 nəfər az yaşlı qız uşağını avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Vəfadar avtomobili dərhal dayandırmış onlar avtomobildən düşərək, xəsarət alan 3 nəfər azyaşlıya yaxınlaşmışdır. Şahid5 əvvəlcə adının sonradan Leyla olduğunu öyrəndiyi şəxsə yaxınlaşmış, Leylanın hərəkət etdiyini görmüşdür. O, Leylanın yanında hərəkətsiz vəziyyətdə dayanan sonradan adının Ümid olduğunu öyrəndiyi uşağı qucağına almışdır. Həmin yolla hərəkət edən əvvəllər tanımadığı taksi fəaliyyəti ilə məşğul olan taksini saxlatmış, Ümid qucağında avtomobilə əyləşmişdir. Həmkəndili olan Ləman isə öz oğlunu qucağına alaraq İlkinin saxlatdığı avtomobilə əyləşmişdir. Onlar Bərdə rayon Diaqnostika xəstəxanasına getmişdirlər. Orda xəsarət alan şəxsləri acil şöbəsinə yerləşdirmişlər. Şahid5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Vəfadarın avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsini bilmişdir. Hadisənin baş vermə səbəbi sürücü Təqsirləndirilən şəxs avtomobil idarə edə-edə maqnitolada musiqi dəyişmək istəməsi, nəticədə diqqətinin yayınması olmuşdur. Vəfadar avtomobili 40-50 kmsurətlə idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olub, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subay, orta təhsilli, hazırda X14 xal çalğı alətləri tar müəllimliyi ixtisasında 1-ci kurs tələbəsidir. Yetkinlik yaşına çatmadığı üçün anası X4 iştirakı ilə ifadə verir. İlkin kollecdən sonra Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən "Leyla" şadlıq sarayında ofisiant işləmişdir. Təqsirləndirilən şəxs "Leyla" şadlıq sarayından tanımışdır. Onunla əvvəllər münaqişə və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə "Leyla" şadlıq sarayında ofisiant işləmişdir. Hadisə ilə bağlı bildirir ki, 24 iyul 2022-ci il tarixdə saat 10 radələrində İlkin "Leyla" şadlıq sarayına gəlmişdir. Orada ona bu günə olan sifariş olunmuş toyun axşam 17:00da başlayacağını demişdirlər. O, digər ofisiantlarla birlikdə masaların qab-qacaqlarını düzmüşlər. Toy üçün qab-qacaqları masalara düzdükdən sonra qərara gəlmişlər ki, gedib evdə dincəlib, toyun başlamasından yarım saat qabaq piyada şadlıq sarayına qayıtsınlar. Şadlıq sarayının qarşısında Vəfadarın avtomobilini görmüş, Vəfadardan kəndə gedib getmədiyini soruşmuşdur. Vəfadar İlkinə kəndə getdiyini demişdir. O, Vəfadarın idarə etdiyi Moskviç markalı avtomobili yük yerinə çıxmışdır. Təqsirləndirilən şəxs avtomobili Bərdə rayonu Lək kəndinin içərisində olan asfalt yolla hərəkət olarkən yolun burulan hissəsində Vəfadar idarəetməni itirmiş və yolun sol tərəfində, yaşadıqları ünvanın qarşısında torpaq yolda oyun oynayan 2 nəfər azyaşlı oğlan və 1 nəfər az yaşlı qız uşağını avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Vəfadar avtomobili dayandırdıqda onlar avtomobildən düşmüş, xəsarət alan 3 nəfər az yaşlıya yaxınlaşmışdırlar. Digər adaşı Şahid5 xəsarət alanlardan birini oğlan uşağını götürmüş, yoldan saxlatdırdığı taksiyə əyləşdirmişdir. Digər oğlan uşağını isə anası qucağına alaraq İlkinin taksisinə əyləşmişdir. Vəfadar yoldan əl edərək Vaz 21099 markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobili saxlatdırmışdır. Xəsarət alan qız uşağını qucağına aaraq avtomobilə əyləşmiş və İlkin də həmçinin avtomobilə əyləşmişdir. Onlar qız uşağını X2 aparmışlar. Orada xəsarət alan qız uşağını acil şöbəsinə yerləşdirmişlər. Sonradan öyrənmişlər ki, hadisə nəticəsində xəsarət alan qız həmkəndlisi Fizulinin qızı Leyla olmuşdur. X6 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o,Vəfadarın avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsini bilmişdir. Hadisənin baş vermə səbəbi barədə bilmədiyini sonradan sürücü Təqsirləndirilən şəxs özü etiraf etmiş ki, avtomobili idarə edə-edə maqnitolanda musiqini dəyişmək istəyərkən idarəetməni itirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs avtomobili 40-50 km-surətlə idarə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərişdir ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Evli, 2 övladı var. Ailəsini 2016-cı ildən Bərdə rayon polis şöbəsinin Növbətçi Hissəsinin sürücüsü vəzifəsində çalışır, polis baş serjantı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, 24 iyul 2022-ci il tarixdə əməliyyat istintaq qrupunun tərkibində gün növbəsində olmuşdur. Həmin tarixdə saat 11 radələrində rayon polis şöbəsinin Növbətçi hissəsindən Bərdə rayonu Qaradəmirçi kəndinin içərisindən keçən asfatl yolda yolnəqliyyat hadisəsi baş verməsi və xəsarət almış 3 nəfər şəxslərin Bərdə rayon Mərkəzi xəstəxanasının Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. O, əməliyyat-istintaq qrupunun digər üzvləri müstəntiq, polis kapitanı Mətin Qənbərov, İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 məlumatı aldıqdan sonra dərhal ilkin olaraq Bərdə rayon Mərkəzi xəstəxanasının Müalicə və Diaqnostika mərkəzinə yollanmışdırlar. Xəstəxanaya çatdıqda yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs orada olmasını görmüşdürlər. Müstəntiq Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirtdi. Daha sonra yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerinə yollanmışdırlar. Onlar Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən asfalt yola yaxınlaşdıqda Moskviç "İJ 271501 yük" markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadaların vurulduğu yerdən 400 metr qarşıda dayandığını görmüşdürlər. Sürücü Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən hadisə yeri müayinə edilmiş, baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs izahatı alınması üçün Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Sonradan öyrənmiş ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi Moskviç "İJ 271501 yük" markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ile piyadalar Qaradəmirçi kənd sakinləri 06 may 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, 04 may 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 22 avqust 2016-cı il təvəllüdlü X10 vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərişdir ki, 24 iyul 2022-ci il tarixdə 11 radələrində rayon polis şöbəsinin Növbətçi hissəsindən Bərdə rayonu Qaradəmirçi kəndinin içərisindən keçən asfatl yolda yol-nəqliyyat hadisəsi baş verməsi və xəsarət almış 3 nəfər şəxslərin Bərdə rayon Mərkəzi xəstəxanasının Müalicə və Diaqnostika mərkəzinə yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Məlumatı aldıqdan sonra dərhal ilkin olaraq Bərdə rayon Mərkəzi xəstəxanasının Müalicə və Diaqnostika mərkəzinə yollanmışdırlar. Xəstəxanaya çatdıqda yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs orada olmasını görmüşdürlər. Müstəntiq Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirdildi. Daha sonra yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerinə yollanmışdırlar. Onlar Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən asfalt yola yaxınlaşdıqda Moskviç "İJ 271501 yük" markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadaların vurulduğu yerdən 400 metr qarşıda dayandığını görmüşdürlər. Sürücü Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən hadisə yeri müayinə edilmiş, baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs izahatı alınması üçün Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Sonradan öyrənmiş ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi Moskviç "İJ 271501 yük" markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ile piyadalar Qaradəmirçi kənd sakinləri 06 may 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, 04 may 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 22 avqust 2016-cı il təvəllüdlü X10 vuraraq xəsarətlər yetirmişdir. Cinayət işinin materialına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsinə dair 24 iyul 2022-ci il tarixli tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi aydın və quru hava şəraitində baş vermişdir. Hadisə yeri Bərdə rayonu Qaradəmirçi kəndində yerləşir. Yolun sol və sağ tərəfində kənd tipli evlər vardır. Yol işıqlandırılmır, yol asfalt beton ötrüklü olmaqla qurudur. Hadisə baş verən yerdə yolun ümumi hissəsinin eni 5.5 metrdir. Yolun hərəkət hissəsindən sonra sağ və sol hissədə 1 metr enində torpaq səki vardır. Hadisə zamanı xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilmişdir. Piyadaların vurulma yeri yolun sol kənarında olan işıq dirəyi ilə 2,5 metr məsafədə yerləşir. Cinayət işinin materialına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 24 iyul 2022-ci il tarixli, 930 nömrəli aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Cinayət işinin materialına əlavə edilmiş Yevlax rayon rayon Polis İdarəsindən və TBŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 30 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və onun barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 24 noyabr 2022-ci il tarixli, 2298 nömrəli tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 24 noyabr 2022-ci il tarixli, 2299 nömrəli tibbi arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materialına əlavə edilmiş "xxxx" MMC-nin 15 avqust 2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, X8 məxsus etibarnamə ilə Şahid1 idarə etdiyi “İJ 271501- 011” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə hadisə zamanı ümumilikdə ön şüşə (parples) 65 manat və usta haqqı isə 250 manat olmaqla ümumilikdə 315 (üç yüz on beş) manat maddi ziyan dəymişdir. Cinayət işinin materialına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının canlı şəxsin ekspertizasına dair 15 sentyabr 2022-ci il tarixli, 672 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, sol qaşın, üst dodağın açıq yarası, sol bazunun cərrahi boynunun sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materialına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının canlı şəxsin ekspertizasına dair 21 sentyabr 2022-ci il tarixli, 673 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- açıq kəllə beyin travması, komatoz vəziyyətlə müşayiət olunan beyinin ağır dərəcəli əzilməsi, sağ təpə gicgah nahiyəsinin epidural hematoması, İİİ mədəciyə qansızma, sol təpə və gicgah sümüyünün sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı küy əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən 24 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materialına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının canlı şəxsin ekspertizasına dair 01 oktyabr 2022-ci il tarixli, 789 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ alın-təpə gicgah və sağ almacıq sümüklərin xətti sınıqları, pnevmosefaliya, beyin ödemi, başın və bədənin çoxsaylı əzilmiş- sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilin piyadanı vurması zamanı törənə bilər, müddəti qərarda göstərilən 24 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materialına əlavə edilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 8/2209 saylı rəyindən görünür ki, Moskviç İJ 271501 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materialından məlum olur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi Moskviç İJ 271501 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayon polis şöbəsinin dayanacağında saxlanılır. Beləliklə, istintaqla sübut edilmişdir ki, 24 iyul 2022-ci il tarixdə təxminən saat 10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub sürücülük hüququ olmadan yaxın qohumu, yəni atası Şahid1 məxsus etibarnamə olmadan idarə etdiyi “İJ-271501-011” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Qaradəmirçi kəndində quru asfalt örtüklü yolda 50-55 km surətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda, həmin Qanunun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bədininin tələblərini pozub əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağan olduğu halda bunlara əməl etməyərək, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxararaq avtomobilin qarşı tərəfi ilə hərəkət istiqamətinin sol kənarında hərəkətdə olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X10 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, sol qaşın, üst dodağın açıq yarası, sol bazunun cərrahi boynunun sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətləri almasına, piyada Zərərçəkmiş şəxs3 açıq kəllə beyin travması; komatoz vəziyyətlə müşayiət olunan beynin ağır dərəcəli əzilməsi, sağ təpə gicgah nahiyəsinin epidural hematoması, İİİ mədəciyə qansızma, sol təpə və gicgah sümüyünün sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına və piyada Ümid Məmmədovun açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ alın-təpə-gicgah və sağ almacıq sümüklərinin xətti sınıqları, pnevmosefaliya, beyin ödəmi, başın və bədənin çoxsaylı əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi və həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı qismən ödəməsi onun cəzasını yüngəlləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, Vətən Müharibəsi iştirakçısı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir və təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsiniin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınma ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Lakin iş materiallarından görünür ki, iş üzrə 85 manat ekspertiza xərci vardır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə başqa maddi sübut olan Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi “İJ-271501-011” yük markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi “İJ-271501-011” yük markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 qaytarılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edil. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-121/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-121/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver