Məhkəmə qərarları › İş №1(021)-121/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-121/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-121/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1980-ci il tarixdə Mirbəşir (Tərtər) rayonu Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2006-cı il tarixli hökmü ilə 177.2.1, 177.2.3, 177.2.4 və 69.4cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə edilmiş, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkməsinin 23 yanvar 2008-ci il tarixli hökmü ilə 180.2.2, 326.2 ve 66-cı maddələri ilə 06 (altı) il azadlıqdan məhrum edilmiş, 19 oktyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər, Səbail rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə təqsirli bilinib 04 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2017-ci ildə Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 06 may 2016-cı il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsüf edilib və həmin maddə ilə cəzasını tam çəkib qurtardığından cəzadan azad edilmiş, Şəki rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 6 ay azadlıqdan məhrum edilmiş, 07 mart 2020-ci il tarixdə cəza sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələri ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 66.2, 69.3, 66.5-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 mart 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri S.Vurğun küçəsi 47-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarının siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 15,09 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 07 aprel 2024-cü il tarixdə, saat 13:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə rayonu Güloğlular kəndi ərazisində müəyyən edilib saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib, üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni əynində olan qara rənli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunda, təmiz çəkisi 15,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Mirbəşir rayonunda indiki Tərtər rayonu Sarcalı kəndində anadan olmuş, Bərdə şəhəri S.Vurğun küçəsində qeydiyyatdadır, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri S.Vurğun küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, subaydır, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuşdur. 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1–ci maddələri ilə, yəni oğurluq və narkotik vasitədən istifadə etdiyi üçün Bərdə rayon Məhkəməsi tərəfindən 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2024-cü ilin mart ayında azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra narkotik vasitə olan el arasında nəşə kimi adlanan marixuana istifadə etməyə başlamışdır. 07 aprel 2024-cü il tarixdə yaşadığı evdən çıxıb evlərinin yaxınlığından keçən dəmir yol reyslərinin yanı ilə Bərdə rayonu Güloğlular kəndi istiqamətinə gedən zaman yerdən “Sobranie” markalı siqaret qutusunda narkotik vasitə olduğunu, marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni tanıdığını, həmin narkotik vasitədən gələcəkdə çəkmək üçün siqaret qutusu ilə birlikdə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoymuşdur. Bərdə rayonu Güloğlular kəndi ərazisində kafedə kabab yemək üçün gedən zaman yolda tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləyib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, Polis şöbəsində olan zaman müdafiəçi dəvət edilmiş, Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulalaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan bir ədəd “Sobranie” markalı siqaret qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirib həmin siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxılan zaman içərisində narkotik vasitə aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumi çəkisi 20.88 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Manqa” markalı siqaret, 1 ədəd 5 manatlıq əskinas və 6 ədəd 1 manatlıq əskinas, ümumilikdə 11 manat olan əskinaslar sübut əhəmiyyəti kəsb etmədiyi üçün ona qaytarılmışdır. Bunadan əlavə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı istifadə və çəkdiyi üçün üzərində gəzdirdiyini, narkotik vasitəni heç kimdən almadığını, narkotik vasitəni heç kimə satmadığını, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından keçən dəmir yol reyslərinin yanından tapdığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri S.Vurğun küçəsi ev 47-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 07 aprel 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə saat 13:45 radələrində Bərdə rayonu Güloğlular kəndində piyada hərəkətdə olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis serjantı Şahid3, polis baş serjantı Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, təhqiqatçı X6 Süleymanova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən “Sobranie” markalı siqaret qutusu, qara rəngli alışqan və həmin geyimin sağ yan cibindən “Magna” markalı siqaret, 1 ədəd 5 manatlıq əskinas, 6 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 11 manat əskinas və əl dəsməlı çıxardaraq stolun üzərinə qoymuşdur. “Sobranie” markalı siqaret qutusunu açan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilən zaman 20,88 qram olması müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılaraq Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq sübut əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11 manat pul əskinası və 1 ədəd alışqan və “Magna” markalı siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxundu və imzalarla təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdi. Cinayət işinin 1-ci vərəqəsində olan 08 aprel 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 5-43-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz saxlanılmasında, üzərində gəzdirilməsində şübhəli bilinən Bərdə şəhəri S.Vurğun küçəsi 47-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:45-də Bərdə rayonu Güloğlular kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Bərdə RPŞ-nə gətirilməsi, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 15,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 07 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 07 aprel 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 54-55-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-84-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 09 aprel 2024cü il tarixli, 4(021)54\2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 08 aprel 2024-cü il tarixli 16/423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 15,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuna təmiz çəkisi 15,09 qram, tədqiqata sərf edildi -0,04 qram, qalıq-15.05 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 52-53-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 09 aprel 2024-cü il tarixli 267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 116-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 774 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-103-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(021)-11/2021 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 91-93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2006-cı il tarixli, hökmü ilə 177.2.1, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə edilmiş, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkməsinin 23 yanvar 2008-ci il tarixli, hökmü ilə 180.2.2, 326.2 ve 66-cı maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, 19 oktyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər, Səbail rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə təqsirli bilinib 04 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2017-ci ildə Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 06 may 2016-cı il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsüf edilib və həmin maddə ilə cəzasını tam çəkib qurtardığından cəzadan azad edilmiş, Şəki rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 6 ay azadlıqdan məhrum edilmiş, 07 mart 2020-ci il tarixdə cəza sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələri ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 mart 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 66.2, 69.3, 66.5-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixində “Opioid” qəbulu diaqnozu ilə Bərdə RMX-nin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 115-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 121-127-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 15,09 qram, ekspertiza tədqiqatından sonra qalıq 15,05 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-bioloji, məhkəmə-tibbi ekspertizasının rəyləri, şəxsi axtarış və götürmə protokolu, 1 ədəd DVD disk obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(021)- 11/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(021)-11/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhəkəmə Təqsirləndirilən şəxs əməlinin cinayətlərin töhlükəli residiv deyil, residivini kimi qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Şəki rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs həmin hökm üzrə törətdiyi əməl az ağır cinayət olduğundan, 07 mart 2020-ci il tarixdə cəza sonu ilə azad edildiyindən və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(021)-11/2021 nömrəli hökmü ilə qismən toplanılmış və ona qəti olaraq cəza təyin edilmişdir. Buna görə də hazırda Təqsirləndirilən şəxs əməli cinayətlərin töhlükəli residivini deyil, residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 09 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 aprel 2024-cü il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 15.05 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 15.05 qram olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar