Məhkəmə qərarları › İş №1(021)-122/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-122/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-122/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Bərdə rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 2002-ci ildə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qəhrəmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun, Təqsirləndirilən şəxs: xx xxxx 1998-ci ildə Bərdə rayonu, Ərəb Çadırı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Əlimədədli kəndində qeydiyyatda olmaqla, ünvan 2ində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 06 fevral 2023-cü il tarixdə, saat 01:55 radələrində ünvan 2ində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olan saxlanc yeri hesab edilən tövlənin qapısının cəftəsinin üzərindəki sintetik kəndiri açaraq həmin tövləyə qanunsuz daxil olmaqla oradan 1100 manat dəyərində 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1100 (min yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 оğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 оğlu tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 06 fevral 2023-cü il tarixdə, saat 01:55 radələrində ünvan 2ində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olan saxlanc yeri hesab edilən tövlənin qapısının cəftəsinin üzərindəki sintetik kəndiri açaraq həmin tövləyə qanunsuz daxil olmaqla oradan 1100 manat dəyərində 1 (bir) baş iribuynuzlu erkək cinsli dananı gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1100 (min yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Qəhramanlı kəndində valideyinləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən “İki qardaş” kafesində olarkən spirtli içki olan viski qəbul etmiş, həmin kafedə olarkən 22 radələrində həmkəndlisi və tanışı Nicat ilə görüşmüşdür. Kafedə oturub yemək yeyərkən hər ikisi əvvəl pivə, sonra isə özü üzümdən çəkilmiş 100 qram meyvə arağı içmişdir. Yeməkxanada olarkən Nicat ona oğurluq etməyi təklif etmiş, Nicatın təklifi ilə razılaşmış, Nicat ona yaşadıqları kənddə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı tövlədən iribuynuzlu heyvanı oğurlayacaqlarını, özünə məxsus avtomobillə aparıb Bərdə rayonu, İmirli kəndində yaşayan tanışının tövləsinə qoyacaqlarını, səhəri gün aparıb satacaqlarını bildirmişdir. Həmin vaxt Nicat ona tövlədən iribuynuzlu heyvanı çıxardıb kəndin kənarına aparmasını demişdir. Yeməkxanadan çıxıb Nicatın idarə etdiyi avtomobillə yaşadıqları evə gedərkən, avtomobilin saxlanc yerindən ucu qırıq mətbəx bıçağını götürüb cibinə qoymuşdur. Kəndin kənarında yerləşən qəbiristanlığın yanına çatanda avtomobildən düşmüş, piyada Zərərçəkmiş şəxs evinin qarşısında yerləşən tövlənin yanına getmiş, tövləyə yaxınlaşıb qapının qarşısında olan daşı götürüb kənara qoymuş, qapının ipini açıb tövləyə daxil olmuşdur. Tövləyə daxil olduqdan sonra içəridə olan bir baş iribuynuzlu dananın ipini üzərində gətirdiyi bıçaqla kəsmiş, dananı tövlədən çölə çıxartdıqdan sonra isə tövlənin qapısını örtüb daşı arxasına qoymuşdur. Dananın ipindən tutub kəndin qırağı ilə kəndin ərazisində yerləşən çəkillik adlanan yerə tərəf getmiş, yolda gedərkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Nicatın istifadə olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və Nicata Zərərçəkmiş şəxs tövləsindən bir baş iribuynuzlu dananı çıxardıb kənddə çəkillik adlanan yerə aparmasını və onu orada gözlədiyini bildirmişdir. Aradan təxminən 20 dəqiqə keçdikdən sonra Nicat idarə etdiyi Qazel markalı avtomobillə kəndin ərazisində olan çəkillik adlanan yerə gəlmiş, orada 1 baş iribuynuzlu dananı avtomobilin yük yerinə qoymuşlar. Nicat avtomobili idarə edib birlikdə Bərdə rayonu, İmirli kəndinə getmişlər. İmirli kəndinə çatanda təxminən saat 02:50 radələri olmuş, Nicat avtomobildən düşüb tanışı olan Şahin adlı şəxsi çağırmış, Şahin evdən çıxdıqdan sonra Nicat ermənidən bir baş iribuynuzlu dana gətirdiyini, həmin dananın bu gecə ona məxsus olan tövlədə qalmasını, səhər gəlib aparacağını demişdir. Həmin vaxt Nicat Şahinə dananın oğurluq olması barədə heç nə deməmişdir. O, Nicatla birlikdə dananı avtomobilin yük yerindən düşürmüş, Şahin dananı aparıb tövləsində olan bir baş iribuynuzlu inəyin yanına bağlamışdır. xx.xx.2023-cü il tarixdə kafedə olarkən polis əməkdaşları ona yaxınlaşıb oğurluq hadisəsində şübhəli olduğunu bildirmiş və onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polislərlə birlikdə şöbəyə gəlmiş və polis əməkdaşlarına etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Başqa heç bir yerdən oğurluq etməmişdir. Həmin oğurluğu Nicat ilə birlikdə etmiş, bundan heç kimin məlumatı olmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Qəhramanlı kəndində valideyinləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ona “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Baş X18 tərəfindən ona “Vətən müharibəsi iştirakçısı” medal verilmişdir. İstifadəsində etibarnamə əsasında Qazel markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili və BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Bərdə rayonu, Həsənqaya kəndində yerləşən iki qardaş kafesinə getmiş, kafedə həmkəndlisi və tanışı Elmir ilə görüşmüşdür. Kafedə oturub yemək yeyərkən spirtli içki pivə və üzümdən çəkilmiş 100 qram meyvə arağı içmişdir. Yeməkxanada olarkən Elmirə gedib oğurluq etməyi təklif etmiş, Elmir də onunla razılaşmışdır. Elmirə yaşadıqları kənddə olan bibisi Zemfiranın və onun əri Zərərçəkmiş şəxs tövləsindən iribuynuzlu heyvanı oğurlayaraq, onun avtomobili ilə aparıb Bərdə rayonu İmirli kəndində yaşayan tanışının tövləsinə qoyacaqlarını, səhəri gün isə aparıb satacaqlarını demişdir. Orada Elmirə tövlədən iribuynuzlu heyvanı çıxarıb kəndin kənarına aparmasını, özünün isə avtomobillə gəlib iribuynuzlu heyvanı birlikdə aparacaqlarını demiş və yeməkxanadan çıxdıqdan sonra idarə etdiyi avtomobillə yaşadığı evə getmişdir. Təxminən aradan bir saat keçdikdən sonra evdə olarkən Elmir onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, ona Zərərçəkmiş şəxs tövləsindən bir baş iribuynuzlu dananı çıxardıb kənddə çəkillik adlanan yerə apardığını və onu həmin yerdə gözlədiyini demişdir. Evdən çıxıb idarə etdiyi Qazel markalı avtomobillə kəndin ərazisində olan çəkillik adlanan yerə getmiş, orada 1 baş iribuynuzlu dananı avtomobilin yük yerinə qoymuş və avtomobili idarə edib Elmirlə birlikdə Bərdə rayonu, İmirli kəndinə getmişlər. Onlar İmirli kəndinə çatanda təxminən saat 02:40 radələri olmuş, orada avtomobildən düşüb tanışı Şahini çağırmış, Şahin evdən çıxdıqdan sonra ona ermənidən bir baş iribuynuzlu dana gətirməsini, Şahinə həmin dananı bu gecə tövləsində saxlamasını və səhər gəlib aparacağını demişdir. Həmin vaxt Şahinə dananın oğurluq olması barədə heç nə deməmişdir. Dananı avtomobilin yük yerindən düşürmüş, Şahin dananı aparıb tövləsində olan bir baş iribuynuzlu inəyin yanına bağlamışdır. xx.xx.2023-cü il tarixdə Şahin onun yaşadığı evə gəlmiş və aparıb tövləsinə qoyduğu dananı aparmasını demişdir. İdarə etdiyi Qazel markalı avtomobillə bibisi Zenfiranı da götürüb Bərdə rayonu, İmirli kəndinə getmişdir. Orada olarkən polis əməkdaşları da həmin yerə gəlmişlər. Orada polis əməkdaşları ona yaxınlaşıb oğurluq hadisəsində şübhəli olduğunu bildirmiş, etdiyi oğurluq hadisəsini onlara danışmış və polislərlə rayon polis şöbəsinə gəlmişdir. Oğurluğu Elmir ilə birlikdə etmiş, bundan heç kimin məlumatı olmamışdır. Başqa heç bir yerdən oğurluq etməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs üzürlü səbəblərə görə iştirak etməmişdir. Məhkəmə CPM-in 317-ci maddəsinə əsasən tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə etməklə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq edilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1992-ci ildən Ağdam rayonu, Başgüneypəyə kəndindən məcburi köçün kimi Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən köhnə mal fermasında məskunlaşıb yaşayır. Yaşadığı evin qarşısında tövlə vardır, tövlədə iribuynuzlu heyvanlar saxlayır. Evin qarşısında olan tövlədə 5 baş iribuynuzlu inək, 2 baş iribuynuzlu erkək dana, 4 baş iribuynuzlu ana camış, 1 baş erkək kəl, 4 baş kiçik kəlçə saxlayır. Həmin iribuynuzlu heyvanlara özü və arvadı qulluq edir. Hər gün səhər tezdən yuxudan qalxanda və axşam yatmamışdan əvvəl tövləyə gedib heyvanlara baş çəkmişdir. Ona məxsus tövlənin qapısı taxta materialdan olmuş, həmin qapının qarşısına daş qoymaqla qapını bağlamışdır. xx.xx.2023-cü il tarixdə yatmamışdan əvvəl axşam saat 22 radələrində tövləyə gedib heyvanlara baxmış və heyvanların hamısı yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində yuxudan qalxdıqdan sonra gedib tövləyə baxmış, tövləyə daxil olandan sonra 1 (bir) baş iribuynuzlu erkək dananın yerində olmadığını görmüşdür. Dananı bağladığı ipinin bir hissəsinin kəsilməsini görmüş, 1 (bir) baş iribuynuzlu erkək dananın oğurlandığını görüb Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, bir müddət sonra polis əməkdaşları evinə gəlmiş, 1 (bir) baş dananın oğurlanması barədə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tövləyə baxış keçirmiş, tövlədə oğurlanmış 1 (bir) baş dananı bağladığı yeri göstərmişdir. Ona məxsus oğurlanmış 1 (bir) baş iribuynuzlu dana boz rəngdə, bir illik və diri çəkisi təxminən 200 kiloqram olmuşdur. Ona dananın oğurlanması nəticəsində 1100 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilərək danası özünə qaytarılmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid göstərdi ki, Ağdam rayonu, Şıxlar kəndindən məcburi köçkün olmaqla hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, İmirli kəndində məskunlaşıb yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi təsərrüfatında iribuynuzlu heyvanlar saxlayır. Bərdə rayonu, Qəhramanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 Qazel sürücüsü kimi tanımışdır. 06 fevral 2023-cü il tarixə keçən gecə saat 02:50 radələrində yaşadığı evdən olan zaman çağrıldığını eşitmiş, evdən çölə çıxdıqda onu çağıranın tanışı Nicat olduğunu görmüşdür. Həmin vaxt Nicat ona ermənidən bir baş dana gətirməsini, dananı bir gecə həyətində olan tövlədə saxlamasını demişdir. O, Nicatın gətirdiyi bir baş dananı bir gecə saxlamağa razılıq vermiş, Nicat yanında gələn sonradan tanıdığı Elmirlə birlikdə dananı avtomobilindən yerə düşürmüşdür. Dananı aparıb həyətində olan tövlədə heyvanlarının yanında bağlamışdır. Bundan sonra Nicat və Elmir avtomobilə əyləşib getmişlər. Səhər polis əməkdaşları gələndən sonra dananın oğurluq olmasını bilmiş, polis əməkdaşları dananı iştirakı ilə sahibinə qaytarmışdır. Nicat eləcə də yanında gələn Elmir ona dananın oğurluq olması barədə heç bir söz deməmişdir. Dananın oğurluq olmasını bilmədiyi üçün bir gecə saxlamağa razılıq vermişdir. Nicat ona dananı satmaq üçün təklif etməmiş və onun dananı almaq fikri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bərdə rayonu, Qəhrəmanlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin qarşısında yerləşən tövləyə baxış keçirilmişdir. Baxış zamanı həmin tövlənin mişar və iri daşlardan tikilməsi, tövlənin giriş qapısının taxta materialdan hazırlanması, tövlənin giriş qapısı üzərinə kilid vurulmaması, tövlədə iri buynuzlu heyvanlar saxlanması müyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs tövlədə bir baş dananı bağladığı yeri göstərmişdir. 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanan bir baş dana Bərdə rayonu, İmirli kəndində yaşayan Şahid məxsus tövlədə aşkar edilmiş və oradan götürülərək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bərdə rayonu, Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs rayon polis şöbəsinə 07 fevral 2023-cü il tarixdə verdiyi ərizədən görünür ki, X5 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış ona məxsus bir baş dana polis əməkdaşları tərəfindən yeri müəyyən edilib ona qaytarılmış, ona dəyən ziyanın tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Bərdə rayonu Alpout kəndində yerləşən mal-qara alqı-satqı bazarı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bir baş, iribuynuzlu, iki yuz kilo diri çəkisi olan erkək cinsli dananın bazarda 2023-cü ilin fevral ayında satış qiyməti 1100 manat təşkil etmişdir. Bərdə rayon mərkəzi xəstəxanası X12 11 aprel 2023-cü il tarixli, PHŞ-6-28/2-402/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda dayanmır. Bərdə rayon mərkəzi xəstəxanası X12 14 aprel 2023-cü il tarixli, 397 və 506 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda dayanmır. Azərbaycan Respublikasə DİN-nin BƏSİİ-dən alınan 13 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasə DİN-nin BƏSİİ-dən alınan 13 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş üzrə verilmiş 03 aprel 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Bərdə rayonu, Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus bir baş dananın oğurlanması müyyən olunmuşdur. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon ərazisində baş verən, açılmamış talama cinayətlərinin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1998-ci ildə Bərdə rayonu, Ərəbçadırı kəndində doğulmuşdur, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatdadır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X1 Raqif Elxan oğlu vasitəsilə özünə məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və digər səlahiyətləri Təqsirləndirilən şəxs2 etibar edir. İş materiallarında olan çıxarış epikrizindən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 müxtəlif xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nın Həsənqaya İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 144 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Qəhrəmanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nın Həsənqaya İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 145 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Qəhrəmanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz və gizli daxil olaraq, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə CMin bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onların təqsirləndirildikləri CM-in maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hər iki təqsirləndirilən şəxslərə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətmələri, bundan başqa Təqsirləndirilən şəxs2 müxtəlif xəstəliklərinin olması və Vətən Müharibəsində iştirak edərək cənab Prezident tərəfindən müxtəlif medallarla təltif edilməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələri onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin etdikləri əməllərindən səmimi peşmançılığını bildirməsi tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onları törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış bir baş dananın Zərərçəkmiş şəxs təhvil verilməsi və beləliklə zərərçəkmiş şəxsə dəymiş 1100 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış bir baş dananın Zərərçəkmiş şəxs təhvil verilməsi və beləliklə zərərçəkmiş şəxsə dəymiş 1100 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar