Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-122/2024 02.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İ qrup əlil, məhkumluğu olmayan, Kəlbəcər rayonu Çayqovuşan kəndində qeydiyyatda olan və Tərtər rayonu Seydimli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 14 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Bərdə rayonu Seyid Yusifli kəndi ərazisindən keçən asfalt yolda sürücülük hüququ və nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsi olmadan, eləcə də sərxoş olmadan idarə etdiyi «VAZ-21013» minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək avtomobili təkərin protektoru yeyilmiş vəziyyətdə idarə edərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək avtomobili yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda avtomobili saatda 70-80 km/saat sürətlə idarə edərək yolun hərəkət zolağının qarşısında sərt döngədə idarəetməni itirib qarşı hissədə yerləşən kiçik həcmli su kanalına düşmüş və ehtiyatsızlıqdan həmin vaxt onun idarə etdiyi avtomobildə arxa sərnişin oturacağının sağ tərəfində əyləşmiş sərnişin Şahid beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyəsinin əzilmiş yarası, burun nahiyəsinin əzilmiş yarası, Vİİ boyun fəqərəsinin yan çıxıntısının və İİİ döş fəqərəsinin cisminin yerdəyişməyən sınıqları ilə nəticələn dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Yenidaşkənd kənd sakini X2 «VAZ-21013» minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin heç bir sənədi olmadığından sənədləşdirmə aparılmamışdır. İ qrup əlil olduğundan ailəsini dolandırmaq məqsədi ilə həmin avtomobillə fərdi qaydada taksi fəaliyyəti göstərmişdir. Lakin həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 14 oktyabr 2023-cü il tarixdə idarə etdiyi «VAZ-21013» minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə müştəri axtararkən Tərtər rayonu ərazisində yerləşən avtovağzalın qarşısında adını sonradan bildiyi Şahid görmüş və sonuncunu Bərdə rayonu Türkmən kəndinə aparmağa 6 manata razılaşmışlar. Şahid onun idarə etdiyi avtomobilin arxa oturacağının sağ tərəfində əyləşdikdən sonra Bərdə rayonuna getmək üçün avtomobili ilə Tərtər rayonu Buruc kəndi istiqamətində hərəkət etmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığından X16 bölməsinin əməkdaşları tərəfindən saxlanılacağını düşünüb Buruc kəndindən keçməklə Bərdə rayonuna getməyə qərar vermişdir. Saat 2250 radələrində idarə etdiyi avtomobil ilə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisindən keçən asfalt yolda təxminən 70-80 km/saat surətlə hərəkətdə olarkən qəflətən qarşıda sərt döngə olduğunu görüb avtomobilin əyləcindən istifadə etsə də, avtomobilin şinləri yeyildiyi üçün avtomobil sürüşərək hərəkət etdiyi istiqamətdə yoldan çıxıb qarşıda yerləşən kiçik həcmli su arxına düşmüşdür. Hadisə vaxtı avtomobildə olan Şahid baş nahiyəsindən xəsarət almışdır. Şahid xəsarət aldığını görüb dərhal avtomobildən düşüb yoldan keçən kənd sakinlərinin köməkliyi ilə Şahid Bərdə Müalicə və Diaqnostika mərkəzinə aparmışdır. Zərərçəkmiş şəxs Şahid müayinə və müalicəsi üçün tələb olunan bütün xərcləri ödəmişdir. Hadisə nəticəsində özünün alın nahiyəsi avtomobilin ön alın şüşəsinə dəydiyi üçün baş nahiyəsindən sıyrıq xəsarətləri almışdır. Hadisədən əvvəl avtomobili saatda 70-80 km/saat surətlə idarə etmişdir. Sürücülük hüququ olmadan avtomobil sürməsinin səbəbi maddi çətinliyinin olması olmuşdur. Səhvini başa düşür, əməlindən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. İ dərəcəli əlildir. Ailəlidir, himayəsində işsiz arvadı və iki nəfər azyaşlı körpə qız uşaqları vardır. Ailəsinin yeganə qazanc gətirəni özüdür. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid ifadəsində göstərdi ki, 14 oktyabr 2023-cü il tarixdə Tərtər şəhərinə qonaq getmişdir. Saat 22 radələrində Bərdə rayonuna yaşadığı evə gəlmək üçün Tərtər şəhəri ərazisində yerləşən avtovağzala getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21013» minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanında dayanıb hara getdiyini soruşmuş, sonuncuya Bərdə rayonu Türkmən kəndinə getdiyini demiş, onlar yol haqqı olaraq 6 manata razılaşmışlar. Avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmiş və yola düşmüşlər. Təqsirləndirilən şəxs Bərdə rayonuna getmək üçün avtomobili Tərtər rayonu Buruc kəndi istiqamətində hərəkət etdirmişdir. Saat 2250 radələrində Bərdə rayonu, Seyid Yusifli kəndi ərazisində hərəkətdə olarkən qəfilətən avtomobil yoldan çıxaraq qarşıda olan kiçik həcmli su kanalına düşmüşdür. Hadisədən sonra bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı üçün huşunu itirmiş və nə baş verdiyini bilməmişdir. Gözlərini açdıqda isə Bərdə Müalicə və Diaqnostika mərkəzində olduğunu, həkimlərin ona tibbi yardım göstərdiklərini görmüşdür. Sonradan bilmişdir ki, onu həkimə Təqsirləndirilən şəxs aparmışdır. Hadisə zamanı baş nahiyəsindən, burun nahiyəsindən, boyun nahiyəsindən və sinə nahiyəsindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs onun müayinə və müalicəsi üçün tələb olunan bütün xərcləri ödəmişdir. İndi artıq səhhəti yaxşıdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur Lakin bu barədə məhkəməyə ərizə vermək istəmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 17 oktyabr 2023-cü il tarixli, 768 saylı Rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sıyrıqları, təpəənsə nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 22 oktyabr 2023-cü il tarixli, 850 saylı Rəydən görünür ki, Şahid bədəni üzərində müyyən edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş yarası, burun nahiyəsinin əzilmiş yarası, Vİİ boyun fəqərəsinin yan çıxıntısının və İİİ döş fəqərəsinin cisminin yerdəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 8/3242 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21013 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs VAZ 21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili təkərin protektoru yeyilmiş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavədə 5-ci hissənin) tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 70-80 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. AD 697163 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21013 minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 12 may 2024-cü il tarixli, 18-1-75/2-686/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər RMX-nın poliklinika şöbəsinin Ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 14 oktyabr 2023-cü il tarixli, 1369 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Bərdə rayonu Seyid Yusifli kəndi ərazisindən keçən asfalt yolda sürücülük hüququ və nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməsi, eləcə də sərxoş olmadan idarə etdiyi «VAZ-21013» minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək avtomobili təkərin protektoru yeyilmiş vəziyyətdə idarə edərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək avtomobili yaşayış məntəqəsində müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətdə idarə etməməli olduğu halda avtomobili saatda 70-80 km/saat sürətlə idarə edərək yolun hərəkət zolağının qarşısında sərt döngədə idarəetməni itirib qarşı hissədə yerləşən kiçik həcmli su kanalına düşmüş və ehtiyatsızlıqdan həmin vaxt onun idarə etdiyi avtomobildə arxa sərnişin oturacağının sağ tərəfində əyləşmiş sərnişin Şahid beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş yarası, burun nahiyəsinin əzilmiş yarası, Vİİ boyun fəqərəsinin yan çıxıntısının və İİİ döş fəqərəsinin cisminin yerdəyişməyən sınıqları ilə nəticələn dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli 249 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Tərtər rayonu Seydimli kəndində müvəqqəti yaşayır və qeydiyyatdadır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Seydimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 iyul 2019-cu il tarixli AZ-İİ 346872 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 26 iyul 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Şəmilzadə soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2019-cu il tarixli AZ-İV 340868 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 28 avqust 2019-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X7, “ana” qrafasında anası kimi X5 qeyd edilmişdir. Bərdə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli AZ-İV 639218 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X9 28 sentyabr 2021-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X5 qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 31 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İşin gerçək hallarından görünür ki, baş vermiş avtonəqliyyat hadisəsindən dərhal sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Şahid hadisə yerinə gəlmiş digər şəxslərin köməyi ilə Bərdə Müalicə və Diaqnostika mərkəzinə çatdırmış, zərər çəkmiş şəxsin müayinə və müalicəsi üçün tələb olunan bütün xərcləri ödəmişdir. O, zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd olunan hal zərər çəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsində təsdiq edildi. Belə ki, zərər çəkmiş şəxs Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, “Təqsirləndirilən şəxs onun müayinə və müalicəsi üçün tələb olunan bütün xərcləri ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Lakin bu barədə məhkəməyə ərizə vermək istəmir.” Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Şahid ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, səhvini başa düşür, əməlindən peşmandır. Bundan başqa Təqsirləndirilən şəxs himayəsində işsiz arvadı və iki nəfər azyaşlı uşağı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ona əlillik müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, ailəsinin yeganə qazanc gətirən şəxsi olması, orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlil olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 21 fevral 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Habelə işdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 20 noyabr 2023-cü il tarixli, 8/3242 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan VAZ-21013 minik markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-122/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-122/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver