Məhkəmə qərarları › İş №1(021)-122/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-122/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-122/2025 04.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 23 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli bilinərək Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tutulmuşdur. 09 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Bərdə rayon X5 bölməsinin müstəntiqi Fərhad Əvəzli tərəfindən icraata qəbul edilməklə istintaq aparılmışdır. 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə Bərdə rayon X5 bölməsinin müstəntiqi Fərhad Əvəzli tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 10 may 2025-ci il tarixdə Bərdə rayon məhkəməsinin hakimi Fərman Abdullayev tərəfində Təqsirləndirilən şəxs barəsində "həbs" qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadələri, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolla, məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, şübhəli şəxsin üstünün yoxlanılmasını özündə əks etdirən video görüntü ilə və digər istintaq sənədləri ilə tam qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, Təbriz küçəsində yerləşən "Qızıltac" şadlıq sarayının qarşısında piyada hərəkətdə olan zaman yerdə şəffaf sellofanın içərisində 01 ədəd kibrit qutusunun olduğunu görüb həmin kibrit qutusunu götürmüş, kibrit qutusunun içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra həmin kibrit qutusunu özü ilə birlikdə götürmüş, həmin gün piyada hərəkətdə olmuşdur. Saat 23 radələrində Bərdə şəhəri, Təbriz küçəsində hərəkətdə olan zaman tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərərək onun barəsində olan qərarla da onu tanış etmişdirlər. Polis əməkdaşları onun üstündə narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmiş, elə həmin anda video çəkiliş etməyə başlamışlar və üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi bildirmişdirlər. O da üzərində olan 01 ədəd kibrit qutusund olan narkotik vasitə qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9,18 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə onun üzərindən aşkar edilmiş kibrit qutusu zərfə qablaşdırılıb götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onu şöbəyə gətirmiş, şöbədə ona vəkil təyin edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona məxsus olan mobil telefon götürülmüşdür. Bundan başqa onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Tutduğu əməldən peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə baxış keçirilərkən onu saxlayan polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantıdır. O, mahiyyəti üzrə bildirmişdir ki, 08 may 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəflərindən 08 may 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ- nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 23:00-da Təqsirləndirilən şəxs tərəflərindən Bərdə şəhəri, Təbriz küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu təqdim etmiş, təqdim edilən 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin "narkotik vasitə" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, narkotik vasitəni başqa bir şəxsə verib-verməməsi barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını, 1 il olar ki istifadə etməyə başladığını və heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni Bərda şəhəri, Təbriz küçəsində "Qızıltac" şadlıq sarayının arxasından dəmiryol reyslərinin yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibri qutusu elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9,18 qram olmuşdur. Sonr həmin kütlə 01 ədəd ağ zərfdə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs qarşı hər hansısa bir qanunsuz hərəkət və ya zorakılıq tətbiq olunub-olunmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət və ya zorakılıq göstərilmədiyini bildirmişdr. Bundan sonra Emin Səfdərovla birlikdə Bərdə RPŞ- nin inzibati binasına daxil olmuşlar və inzibati binada 01 ədəd zərf və 01 ədəd DVD disk X7yə təqdim edilmişdir. Bərdə RPŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd "Corn" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı təyziq və ya zorakılıq göstərilib-göstərilməməsi barədə soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir təyziq və ya zorakılıq göstərilmədiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixdə «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, video fayl 07 dəqiqə 39 saniyə müddətində davam edir. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Təbriz küçəsində üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Üstünün yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim edilən 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin "narkotik vasitə" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, narkotik vasitəni başqa bir şəxsə verib-verməməsi barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını, 1 il olar ki istifadə etməyə başladığını və heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni Bərdə şəhəri, Təbriz küçəsində "Qızıltac" şadlıq sarayının arxasından dəmiryol reyslərinin yaxınlığından tapdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9,18 qram olmuşdur. Sonra həmin kütlə 01 ədəd ağ zərfdə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Polis əməkdaşı Şahid1 tərəfindən ona qarşı hər hansısa bir qanunsuz hərəkət və ya zorakılıq tətbiq olunub-olunmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs isə ona qarşı heç bir qanunsuz hərəkət və ya zorakılıq göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən 01 ədəd mobil telefon və 01 ədəd alışqan aşkar edilmiş və həmin əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 08 may 2025-ci il tarixdə «təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd diskin içərisini açdıqda 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin "VİD_20250508_234812" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 13 dəqiqə 16 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Bərdə RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Piriyev X1 Emin Eldəniz oğlunun xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində saxlanılaraq üstünün yoxlanıldığını, üzərindən 9,18 qram narktoik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürdüyünü bildirmiş, 01 ədəd zərfi və 01 ədəd DVD diski təqdim edərək zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, DVD diskin içərisində isə həmin kütlənin götürülməsi barədə videoçəkiliş olduğunu bildirmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakları ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Ardınca Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 01 ədəd "Keno" markalı siqaret qutusunu, 01 ədəd alışqanı və əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı 01 ədəd "Corn" markalı mobil telefonu təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı Şahid1 tərəfindən şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Corn" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ona qarşı təyziq və ya zorakılıq göstərilib-göstərilməməsi soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı heç bir təyziq və ya zorakılıq göstərilmədiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. 01 ədəd "Keno" markalı siqaret qutusu və 01 ədəd alışqan sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan və nə zaman əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni Bərdə şəhəri, Təbriz küçəsində "Qızıltac" şadlıq sarayının arxasından dəmiryol reyslərinin yaxınlığından xx.xx.2025-ci il tarixdə axşam saatlarında tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, narkotik vasitəni başqa bir şəxsə təqdim edib-etməməsi barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün saxladığını, 1 il olar ki istifadə etməyə başladığını və heç kimə narkotik vasitə vermədiyini, üzərindən aşkar edilmiş narktoik vasitəni tapdıqdan sonra ondan istifadə etmədiyini bildirmişdir. X7 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir zor tətbiq olunub- olunmaması, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin özünə məxsus olub-olmaması barədə soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmadığını və üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin özünə məxsus olduğunu bildirmişdir. İstintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 09 may 2025-ci il tarixli 16/442 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, "Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,23 qram, tədqiqata sərf edildi-0,04 qram qalıq- 6,19 qram. İstintaq materiallarına əlavə edilmiş "MTE və PA" X12 şəxsin Bərdə rayon şöbəsindən alınmış 12 may 2025-ci il tarixli 352 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin İstintaq materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin ekspertlərinə həvalə edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 28 iyun 2025-ci il tarixli 1025 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6,19 qram qalmış bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən bir ədəd DVD disk tərəfimdən qəbul edilmiş 09 iyul 2025-ci il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 6,23 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 08 may 2025-ci il tarixdə saat 23 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Təbriz küçəsində şübhəli şəxs qismində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, təqsirliliyi şahidlərin ifadəsi və cinayət işinin materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 6.19 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30.40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-79/2025 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 6.19 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar