Məhkəmə qərarları › İş №1(021)-123/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-123/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-123/2021 05.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs X9 Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1959-cu ildə Bərdə rayonu Xanxanımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində "X12" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq mikroavtobusun idarə edilməsi üçün müvafiq kateqoriyası, yəni sürücülük hüququ olmadan idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kənd ərazisindən keçən 35-ci kilometrliyində "X12" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməyərək Ağdam rayon istiqamətinin sağ yol çiynindən dayandığı yerdən 20 km.saat sürətlə sola doğru qövsvari hərəkət edib geriyə manevr edən zaman, həmin istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 60 km.saat sürətlə idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə ağ qırıq xətdən sağa doğru 2,8 metr məsafədə Yevlax rayonu istiqamətində olan zolaqda "QAZ 322132" mikroavtobus markalı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan "VAZ 21150" minik markalı avtomobildə olmuş sərnişinlər X1 mil sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs2 sol çiyin nahiyəsinin qançırı, sol diz oynağının əzilmiş yarası, sol kürəkaltı nahiyənin qançırı ilə müşayiət edilən səhhətin qısa müddətə pozulmasına səbəb olan salamlığa yüngül zərər vurmasına, bundan başqa Zərərçəkmiş şəxs1 məxsus "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilə 2093 (iki min doxsan üç) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, lakin mikroavtobus idarə etmək üçün “D” kateqoriyası yoxdur. İdarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, avtomobili etibarnamə ilə idarə etmişdir. 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı avtomobillə yaşadığı evdən kənd ərazisində yerləşən əkin sahəsinə getmək üçün çıxmışdır. Kənddə əkin sahəsində işləyən qonşuları Şahid4, Zöhrənin qızı Şahid6, Şahid3 və Şahid5 götürmüşdür. Sərnişinlər avtomobildə arxada oturmuşlar. Avtomobili idarə edib Yevlax-Ağdam-Laçın yoluna çıxıb Ağdam rayonu istiqamətində hərəkət etmişdir. Şirvanlı kəndində yolun sağ yol çiynində dayanıb orada yerləşən evdə yaşayan əkin sahəsində işləyən Şahid2 götürmüş, sonuncu da mikroavtobusda arxada oturmuşdur. Tahirəni götürdükdən sonra geriyə, Bərdə istiqamətində qayıdıb sahəyə getmişdir. Hərəkətə başlamazdan əvvəl güzgüdən arxaya baxmış, ondan çox uzaqda arxada "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobili görmüşdür. Avtomobilin uzaqda olduğunu görüb fikirləşmişdir ki, gələnə kimi Bərdə rayon istiqamətinə dönüb qayıda bilər. İdarə etdiyi mikroavtobusla dayandığı yerdən 15 km.saat sürətlə sola doğru istiqamətlənmişdir. Dönüb qarşı hərəkət zolağına çıxarkən arxadan gələn "VAZ 21150" minik markalı avtomobil tormozda gəlib qabaq hissəsi onun avtomobilinin sol orta hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı özü və avtomobilində olan sərnişinlər xəsarət almamışlar. VAZ 21150" minik markalı avtomobildə olan iki qadın sərnişin xəsarət almışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. "VAZ 21150" minik markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Öz yolu ilə dönən zaman arxadan gələn avtomobil onun avtomobilini vuraraq toqquşmuşdur. Ona görə də özünü təqsirli bilmir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobil özünündür, etibarnamə ilə idarə edir. Avtomobillə sərnişin daşımaqla məşğul olur. 06 mart 2021-ci il tarixdə səhər saatlarında Bərdə şəhərində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Fidan Məmmədova adlı 3 nəfər qadın sərnişin kimi Bərdə rayonu Kətəlparaq kəndinə işlədikləri məktəbə aparmaq üçün minmişlər. Avtomobili idarə etmiş, həmin qadınlar isə arxada oturmuşlar. İdarə etdiyi avtomobillə 60 km.saat sürətlə Bərdə rayonu Şirvanlı kənd ərazisi ilə yolun sağ zolağı ilə Ağdam rayon istiqamətində hərəkətdə olarkən görmüşdür ki, qarşıda hərəkət istiqamətinin sağ yol çiynində "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobil dayanmışdır. "QAZ 322132" mikroavtobusa çatmağa az qalmış, mikroavtobus sola dönmə işığını yandırmadan qəfildən yolun sağından soluna doğru onun yoluna çıxmışdır. Hadisədən yayınmaq üçün tormoz verib sükanı sola çəkmiş, buna baxmayaraq avtomobilin qabaq hissəsi "QAZ 322132" mikroavtobusun sol yanına dəyərək toqquşmşdur. Toqquşma zamanı özü xəsarət almamışdır. Avtomobilində olan üç nəfər qadınlardan ikisi xəsarət almış, təcili tibbi yardımla xəstəxanaya aparılmışlar. Qarşı avtomobilin sürücüsü və avtomobildə olan qadınlar xəsarət almamışlar. Sonra hadisə yerinə polislər, müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Tərtib edilmiş protokola və sxemə imza etmişdir. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Onun avtomobilinə 2093 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30 iyun 2021-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bərdə rayonu Kətəlparaq kənd orta məktəbində müəllim işləyir. 06 mart 2021-ci il tarixdə səhər saatlarında iş yoldaşları yəni, işlədiyi məktəbdə müəllimə işləyən Zərərçəkmiş şəxs3 və Şahid1 ilə birlikdə Bərdə şəhərindən Bərdə rayonu Kətəlparaq kəndinə işə getmək üçün Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Özü avtomobildə arxada solda oturmuş, Salyə arxada ortada, arxada sağda isə Fidan oturmuşdur. Saat təxminən 0745 radələrində onlar Bərdə rayonu Şirvanlı kəndi ərazisi ilə yolun sağ zolağı ilə Ağdam rayon istiqamətində hərəkətdə olarkən sürücünün avtomobilin sürətini artırıb sürətlə sürdüyünü görüb demişdir ki, avtomobili yavaş sürsün. Birdə onu görmüşdür ki, qarşıda yolun sağından "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobil onların yoluna, qarşılarına dönmüşdür. Anar idarə etdiyi avtomobillə həmin mikroavtobusla toqquşmuşdur. Hadisə nəticəsində özü və müəllim yoldaşı Salyə xəsarət almışlar, Fidan isə xəsarət almamışdır. Onu və Salyəni hadisə yerinə gəlmiş təcili tibbi yardımla Bərdə rayon xəstəxanasına aparmışlar və həkim müayinəsindən keçmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 30 iyun 2021-ci il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Bərdə rayonu Kətəlparaq kənd orta məktəbində müəllim işləyir. 06 mart 2021-ci il tarixdə səhər saatlarında iş yoldaşları Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə Bərdə şəhərindən Bərdə rayonu Kətəlparaq kəndinə işə getmək üçün Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobilinə minmişlər. Avtomobilin arxa oturacağında ortada oturmuş, Ramilə solunda, Fidan isə sağında oturmuşdur. Saat təxminən 0745 radələrində Bərdə rayonu Şirvanlı kəndi ərazisi ilə yolun sağ zolağı ilə Ağdam rayon istiqamətində hərəkətdə olmuşlar. Sürücü avtomobilin sürətini artırmış, iş yoldaşı Ramilə sürücüyə avtomobili yavaş sürməsini bildirmişdir. Birdə onu görmüşdür ki, yolun sağından "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobil onların yoluna qarşılarına dönmüş və avtomobillər toqquşmuşdur. Toqquşma zamanı özü və Ramilə xəsarət almış, lakin Fidan xəsarət almamışdır. Hadisə yerinə təcili tibbi yardım gəlib onu və Ramiləni Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Bərdə rayonu Kətəlparaq kənd orta məktəbində müəllim işləyir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun müəllim iş yoldaşlarıdır. 06 mart 2021-ci il tarixdə səhər saatlarında iş yoldaşları Zərərçəkmiş şəxs3 və Ramilə Nəsbili ilə birlikdə Bərdə şəhərindən Bərdə rayonu Kətəlparaq kəndinə işə getmək üçün Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobilə minmişlər. Özü avtomobildə arxada sağda. Zərərçəkmiş şəxs3 arxada ortada, Zərərçəkmiş şəxs2 isə arxada solda oturmuşdur. Saat təxminən 0745 radələrində Bərdə rayonu Şirvanlı kəndi ərazisi ilə yolun sağ zolağı ilə Ağdam rayon istiqamətində hərəkətdə olmuşlar. Sürücü avtomobilin sürətini artırmış, Ramilə sürücüyə avtomobili yavaş sürməsini bildirmişdir. Həmin vaxt yolun sağından "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobil onların yoluna dönmüş və avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almamış, Ramilə və Salyə xəsarət almışlar. Xəsarət alanları təcili tibbi yardımla Bərdə rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Bərdə rayonu Şirvanlı kənd ərazisində yerləşən əkin sahəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla həmkəndlidir. Sonuncu idarə etdiyi mikroavtobusla onu və digər kənddə yaşayan qadınları əkin sahəsinə işə aparıb gətirmişdir. 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində Arif idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evin yaxınlığına gəlib yolun sağında dayanmışdır. Mikroavtobusda arxada sağ yan tərəfdə oturmuşdur. Mikroavtobusa mindikdən sonra onlar geri əkin sahəsinə qayıdıb getməli olmuşlar. Arif mikroavtobusu idarə edib yolun sağından soluna geriyə dönəndə görmüşdür ki, arxadan "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobil sürətlə gəlib qabaq hissəsi ilə onların avtomobilinin sol yan hissəsindən vurmuşdur. Toqquşma zamanı Arifin avtomobilində heç kim xəsarət almamışdır. "VAZ 21150" minik markalı avtomobildə olan iki qadın isə xəsarət almışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Bərdə rayonu Şirvanlı kənd ərazisində yerləşən əkin sahəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı kənd sakini və sürücü kimi tanıyır. Arif onu və digər işçiləri əkin sahəsinə işə aparıb gətirmişdir. 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində Şirvanlı kəndində Şahid5 ilə birlikdə əkin sahəsinə getmək üçün Arifin idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobilə minmişlər. Sonra qonşu Qullar kəndindən sahədə işçi olan Şahid4 və Zöhrənin qızı Şahid6 götürmüşlər. Onlar avtomobildə arxada oturmuşlar. Avtomobildə arxada üzü qaşıya baxan oturacaqda oturmuşdur. Yevlax-Ağdam- Laçın yoluna çıxıb Şirvanlı kəndində yolun sağ yol çiynində dayanmışlar. Şahid2 mindikdən sonra onlar geri əkin sahəsinə qayıdıb getməli olmuşlar. Arif mikroavtobusu idarə edib yolun sağından soluna geriyə dönmək istəyərkən arxadan gələn "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəlib qabaq hissəsi ilə onun olduğu avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı mikroavtobusda xəsarət alan olmamışdır. Lakin "VAZ 21150" minik markalı avtomobildə iki qadın xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, Bərdə rayonu Şirvanlı kənd ərazisində yerləşən əkin sahəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı kəndin qonşuluğunda yerləşən Şirvanlı kənd sakini və sürücü kimi tanıyır. Arif onu və digər işçiləri əkin sahəsinə işə aparıb gətirmişdir. 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyyat nişanlı avtomobillə onu və sahədə işləyən qızı Şahid6 götürmüş, bundan başqa Şirvanlı kəndində yaşayan əkin sahəsində işləyən Şahid3 və Şahid5 götürmüşdür. Onlar avtomobildə arxada oturmuşlar. Avtomobildə arxada sürücünün arxasında oturmuşdur. Onlar Yevlax-Ağdam-Laçın yoluna çıxıb Şirvanlı kəndində yolun sağ yol çiynində dayanmışlar. Şahid2 mindikdən sonra onlar geri əkin sahəsinə qayıdıb getməli olmuşlar. Arif mikroavtobusu idarə edib yolun sağından soluna geriyə dönmək istəyəndə arxadan "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəlib qabaq hissəsi ilə onların olduğu avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində onların olduqları avtomobildə xəsarət alan olmamışdır. Qarşı avtomobildə iki qadın xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, Bərdə rayonu Şirvanlı kənd ərazisində yerləşən əkin sahəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı kənd sakini və sürücü kimi tanıyır. Sonuncu onu və digər işçiləri əkin sahəsinə işə aparıb gətirmişdir. 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində Şirvanlı kəndində Şahid3 ilə birlikdə əkin sahəsinə getmək üçün Arifin idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 qeydiyyat nişanlı avtomobilə minmişlər. Sonra qonşu Qullar kəndindən sahədə işçi olan Şahid4 və onun qızı Şahid6 götürmüşlər. Onlar Yevlax-Ağdam-Laçın yoluna çıxıb Şirvanlı kəndində yolun sağ yol çiynində dayanmışlar. Şahid2 da mikroavtobusa minmişdir. Tahirə mindikdən sonra geri əkin sahəsinə qayıdıb getməli olmuşlar. Arif mikroavtobusu idarə edib yolun sağından soluna geriyə dönəndə "VAZ 21150" minik markalı 50 DX-253 qeydiyyat nişanlı avtomobil sürətlə gəlib qabaq hissəsi ilə onların olduğu avtomobilin sol yan hissəsindən vurmuşdur. Toqquşma nəticəsində onların olduqları avtomobildə xəsarət alan olmamışdır. "VAZ 21150" minik markalı avtomobildə olmuş iki qadın xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 100 saylı 07 mart 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-sol çiyin nahiyəsinin qançırı, sol diz oynağının əzilmiş yarası, sol kürəkaltı nahiyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06 mart 2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 210 saylı 07 mart 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət- sağ mil sümüyünün yerdəyişməyən sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06.03.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 8/659 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən QAZ-322132 markalı, 53 BA-718 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs mikroavtobusu müvafiq katiqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Ağdam rayon Avtoservizinin direktoru tərəfindən verilmiş rəydən müəyyən olunur ki, VAZ-21150 markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 2093 (iki min doxsan üç) manat maddi ziyan dəymişdir. İş materiallarında olan 300 saylı 06 mart 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair göstərdiyinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərn ifadələri, ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 0745 radələrində "X12" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq mikroavtobusun idarə edilməsi üçün müvafiq kateqoriyası, yəni sürücülük hüququ olmadan idarə etdiyi "QAZ 322132" mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kənd ərazisindən keçən 35-ci kilometrliyində "X12" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməyərək Ağdam rayon istiqamətinin sağ yol çiynindən dayandığı yerdən 20 km.saat sürətlə sola doğru qövsvari hərəkət edib geriyə manevr edən zaman, həmin istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 60 km.saat sürətlə idarə etdiyi "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə ağ qırıq xətdən sağa doğru 2,8 metr məsafədə Yevlax rayonu istiqamətində olan zolaqda "QAZ 322132" mikroavtobus markalı avtomobilin sol yan hissəsindən vuraraq toqquşması, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan "VAZ 21150" minik markalı avtomobildə olmuş sərnişinlər X1 mil sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs2 sol çiyin nahiyəsinin qançırı, sol diz oynağının əzilmiş yarası, sol kürəkaltı nahiyənin qançırı ilə müşayiət edilən səhhətin qısa müddətə pozulmasına səbəb olan salamlığa yüngül zərər vurmasına, bundan başqa Zərərçəkmiş şəxs1 məxsus "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilə 2093 (iki min doxsan üç) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 aprel 2021-ci il tarixli 546 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimayət arasında nümunəvi aparmışdır. Təqsirləndirilən şəxs haqqında kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2 maddi köməklik göstərməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 13 aprel 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınma ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona vurduğu zərərə görə 2093 manatdan 978 manat “Paşa Sığorta” ödədiyinə görə qalan 1115 manat pulun və 1500 manat yollara xərclədiyi pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 iddia tələbini onunla əsaslandırmışdır ki, 06.03.2021-ci il tarixdə saat 0745 radələrində Yevlax, Ağdam, Laçın, yolunun Bərdə rayon Şirvanlı kənd ərazisindən keçən 35-ci kilometirliyində cavabdeh sürücülük hüququ olmadan QAZ-322132 mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətinin sağ yol çiynindən dayandığı yerdən sola əks istiqamətə doğru hərəkət edib geriyə dönərkən onun idarə etdiyi VAZ-21150 minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilli ilə toqquşmuşdur. Göründüyü kimi cavabdehin sürücülük hüququ olmadığından barəsində cinayət işi başlanaraq Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsilə təqsirləndirilmişdir. Paşa Sığorta onun maşınına 1956 manat ziyan hesablamışdır. Həmin pulun yarısı olan 978 manat isə maşında qolu sınan X2 verilmişdir. Halbu ki, onun maşınına 2093 manat ziyan vurulmuşdur. Cavabdeh isə bunların heç birini ödəməmişdir. Həmçinin yollara 1500 manat pul xərcləmişdir. Hesab edir ki, həmin 1500 manatı da cavabdehin təqsiri ucbatından xərclədiyi üçün cavabdehdən alınıb ona verilməlidir. Ümumilikdə cavabdehin ona vurduğu zərər Avtoservis rəyi ilə 2093 (iki min doxsan üç) manat qiymətləndirilmişdir. Göründüyü kimi cavabdeh onun maşınına vurduğu zərərlər aşağıdakılardır və aşağıdakı addadır: Kapot-190 manat, qapab bufer-130 mmanat, qabaq krel 2 x 55 -110 manat, akumlyator - 90 manat, ön alın şüşəsi-50 mmanat, radiator-55 manat, ön fara 2 x 55-110 manat, dumanlı fara-10 manat, ekran-85 manat, vozdukamer-80 manat, su baçoku- 8 manat, əyləcin qlavnı silindiri-30 manat, vakkum-32 manat, ablisovka-3 manat, zaşitnik -20 manat, rol-40 manat, elektrolopus-40 manat, qabaq oturacaqların təmiri-40 manat, işlənən materiallar-200 manat, dəmirçi -400 manat, rəngsaz-300 manat, elektrik-20 manat, çilingər-50 manat, cəmi: 2093 (iki min doxsan üç manat). Cavabdeh ona qeyd edilən məbləğdə zərər vurmasına baxmayaraq bu günə qədər zərəri və ziyanı qarşılamamışdır və vurduğu zərərin əvəzini də ödəmək fikri yoxdur. Bu sadaladıqlarına əsasən cavabdeh maddi ziyanı ödəməyə borcludur. Məcbur qalıb məhkəməyə müraciət edir ki, ona vurulan maddi ziyan ödənilsin. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 1115 manat məbləğində maddi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 1115 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) təqsirli və hüquqa zidd əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) 1115 manat maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İddia tələbinin 1500 manat məbləğində yollara xərclədiyi pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə (mülki iddiaçıya) həmin tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələb həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 02 aprel 2021-ci il tarixli 8/659 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan "QAZ 32213" mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və "VAZ 21150" minik markalı 50 DX- 253 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyan tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 1115 (bir min bir yüz on beş) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan "QAZ 32213" mikroavtobus markalı 53 BA-718 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və "VAZ 21150" minik markalı 50 DX-253 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar