Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-123/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1,69.3-cü maddələri ilə 02 il 05 ay 26 gün müddətə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, M.Müşviq küçəsi ev 59-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə, saat 13 radələrində ayıq vəziyyətdə “B” kateqoriyalı sürücülük hüququ olmaqla ƏN-Vİİİ 584555 nömrəli baş etibarnamə əsasında X17 məxsus “VAZ-21093” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə “Sarayın dairəsi” adlanan istiqamətə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Təqsirləndirilən şəxs bunun əksinə olaraq Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Köhnə bazarın qarşısındakı yolun sağ ehtiyat hissəsindən yolun qarşı tərəfinə keçməkdə olan piyada, 1975-ci il təvəllüdlü X10 avtomobilinin qabaq sağ tərəfi ilə vuraraq sonuncunun sağ qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığından ibarət sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər yetirib ehtiyatsızlıqdan Bahar Mehbalıyevanın sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə, özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, evlidir, rəsmi nikahdan iki övladı var. Ona məxsus olan «VAZ-21093» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobil mülkiyyət hüququ ilə X17 məxsusdur və «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Bərdə şəhəri, Sənaye küçəsində yaşayan, mərhum 1975-ci il təvvəllüdlü X10 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 15 mart 2023-cü il tarixdə, saat 13 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «VAZ-21093» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə Bazar»ın qarşısı ilə üzü «Saray» adlanan dairə istiqamətində saatda 15-20 km-saat surəti ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı mikroavtobus dayandığı üçün avtomobilin surətini biraz da azaldıb mikroavtobusun arxasından çıxıb yola düzələn zaman qəflətən asfalt yolun sağ ehtiyat hissəsindən yolun qarşı tərəfinə keçməkdə olan piyada, Bərdə şəhəri, Sənaye küçəsində yaşayan, mərhum 1975-ci il təvvəllüdlü X10 idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin vaxt avtomobilin əyləcindən istifadə etsə də, lakin avtomobilin qabaq sağ tərəfi ilə Bahar Mehbalıyevanı vurmuş, nəticədə Bahar Mehbalıyeva yerə yıxılmış, dərhal avtomobili saxlayıb yerə düşdükdən sonra Bahar Mehbalıyevaya yaxınlaşmışdır. Bahar Mehbalıyeva ayağa qalxıb ayağının ağrıdığını bilmiş, bundan sonra Bahar Mehbalıyevanı idarə etdiyi avtomobilə qoyub Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. O, hadisə zamanı avtomobildə tək olduğunu, xəstəxanada Bahar Mehbalıyevaya ilkin tibbi yardım göstərildikdən sonra Bahar Mehbalıyevanın sağ qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığını az ağır zərər vurmaya aid xəsarət aldığını öyrənmişdir. X9 müalicə xərcləri ödədiyini, buna görə də X15 almış olduğu xəsarət ilə bağlı ondan hər hansı bir şikayət və tələbinin olmaması barədə 13 aprel 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, bu barədə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən aparılmış material üzrə cinayət məsuliyyətindən azad edilməyi barədə 15 aprel 2023-cü il tarixdə qərar qəbul edildiyini, X7 Qasımlının şikayət ərizəsi ilə tanış olduğunu, hadisə zamanı Bahar Mehbalıyeva xəsarət aldığını, ona köməklik edərək Təcili tibbi yardım maşını ilə Bədrə rayon xəstəxanasına apardığını, orada bütün müayinələrdən keçdikdən sonra ilkin tibbi yardım göstərildiyini, Bahar evə buraxıldığını, orada olan zaman bütün müayinələrdən keçdiyini, lakin heç bir nahiyəsində xəsarət aşkar edilmədiyini, özünü yaxşı hiss etdiyini, sərbəst danışdığını, onun yaşadığı ünvanda olduğunu, hər hansı orqanın ağrıması barədə ona heç bir söz demədiyini, vəfat etməsi hər hansı bir xəstəliyinin olması ilə əlaqəli olduğunu, hadisə zamanı idarə etdiyi avtomobildə heç kimin olmadığını, hadisə vaxtı xəsarət almadığını, Bahar Mehbalıyevaya lazımi köməklik edib, onu təcili tibbi yardım maşını ilə xəstəxanaya apardığını, avtomobili idarə edərkən bütün sənədlərinin olduğunu və həmin vaxtı spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı X9 hüquqi varisi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Tərtər rayonunda anadan olmuş, subaydır, heç bir yerdə işləmir, ailədə iki qardaşdırlar, Bərdə şəhəri Sənaye küçəsində kirayədə yaşayırlar, atası X18 2022-ci ildə rəhmətə getmişdir. X5 onun anasıdır. X26 Bərdə rayonunda yerləşən “Köhnə bazar” adlanan yerdə xadimə işləyir, özü isə anasına köməklik edir. Mahiyyəti üzrə bildirir ki, 15 mart 2023-cü il tarixdə saat 13 radələrində “Köhnə Bazarın” içərisində iş görən zaman orada insanların yola tərəf qaçdıqlarını görüb həmin yerə getmiş, orada X20n yolun hərəkət hissəsində yerə uzandığını görmüşdür. O, anasına yaxınlaşmış, anası ayağa durduqdan sonra sağ ayağının ağrıdığını demiş və anası Bahara xəsarət yetirən ağ rəngli avtomaşın xəstəxanaya aparmışdır. X20 sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “VAZ-21093 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq xəsarət yetirmişdir. Həmin gündən sonra X26 özünü yaxşı hiss etməmiş, bir neçə dəfə müayinə olunması üçün xəstəxanaya aparmış, lakin anası 18 aprel 2023-cü il tarixdə yaşadıqları Bərdə şəhəri Sənaye küçəsində rəhmətə getmişdir. Daha sonra X20 Bərdə rayonu Qaratəpə kənd qəbirsanlığında dəfn etmişlər. O, anasının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından, həmin xəsarətlərdən vəfat etməsi barədə Bərdə rayon Prokurorluğuna ərizə ilə müarciət etdiyini, X20n ölümündə günahı olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, 15 mart 2023-cü il tarixdə, saat 09:00-dan 16 mart 2023-cü il saat 09:00-dək növbə üzrə qrafikə uyğun olaraq xidmətdə olmuşdur. 15 mart 2023-cü il tarixdə saat 15:45 radələrində xidmətdə olan zaman Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Köhnə Bazar» adlanan ərazidən keçən asfalt yolda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumatı Bərdə RPŞ-nin Növbətçi Hissəsindən xüsusi rabitə vasitəsi ilə aldıqdan sonra hadisə baş verən yerə getmiş. Hadisə yerində olan zaman Bərdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid3 və Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 hadisə yerini müayinə etmişlər. Hadisəni törədən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinin fofoşəkillərini çəkmiş, protokol tərtib etmiş, orada zəruri sənədləşdirmə işləri aparmışdır. Hadisə yerində məlum olmuşdur ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs sürülücük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi «VAZ- 21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Bərdə şəhəri, «Saray»ın dairəsi adlan istiqamətdə hərəkət edərkən yolun sağ ehtiyat hissəsindən yolun qarşı tərəfinə yəni, sol tərəfinə keçməkdə olan piyada, Bərdə şəhəri sakini X10 avtomobilinin qabaq sağ tərəfi ilə vurduqdan sonra avtomaşını ilə Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış, xəstəxanada Bahar Mehbalıyevaya tibbi yardım göstərilmişdir. X16 izahatını almaq üçün Bərdə rayon Diaqnostika mərkəzinə getdiyini, orada X4 ayağının xəsarət alması müəyyən olunduğunu, Bahar Mehbalıyevanın müayinəsi zamanı onun hər hansı nahiyəsində əlavə xəsarət aşkar edilmədiyini, dindirən zaman sərbəst danışdığını, başqa xəsarətlər aşkar edimədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı xüsusi rütbəsindədir.Mahiyyəti üzrə bildirir ki, 15 mart 2023-cü il tarixdə, axşam saat 09:00-dan 16 mart 2023-cü il səhər saat 09:00-dək növbə üzrə qrafikə uyğun olaraq xidmətdə olmuş, 15 mart 2023-cü il tarixdə saat 15:45 radələrində xidmətdə olan zaman Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Köhnə Bazar» adlanan ərazidən keçən asfalt yolda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumatı Bərdə RPŞ-nin Növbətçi Hissəsindən xüsusi rabitə vasitəsi ilə aldıqdan sonra hadisə baş verən yerə getmişlər. Hadisə yerində olan zaman Bərdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid3 və Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Şahid4 hadisə yerini müayinə etmiş, hadisə yerində onlara məlum olmuşdur ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs sürülücük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi «VAZ- 21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Bərdə şəhəri, «Saray»ın dairəsi adlan istiqamətdə hərəkət edərkən yolun sağ ehtiyat hissəsindən yolun qarşı tərəfinə yəni, sol tərəfinə keçməkdə olan piyada, Bərdə şəhəri sakini X10 avtomobilinin qabaq sağ tərəfi ilə vurduqdan sonra Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış, xəstəxanada Bahar Mehbalıyevaya tibbi yardım göstərilmişdir. Lakin, X15 xəstəxanadan çıxdıqdan sonra 18 aprel 2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri Sənaye küçəsində yerləşən fərdi yaşayış evindən ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş 15 mart 2023-cü il tarixli “yol-nəqliiyat hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə 15 mart 2023-cü il tarixdə, saat 13 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Köhnə Bazar» adlanan yerdə asfalt yolda baş vermişdir. Qeyd edilən yol nəqliyyatı hadisəsi şəraitində hava gündüz, yolun görünüş dairəsi aydın olmuşdur. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi istiqamətində yolun sağ tərəfində şəhər tipli tikililər, ticarət mərkəzləri vardır, yolun sol tərəfində ticarət obyetkləri yerləşir. Yol asfaltbeton örtükdən ibarət olmaqla düz və qurudur. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin ümumi eni 10 metrdir, sağ və sol hərəkət zolaqlarının hər birinin eni 5 metrdir. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs avtomobili Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində yolun sağ hərəkət zolağında saxlamışdır. Hadisə yerində sürücünün göstərdiklərinə əsasən piyadanın vurulma nöqtəsi müəyyən edilmişdir. Piyadanın vurulma yeri Bərdə şəhəri istiqamətində yol sağ tərəfindən 2 metr məsafədədir. Hadisə yerinə baxış zamanı tormoz izi aşkar edilməmişdir. Yolda hadisə baş verən yerə yaxın məsafədə heç bir hərəkət nişanı yoxdur. X19 idarə etdiyi “VAZ-21093 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əzik sınıq hissələri olmamışdır. Hadisə yerinə baxış zamanı X3 Bahar Tuğay qızını harada idarə etdiyi “VAZ-21093 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmasını göstərməklə istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilərkən sübut əhmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzininin 27 mart 2023-cü il tarixli, 208 nömrəli rəyindən görünür ki, X9 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəni zamanı törənə bilər, törənmə müddəti qərarda göstərilən 15 mart 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, 17 oktyabr 2023-cü il tarixli «meyitə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Bərdə rayonu, Qaratəpə kənd qəbirstanlığında meyiti müayinə etmək üçün qoyulmuş masa üzərində çirkli kəfənə bükülmüş meyit uzadılmışdır. Kəfən çirkli, qaramtıl-ağ rəngdədir, çürümə dəyişikliyinə məruz qalmışdır, əllə asanlıqla cırılırdidilir. Kəfən açıldı. Meyit insan meyiti olub qadın cinslidir, çürümə dəyişikliyinə uğrayaraq, mumfikasiyalaşmışdır. Dəri örtüyü çirkli qaramtıl-qəhvəyimtil rəngdədir, konsistensiyası bərkdir, bəzi yerlərdə isə tamami ilə çürüyərək yoxdur. Başın tükləri qara rəngdədir, uzunluğu 42,0- 42,2 sm-dir, asanlıqla qopur. Başın dərisi yuxarıda qeyd olunduğu kimi quruyaraq sərtləşmişdir, qabıq şəklində kəllə qapağı sümüklərinə yapışmışdır. Əllədikdə kəllə qapağı sümükləri tamdır. Meyitin gözləri çürüyürək yoxdur, göz yuvalarında az miqdarda qaramtıl rəngdə qurumuş bircinsli çürümə qalıqları vardır. Üz skleti sümüklərinin, eləcə də burunun sümük və qığırdaqlarını əllədikdə tamdır. Qulaq seyvanları və dodaqları çürümə dəyişikliyinə uğramışdır. Belə ki, həcmi kiçilmiş formasını itirmişdir. Boyun, döş qəfəsi və qarın nahiyələrində də dəri və dərialtı yumşaq toxumalar mumfikasiyalaşaraq sklet sümüklərinə bitirmişdir. Bəzi nahiyələrdə tamami ilə çürüyərək yoxdur. O cümlədən qarın nahiyəsində dəri və dərialtı yumuşaq toxumalar çürüyərək yoxdur, qarın boşluğu çürüyərək çölə açılmışdır. Xarici cinsiyyət üzvləri çürümə dəyişikliyinə məruz qalmışdır, mumfikasiyalaşmışdır. Lakin qadın cinsinə mənsub olması bilinir. Hər iki yuxarı və aşağı ətraflarda da dəri və dərialtı yumşaq toxumalar mumfikasiyalaşmış, sklet sümüklərinə yapışmışdır. Meyitin xarici müayinəsində çürümə fonunda hər hansı bir xəsarət aşkar edilməmişdir. Bununla da meyitin xarici müayinəsi başa çatdırılmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 8/1688 nömrəli rəyindən görünür ki, «VAZ-21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-nin Bərdə rayonlararası məhəkəmə-tibbi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, X2 ekshumasiya edilmiş meyidinin məhkəmə-tibbi müayinəsinə, əlavə laborator müayinə cavabına, onun adına verilmiş 208 saylı rəydə qeyd olunanlara əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir.
1. X2 meyiti kəskin çürümə dəyişikliyinə uğramışdır.
2. Mərhum X1 müayinəsi zamanı aşkar edilmiş xəsarət-qamış sümüyünün proksimal ucunun tış səthində oynaqdaxili natamam sınığı küt əşyanın təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı piyada olmaqla kimi törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.
3. X2 meyidi kəskin çürümə dəyişikliyinə uğradığından onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir.
4. X2 ölümünün müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2023-cü tarixə uyğundur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-nin məhəkəmə-tibbi ekspertizasının 26 yanvar 2024-cü il tarixli, T 97 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü X9 adına tərtib olunmuş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlinmişdir; 1,2, mərhum B.T.Mehbalıyevanın məhkəmə-tibbi müayinəsi zamanı sağ qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı aşkar olunmuşdur. Mərhum B.T.Mehbalıyevanın meyitinin ekshumasiyası zamanı kəskin çürümə dəyişiklikləri aşkar olunmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 15 mart 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Ölümün xx.xx.2023-cü il tarixdə baş verməsi inkar edilmir. Meytinin müayinəsi zamanı onun kəskin çürümə prosesinə məruz qalması müəyyən edildiyindən ölümün səbəbini təyin etmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş 15 mart 2023-cü il tarixli, 1503 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi»nin aktından görünür ki, X23 15 mart 2023-cü il tarixdə, saat 14:30 dəqiqədə müayinə olunan zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş AC № 133639 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X17 məxsusdur. Cinayət işinə əlavə edilmiş «B» AC 904402 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinə əlavə edilmiş ƏN-Vİİİ № 584555 nömrəli etibarnamənin surətindən görünür ki, «VAZ-21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X17 məxsusdur, həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə saat 23:59-da bitir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakmiyyəti Başçısının Nazırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 may 2023-cü il tarixli, 222 saylı arayışından görünür ki, Bərdə rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla Bərdə şəhərində yaşayan 20 mart 1975-ci il təvəllüdlü X15 18 aprel 2023-cü il tarixdə Bərdə şəhərində vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin 10 may 2023-cü il tarixli məktubundan görünür ki, 18 aprel 2023-cü il tarixdə 20 mart 1975-cü il təvəllüdlü X6 şəhəri, Sənaye küçəsində vəfat etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin daxil olmuş 16 may 2023-cü il tarixli, 18-1-28/2-1333/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-nin Poliklinika şöbəsinin Narkoloji kabinetində xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə «Kannabinoid» qəbulu diaqnozu ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 16 mart 2023-cü il tarixli, 1289 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.Müşviq küçəsi, 59 nömrəli evdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1,69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 19 dekabr 2022ci il tarixli 1(021)-203/2022 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 08 may 2023-cü il tarixdə cinayət işinə əlavə edilmiş X11 Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək 15 mart 2023-cü il tarixdə saat 13 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yolun qarşı tərəfinə keçmək istəyən zaman anası X12 avtomobil vurmuş, nəticədə X26 aldığı xəsarətlərdən 18 aprel 2023-cü il tarixdə ölmüşdür. X13 2022-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı atası Murov Qasımovun, X20n ölüm kağızını, doğum şəhadətnaməsini, şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək X20n vəfat etməsi ilə bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işində hüquqi varisi qismində cinayət prosesinə buraxılmağı xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığna cavabdan görünür ki, 02 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq bildiririk ki, 15 mart 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21093 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkət edərkən yolun sağ ehtiyat hissəsindən yolun qarşı tərəfinə keçməkdə olan piyada, Bərdə şəhəri, Sənaye küçəsində yaşayan X10 vurmuşdur. X15 18 aprel 2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri, Sənaye küçəsində yerləşən fərdi yaşayış evində ölmüşdür. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görmüş digər şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən avtomobilində hər hansı bir şəxs olmamışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi hadisə zamanı Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi «VAZ-21093» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini tam etiraf edərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. 01 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 17 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat tərəfimdən təzələnərək istintaqı aparılmışdır. 18 oktyabr 2023-cü il tarixdə tərəfimdən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 02 noyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı aparılmışdır. 03 noyabr 2023-cü il tarixdə tərəfimdən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 01 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat tərəfimdən təzələnərək istintaqı aparılmışdır. 03 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin məcəllənin 263.1-ci maddəsinə tövsif edilmişdir. 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 04 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. VAZ-21093 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (manat) ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti 05 ay 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza hazırki təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 01 (bir) il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. VAZ-21093 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Ziya Abdullayev