Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-124/2023 21.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakı ilə. Təqsirləndirilən şəxs: xx xxxxxx 1968-ci ildə Bərdə rayonu Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təqsirləndirilir ona görə ki, о, meşə fonduna daxil olmayan ağacı qanunsuz olaraq kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının sonlarında Azərbaycan Respublikası Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin mülkiyyətində olan kənd torpaq sahəsində 01 ədədin diametri 21 sm köküstü yaş, 02 ədədin diametri 23 sm köküstü yaş, 02 ədədin diametri 30 sm köküstü yaş, 01 ədədin diametri 31 sm köküstü yaş, 01 ədədin diametri 34 sm köküstü yaş, 01 ədədin diametri 36 sm köküstü yaş olmaqla ümumilikdə 08 ədəd söyüd ağacı cinsinə və 1 ədədin diametri 17 sm köküstü yaş, 01 ədədin diametri 18 sm köküstü yaş, 1 ədədin diametri 25 sm köküstü yaş, 1 ədədin diametri 29 sm köküstü yaş, 1 ədədin diametri 30 sm köküstü yaş olmaqla ümumilikdə 5 ədəd qovaq ağacı cinsinə mənsub olan ağacları kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 3410 manat məbləğində maddi ziyan vurmuşdur. Bununlа dа, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 259.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Bərdə rayonu Tumaslı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evin qarşısından sukanalı keçir. Həmin kanalın hər iki tərəfində söyüd və qovaq ağacları vardır. Həmin ağaclar inkişaf etdikcə külək əsən zaman bir-birlərinə mane olduqları, evinin hasarına və qaz borularına, eləcədə avtomobilinə ziyan vurduqları üçün ağacları kəsmək qərarına gəlmişdir. 2022-ci ilin noyabr ayının sonlarında motorlu mişarla təxminən 7-8 ədəd söyüd və 5 ədəd qovaq ağaclarını kök hissəsindən kəsmiş, 2023-cü ilin yanvar ayının sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək ağacların kəsildiyi əraziyə baxış keçirdərək akt tərtib etmişlər. Baxış zamanı 1 ədəd daimetri 21 sm, 2 ədəd diametri 23 sm, 2 ədəd diametri 30 sm, 1 ədəd diametri 31 sm, 1 ədəd diametri 34 sm, 1 ədəd diametri 36 sm olan ümumilikdə 8 ədəd köküstə yaş söyüd, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 29 sm, 1 ədəd diametri 30 sm olan ümumilikdə 5 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsi müəyyən edilmişdir. Bundan başqa 1 ədəd quru halda söyüd ağacı da kəsmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 76251 nömrəli akt tərtib olunmuşdur. Həmin vaxt əraziyə Qarayusifli bələdiyyəsinin sədri Şahid2 dəvət olunmuş, həmçinin daha sonra X18 Təsərrüfatı Mərkəzinin əməkdaşları da əraziyə gəlib baxış keçirərək kəsilmiş 13 ədəd ağacın köküstə yaş, 1 ədəd ağacın isə quru olduğunu bildirmişlər. Əməlindən səmimi peşman olmasını və evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində tanınmış 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayının sonlarında 9 saylı RETS-nin rəhbərliyi tərəfindən, Bərdə rayonu Tumaslı kəndi ərazisində qanunsuz ağacların kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar 24 yanvar 2023-cü il tarixdə idarənin digər əməkdaşları Bərdə rayonu, Tumaslı kəndinə getmiş və orada kənd sakini Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yaxınlığında, su arxının kənarında 1 ədəd daimetri 21 sm, 2 ədəd diametri 23 sm, 2 ədəd diametri 30 sm, 1 ədəd diametri 31 sm, 1 ədəd diametri 34 sm, 1 ədəd diametri 36 sm olan ümumilikdə 8 ədəd köküstə yaş söyüd, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 29 sm, 1 ədəd diametri 30 sm olan ümumilikdə 5 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsini müəyyən etmişlər. Bundan başqa ərazidə 1 ədəd quru halda söyüd ağacı da kəsilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 76251 nömrəli akt tərtib olunmuşdur. Həmin əraziyə Qarayusifli bələdiyyəsinin sədri Şahid2 dəvət olunmuş və o, ağacların kəsildiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olduğunu, ağacların kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Daha sonra X18 Təsərrüfatı Mərkəzinin əməkdaşları da əraziyə baxış keçirərək 13 ədəd ağacın köküstə yaş, 1 ədəd ağacın isə quru olduğunu bildirmişlər. Bildirdi ki, Təqsirləndirilən şəxs ağacları kəsmək üçün heç bir qurumdan icazə almamışdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş 3410 manat ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, 2006-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturlarında, 2018-ci il tarixdən 9 saylı ETSİ-nin ƏMMN və EM sektorunun məsləhətçi müfəttişi vəzifəsində çalışır. 2023-cü ilin yanvar ayının sonlarında ona 9 saylı RETSİ-nin rəhbərliyi tərəfindən, Bərdə rayonu Tumaslı kəndi ərazisində qanunsuz ağacların kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar o, 24 yanvar 2023-cü il tarixdə idarənin digər əməkdaşı Şahid3la birlikdə Bərdə rayonu Tumaslı kəndinə getmiş və orada kənd sakini Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yaxınlığında, su arxının kənarında 1 ədəd daimetri 21 sm, 2 ədəd diametri 23 sm, 2 ədəd diametri 30 sm, 1 ədəd diametri 31 sm, 1 ədəd diametri 34 sm, 1 ədəd diametri 36 sm olan ümumilikdə 8 ədəd köküstə yaş söyüd, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 29 sm, 1 ədəd diametri 30 sm olan ümumilikdə 5 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsini müəyyən etmişlər. Bundan başqa ərazidə 1 ədəd quru halda söyüd ağacı da kəsilmişdi. Bununla bağlı xx.xx.2023-cü il tarixli 76251 nömrəli akt tərtib olunmuşdur. Həmin əraziyə Qarayusifli bələdiyyəsinin sədri Şahid2 dəvət olunmuş və o da ağacların kəsildiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olduğunu, ağacların kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Daha sonra X18 Təsərrüfatı Mərkəzinin əməkdaşları da əraziyə baxış keçirərək kəsilmiş 13 ədəd ağacın köküstə yaş, 1 ədəd ağacın isə quru olduğunu bildirmişlər. Ağacların kəsilməsi nəticəsində təbiətə 3410 manat ziyan dəyməsi hesablanmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, 2021-ci il tarixdən X3 vəzifəsində çalışır. Tumaslı kəndi onun inzibati rəhbərlik etdiyi əraziyə aiddir. 2023-cü ilin yanvar ayının sonlarında ona 9 saylı RETSİ-nin rəhbərliyi tərəfindən, Bərdə rayonu Tumaslı kəndi ərazisində qanunsuz ağacların kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar o, 24 yanvar 2023-cü il tarixdə idarənin əməkdaşları ilə birlikdə Bərdə rayonu Tumaslı kəndində kənd sakini Təqsirləndirilən şəxs məxsus yaşayış evinin yaxınlığında, su arxının kənarında kəsilmiş ağacların yerinə baxış keçirilmiş, baxış zamanı 1 ədəd daimetri 21 sm, 2 ədəd diametri 23 sm, 2 ədəd diametri 30 sm, 1 ədəd diametri 31 sm, 1 ədəd diametri 34 sm, 1 ədəd diametri 36 sm olan ümumilikdə 8 ədəd köküstə yaş söyüd, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 29 sm, 1 ədəd diametri 30 sm olan ümumilikdə 5 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsi müəyyən edilmişdir. Bundan başqa ərazidə 1 ədəd quru halda söyüd ağacı da kəsilmişdir. Daha sonra X18 Təsərrüfatı Mərkəzinin əməkdaşları da əraziyə baxış keçirərək kəsilmiş 13 ədəd ağacın köküstə yaş, 1 ədəd ağacın isə quru olduğunu bildirmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixli, 76251 nömrəli akt tərtib olunmuşdur. Ağacların kəsildiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir, ağaclar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Məhkəmə CPM-in 317-ci maddəsinə əsaslanaraq şahid X5 da iştirakı olmadan onun ifadəsini elan və tədqiq etməklə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etdi. Şahid X5 ifadəsindən görünür ki, o da Təqsirləndirilən şəxs ilə oxşar məzmunda ifadə verib onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il tarixli, 9/2941 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 776251 №-li akta əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən müxtəlif diametrli ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma istisna olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 3410,00 manat müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 yanvar 2023-cü il tarixli 76251 nömrəli aktından görünür ki, Bərdə rayon Tumaslı kənd sakini Təqsirləndirilən şəxs ilə aparılan sorğu zamanı o, izahat verərək 1 ədəd daimetri 21 sm, 2 ədəd diametri 23 sm, 2 ədəd diametri 30 sm, 1 ədəd diametri 31 sm, 1 ədəd diametri 34 sm, 1 ədəd diametri 36 sm olan ümumilikdə 8 ədəd köküstə yaş söyüd, 1 ədəd diametri 17 sm, 1 ədəd diametri 18 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 29 sm, 1 ədəd diametri 30 sm olan ümumilikdə 5 ədəd köküstə yaş qovaq ağaclarını kəsməsini bildirmişdir. Bərdə rayonu, Qarayusifli Bələdiyyəsi xx.xx.2023-cü il tarixli, 03 saylı arayış verərək qanunsuz kəsilmiş ağacların yerləşdiyi yerin Bərdə rayon Qarayusifli Bələdiyyəsinin torpaq sahəsi olmasını bildirmişdir. Qeyd olunan ünvanda ağacların qanunsuz kəsilməklə Azərbaycan Respublikası “X1” qanunu pozaraq və Nazirlər Kabinetinin 277 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş normativlərə əsasən təbiətə ziyan dəymiş, ərazidə çəkilmiş foto şəkillər, video görüntünün əks olunduğu DVD disk, Təqsirləndirilən şəxs izahatı və Bərdə rayon Qarayusifli Bələdiyyəsinin xx.xx.2023-cü il il tarixli 03 saylı arayışı akta əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon Alpoud kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 250 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Tumaslı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və 09 nömrəli təsərrüfat başına kitabına əsasən aşağıdakı ailə tərkibi (üzvləri) var: X8 – xx.xx.1976. X9 – xx.xx.1997. X11 – xx.xx.1999. X6 – xx.xx.2001. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə rayon X10 Bölməsinin müstəntiqi, polis baş leytenantı Seymur Musayevin 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu “Yаşıllıqlаrın Mühаfizəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 13-cü mаddəsinin, “Yаşıllıqlаrın götürülməsi qаydаsı” hаqqındа Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 30 аvqust 2016-cı il tаriхli 321 nömrəli qərаrının İİ və İİİ bəndinin tələblərini pоzаrаq 2022-ci ilin noyabr ayının sonlarında Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin mülkiyyətində olan kənd torpaq sahəsində 01 ədədin diametri 21 sm köküstü yaş, 02 ədədin diametri 23 sm köküstü yaş, 02 ədədin diametri 30 sm köküstü yaş, 01 ədədin diametri 31 sm köküstü yaş, 01 ədədin diametri 34 sm köküstü yaş, 01 ədədin diametri 36 sm köküstü yaş olmaqla ümumilikdə 08 ədəd söyüd ağacı cinsinə və 1 ədədin diametri 17 sm köküstü yaş, 01 ədədin diametri 18 sm köküstü yaş, 1 ədədin diametri 25 sm köküstü yaş, 1 ədədin diametri 29 sm köküstü yaş, 1 ədədin diametri 30 sm köküstü yaş olmaqla ümumilikdə 5 ədəd qovaq ağacı cinsinə mənsub olan ağacları kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 3410 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və onun şərti sınaq müddəti ilə tətbiq edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 259.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını və həmin cəzanın təqsirləndirilən şəxsə tətbiq edilə bilməsini, lakin təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayır və buna görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin həmin cəzanın şərti olaraq tətbiq edilməsini cəzanın islah təsiri və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar baxımından hazırki işdə uyğun hesab edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq edib təqsirləndirilən şəxsi şərti məhkum etməklə də cəzanın məqsədlərinə çatmaq olar. CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olması və ailənin yeganə qazanc gətirən şəxs olması daxildir. Məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təbiətə 3410 (üç min dörd yüz on) manat maddi ziyan dəyməsi və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınmalı, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 3410 (üç min dörd yüz on) manat maddi ziyanın olması və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-124/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-124/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver