Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-125/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu İmamqulubəyli kəndində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində yaşadığı Bərdə rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs anası Şahid1 nisyə aldığı unun pulunu istəməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vurub sonuncuya sağ gözün ağlı qişasının qansızması, boğazın sağ və sol yarısında, üzün sağ yarısında çənə bucağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası Şahid1, kiçik qardaşı Zərərçəkmiş şəxs, qardaşının arvadı Şahid2 və azyaşlı 2 övladı ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən evdə yaşayır. Əvvəllər onunla qardaşı Əkrəm arasında heç bir ədavət və ya düşmənçilik olmamış, onlar həmişə qardaş kimi bir-birləri ilə mehriban yola getmişlər. Ancaq Əkrəm təxminən 7 il əvvəl evləndikdən sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Həmin mübahisələrin səbəbi Əkrəmin arvadı Ləmanın anası ilə yola getməməsi, anasının ünvanına təhqiredici ifadələr işlətməsi olmuşdur. Həmçinin Ləman onun barəsində də kənd içərisində rüsvayedici məlumatlar yaymaqla guya evli qadınlardan biri ilə münasibətdə olması, əxlaqsız işlər ilə məşğul olmasını bildirmişdir. Bu səbəbdən tez-tez Ləman ilə anası Təzəgül arasında mübahisələr baş vermişdir. Həmin mübahisələr zamanı qardaşı Əkrəm arvadının tərəfini saxlasa da, özü haqlı olaraq daim anasının tərəfində dayanmış, anasını müdafiə etmişdir. 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində o, evdə olarkən Əkrəm anasına hadisədən təxminən 1 ay əvvəl aldıqları unun pulunu vermək üçün müraciət etmiş, anası isə qardaşına evdəki pulun onun müalicəsinə sərf olunduğunu bildirmişdir. Belə ki, o, 13 fevral 2021-ci il tarixdə ağır əməliyyat keçirdiyindən evdə olan pullar həmin əməliyyata xərclənmişdir. Həmçinin Əkrəm və Ləman dəfələrlə o evdə olmayan vaxt evə qoyduğu pulları götürüb xərcləmişlər. Əkrəm anasından unun pulunu almaq istəyərkən aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Əkrəm anasının boğaz nahiyəsindən tutaraq mətbəx otağından onun yatdığı otağa sürükləyib gətirmiş və anasının ünvanına bir övladın heç vaxt deməməli olduğu ağır söyüşlər söyməyə başlamışdır. Bu zaman Ləman uşaqları ilə birlikdə öz otaqlarında olmuşdur. O, daha Əkrəmin bu hərəkətlərinə dözməyib ayağa qalxmış və anasını qardaşının əlindən almışdır. Həmin vaxt Əkrəm əsəbiləşib anasını söyüb təhqir etməyə başlamışdır. O, da Əkrəmin üz nahiyəsindən tutub kənara itələmiş, ancaq həmin vaxt Əkrəmin hər hansı xəsarət alıb-almadığını bilməmişdir. Bundan sonra isə Əkrəm barəsində Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət etmişdir. Həmçinin o, qardaşı Əkrəmə anasını boğub sürükləməsi və ünvanına təhqiredici ifadələr işlətməsi səbəbindən xəsarət yetirdiyini, hadisə zamanı özündən və qardaşından başqa evdə anası Təzəgülün, qardaşının arvadı Ləmanın və sonuncunun azyaşlı övladlarının olduqlarını, Ləman və uşaqlarının hadisə zamanı otaqlarından çölə çıxmadıqlarını, hadisənin təxminən 4-5 dəqiqə ərzində baş verib bitdiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Təzəgül adlı anası və Əhli adlı qardaşı var. 2015-ci ildə Şahid2 ilə evlənmiş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Əhli ilə arasında olan münasibətlər əvvəllər normal olmuş, hadisənin baş verməsindən əvvəlki son bir ildən çox müddət ərzində pisləşmişdir. Belə ki, Əhli onun evdən çıxmasını istədiyi üçün aralarında problem yaranmışdır. 2021-ci ilin fevral ayında anası Təzəgül ona qardaşı Əhlinin işləmədiyini, çörək bişirmək üçün un olmadığını deyərək onlara un almasını xahiş etmiş və həmin unun pulunu təqaüdünü alanda geri ödəyəcəyini söyləmişdir. Buna görə də o, nisyə şəkildə 50 kiloqram un alıb anasına vermişdir. 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində anası Təzəgülün aylıq təqaüdünü aldığını bildiyindən unun pulu olan 29 manatı istəmişdir. Lakin anası ona “Mən sənə niyə unun pulunu verməliyəm, get sən özün unun pulunu ver” sözlərini demiş, ardınca isə arvadı Ləmanı təhqir edərək arvadını evdən aparmasını tələb etmişdir. Bu zaman anası ilə arasında olan səs-küyə qardaşı Əhli gəlmiş və yumruq-şillə ilə bir neçə dəfə onu vurmuşdur. Həmin vaxt arvadı Ləman özünü yetirib onları aralaşdırmağa çalışmışdır. Sonradan ara sakitləşmiş və o, evin arxa otağına keçmişdir. Əhlinin zərbələrinin təsirindən onun gözü şişmiş, sifətində qızartılar əmələ gəlmişdir. Buna görə də o, hadisə barəsində Azərbaycan Respublikası DİN-in “102” zəng xidmətinə məlumat vermişdir. Bundan başqa o, hadisə zamanı anası Təzəgülü vurmadığını, boğmağa çalışmadığını, anasının hansı şəraitdə xəsarət alması barədə xəbəri olmadığını bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlanları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, gəlini Şahid2 və azyaşlı 2 nəvəsi ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən evdə yaşayır. Əvvəllər onunla oğulları arasında heç bir ədavət və ya düşmənçilik olmamış, ailə üzvləri həmişə mehriban yola getmişlər. Ancaq Əkrəm təxminən 7 il əvvəl evləndikdən sonra Əkrəmin arvadı Ləman onunla dolanmamağa və tez-tez mübahisələr yaratmağa başlamışdır. Həmin mübahisələr zamanı kiçik oğlu Əkrəm arvadının tərəfini saxlasa da, böyük oğlu Əhli haqlı olaraq daim onun tərəfində dayanmış, onu müdafiə etmişdir. 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində o, evdə olarkən Əkrəm hadisədən təxminən 1 ay əvvəl Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidən nisyə şəkildə aldığı unun pulunu vermək üçün müraciət etmişdir. Bu zaman o, Əkrəmə evdəki pulun Əhlinin müalicəsinə sərf olunduğunu bildirmişdir. Lakin Əkrəm ona təqaüdünün pulunu verməsini və aparıb unun pulunu ödəyəcəyini söyləmişdir. Əkrəm ondan unun pulunu almaq istəyərkən aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Əkrəm onun boğaz nahiyəsindən tutaraq mətbəx otağından Əhlinin yatdığı otağa sürükləyib aparmış və ünvanına təhqirlər işlətməyə, ağır söyüşlər söyməyə başlamışdır. Bu zaman Ləman nəvələri ilə birlikdə öz otaqlarında olmuşdur. Əhli daha Əkrəmin bu hərəkətlərinə dözməyib ayağa qalxaraq onu kiçik oğlunun əlindən almışdır. Həmin vaxt Əkrəm əsəbiləşib onu söyüb təhqir etməyi davam etdirmişdir. Buna görə də Əhli Əkrəmin üz nahiyəsindən tutub kənara itələmişdir. Bundan sonra isə Əkrəm Əhlinin barəsində Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Evləndikdən sonra əri və övladları ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən evdə yaşamağa başlamışdır. Qayınanası Şahid1 və qaynı Təqsirləndirilən şəxs də həmin evdə yaşayırlar. Əvvəllər bir neçə dəfə qayınanası və qaynı ilə onların arasında ev məsələsi ilə bağlı mübahisələr yaşanmışdır. Hətta 2019-cu ildə qaynı Əhli onu və ailəsini yaşadıqları evdən qovduğuna görə Bərdə rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən ona ailə üzvləri ilə birlikdə sözügedən evdə yaşamaq hüququ verilmişdir. Bundan sonra arabir qayınanası və qaynı evdə söz-söhbət yaradaraq onların evdən çıxıb getmələrini tələb etmişlər. 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində hamısı evdə olarkən əri Əkrəm qayınanası Təzəgüldən hadisədən təxminən bir ay əvvəl nisyə şəkildə aldığı unun pulunun yarısını verməsini istədmişdir. Ancaq qayınanası bununla razılaşmayıb kobud cavab verdiyinə və evdən getmələrini tələb etdiyinə görə əri Əkrəm ilə aralarında mübahisə yaranmışdır. Bu zaman evdə öz yatdığı otaqda olan qaynı Əhli də həmin mübahisəyə qarışmış və ərini söyüb təhqir etməyə başlamışdır. Mübahisə başlayanda o, azyaşlı övladları ilə birlikdə evin digər otağında olsa da, mübahisənin sonuna yaxın otaqdan çölə çıxmışdır. Mübahisə zamanı Əhli əli ilə Əkrəmin sifət nahiyəsindən vurmuş və dırnağı isə boğazını cırmaqlamışdır. Buna görə də o, yaxınlaşıb Əkrəmi Əhlidən kənarlaşdırmağa çalışmışdır. Bundan sonra Əkrəm Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə hadisə barəsində məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Bərdə rayon şöbəsinin 24 fevral 2021-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasının qansızması, boğazın sağ və sol yarısında, üzün sağ yarısında çənə bucağı nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 21 fevral 2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 06 iyun 2021-ci il tarixli 224 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində yaşadığı Bərdə rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs anası Şahid1 nisyə aldığı unun pulunu istəməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vurub sonuncuya sağ gözün ağlı qişasının qansızması, boğazın sağ və sol yarısında, üzün sağ yarısında çənə bucağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-in 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-125/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-125/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver