Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-125/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 18:00 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 1 mart 1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Kəlbəcər rayonu Babaşlar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki o, 2025-ci ilin aprel ayında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Nifçi kəndində yerləşən torpaq sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi sayı 6 ədəd, ümümi təmiz çəkisi 7,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 26 may 2025-ci il tarixdə saat 18:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş ümumi sayı 6 ədəd, ümumi təmiz çəkisi 7,08 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri Bərdə rayonu Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilən zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadəçisidir. Bundan sonra təxminən bir ay əvvəl o,marixuana əkib becərmək qərarına gəlmiş və buna görədə öz yaşadığı kənd ərazisində olmaması üçün Bərdə rayonu, Nifçi kəndinə getmiş və orada olan əkin sahələrinin kənarında ağaclıq bir yer tapmış və həmin yerdə nəyşə toxumlarını əkmişdir. Bundan sonra o, ağaclığın arasında həmin toxumları əkmiş və su vasitəsi ilə suvarmağa başlamışdır. Sonradan o, bir neçə dəfə həmin toxumları suvarmışdır. 26 may 2025-ci il tarixdə o, yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində olarkən ona mülki geyimli şəxslər yaxınlaşmış, polis əməkdaşları olduqlarını demiş və onun nəyşə əkdiyi barədə məlumat əldə etdiklərini bildirərərk həmin nəyşəni əkdiyi yeri göstərməyini istəmişdilər. Buna görədə o, polis əməkdaşlarını Bərdə rayonu, Nifçi kəndi ərazisində yerləşən əkin sahəsinin kənarına aparmış və bitkini əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları və orada olan mütəxəssisin iştirakı ilə həmin nəyşə kollarına baxış keçirilmiş və daha sonra həmin kollar kökündən çıxarılaraq qablaşdırılmışdır. O, əlavə olaraq bildirmişdir ki, o, 2025-ci ilin aprel ayında öz şəxsi istifadəsi üçün Bərdə rayon Nifçi kəndində yerləşən torpaq sahəsində 06 ədəd narkotik tərkibli çətənə kolları əkdiyini, narkotik tərkibli çətənə kolları əkməyi barədə hər hansı şəxsə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, tanışı Şahid1 yolda meşəlik əraziyə getdiyini görüb çətənə kollarını əkdiyini bilib polis əməkdaşlarına xəbər verdiyini düşündüyü üçün onun adını çəkdiyini, polis əməkdaşlarına xəbər verdiyini zənn edib Sənanın adını çəkdiyini, Şahid1 narkotik tərkibli çətənə kollarından xəbəri olmadığını, bu barədə heç kimə bir söz deməyini, narkotik vasitə hesab edilən nəyşə kollarını tək əkdiyini və su tökərək qulluq etdiyini, tutduğu əməlindən peşman olduğunu bildirmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxslə qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 26 may 2025-ci il tarixdə Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 18:15 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində əkdiyi çətənə bitkilərinin əkdiyi yerə onun, Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X6, Bərdə RPŞ-nin CAB-nin AÜ əməliyyat müvəkkili polis kapitanı Şahid4, Bərdə RPŞ-nın CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 və aqranom Şahid2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndində yerləşən torpaq sahəsini göstərərək, həmin yerdə çətənə kollarını əkməsini bildirmiş, torpaq sahəsinə baxış keçirilən zaman 06 ədəd kök üstündə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini, çətənə bitkilərini toxumlarını əkərək becərməsini bildirmişdir. Bundan sonra aqronom Şahid2 bitkilərə baxmış və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə bitkisi olmasını bildirmişdir. Aşkar edilmiş Çətənə bitkiləri kök hissələrindən çıxarılaraq 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X6, Bərdə RPŞ-nin CAB-nin AÜ əməliyyat müvəkkili polis kapitanı Şahid4, Bərdə RPŞ-nın CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 və Müdafiəçi1 iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən Redmi markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və ifadəsi elan edilmiş Şahid4 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır, həmin şəxslə fəhlə işləyərkən tanış olmuşdur. O, Təqsirləndirilən şəxs öz izahatında göstərdiyi xüsusatlarla bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs ilə heç bir əlbir işi olmamış, onun Bərdə rayonu Nifçi kəndi ərazisində nəşə kollarını əkməyindən xəbəri olmamış, o, Bərdə rayon polis şöbəsinə dəvət olunduqdan sonra Vahidin nəşə kolları əkdiyini bilmişdir. Onu da qeyd edir ki, Vahidin Nifçi kəndi ərazisində torpaq sahəsinə getdiyini görmüş, lakin hara getməyindən, nə əkməyindən xəbəri olmamışdır. Vahidin həmin kənd ərazisinə getməyi ilə bağlı heç kimə heçnə deməmişdir. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışdığını, onun Təqsirləndirilən şəxs nəşə kolları əkməyindən xəbəri olmamış, nə də ki, ona suvarmaqda köməkilik etməmiş, Vahidin həmin əraziyə gəlməsini kənardan görmüş, ancaq həmin ərazidə nə əkməyindən, orada hansı işləri görməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, X12 X4 sektorunun baş məsləhətçisi işləyir. 26 may 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə rayonu, Nifçi kəndində yerləşən torpaq sahəsinə keçirələcək baxışa dəvət etmişdilər. Bundan sonra o, polis əməkdaşları ilə birgə Bərdə rayonu Nifçi kəndində yerləşən torpaq sahəsinə yollanmışdır. Bundan sonra həmin gün saat 18:15 radələrində Bərdə rayonu Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsinə onun, Bərdə RPŞ-nin polis əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində ağacların arasında əkdiyi ümumilikdə 06 ədəd əkilmiş çətənə bitkiləri aşkar edilmişdir. Həmin 06 ədəd kollara baxdıqda kolların çətənə kolları olduğunu, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olması müəyyən edildiyini, həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edildiyini, aşkar edilmiş bitkilər 01 ədəd sintetik kisələrə qablaşdırılaraq ekspertizaya təqdim edilmək üçün götürüldüyünü bildirmişdir. Cinayət işinin materiallarına istinadlar: Məhkəmə-bioloji ekspertizasının 27 may 2025-ci il tarixli 16/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Bərdə rayonu Yeni əyricə kəndində yaşayan Təqsirləndirilən şəxs əkib-becərdiyi ilkin görünüşdən marixuanaya bənzər 06 ədəd kol" sözləri və imzalar olan kisədəki ümumi sayı 6 ədəd, ümumi təmiz çəkisi 7,08 gram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronom) X1 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki gavdada qulluq edilmişdir. Çətənə bitkisi 6 ədəd ümumi təmiz çəkisi-7,08 qram, tədqiqata istifadə olundu cəmi 0,12 qram (hər birindən 0,02 qram) qalıq çəkisi - 6,96 qram. (cild 1, iş vərəqləri 56-59) Mütəxəssis-aqronom X1 26 may 2025-ci il tarixli rəyindən görünür ki, 26 may 2025-ci il tarixdə Bərdə rayon Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində 06 ədəd çətənə kolu aşkar edilmşdir. Aşkar edilmiş çətənə kollarına agrotexniki qavdada qulluq olunması müəyyən edilmişdir. (cild 1, iş vərəqi 23) “Baxış keçirilməsi haqqında” 26 may 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD diskdə əks olunmuş videoçəkilişə məhkəmə iclasında baxış keçirilərkənTəqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndinə yerləşən torpaq sahəsində çətənə kolları əkdiyi yerə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsindən 06 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edildi. Həmin çətənə kollarına bənzər bitkilər proses iştirakçılarının iştirakı ilə kökləri torpaqdan avrıllaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, həmin bitkilərin ona məxsus olduğunu bildirmişdir. Baxışda iştirak etmiş mütəxəssis-aqronom X3 06 ədəd əkilmiş bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin becərildivini, bitkilərin çətənə kolları olduğunu bildirdi. Həmin aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ekspertiza tədqiqi üçün qablaşdırıldı, Daxili İşlər Nazirliyinin 94 nömrəli möhürü ilə möhürləndi və ekspertizaya təqdim olunması üçün iştirakçılar tərəfindən imzalanaraq götürüldü (cild 1, iş vərəqləri 20-21). "Şəxsi axtarış və götürmə haqqında" 26 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə əks olunmuş videoçəkilişə məhkəmə iclasında baxış keçirilməsi zamanı müəyyən olunub ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqləri 40-42). "Redmi markalı mobil telefona baxış keçirilməsi haqqında" 27 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Redmi” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqi 72) "Təqsirləndirilən şəxsin ifadələrini yerində yoxlanması haqqında" 28 may 2025-ci il tarixli protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nifçi kəndində yerləşən torpaq sahəsində 06 ədəd çətənə (kannabis) kolunu əkdiyi yeri təqdim etmişdir (cild 1, iş vərəqləri 90-92). Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Yeni əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyun 2025-ci il tarixli, 269 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni əyricə kəndində yaşayır (cild 1, iş vərəqi 118). Məcburi narkoloji tibbi yoxlamanın 17 iyun 2025-ci il tarixli, 961 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 122) Əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Bərdə rayonu, Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində aşkar edilmiş çətənə kolları satış məqsədi olmadan əkib becərməsi və əkib becərdiyi çətənə kollarını əldə etməsi haqda əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs Bərdə rayonu, Nifçi kəndi ərazisində yerləşən torpaq sahəsində 06 ədəd çətənə kollarını tək əkib-becərmiş, tanışı Şahid1 çətənə kollarının əkib becərilməsində iştirakı olmamışdır. Həmin əkdiyi toxumları hardan əldə etməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 106). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon X5 Hüquqi Şəxsin 25 iyun 2025-ci il tarixli 18-1-28/2-1454/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində və həmin şöbəsinin Ruhi-Əsəb dispanser qeydiyyatında yoxdur (cild 1, iş vərəqi 124). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 iyun 2025-ci il tаriхli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır (cild 1, iş vərəqləri 115-116). Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Təkqaya inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
3. Belə ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
4. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi nəzərdə tutulur.
5. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur.
6. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda tərkibində narkotik maddələr olan çətənə növlü bitki İİİ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən tərkibində narkotik vasitə olan çətənə növlü bitkilərin xeyli miqdarını 3-15 ədəd (6-30 hissə) təşkil edir.
7. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahid ifadələri, cinayət işinə olan “Baxış keçirilməsi haqqında” protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi, mütəxəssis rəyi ilə sübut olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Nifçi kəndində yerləşən torpaq sahəsində 6 ədəd, yəni xeyli miqdarda tərkibində narkotik vasitə olan çətənə bitkisininin kultivasiyası ilə məşğul olmuş, yəni həmin bitkini əkmiş və becərmiş, bununla da Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
9. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
10. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
11. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
12. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə rayonu, Yeni Əyricə kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
13. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 28 may 2025-ci il tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
14. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
15. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nın 1-ci bəndinə əsasən, şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Həmin Qaydanın 6-cı bəndinə əsasən, şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Cinayət işinin materiallarında olan 17 iyun 2025-ci il tarixli 961 nömrəli narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, onun, məcburi müalicəyə ehtiyacı var. Odur ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir.
16. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 6,96 qram tərkibində narkotik vasitə olan çətənə bitkisi məhv edilməlidir.
17. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30.4 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
18. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməlidir.
19. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə rayonu, Yeni Əyricə kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
4. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
5. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.
8. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 6,96 qram tərkibində narkotik vasitə olan çətənə bitkisi məhv edilsin.
9. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
10. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülsün
11. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
12. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Bayram Məhərrəmov