Məhkəmə qərarları › İş №1(021)-127/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-127/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-127/2021 24.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Vaqif küçəsi ev 91-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş 12 (on iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,05 qram, 0,055 qram, 0,049 qram,0,049 qram, 0,066 qram, ,044 qram,0,048 qram, 0,04 qram, 0,034 qram, 0,045 qram, 0,061 qram ümumi çəkisi 0,597 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki,03 (üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,044 qram və 0,016 qram, ümumi təmiz çəkisi 0,104 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 04 aprel 2021-ci il tarixdə saat təxminən 12 radələrində Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 13-cü tağımının əməkdaşlarının taksi kimi fəaliyyət göstərən “VAZ 2107” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə keçirtdikləri yoxlama nəticəsində avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs Bərdə rayonu Ərəblər-Qaraqoyunlu kəndi ərazisindən keçən yolda müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 12 (on iki) ədəd kağız bükümlərdə təmiz çəkisi 0,597 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 03 (üç) ədəd kağız bükümlərdə təmiz çəkisi 0,104 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 02 ildir ki, narkotik vasitələr istifadə edir və hal-hazırda mütamadi olaraq narkotik vasitə olan heroin istifadə edir. Şahid4 bir küçə sakini kimi uşaqlıqdan tanıyır. Onun Natiq ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Natiq halhazırda özünə məxsus VAZ 2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. 02 aprel 2021-ci il tarixdə saat 10 radələrində şəxsi işləri ilə bağlı Yevlax şəhərinə yollanmışdır. O, Yevlax şəhərində şəxsi işlərimi gördükdən sonra günorta saatlarında “Qaraçılar məhəlləsi” deyilən ərazidən keçdikdə yerdə bir ədəd kibrit qutusu görüb, kibrit qutusunu yerdən götürmüşdür. Kibrit qutusunun içərisində bükümlərdə “kakos” deyilən narkotik vasitə heroin, narkotik vasitə olan qurudulmuş marixuan və psixotrop maddə olan metamfetamin olmasını aşkar etmişdir. O, narkotik vasitələrin istifadəçisi olduğundan, tapdığı kibrit qutusunu üzərində gələcəkcə istifadə etməyi üçün götürmüşdür. 04 aprel 2021-ci il tarixdə saat 11 radələrində o, qardaşı Sadiqin tikintidə işlədiyi Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi evdə Sadiqə köməklik etmişdir. Bu zaman o, narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Bundan sonra o, narkotik vasitə istifadə etməkdən ötrü Bərdə rayonunun ərazisində keçən kanalın yanına getmək fikrinə düşmüşdür. Bu səbəbdən o, taksi olan Natiqə zəng etmişdir. Natiq təxminən yarım saat sonra Güloğlular kəndinə gəlmişdir. O, Natiqə onu ilk növbədə Mirzəxan kəndinə avtomobilində narkotik vasitə istifadə etməyindən ötrü aparmasını demişdir. Natiq onun narkotik vasitələrin istifadəçisi olduğunu bildiyindən ona etiraz etməmişdir. Natiq avtomobili Yevlax-Ağcabədi yolu ilə idarə etmişdir. O, cibində olan narkotik vasitələri çıxardıb cibində olan bir ədəd siqaretin tütününü boşaldıb siqaretin içərisinə doldurmuşdur. O, həmin vaxt avtomobilin arxa sağ sərnişin oturacağında əyləşmişdir. Natiq onun narkotik vasitəni istifadə etməyini bilirmişdir. Narkotik vasitə istifadə etdikdən sonra onu yaşadığı evə aparmalı olmuşdur. Lakin bu zaman Bərdə rayonu Ərəblər-Qaraqoyunlu kəndi ərazisindən keçən yolda Natiq avtomobili onun yaşadığı evə doğru idarə etməyə başlamışdır. O, artıq narkotik vasitə istifadə etmişdir. Bu zaman Dövlət yol polisi əməkdaşları Natiqin avtomobili saxlamışlar. Bu zaman Natiq avtomobili saxlamış, o və Natiq avtomobildən aşağı düşmüşlər. Polis əməkdaşlarından o, üzərimdə olan narkotik vasitələrə görə qaçmaq istəmiş, lakin polislər dərhal onu saxlamışlar. Ondan hansı səbəbə qaçmağını soruşduqda, o, üzərində narkotik vasitə olmasını demişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçi dəvət edilmiş və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində olan narkotik vasitələri könüllü olaraq təhvil verməyini təklif etmişlər. O, könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu çıxararaq içini açıb təqdim etmişdir. Bu zaman kibrit qutusunun içərisində olan bükümlər elekton tərəzidə çəkilmişdir. Kibrit qutusunun içərisindən ümumi çəkisi 1,27 qram olan 12 büküm heroin, ümumi çəkisi 0.22 qram olan 3 büküm metamfetamin, ümumi çəkisi 0.69 qram olan 01 büküm tiryək, ümumi çəkisi 0.34 qram olan marixuanan aşkar edilmişdir. Bundan sonra narkotik vasitələr və psixotrop maddələr qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, onun VAZ 2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə o, taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs o, təxminən 2021-ci ilin yanvar ayından müştəri kimi tanımışdır. Onun Vəli ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 04 aprel 2021-ci il tarixdə saat 11 radələrində Vəli ona zəng edərək qardaşı Sadiqə kömək etdiyi Bərdə rayonu Güloğlular kəndində yerləşən işlədiyi evdən götürməsini demişdir. Təxminən yarım saat sonra o, taksi kimi fəaliyyət göstərdiyi avtomobil ilə Vəlini Güloğlular kəndində götürmüşdür. Vəli ona Alpout kəndi istiqamətində avtomobili idarə etməyini demişdir. O, avtomobili həmin kənd istiqamətində idarə etmişdir. Vəli avtomobildə sağ arxa sərnişin oturacağında oturmuşdur. Yolda olarkən Vəli siqarət yandıraraq çəkmişdir. Vəli siqaretini çəkib qutardıqdan sonra onu avtomobilinə Dövlət yol polisi əməkdaşları yaxınlaşaraq avtomobili saxlamağı demişdir. O, avtomobili saxlamışdır. O, avtomobildən düşmüş və bu zaman polis əməkdaşları ona avtomobildə sərnişin olmasını demişlər. Vəlidə bu zaman avtomobildən düşmüş və özünü şübhəli apararaq qaçmaq istəmişdir. Lakin polis əməkdaşları Vəliyə yaxınlaraşaq Vəlini saxlamışlar. Polis əməkdaşları Vəlidən hansı səbəbdən qaçmasını soruçduqda Vəli üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Vəlini polis əməkdaşları polis şöbəsini aparmışlar. Onun avtomobilini isə duracağa yerləşdirmişlər. Sonradan ona polis şöbəsində Vəlinin üzərinə keçirilən şəxsi axtarış zamanı Vəlinin üzərindən narkotik vasitələr və psixotrop maddələrin aşkar edilməsi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, 2004-cu il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. 04 aprel 2021-ci il tarixdə saat 13 radələrində Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 13-cü tağımının inspektoru Şahid3 və Şahid2 polis şöbəsinin inzibati binasına Təqsirləndirilən şəxs gətirirək Vəlinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Bundan sonra polis şöbəsinin inzibati binasında onun, Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 13-cü tağımının inspektoru Şahid3 və Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı Vəli İsmayılovun və müdafiəçinin iştirakı ilə Vəlinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vəli sağ yan cibindən olan kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Kibrit qutusunun içərisindən 12 ədəd bükümlərdə ilk baxışdan narkotik vasitə olan heroinə, 3 ədəd bükümlərdə ilk baxışdan psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan tiryək və 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, 12 ədəd bükümlərdə içərisində ilk baxışdan narkotik vasitə olan heroin bənzər kütlələrin ümumi təmiz çəkisi 1.27 qram, 03 ədəd bükümlərdə içərisində ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər olan kütlələrin ümumi təmiz çəkisi 0.22 qram, 01 ədəd bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlərinin ümumi təmiz çəkisi 0.69 qram və 01 ədəd bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlərinin ümumi təmiz çəkisi 0.34 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitəni və psixotrop maddələri Yevlax şəhəri “Qaraçılar məhəlləsi” deyilən yerdən tapmasını göstərmişdir. Daha sonra bükümlər qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid X7 ifadəsində göstərmişdir ki, o narkotik istifadəçisi deyil. Təqsirləndirilən şəxs tanımır. Ondan narkotik vasitə almamışdır. Çayxanada telefonunu Rauf adlı şəxs evlə danışmaq üçün alıb. Kim ilə mesajlaşmağından və ya danışmağından xəbərim olmayıb. Telefonu qaytaran zaman mesajlar və zənglər silinmiş olub. Məhkəmə istintaqı zamanı Şahid3 ərizə ilə müraciət edərək xidmətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2009ci ildən xidmət edir. 04 aprel 2021-ci il tarixdə saat 12 radələrində o və Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 13-cü tağımının inspektoru Şahid3 ilə birlikdə Bərdə rayonu Ərəblər- Qaraqoyunlu kəndi ərazisindən keçən yolda xidmət apararkən “VAZ 2107” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinin özünü şübhəli aparmasını görmüşlər. Avtomobili idarə edən sürücünü və sərnişinin sənədlərini yoxlamaq məqsədi ilə avtomobili saxlatmışlar. Avtomobil dayandıqdan sonra adının sonradan Natiq olmasını bildiyi sürücü və adının sonradan Vəli olmasını bildiyi sərnişin avtomobildən düşmüşdür. O və Kənan avtomobilə yaxınlaşdıqda Vəli avtomobilin yanından qaçmaq istəmişdir. Lakin o və Kənan dərhal Vəlini saxlamışdır. Vəlidən hansı səbəbə qaçmasını soruşduqda, Vəli üzərində narkotik vasitələrin olmasını bildirmişdir. Bundan sonra Vəlini Bərdə rayon polis şöbəsinə gətirmiş və polis şöbəsinin inzibati binasında onun, Kənanın, CAB-nın əməliyyat müvəkkili Şahid1, Təhqiqat bölməsinin təhqiqatçısı Vəli İsmayılovun və müdafiəçinin iştirakı ilə Vəlinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Vəli sağ yan cibindən olan kibrit qutusunu könüllü olaraq təqdim etmişidr. Kibritb qutusunun içərisindən 12 ədəd bükümlərdə ilk baxışdan narkotik vasitə olan heroinə, 3 ədəd bükümlərdə ilk baxışdan psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan tiryək və 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildi, 12 ədəd bükümlərdə içərisində ilk baxışdan narkotik vasitə olan heroin bənzər kütlələrin ümumi təmiz çəkisi 1.27 qram, 03 ədəd bükümlərdə içərisində ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər olan kütlələrin ümumi təmiz çəkisi 0.22 qram, 01 ədəd bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan tiryəkə bənzər kütlərinin ümumi təmiz çəkisi 0.69 qram və 01 ədəd bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlərinin ümumi təmiz çəkisi 0.34 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitəni və psixotrop maddələri Yevlax şəhəri “Qaraçılar məhəlləsi” deyilən yerdən tapmasını göstərmişdir. Daha sonra bükümlər qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsində 20 yanvar 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin BDYİ-nin YPXA-nın 13-cü tağımının əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim edir, kibrit qutusunun içərisindən 12 ədəd bükümlərdə heroin, 03 ədəd bükümlərdə metamfetamin, 01 ədəd bükümdə tiryək və 01 ədəd bükümdə marixuana aşkar edildi. Həmin bükümlər elektron tərəzidə çəkildi, 12 ədəd bükümlərdə içərisində narkotik vasitə olan heroin olan kütlələrin ümumi təmiz çəkisi 1.27 qram, 03 ədəd bükümlərdə içərisində psixotrop maddə olan metamfetamin olan kütlələrin ümumi təmiz çəkisi 0.22 qram, 01 ədəd bükümdə içərisində narkotik vasitə olan tiryək olan kütlərinin ümumi təmiz çəkisi 0.69 qram və 01 ədəd bükümdə içərisində narkotik vasitə olan marixuana olan kütlərinin ümumi təmiz çəkisi 0.34 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitəni və psixotrop maddələri tapmasını göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 05 aprel 2021-ci il tarixli 16/315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə” sözləri olan kağız paketdə, 1(bir) ədəd kibrit qutusunda olan 12 (on iki) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,05 qram, 0,055 qram, 0,049 qram, 0,049 qram, 0,066 qram, 0,044 qram, 0,048 qram, 0,04 qram, 0,034 qram, 0,045 qram, 0,061 qram, ümumi təmiz çəkisi 0,597 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin kağız paketdəki 3 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,044 qram, 0,016 qram, ümumi təmiz çəkisi 0,104 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,632 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə, tütünlə birlikdə ümumi təmiz çəkisi 0,11 qram tütündən ayrıldıqdan sonra təmiz çəkisi – 0,02 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14 may 2021-ci il tarixli 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heoroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicə Bakı şəhəri Respublika narkoloji mərkəzdə aparılır. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 28 aprel 2021-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99470 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Ceyhun Mirzəzadəyə: “Qaqa nəyinsə var 10 manatlıq, gəlim götürüm...Salam qaqa, yarım varındı?...”-sözləri olan yazışmalar var. Bundan başqa Ceyhun Mirzəzadənin istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99451 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Ceyhun Mirzəzadəyə: “Niye belə eləyirsən Zaurdu, qıram yarım götürüm, camaatın pulu məndədi... Yoxdusa telefonu ac, camaatın pulun qaytarım”-sözləri olan yazışmalar var. Bundan başqa Ceyhun Mirzəzadənin istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99455 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Ceyhun Mirzəzadəyə: “Qaqa salam. Zəng eləyə bilərsən mənə. O tərəfə gəlib qayıtmaq istəyirəm. Alınar bişey. Hə ya yox denən”-sözləri olan yazışmalar var. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş 12 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,597 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,104 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd kağız bükümdə 0,02 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,001 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş olmuş 26 may 2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrinin satmış olduğu şəxslərin əhatə dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar etdilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi haqda əməliyyat məlumatı əldə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, 04 aprel 2021-ci il tarixdə saat 13:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru X10ru tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 05 aprel 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 06 aprel 2021-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon məhkəməsinin hakimi Qamət Əbilov tərəfindən 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. 05 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş 12 (on iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,05 qram, 0,055 qram, 0,049 qram, 0,049 qram, 0,066 qram, 0,044 qram, 0,048 qram, 0,04 qram, 0,034 qram, 0,045 qram, 0,061 qram ümumi çəkisi 0,597 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 3 (üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,044 qram və 0,016 qram, ümumi təmiz çəkisi 0,104 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 04 aprel 2021-ci il tarixdə saat təxminən 12 radələrində Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 13-cü tağımının əməkdaşlarının taksi kimi fəaliyyət göstərən “VAZ 2107” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildə keçirtdikləri yoxlama nəticəsində avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs Bərdə rayonu Ərəblər-Qaraqoyunlu kəndi ərazisindən keçən yolda müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 12 (on iki) ədəd kağız bükümlərdə təmiz çəkisi 0,597 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 03 (üç) ədəd kağız bükümlərdə təmiz çəkisi 0,104 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,02 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etsədə, öz müdafiəsi üçün öz ifadəsində və cinayət işinin materialları ilə tanış olduqdan sonra özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qismən təqsirli bilməsini, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamasını, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini dəlil gətirmiş, lakin şahid ifadələri, baxış protokolları, əməliyyat tapşırığına cavabla onun bu dəlilini təkzib edilmiş, müvafiq olaraq 06 aprel 2021-ci il tarixdə və 10 iyun 2021-ci il tarixdə müstəntiq tərəfindən qəbul edilmiş qərarla özünü müdafiə xarakterli kimi qiymətləndirilərək rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyaraq məsuliyyətdən və cəzada yayınmaq məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərində təqsirləri özünün ziddiyyətli ifadələri ilə yanaşı, şahid ifadələri və işin digər materialları ilə təsdiq olunaraq, ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə təqsilrəndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlləri hər birinə münasibətdə düzgün tövsif etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Həmçinin humanizm insanı bir dəyər olaraq şəxsiyyət kimi qəbul edən, onun ləyaqətinə hörməti, ictimai tərəqqinin məqsədi olaraq insanın rifahına təsir edən əxlaqi mövqedir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduğu halda, ona sansksiya həddində ən yüngül və eləcə də ən ağır həddə cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini qismən etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən еdilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 04 aprel 2021-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 04 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 12 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,597 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,104 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd kağız bükümdə 0,02 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,001 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60.80 (altmış manat 80 qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, 12 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,597 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,104 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,074 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd kağız bükümdə 0,02 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,001 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat 80 qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar