Məhkəmə qərarları › İş №1(021)-127/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-127/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-127/2023 17.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Ağcabədi rayonu, Hüsülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, 14 oktyabr 2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hömkü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il azadlıqdan məhrum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş, Ağdam şəhəri, M.Qorki küçəsi ev 1/17-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonunun Alaçadırlı kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin hasarınıdan evin həyətinə, oradan isə qonaq otağının pəncərəsinin şüşəsini çıxarıb oradan yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında divanın üzərində olmuş Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində bir ədəd Samsung Galaxy A 02 markalı mobil telefonunu, əl çantasından 5 manat, masanın üzərindəki qənd qabının alt hissəsində olan 150 manat, oğlu X5 divanın üzərinə qoyduğu şalvarının cibindən isə 9 manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 452 (dörd yüz əlli iki) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 noyabr 2022-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin hasarınıdan evin həyətinə, oradan isə yataq otağının pəncərəsini daşla sındırıb oradan yaşayış evinə qanunsuz daxil olaraq yataq otağında termonun üst siyirməsində olmuş Zərərçəkmiş şəxs1 məxsus 680 (altı yüz səksən) manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 8 qramlıq 585 əyyarlı qızıl boyunbağını, həmin otaqda uşaq çarpayısının üzərinə yığılmış yorğan-döşəklərinin arasında olmuş 250 manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 930 (doqquz yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, Ağcabədi şəhərində anadan olmuşdur, Ağdam şəhəri, M.Qorki küçəsi ev 1/17-də qeydiyyatda olmaqla hazırda Bərdə rayonu Meşəçilik İntitutunda mərhum nənəsi Gülarə Əliyevanın evində yaşayırş. Ailəli olmaq 4 yaşında bir qızı vardır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağdaş rayonunda oğurluq etmiş, Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. 22 oktyabr 2022-ci il tarixdə cəza çəkmə müəssisəsindən azad olunmuşdur və cəza çəkmə müəssisəsindən azad olduqdan sonra Bərdə rayonuna gəlmişdir. Bir neçə gün keçdikdən sonra pulun qurtardığı üçün oğurluq etmək qərarına gəlmişdir. 29 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurluq etmək məqsədilə, evin hasarından keçib yaşayış evinə tərəf getmişdir. Yaşayış evinin pəncərəsinin şüşəsini çıxarıb evə daxil olmuş, əvvəl evin içərisində boş otaqda divanın üstündə enerji naqilinə taxılmış mobil telefonu götürmüş, sonra isə evi axtarmağa başlamışdır. Evin qonaq otağında stolun üzərində olan qənd qabının altında 150 manat pul olduğunu görüb götürmüşdür. Daha sonra pul qabının içindən 5 manatı və evdə olan şalvarın cibindən 9 manat pulu götürmüşdür. Evdən daha heçnə götürmədən daxil olduğu pəncərədən çıxmış, əldə etdiyi 164 manat pulu öz ehtiyacı üçün xərcləmiş, oradan götürdüyü mobil telefonu isə Ağdam rayonunda tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə hasardan keçməklə daxil olmuş, sonra yaşayış evinin otağının pəncərə şüşəsini çıxartmış, pəncərənin arxasında olan kilidi açıb pəncərədən evə keçmişdir. Həmin oğurluğu özüm etmişəm heç kimin məlumatı olmamış, oğurluq etdiyini heç kim görməmişdir. Həmin vaxt gecə olduğundan heç kim olmamışdır. X6 A 02 markalı mobil telefonun oğurluq olmasından telefonu satdığı şəxsin xəbəri xəbəri olmamış, ona mobil telefonun özünə məxsus olduğunu demişdir. O, X6 A02 markalı mobil telefonu Ağdam rayonu Quzanlı qəsəbəsində tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa o, bir neçə gün keçdikdən sonra pulu qurtardığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. 06 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Təbriz küçəsi ilə piyada gedərkən bir evdə işıqların yanmadığını görmüş, həmin evdən oğurluq etmək etmək məqsədilə evin küçə tərəfdən olan hasarından keçib yaşayış evinə tərəf getmişdir. Yerdən daş götürüb yaşayış evinin yan tərəfində olan pəncərəsinin şüşəsini qırmış, yaşayış evinə pəncərədən daxil olmuş, yaşayış evinə pəncərədən daxil olarkən şüşənin qırıqları hər iki əlini kəsmışdır. Yaşayış evinin içərisinə daxil olduqdan sonra birinci yataq otağını axtramağa başlamış, yataq otağında olan termomun alt sürməsindən 1 ədəd qızıl boyunbağı tapmışdır. Bundan sonra yataq otağında olan uşaq çarpayısının üzərində olan yorğan döşəklərin arasından 1 ədəd qızıl boyunbağını və 250 manat pulu əynində olan şalvarın cibinə qoymuşdur. Evin digər otaqlarını uşaq otağını, qonaq otağını və mətbəxi axtarmış, başqa heç nə tapa bilməmişdir. Daha heçnə götürmədən daxil olduğu pəncərədən evdən çıxmış, əldə etdiyi 250 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Evdən götürdüyü 1 ədəd qızıl boyunbağını isə 2 gün sonra Ağcabədi rayonuna gedib orada tanımadığı bir nəfər şəxsə 150 manata satmışdır. Pulu qurtardıqdan sonra Ağcabədi rayonu Taxta Körpü adlanan ərazidə Əjdər adlı şəxsin fermasında çobanlıq edib, həmin vaxtdan fermada qalmışdır. xx.xx.2023-cü il tarixdə o, Ağcabədi rayonunda Taxta Körpü adlanan ərazidə Əjdər adlı şəxsin fermasında olarkən polis əməkdaşları gəlmiş, onu axtarışda olduğu üçün gətirib polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsində olarkən Bərdə rayonu Təbriz küçəsindən etdiyim oğurluq hadisəsini etiraf etmişdir. ünvan 2-də yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə hasardan keçməklə daxil olmuş, yaşayış evinin otağının pəncərəsinin şüşəsini daşla sındırmış və pəncərədən yaşayış evinə daxil olmuşdur. Həmin oğurluğu özü etmiş, heç kimin məlumatı olmamış, oğurluq etməsinə heç kim köməklik göstərməmişdir. Onun oğurluq etdiyini heç kim görməmiş, gecə olduğundan heç kim olmamışdır. Oğurladığı 1 ədəd qızıl boyunbağının oğurluq olmasından boyunbağını satdığı tanımadığı şəxsin xəbəri olmamış, ona həmin qızıl boyunbağının özünə məxsus olduğunu demişdir. O, oğurladığı 1 ədəd qızıl boyunbağını Ağcabədi şəhərində Üçbulaq adlanan yerin yaxınlığında tanımadığı şəxsə 150 manata satmışdır. Qeyd etdiyi oğurluq hadisələrindən başqa heç bir yerdən oğurluq etməmişdir. Etdiyi əməllərdən peşimandır. Ona vaxt verilsə, azadlığa çıxıb vurulmuş ziyanları ödəyəckdir. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri və anası X3 ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdə yaşayır. X9 Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsində sürücü işləyir. 05 noyabr 2022-ci il tarixdə anası Marusa Əliyeva Bakı şəhərinə qonaq getmiş, özü isə həmin tarixdə Bərdə rayonu, Mustafağalı kəndində yerləşən pambıq məntəqəsində xidmətdə olmuşdur. Həmin gecə xidmətdə olduğuna görə ailə üzvlərini Bərdə rayonu, Mustafağalı kəndində yaşayan qaynatasının evinə aparmışdır. Evdən gedərkən özlərinə məxsus olan qızıl-zinət əşyaılarını aparmış, evdə yalnız bir ədəd qızıl boyunbağı qalmış, evdən çıxanda evin işıqlarını ümumi ışıqdan ayırıb işıqları keçirmışdır. 06 noyabr 2022-ci il tarixdə səhər işdən çıxıb yaşadığı evə gəlmış, evin qapısını açıb içəri daxil olduqda yataq otağının dağılmış vəziyyətdə olduğunu görmüşdür. Yataq otağına keçəndə otağının küçə tərəfdən olan pəncərə şüşəsinın sınmasını, sınmış aliminium pəncərənin üzərində və pəncərənin qarşısına asılmış pərdənin üzərində qan izlərinin olduğunu görmüş və dərhal 102 xidmətinə zəng edinb yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Aradan biraz keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlmış, ilk olaraq yaşadığı evdən 50-60 manat pulun oğurlanması barədə ərizə yazıb vermişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmış və onlar getdikdən sonra özü evdə olan əşyaları yoxlamağa başlamışdır. Sonradan ona yataq otağında olan güzgüaltının sürməsinin birinci gözündə olan bir ədəd 8 qram çəkidə qızıl boyunbağının və yataq otağında uşaq çarpayısının üzərində yığılmış yorğan döşəklərin arasında olan cəmi 250 manat pulun oğurlanması məlum olmuşdur. Evdən bundan başqa əşya oğurlanmamış, yaşayış evinizdən 1 ədəd 8 qram çəkidə qızıl boyunbağının və 250 manat pulun oğurlanmasında heç kimdən şübhələnmir. Evindən oğurlanan 1 ədəd 8 qram çəkidə qızıl boyunbağı qiyməti təxminən 600 manat dəyərindədir. Ümumilikdə ona 850 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs cavan olmasını nəzərə alıb onun barəsində qanunamüvafiq qaydada yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Alaçadırlı kəndində kirayədə yaşayır və hazırda heç bir yerdə işləmir. Ayın sonu olduğundan topladığı 150 manat kirayə haqqını evin girış otağında olan qəndqabının alt tərəfində qoymuş və 29 pktyabr 2022-ci il tarixdə pulu aparıb ev sahibə vermək istəmişdir. 29 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində yuxudan oyanmış, giriş otağına keçəndə otağın pəncərəsinin açıq olmasını görmüşdür. Pəncərəni örtəndə şüşənin yerində olmadığını görmüş, həyətə çəxanda pəncərənin şüşəsinin çəxarılıb yerə qoyulduğunu bilmişdir. Dərhal evə keçib axşamdan stolun üzərində qənd qabının alt tərəfinə qoyduğu 150 mana pula baxmış, həmin vaxt pulun yerində olmadığını görmüş, telefonu götürüb DİN-102 xidmətinə zəng etmək istəmişdir. Lakin özünə məxsus qırmızı rəngli Sansung Galaxy A 02 mobil telefonun da yerində olmadığını görmüş və oğlu Mehracın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlb evə baxış keçirmiş, daha sonra evi axtardıqda oğlu Mehracın şalvarının cibindən 9 manat pulun və əl çantasında olan 5 manat pulun da oğurlandığını bilmişdir. Evindən pulun və mobil telefonun oğurlanmasında heç kimdən şübhələnmir. Ona məxsus oğurlanan mobil telefonun dəyəri 288 manatdır. Ona ogurluq nəticəsində ümumilikdə 452 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsini tələb edir. Ziyan ödənilmədiyi təqdirdə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, Ağdam şəhəri Fizuli küçəsi ev 136-da qeydiyyatda olmaqla, hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsi 689 saylı qəsəbədə 531 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. X17 markalı ** RF *** dövlət qeydiyyat nişanlı minik avtomobili var və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olura. 29 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı bir nəfər şəxs yaxınlaşaraq yol getməsi üçün mobil telefonu satmaq istədiyini demişdir. Həmin şəxsi tanımadığı və əlində olan mobil telefonun oğurluq olmasından şübhələnib tərəddüt etmış, lakin həmin şəxs ona mobil telefonun özünə məxsus olduğunu və telefonun oğurluq olmadığını bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmış, sonuncu şəxsiyyət vəsiqəsini mobil telefon vasitəsilə göndərəcəyini demişdir. Qızı 9-cu sinif şagirdi Şahanənin hazırlıq kursuna getməyinə və dərslərinin hazırlamasına lazım olduğu üçün həmin mobil telefonu almaq qərarına gəlmişdir. Sonradan adının İlkin olduğunu bildiyi şəxs mobil telefonu 50 manata satacağını demişdir. O, Samsung Galaxy A02 markalı mobil telefonu İlkindən 50 manat pula almış, mobil telefonu aldıqdan sonra qaleriyasında olan şəkillərə baxmış, artıq həmin vaxt telefonun İlkinə məxsus olmadığını bilmiş və ona İlkinin satdığı mobil telefonun oğurluq yolu ilə əldə edilməsi məlum olmuşdur. Özü həmin mobil telefonda olan nömrələrə zəng etmiş və dərhal polis şöbəsinə gəlmişdir. Hal-hazırda Samsung Galaxy A02 markalı mobil telefon özündə olmaqla stintaqa təqdim etmək istəyir. Əvvəldən İlkinin satdığı mobil telefonun oğurluq olmasından xəbəri olmamışdır. İlkin pulu olmadığı üçün mobil telefonu satıb yol pulu edəcəyini bildirmişdir. Cinayət işinin materialına əlavə edilmiş 06 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilmə protokoldan aydın olur ki, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısının metaldan hazırlanması, evin yataq otağında olan pəncərə şüşəsinin sındırılması, otaqda olan əşyaların dağıdılması müəyyən olunmuş və pəncərə üzərində olan əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin materialına əlavə edilmiş 29 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirmə protokoldan aydın olur ki, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin mışar daşlarından hörülməsi, üç otaqdan ibarət olması müəyyən olunmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 evin girişində olan qonaq otağının pəncərəsini göstərib, naməlum şəxsin pəncərənin şüşəsini çıxardaraq, pəncərədən evə daxil olmasını, evdən 164 manat məbləğində pulu və bir ədəd mobil telefonu oğurlamasını bildirmişdir. Cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs istintqa verdiyi ifadəsi 07 mart 2023cü il tarixdə, onun göstərməsi ilə ünvan 2 ünvanda yerləşən evdə yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs hasardan evin həyətinə keçdiyi, evin yataq otağında şüşəsini sındırdığı pəncərəni, evə daxil olduğu pul və qızıl boyunbağını götürdüyü yerləri əyani olaraq göstərmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintqa verdiyi ifadəsi 07 mart 2023-cü il tarixdə, onun göstərməsi ilə Bərdə rayonu Alaçadırlı kəndində yaşayan X4 yaşadığı evdə yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs dəmir şiferlərin üzərindən evin həyətinə keçərək, daha sonra yaşayış evinin pəncərəsindən yaşayış evinə daxil olaraq, evdən 1 ədəd Samsung Galaxy A02 markalı mobil telefonu və 164 manat pulu götürdüyü yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materialına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd Samsung Galaxy A02 markalı arxası qırmızı rəngli mobil telefon götürülmüşdür Cinayət işinin materialına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli əşyanı tanınmaya təqdim etmə qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 4 ədəd Samsung markalı mobil telefonların içərisindən 01 ədəd Samsung Galaxy A02 markalı mobil telefonun ona məxsus olduğunu göstərmişdir. Cinayət işinin materialına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası X13 04 may 2023-cü il tarixli, PHŞ-531 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMXnın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan 26 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə əazadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, həmin məhkəmənin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş bir gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materialına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhər sakini Zərərçəkmiş şəxs1 evindən oğurladığı bir ədəd qızıl boyunbağını satdığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı “Samsung Galaxy A02” mobil telefonu Ağdam rayon sakini Şahid satmış və sonuncu tərəfindən həmin mobil telefon istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin oğurluq hadisələrini törətməkdə kənar şəxs kömək etməmişdir. Onun rayon ərazisində baş verən, açılmamış talama cinayətlərinin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materialına əlavə edilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 25 yanvar 2023-cü il tarixli 9/9400 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Türkiyə istehsalı olan 8 qram 585 əyar qızıl boyunbağının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 680,0 manat müəyyən edilir. Cinayət işinin materialına əlavə edilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 28 dekabr 2023-cü il tarixli 9/8201 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung Galaxy A02” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə dail edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən edilir. Cinayət işinin materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar idarəsinin 27 aprel 2023-cü il tarixli 23/327 nömrəli rəyində göstərilmişdir ki, 06 noyabr 2022-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsi, ev 54-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 15 ədəd kağız parçasının üzərinə yapışdırılmış 15 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 18 ədəd əlbarmaq və 02 ədəd ovuc içi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 15 ədəd əl-barmaq izi xx xxxxx 1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, şəhadət (02 dəfə), orta (02 dəfə), adsız, sol əlinin böyük (02 dəfə), şəhadət, orta, adsız (03 dəfə) və çeçələ (02 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq və 02 ədəd ovuc içi izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin materialına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Samsung Galaxy A02 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin materialına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2021cü il tarixli 1(014)-108/2021 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonunun Alaçadırlı kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin hasarınıdan evin həyətinə, oradan isə qonaq otağının pəncərəsinin şüşəsini çıxarıb oradan yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında divanın üzərində olmuş Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində bir ədəd Samsung Galaxy A 02 markalı mobil telefonunu, əl çantasından 5 manat, masanın üzərindəki qənd qabının alt hissəsində olan 150 manat, oğlu X5 divanın üzərinə qoyduğu şalvarının cibindən isə 9 manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 452 (dörd yüz əlli iki) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Lakin məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləği 452 manat deyil 364 manat təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd Samsung Galaxy A 02 markalı mobil telefonunun dəyəri məhkəmə-əmətəəşünaslıq ekspertizasının 28 dekabr 2023-cü il tarixli 9/8201 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung Galaxy A02” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə dail edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən edilir. Belə olduğu halda həmin ziyan 64 manat kimi qəbul edilməli və 200 manat dəyərində olan mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmaqla ümumi zərər 164 manat məbləğində qəbul edilməlidir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 noyabr 2022-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin hasarınıdan evin həyətinə, oradan isə yataq otağının pəncərəsini daşla sındırıb oradan yaşayış evinə qanunsuz daxil olaraq yataq otağında termonun üst siyirməsində olmuş Zərərçəkmiş şəxs1 məxsus 680 (altı yüz səksən) manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 8 qramlıq 585 əyyarlı qızıl boyunbağını, həmin otaqda uşaq çarpayısının üzərinə yığılmış yorğan-döşəklərinin arasında olmuş 250 manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 930 (doqquz yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2021-cü il tarixli 1(014)-108/2021 saylı hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. İkinci mühüm fakt ondan ibarətdir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olması və həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanı qismən ödəməsi onun cəzasını yüngəlləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından görünür ki, 02 noyabr 2022-ci il tarixdə saat 18:00-da ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün müstəntiq Dilsuz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 04 noyabr 2022-ci il tarixdə Bərdə RPŞ-nin müstəntiqi, polis kapitanı Dilsuz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qeyd olunan maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bərdə rayon X8 Bölməsinin müstəntiqi polis kapitanı Dilsuz Məmmədovun 16 yanvar 2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 06 mart 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulub Bərdə RPŞ-nə gətirilərək, istintaqa təqdim edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarından görünür ki, 08 mart 2023-cü il tarixdə Bərdə rayon X8 Bölməsinin müstəntiqi polis mayoru Niyanəddin Məmmədov tərəfindən icratında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* cinayət işinə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi birləşdirilmiş, cinayət işinin nömrəsi ********* saxlanılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur İş materiallarından görünür ki, 08 mart 2023-cü il tarixdə Bərdə rayon X8 Bölməsinin müstəntiqi polis mayoru Niyaməddin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və qeyd olunan tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 04 (dörd) ay 13 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 mart 2023cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəsisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu 850 manat məbləğində ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Samsung Galaxy A02 markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bununla da Zərərçəkmiş şəxs2 vurduğu 364 manat maddi ziyandan 200 manatı ödənmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanla bağlı onlara mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Cinayət işinin materialına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Samsung Galaxy A02 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə başqa maddi sübut yoxdur. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2–ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs оğlunun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Samsung Galaxy A02 markalı mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar