Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-127/2024 29.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Əbülfət oğlunun iştirakları ilə, xx.xx.2001-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayon Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Əbülfət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Əbülfət oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Əbülfət oğlu xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Lənbəran kəndində həmkəndlisi Zərərçəkmiş şəxs onun saçını və üzünü qırxmaması səbəbi ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə həmkəndlisi Zərərçəkmiş şəxs sifət və burun nahiyəsinə qəsdən vuraraq ona sol gözyuvasıaltı nahiyəsinin qançırı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun qanaxması, burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Əbülfət oğlu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Zərərçəkmiş şəxs tanıyır, həmin şəxs onun həmkəndlisidir. Onunla heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs yaşadığı kənddə bər-bər kimi fəaliyyət göstərir. Təxminən 3 gün əvvəl axşam saatlarında o saçını və üzünün tükünü təmizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs yanına getmiş və saçını kəsib səliqəyə salmasını xahiş etmişdir, həmin vaxt Fərhad işinin çox olduğunu deyərək başqa gün gəlməsini istəmişdir. Bundan sonra səhəri gün o yenidən Zərərçəkmiş şəxs işlədiyi yerə getmiş və Fərhad yenidən işinin çoxluğunu bəhanə gətirərək başqa bir vaxt gəlməsini istəmişdir. Buna görədə Zərərçəkmiş şəxs qarşı inciklik yaranmışdır. Sonradan xx.xx.2024-cü il tarixdə 23 radələrində o yaşadığı Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən kafedə pivə içmiş və daha sonra Zərərçəkmiş şəxs işlədiyi bərbərxanaya getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bərbərxanada təmizlik işləri aparmışdır, buna görədə o Fərhadı öz yanına çağırmış və söhbət əsnasında ondan hansı səbəbdən bir neçə gün ərzində onun saçını və üzünün tükünü qırxmadığını soruşmuş, bu zaman Fərhad ona müxtəlif bəhanələr gətirmiş və münasib vaxtı olmadığını demişdir, həmin vaxt o Fərhada həmkəndli olduqlarını xatırlatmış və təxminən 2-3 gün ərzində digər şəxslərin saçını və üçünü qırxdığını, lakin o istədikdə vaxtı olmadığını bildirməsinin səbəbini soruşmuş, bu zaman Fərhad onunla mübahisə etməyə başlamış və mübahisə zamanı Fərhad ona ümumiyətlə saçını və üzünü qırxmayacağını bildirərək nalayiq ifadələrlə söyüb təhqir etmiş və işlədiyi yerdən çıxıb getməsini istəmişdir, bu zaman o hirslənərək əvvəlcə Fərhadın sinəsindən tutmuş və sağa-sola dartışdırmağa başlamış və daha sonra yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və burun nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarət yetirmişdir. O həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirdi. Etdiyi əməldən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş ziyanın ödədiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. O yaşadığı Bərdə rayonu Lənbəran kəndi ərazisində bərbər kimi fəaliyyət göstərir. Təxminən 2-3 gün əvvəl axşam saatlarında o işlədiyi bərbərxanada olarkən həmkəndlisi Təqsirləndirilən şəxs onun iş yerinə getmiş və söhbət əsnasında saçını kəsməsini xahiş etmişdir. Həmin vaxt onun yanında başqa müştəri olduğu üçün o Mətləbə bir qədər sonra gəlməsini bildirmişdir, lakin həmin gün Mətləb saçını kəsdirməyə getməmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o müştəriləri yola saldıqdan sonra bərbərxanada təmizlik işləri aparmağa başlamış və həmin vaxt Təqsirləndirilən şəxs onun yanına getmiş və onu bərbərxanadan küçəyə çağırmışdır, həmin vaxt o Təqsirləndirilən şəxs yanına çıxmış, bu zaman Mətləb ondan saçını və üzünü qırxmasını istəmiş, lakin o gecə saatları olduğunu bildirərək başqa vaxt gəlməsini istəmişdir, bu zaman Mətləb ondan hansı səbəbdən bir neçə gün ərzində onun saçını və üzünü qırxmadığını və onu get-gələ saldığını soruşmuşdur, sonra isə sözlə onunla mübahisə edərək nalayiq ifadələrlə söyüb təhqir etmiş və buna görədə aralarında mübahisə baş vermişdir və o Mətləbdən çıxıb getməsini tələb etmişdir. Həmin vaxt Mətləb onun sözlərinə əhəmiyyət verməmiş və daha sonra Mətləb qəflətən yumruqla bir neçə dəfə onun sifət və burun nahiyəsinə qəsdən vuraraq xəsarət yetirmişdir. O Təqsirləndirilən şəxs ilə aralarında mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirdi. Hal-hazırda Təqsirləndirilən şəxs Əbülfət oğlu ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2024-cü il tarixli 389 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözyuvasıaltı nahiyəsinin qançırı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun qanaxması, burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı -- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 49-cu vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunun məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-ci vərəqəsində olan Bərdə RİHB-nın Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs Əbülfət oğlunun barəsində olan xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Əbülfət oğlu barışmışlar, onun Təqsirləndirilən şəxs Əbülfət oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Əbülfət oğlunun sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Əbülfət oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Əbülfət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-127/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-127/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver