Məhkəmə qərarları › İş №1(021)-128/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-128/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-128/2021 29.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, , Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1983-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, 24.08.2011-cı ildə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsinə əsasən olan cinayət əməlinə görə cinayət məsuliyətindən və cəzadan azad edilərək, CM-nin 95.0.2 maddəsinə əsasən ümumi tipli psixatrik stasionar tibbi xarakterli məcburi müalicə təyin edilmiş, Ağdam rayon məhkəməsinin 27.08.2013- cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatriya müalicəsi növündə tibbi xarakterli məcburi müalicə ləğv edilərək, yaşayış yeri üzrə Bərdə rayon poliklinikasının psixiatrik kabinetində nəzarətə götürülmüş, məhkumluğu olmayan, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 1 ədəd kibirit qutusunda təmiz çəkisi 6, 559 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq saxlamış, 20.03.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri Koroğlu küçəsində saxlanılıb, polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 1 ədəd kibirit qutusunda saxladığı təmiz çəkisi 6, 559 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. İstintaqla müəyyən olunmuşdur ki Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui- istifaə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən 4 saylı evdə daimi qeydiyyatda olub həmin ünvanda yaşayır. Hərdən düşəndə narkotik vasitədən özü istifadə edir. 19.03.2021- ci il tarixdə o, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən Qəhrəmanlar parkına tək gedib orada gəzərkən hardasa saat 12 radələri olardı ki, elə oradan ayaq körpüsü istiqamətinə getmək istəyərkən, yəni Qəhrəmanlar parkında olub həmin istiqamətə gedərkən, yerdə bir kibrit qutusu olmuş olduğu onun diqqətini cəlb etmişdir.O, dərhal həmin kibirit qutusunu açıb içərisinə baxarkən görmüşdür ki, marixuanadır.O, əvvəllər marixuanadan siqaretə doldurub çəkdiyindən kibirit qutusunda olan quru halda olan kütlənin elə iyisindən o dəqiqə bilmişdir ki, marixuanadır. Ona görə də kibirit qutusunu götürüb əynində olan qara rəngli gödəkçəsiin sol yan cibinə qoymuşdur ki, lazım gələndə münasib yer olanda siqaretə doldurub istifadə edər. Elə ona görə də həmin marixuana gödəkçəsinin həmin cibində qalmışdır. 20 mart 2021-ci il tarixdə hardasa saat 14-05 dəqiqə olardı ki, o, Koroğlu küçəsində qəssabxananın yanında olarkən polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər və bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəlidir. Ona görə də onlarla birlikdə polis şöbəsinə getməlidir ki, üzərində şəxsi axtarış aparsınlar ki, üzərində narkotik vasitə olarsa aşkar etsinlər.Ona polislər demişlər ki, polis şöbəsində üzərimdə axtarış keçirilənə qədər əllərini ciblərinə daxil etməsin.O da etiraz etməmiş bildirmişdir ki, polisin qanuni tələbi ilə polis şöbəsinə gedəcəkdir. Elə onlarla da polis şöbəsinə gəlmişdir.Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Vəli müəllim tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi Müdafiəçi oğlu təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs kimi malik olduğu hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra onun nəzərinə çatdırılmışdır ki,onun üzərində şəxsi axtarış videoçəkilişlə aparılacaqdır. O da etiraz etməmiş, demişdir ki, aparılsın.Həmin vaxt polislər bildirmişlər ki, üzərində hər hansı bir qeyri-qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin. O, da əynində olan gödəkçəsinin sol yan cibində 1 ədəd kibirit qutusunda saxladığı həmin narkotiki marixuananı cibindən çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Buna baxmayaraq polislərə o, deyəndəki, üzərində başqa hər hansı bir əşya, narkotik yoxdur, yenə də onun dediklərinə əhəmiyyət verməyib onun üzərini axtarmışlar. Ancaq axtarsalar da üzərində başqa heç nə olmadığından aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Vəli müəllim onun üzərindən aşkar olunmuş marixuananı elektron tərəzidə çəkmişdir. Marixuananın çəkisi 9,66 qram gəlmişdir. Sonra həmin kütlə təhqiqatçı tərəfindən elə kibirit qutusunda olmaqla “azərpoçt” zərfinə qoyulmuşdur. Zərfin ağzı bağlanıb möhürlənmiş və zərfin üzərinə o, müdafiəçi və polis işçiləri imza etmişlər.Təhqiqatçı Vəli müəllim həmin kütlənin ekspertizaya göndəriləcəyini və bununla hansı növ maddə olmasını və dəqiq çəkisinin müəyyən ediləcəyini və rəy alınacağını ona həmin rəyin elan olucağını bildirilmişdir. Ondan polislər həmin narkotiki nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da demişdir ki, saxlayırdı ki, gələcəkdə istifadə etsin, başqa məqsədlə saxlamamış, yəni kiməsə satmaq və ya pay vermək fikri olmamışdır. Həm də onlara bildirmişdir ki, narkotiki “Qəhrəmanlar” parkından tapmışdır. Sonra isə polis Vəli müəllim protokol tərtib etmiş protokolu ucadan onlara iştirakçılara oxumuşdur. Protokolda hər şey olduğu kimi düzgün yazıldığından protokolda qeyd olunanların doğruluğunu o, müdafiəçi və polis işçiləri imzaları ilə təsdiq etmişlər Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Bərdə rayon polis şöbəsində NMQ- da əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır.Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, həmin şəxsi Bərdə şəhər sakini olaraq narkotik vasitədən istifadə edən və ümumiyyətlə narkotikə meyilli bir şəxs kimi tanımışdır.Təqsirləndirilən şəxsla onun heç bir ədavəti, düşmənçiliyim və qohumluğu yoxdur. Ona görə də Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü 20.03.2021- ci il tarixdə pols şöbəsnin rəisinə raportla Bərdə RPŞnin NMQ- nun baş əməliyyat müvəkkili polis baş leytenantı Vəliyev Tural Əhliqar oğlu müraciət edib, Təqsirləndirilən şəxs ətrafında əməliyyat- tədbirləri keçirilməsinə razılıq almışdır. Belə ki, 20.03. 2021-ci il tarixdə təxminən saat 14 radələrində X5 şəhəri Koroğlu küçəsində yerləşən qəssabxanada olması və üzərində narkotik vasitə saxlaması barədə məlumat əsasında onlar polis əməkdaşları o, və Bərdə rayon polis şöbəsinin İTBnin sahə polis nəfəri polis baş seryantı Şahid2 oğlu və Bərdə RPŞ- nin NMQ- nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qəssabxanananın yanında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə şəxsi axtarış aparılmasından ötrü getməlidir.Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin.Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə Bərdə RPŞ- nin NMQ- nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlu raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru İsmayılov Vəli Əli oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM- nin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM- nin 90- cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ- nin ekspert kriminalisti Əhmədov Sənan Əli oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağıda onun nəzərinə çatdırılmışdır.Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın.Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir.Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi, o və Bərdə RPŞ- nin İTB-nin sahə polis məfəri polis baş serjantı Şahid2 oğlu və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan Əhmədov Sənan Əli oğlu iştirak etmişlər.Elə şəxsi axtarışın başlanmasına bir- neçə dəqiqə qalmış NMQ- nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məlumat daxil olduğundan başqa əməliyyat tədbiri olduğundan gedəcəyini bildirib getdiyindən o, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda Şahid3 iştirak etməmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Vəli İsmayılov tərəfimdən şübhəli şəxs - Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd kibirit qutusunda olan kütləni çıxarıb təqdim edərək narkotik vasitə marixuana olmuş olduğunu bildirmişdir. Həmin kütləyə tərəflərindən baxılarkən marixuanaya bənzər kütələ olduğu onların iştirakçıların da diqqətini cəlb etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş kütlə elektron tərəzində çəkilmiş , çəkisi 9, 66 qram gəlmişdir. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə 1 ədəd kağız zərfə qoyulmuşdur.Zərfin ağzı bağlanaraq üzərinə 94 saylı möhür vurulmuşdur.Həmin zərfin üzərinə təhqiqatçı Vəli İsmayılov tərəfindən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin müəyyən edilməsi, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs oğlunun əməlinə hüquqi qiymət veriləcəkdir. Zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi Müdafiəçi və onlar iştirakçılar və təhqiqatçı İsmayılov Vəli Əli oğlu imza etmişlər.Bundan sonra zərfin üzərinə tərtib edib qablaşdırdı, təhqiqatçı Vəli Vismayılov, imzası və 20.03.2021 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə Bərdə RPŞ- nin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi Müdafiəçi oğlu tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Vəli İsmayılov tərəfindən protokol tərtib olunaraq protokol ucadan baxış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X9 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi aparılaraq həmin görüntülər dskə köçürülməklə təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin marixuananı Bərdə şəhərində yerləşən Qəhrəmanlar parkından 19.03.2021-ci il tarixdə orada təxminən saaat 11-12 radələrində gəzərkən tapmış olduğunu da axtarış iştirakçılarının nəzərinə çatdırmışdır. Bundan sonra bu barədə təhqiqatçı Vəli İsmayılov protokol yazmış, protokolu ucadan onlara axtarış iştirakçılarına oxunmuşdur. Protokolda hər şey doğru və olduğu kimi yazıldığından protokolda qeyd olunanların doğrluğu tərəflərindən imzaları ilə təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Bərdə rayon polis şöbəsində İTB- nin sahə polis nəfəri vəzifəsində işləyir, baş serjantdır.Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur.Elə bu əsasa görə də onu faktla yaxalamaq və bu əməlini ifşa etməyi qarşılarına məqsəd qoymuşlar. Odur ki, həmin şəxsi Bərdə şəhər sakini olaraq narkotik vasitədən istifadə edən və ümumiyyətlə narkotikə meyilli bir şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxsla onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Elə buna görə də Təqsirləndirilən şəxs oğlunun ifşa olunmasından ötrü 20.03.2021- ci il tarixdə Bərdə rayon pols şöbəsnin rəisinə raportla Bərdə RPŞ- nin NMQ- nun baş əməliyyat müvəkkili polis baş leytenantı Vəliyev Tural Əhliqar oğlu müraciət edib Təqsirləndirilən şəxs ətrafında əməliyyat- tədbirləri keçirilməsinə razılıq almışdır. Belə ki, 20.03. 2021-ci il tarixdə təxminən saat 14 radələrində X5 şəhəri Koroğlu küçəsində yerləşən qəssabxanada olması və üzərində narkotik saxlaması barədə məlumat əsasında olar polis əməkdaşları o, və Bərdə rayon polis şöbəsinin NMQ- nun əməliyyat müvəkkilləri Şahid1 oğlu və Şahid3 Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qəssabxanananın yanında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə üzərində şəxsi axtarış aparılmasından ötrü getməlidir.Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Onu da nəzərə çatdırır ki, polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin.Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə Bərdə RPŞnin NMQ- nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 oğlu raportla müraciət etmişdir.Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru İsmayılov Vəli Əli oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Vəli müəllim tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM- nin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM- nin 90- cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ- nin ekspert kriminalisti Əhmədov Sənan Əli oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişinin də aparılacağı Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın.Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlə aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir.Buna görə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Teymurov İslam Teymur oğlu,o və Bərdə RPŞ- nin NMQ-nın əməliyyat müvəkkilləri Şahid1 oğlu və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan Əhmədov Sənan Əli oğlu iştirak etmişlər.Həmin şəxsi axtarışın aparılmasına bir- neçə dəqiqə qalmış Şahid3 işi olduğundan getdiyindən o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iştirak etməmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Vəli İsmayılov tərəfimdən şübhəli şəxs - Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd kibirit qutusunda olan kütləni çıxarıb təqdim edərək, narkotik vasitə marixuana olmuş olduğunu bildirmişdir. Həmin kütləyə təfimizdən baxılarkən marixuanaya bənzər kütələ olduğu onların iştirakçıların da diqqətini cəlb etmişdir..Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır.Həmin vaxt Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş çəkisi 9, 66 qram gəlmişdir.Onar həmin kütləyə baxarkən yaşıl rəngli, kəskin iyisi gələn və quru halda olduğunu görmüşlər.Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə təhqiqatçı Vəli İsmayılov tərəfindən 1 ədəd zərfə kağız zərfə qoyulmuşdur.Zərfin ağzı bağlanaraq üzərinə 94 saylı möhür vurulmuşdur.Həmin zərfin üzərinə təhqiqatçı Vəli İsmayılov tərəfindən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə sözləri yazılmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs oğlunun əməlinə hüquqi qiymət veriləcəkdir. Zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi Müdafiəçi və onlar iştirakçılar və təhqiqatçı İsmayılov Vəli Əli oğlu imza etmişlər.Bundan sonra zərfin üzərinə tərtib edib qablaşdırdı, təhqiqatçı Vəli Vismayılov, imzası və 20.03.2021 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə Bərdə RPŞ- nin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatmışdır. Şəxsi axtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi Müdafiəçi oğlu tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Vəli İsmayılov tərəfindən protokol tərtib olunaraq protokol ucadan onlara baxış iştirakçılarına oxunmuşdur.Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X9 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi aparılaraq həmin görüntülər dskə köçürülməklə təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin marixuananı Bərdə şəhərində yerləşən Qəhrəmanlar parkından 19.03.2021- ci il tarixdə orada təxminən saaat 11-12 radələrində gəzərkən yerdən tapmış olduğunu da axtarış iştirakçılarının nəzərinə bildirib çatdırmışdır.Bundan sonra bu barədə təhqiqatçı Vəli İsmayılov protokol yazıb protokolu ucadan onlara axtarış iştirakçılarına oxumuşdur. Protokolda hər şey doğru və olduğu kimi yazıldığından protokolda qeyd olunanların doğrluğu tərəflərindən imzaları ilə təsdiq edilmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, o, Bərdə RPŞ- də NMQ- nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır.Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsininin əməliyyat aparatına məlumatları daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur.Elə bu əsasa görə də onu cinayət başında ifşa etməyi qarşılarına məqsəd qoymuşlar. Odur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən və ümumiyyətlə narkotikə meyilli bir şəxs kimi tanıdığından onu nəzarətə götürmüşdür ki, elə bu əməlinə görə faktla tutub onu bu əməlindən çəkindirsinlər.Qeyd edir ki, Təqsirləndirilən şəxsla onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu da yoxdur. Ona görə də onun ifşa olunmasından ötrü onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən 20.03.2021-ci il tarixdə bu barədə pols şöbəsnin rəisi Muradəli Babayevə raportla müraciət etmişdir.O, raportu ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat- tədbirləri keçirilməsinə razılıq almış və onun ətrafında əməliyyat – axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib rəis tərəfindən təsdiq olunduqdan sonra icra etməyə başlamışdır. Belə ki, 20 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qəssabxananın yanında Təqsirləndirilən şəxs olduğunu və alınmış məlumat əsasında onun üzərində narkotik vasitə olmasına görəmi onun özünü şübhəli aparması bir daha onları ona yaxınlaşıb özlərini təqdim edib və onu polis şöbəsinə dəvət edib üzərində şəxsi axtarış aparıb qanunsuz əldə edib saxladığı hər hansı narkotik vasitəni aşkar etməkdən ötrü onlar polis əməkdaşları o, Bərdə rayon polis şöbəsinin NMQ- nun əməliyyat müvəkkilləri polis leytenantları Sadıqov Nahid Qədir oğlu və Bərdə RPŞ- nin İTB- nin sahə polis nəfəri Şahid2 ona yaxınlaşıb özlərini təqdim edib və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə getməlidir.Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir müqavimət və etirazı bildirmədən onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən onlar polis işçiləri dönə- dönə Əlzaminin nəzərinə çatdırmışlar ki, onun üzərində şəxsi axtarış aparılıb qurtarana qədər əllərini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin.Onun bu tərzdə hərəkətlərinə tərəflərindən diqqət ediləcəyi də nəzərinə çatdırılmışdır.Əlzamin də onlarla razılaşmış və özü də narkotikdən istifadə edən olduğundan artıq bu tərzdə həyat tərzinə görə özünü bağışlaya bilmədiyini bildirmişdir. Odur ki, o, ifşa olunması üçün onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü o, Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə raportla müraciət edib bildirmişdir. Həmin raport əsasında araşdırmanın aparılması rəis tərəfindən Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru İsmayılov Vəli Əli oğluna tapşırıılmışdır.. Bundan sonra o, başqa vacib əməliyyat tədbiri olduğundan çıxıb getdiyindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışda iştirak edə bilməmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərindən 1 ədəd kibirit qutusunda olmaqla 9, 66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşakar olunub götürümüşdür.Onu da qey edir ki, Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilərkən özü də etiraf etmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir, ancaq kiməsə satmaq niyyətində belə olmamışdır və satmamışdır. Cinayət işinin 12-ci vərəqəsində olan 20 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 44- cü vərəqəsində olan 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma ilə əlaqədar həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsindən alınmış 21.03. 2021-ci il tarixli 16\ 273 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə “ sözləri yazılmış zərfdəki, 1 ( bir) ədəd kibirit qutusunda təmiz çəkisi 6, 559 qram bitki mənşəli kütlə , tərkibində narkotik maddəllər olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Marixuananın təmiz şəkisi 6-559 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq-6.509 qram) Cinayət işinin 86-89-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji dispanserindən alınmış 05.04.2021- ci il tarixli 166 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik keçirməmişdir.O, hazıırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin mücəqqəti pozulması və sair psixi xəstəlik keçirmir.Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl , həmin əməli törədərkən və hazırki ekspertiza zamanı yüngül dərəcəli əqli gerilik( yüngül debillik səviyyəsində ) nevrotik reaksiyalarla XBT 10( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı) F70.1 xəstəliyi keçirmişdir və keçirir.Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik( yüngül debillik səviyyəsində ) nevrotik reaksiyalarla XBT 10 )( psixi və davranış pozuntularının beynəlxalq təsnifatı ) F- 70.1 xəstəliyi keçirməsinə baxmataraq həmin xəstəlik az ifadəli olduğundan o, 2021- ci ilin mart ayının 20 və 21 tarixlərində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs əməli AR .CM- nin 21.1 və 22- ci maddələrinin təsiri altına düşmür və onun hal- hazırda məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin 90-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 17 aprel 2021- ci il tarixli 400 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifaə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 97-107-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 11.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 6, 559 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0, 05 qram sərf olunduğundan qalıq olaraq 6, 509 qram marixuna qaldığından həmin qalıq marixuana maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 24.08.2011-cı ildə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.2- ci maddəsinə əsasən olan cinayət əməlinə görə cinayət məsuliyətindən və cəzadan azad edilərək, CM- nin 95.0.2 maddəsinə əsasən ümumi tipli psixatrik stasionar tibbi xarakterli məcburi müalicə təyin edilmiş, Ağdam rayon məhkəməsinin 27.08.2013- cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatriya müalicəsi növündə tibbi xarakterli məcburi müalicə ləğv edilərək, yaşayış yeri üzrə Bərdə rayon poliklinikasının psixiatrik kabinetində nəzarətə götürülmüşdür. Cinayət işinin 73-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 330 saylı 29.03.2021-iil tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 74-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 316 saylı 29.03.2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Lakin 27.09.2011-11.05.2012-ci il tarixlərdə məhkim olarkən 1 saylı RPX-da “yüngül dərəcəli kəmağıllıq” diqanozu ilə satasionar müalicədə olmuşdur. Cinayət işinin 77-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 20 mart 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 mart 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Onun barəsində məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 6,509 qram marixuna və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 20 mart 2021-ci il tarixindən 22 mart 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6, 509 qram marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlu ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın və onun barəsində məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar