Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-128/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 16 avqust 1961-ci ildə Tərtər rayonu Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işəmiş, hazırda işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri, xx xxx 1957-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 Xocalı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 21 saylı sərəncamına əsəsən xx.xx.1999-cu il tarixdən Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən iş stajının artıq göstərilməklə pensiya almasına şərait yaratmaq üçün köməklik göstərilməsi ilə əlaqədar özünə cinayətdən xəbərsiz Şahid vasitəsilə 2022-ci ilin aprel ayında müraciət etmiş Təqsirləndirilən şəxs2 həmin müraciəti ilə əlaqədar saxta arxiv arayışının hazırlayıb təqdim edəcəyinə dair 2022-ci ilin aprel ayında razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki ilə 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə saxta arayışın verilməsini pərdələmək və qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus olan “Xanlar müstəqil müəssisəsi əmr kitabı”, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı” və “Şəxslərlə hesablaşmalar” adlı qeydiyyat kitablarını tərtib edərək, eləcə də Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli əmək kitabçasının içərisinə şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni “Xanlar müstəqil müəssisəsi əmr kitabı”na Təqsirləndirilən şəxs2 1999-cu ildə həmin müəssisəyə malabaxan vəzifəsinə təyin edilməsi, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı”na Təqsirləndirilən şəxs2 2006-cı ildə həmin vəzifədən azad edilməsi, “X2”na Təqsirləndirilən şəxs2 həmin dövr üçün guya əmək haqqı almasına, eləcə də Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli əmək kitabçasının içərisinə Təqsirləndirilən şəxs2 “xx.xx.1999-cu ildə 03 № li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsinə təyin edilməsinə, xx.xx.2006cı ildə 06 № li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsindən azad edilməsinə dair diyircəkli qələmlə bilə-bilə yalan məlumatları daxil etməklə direktor “R.Mürsəlov” sözlərinin qarşısında olan yeri qəsdən fərqli formada imzalamaqla həmin sənədləri özündə saxladığı “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus möhürlə təsdiq edib, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, cinayətkar vədinə əməl etmək məqsədilə qeyd edilən ərəfədə və qeyd edilən yerdə rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli 04 nömrəli Arxiv arayışını tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni Təqsirləndirilən şəxs2 guya 1999-2006-cı illər üzrə “Xanlar” müstəqil kiçik müəssisəsində işləyərkən aldığı əmək haqlarına dair məlumatları diyircəkli qələmlə daxil etməklə həmin Arayışı öz imzası və özünə təhkim edilmiş üzərində “Xocalı Rayon Dövlət Arxivi” yazıları olan möhürlə təsdiq edib 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə Təqsirləndirilən şəxs2 təqdim etməklə sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid şəxsi niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Təqsirləndirilən şəxs2 ümumi sığorta stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bilməsinə baxmayaraq cinayətdən xəbərsiz Şahid vasitəsilə 2022-ci ilin aprel ayında Xocalı Rayon Dövlət Arxivinin müdiri Təqsirləndirilən şəxs1 müraciət edib yaşa görə əmək pensiyası ala bilməsi üçün ona qanunsuz əmək stajı arayışının hazırlanmasında köməklik göstərilməsi ilə əlaqədar saxta arxiv arayışının düzəldilməsinə dair Təqsirləndirilən şəxs1 razılığını alaraq 2022-ci ilin aprel ayında onunla sövdələşməklə, vəzifə saxtakarlığına təhriki əsasında sonuncu 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə saxta arayışın verilməsini pərdələmək və qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus olan “Xanlar müstəqil müəssisəsi əmr kitabı”, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı” və “Şəxslərlə hesablaşmalar” adlı qeydiyyat kitablarını, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasının içərisinə şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni “Xanlar müstəqil müəssisəsi əmr kitabı”na onun 1999-cu ildə həmin müəssisəyə malabaxan vəzifəsinə təyin edilməsi, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı”na onun 2006-cı ildə həmin vəzifədən azad edilməsi, “X2”na onun həmin dövr üçün guya əmək haqqı almasına, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasının içərisinə onun “xx.xx.1999-cu ildə 03 №-li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsinə təyin edilməsinə, xx.xx.2006-cı ildə 06 №-li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsindən azad edilməsinə dair” Təqsirləndirilən şəxs1 diyircəkli qələmlə bilə-bilə yalan məlumatları daxil etməklə, direktor “R.Mürsəlov” sözlərinin qarşısında olan yeri qəsdən fərqli formada imzalamaqla həmin sənədləri Təqsirləndirilən şəxs1 özündə saxladığı “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus möhürlə təsdiq edib, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, cinayətkar vədinə əməl etmək məqsədilə qeyd edilən ərəfədə və qeyd edilən yerdə rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli 04 nömrəli Arxiv arayışını tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni onun guya 1999-2006-cı illər üzrə “Xanlar” müstəqil kiçik müəssisəsində işləyərkən aldığı əmək haqlarına dair məlumatları diyircəkli qələmlə daxil etməklə həmin Arayışı Təqsirləndirilən şəxs1 imzası və üzərində “Xocalı Rayon Dövlət Arxivi” yazıları olan möhürlə təsdiq edib 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə özünə təqdim etdikdən sonra, bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə 06 may 2022-ci il tarixdə Bərdə rayonu Heydər Əliyev prospekti 100 ünvanında yerləşən Bərdə “ASAN xidmət” Mərkəzinə təqdim etməklə vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 313 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 32.4, 313 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1999-cu ildən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayından tanımış, əvvəllər tanışlığı olmamış, onunla aralarında hər hansı ədavət və ya münaqişələri olmamışdır. Təxminən 2022-ci ilin mart ayında Şahid onun mobil telefon nömrəsinə zəng edərək həmkəndlisi və yaxını olan Təqsirləndirilən şəxs2 pensiya işi ilə əlaqədar ona məsləhət və köməklik etməyini xahiş etmişdir. Şahid asudə vaxtı olarkən görüşüb məsələnin nə olmasını müzakirə edə biləcəklərini bildirmişdir. Bununla bağlı Şahid bir neçə dəfə onunla telefon əlaqəsi saxlamış, həmin şəxsin sənədlərinə baxmaq üçün görüşməli olduqlarını demişdir. Onlar bununla bağlı 2022-ci ilin aprel ayında Bərdə rayonunda Tərtər çayının kənarında olan “Piyada körpüsü” adlanan yerin yaxınlığında olan adsız kafedə görüşmüşlər. Onların görüşünü Şahid təşkil etmişdir. Həmin vaxt Şahidlə gələn Təqsirləndirilən şəxs2lə tanış olmuş və onun əmək stajı barəsində dediklərinə əsasən onun yaşa görə əmək pensiyasını almaq üçün stajının kifayət etmədiyini müəyyən etmişdir. Şahid və Təqsirləndirilən şəxs2 bununla bağlı ondan təkidlə xahiş edib köməklik göstərməyini istəmişlər. Onların xahişini nəzərə alıb Təqsirləndirilən şəxs2 köməklik edəcəyini vəd etmişdir. Bundan sonra ləğv olunmuş Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsinin möhürü onda olduğundan Təqsirləndirilən şəxs2 həmin müəssisədə işləməsinə dair Arxiv arayışı verməyi, eləcə də buna dair sonradan müvafiq əmrlər və əmək haqqına dair kitablar hazırlamağı qərara almışdır. “Xanlar” müstəqil kiçik müəssisəsinin müdiri onun dostu X8 olmuşdur. Sonuncu 2008-ci ildə rəhmətə gedərkən möhürü təsadüfən onda qalmış, möhürü arxivdə saxlamışdır. Ondan əvvəllər istifadə etməmiş və əvvəllər bu kimi məqsədi olmamışdır. Şahid və Təqsirləndirilən şəxs2 xahişindən sonra onun möhürdən istifadə etmək ağlına gəlmişdir. Bu məqsədlə ilkin olaraq 20 aprel 2022-ci il tarixində Təqsirləndirilən şəxs2 1999-2006-cı illərdə Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsində işləməsi və əmək haqqı alması haqqında özü rəhbəri olduğu Arxiv İdarəsinin “ünvan 3 ünvanı qeyd edilmiş xüsusi blankında saxta arxiv arayışı hazırlamışdır. Arayışı yuxarıda qeyd etdiyi Bərdə şəhərində yerləşən adsız kafedə hazırlamış, öz imzası və üzərində gətirdiyi ona təhkim olunmuş Xocalı Rayon Arxiv İdarəsinin möhürü ilə təsdiqləmışdir. Arayışın içərisindəki əmək haqqı ilə bağlı uydurma rəqəmlər yazmış, o cümlədən həmin Arxiv arayışını “Xocalı rayon dövlət arxivi Arayışlar kitabı”nda dördüncü sırada, xx.xx.2022-ci il tarixində verilməsinə dair qeydiyyat aparmışdır. Onda həmin vaxt yalnız köhnə blank qaldığı üçün Arxivin köhnə ünvanlı blankını istifadə etmiş, hal-hazırda isə yeni blanklarda Arxivin ünvanı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi qeyd olunur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs2 verdiyi arayışı əsaslandırmaq məqsədilə guya “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus 02 ədəd “Əmr kitabı” və 01 ədəd “X2”nı tərtib etmişdir. Həmin kitablar onun tərəfindən arxivdə olan boş yazılmamış qeyd dəftərlərindən istifadə edilməklə hazırlanmışdır. Həmin kitabları da asudə vaxtı olarkən Bərdə rayonu ərazisində yuxarıda qeyd etdiyi kafedə hazırlamışdır. Qeydiyyat kitablarını qanunsuz olaraq hazırladığından onu xidməti iş yerində hazırlamayıb Bərdə rayonu ərazisində yuxarıda qeyd etdiyi yerdə yazıb düzəltmişdir. Qeydiyyat kitablarının içində olan əlyazma üsulu ilə yazılmış bütün qeydlər onun tərəfindən icra olunmuş uydurma məlumatlardır. Orada yazılanların heç biri doğru deyildir. 02 ədəd “Əmr kitabı” və 01 ədəd “X2”nda mövcud olan yazılar onun tərəfindən yazıldıqdan sonra müsəssisənin onda qalan möhürü ilə təsdiqlənmiş və özü tərəfindən imzalanmışdır. Yəni oradakı imzalar da onun tərəfindən icra olunmuşdur. “Xocalı rayon dövlət arxivi Arayışlar kitabı” isə müdiri olduğu Xocalı Rayon Arxivinin rəsmi kitabıdır və orada yalnız dördüncü qrafada tərtib etdiyi saxta arayış barədə qeyd yazmışdır. Həmin kitabda başqa qanunsuz hal yoxdur. 2022-ci ilin aprel ayının sonları əvvəl görüşdükləri kafedə Füzuli Nəbiyev və Təqsirləndirilən şəxs2lə görüşüb hazırladığı xx.xx.2022-ci il tarixli, 04 nömrəli Arxiv arayışını Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi əmək kitabçasına öz xətti ilə sonuncunun “Xanlar” müstəqil kiçik müəssisəsinə “malabaxan” vəzifəsinə təyin və azad edilməsinə dair qeyd yazmış və özü ilə gətirdiyi “Xanlar” müstəqil kiçik müəssisəsinin möhürünü ora vurmuş və R.Mürsəlov qrafasının qarşısında imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona həmin sənədlərdən istifadə edib pensiya almaq üçün müraciət edəcəyini deyib çıxıb getmişdir. Bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X6 Filialının əməkdaşlarının rəhbəri olduğu idarəyə gəlib Təqsirləndirilən şəxs2 verdiyi Arxiv arayışının əsli ilə qarşılıqlı yoxlayacaqları barədə məlumat almışdır. Verdiyi Arxiv arayışını əsaslandırmaq üçün tərtib etdiyi həmin kitabları daha da səliqəli hala salıb, həmin kitabların son hissəsində qaytanlanmış formanın üzərinə kağız parçaları yapışdırıb möhürləmişdir. Dövlət Sosial Müdafiə X6 Filialının əməkdaşları işlədiyi arxiv idarəsinə gəlib yoxlama apararkən qeyd edilən kitabları təqdim etmiş, onlar həmin kitablara baxmışlar və verdiyi arayışla uyğunluq təşkil etdiyini görmüşlər. Lakin ondan Təqsirləndirilən şəxs2 və həmin müəssisədə işləyən digər işçilərin əməkhaqqı cədvəllərinin tikilmiş cildlərini tələb etsələr də, o, həmin cildlərin müəssisə tərəfindən təqdim edilmədiyini bildirmişdir. Yoxlamaya dair akt tərtib olunmuşdur. Sonradan bilmişdir ki, onun Təqsirləndirilən şəxs2 vermiş olduğu saxta Arayışı sonuncu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X7 regional “ASAN xidmət” mərkəzinə təqdim etmiş, bu zaman sənədin hüquqi qüvvəsinin olmaması müəyyən edilmiş və daha sonra araşdırma başlamışdır. Saxtakarlıqları Şahidlə arasında olan dostluq münasibətlərinə görə etmiş, bunun müqabilində kimdənsə pul və ya sair maddi nemət istəməmiş və almamışdır. Artıq Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsindən çıxmışdır. Əməlindən səmimi peşmandır. Söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Qeyd etdiklərinin, habelə yaşlı olmasının və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayında uzun illər tanıdığı və həmkəndlisi olan Şahid adlı dostu ilə görüşüb söhbət edərkən Fizuliyə pensiya ala bilmədiyini, özünə pensiya təyin edilməsi üçün əmək stajinın az olmasının bildirildiyini demişdir. Şahid ona Təqsirləndirilən şəxs1 adlı tanışının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işlədiyini və bu məsələni onunla məsləhətləşmələrini bildirmişdir. Şahidlə razılaşmış və sonuncu Təqsirləndirilən şəxs1lə bir neçə dəfə bu barədə danışıb məlumat vermiş və sonra görüş təyin etmişdir. Həmin vaxta kimi Təqsirləndirilən şəxs1 tanımamış və əvvəllər onu görməmişdir. 2022-ci ilin aprel ayında Şahid və Xocalı Rayon Dövlət Arxivinin müdiri Təqsirləndirilən şəxs1 Bərdə şəhəri ərazisində, “piyada körpüsü” adlanan yerin yanında adını xatırlamadığı adsız kafedə görüşmüşlər. Təqsirləndirilən şəxs1lə görüşərkən ona özünə pensiya təyin edilməsindən imtina olunduğu, buna səbəb kimi əmək stajının kifayət etmədiyini demişdir. Şahid onu Təqsirləndirilən şəxs1lə tanış etdikdən sonra özü Təqsirləndirilən şəxs1lə söhbət etmişdir. Şahid bu kimi məsələlərdən anlayışı olmadığını bildirdiyindən danışdıqları barəsində maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 pensiya hüququ əldə etməyi üçün nə edə biləcəyini, ona bunun üçün köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona köməklik edəcəyini və qısa bir zamanda pensiya ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 ondan şəxsiyyət vəsiqəsini və əmək kitabçasını istəmiş, bir neçə gün sonra, 2022-ci ilin aprel ayının dəqiq xatırlamadığı tarixində onlar elə həmin kafedə görüşüb həmin sənədlərin əsillərini Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 sənədlərə baxıb onun rəhbərlik etdiyi Xocalı Rayon Dövlət Arxivində ləğv olunmuş Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsinin möhürü olduğunu, həmin möhürdən istifadə edərək müvafiq sənədləri saxta yolla düzəldib, onun “Xanlar” müstəqil kiçik müəssisəsində işləməyinə dair əmək kitabçasında qeydiyyat aparıb və onun əsasında özü “Arxiv arayışı” tərtib edib ona təqdim edəcəyini bildirmişdir. Saxta yolla düzəldilmiş sənədlərdən görünəcəkdir ki, guya o, 1999-2006-cı illərdə Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsində işləmiş və buna dair ona əmək haqqı verilmişdir. Pensiya hüququ əldə etmək istədiyi üçün onunla razılaşmışdır. Onlar yenə 2022-ci ilin aprel ayının dəqiq xatırlamadığı tarixində elə həmin kafedə Təqsirləndirilən şəxs1lə görüşmüşlər və sonuncu onun əmək kitabçasında öz xətti ilə onun “Xanlar” müstəqil kiçik müəssisəsinə malabaxan vəzifəsinə təyin edilməyi və azad olunmağı barədə öz xətti ilə müvafiq yazı yazıb özü ilə gətirdiyi möhürü yazdıqlarının üzərinə vurub təsdiq etmişdir. Habelə imzaları da özü çəkmişdir. Həmin vaxt və həmin yerdə özündə olan qeydiyyat kitabında qeydiyyat aparıb ona 22 aprel 2022-ci i tarixli Arayışı tərtib edib vermişdir. Arayışda guya onun 1999-2006-cı illərdə Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsində işləyən zaman aldığı əmək haqları göstərilmişdir. Əmək kitabçasına edilmiş əlavənin və ona verilmiş Arayışın saxta olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 özünü sığortalamaq üçün Xocalı rayonu “Xanlar” Müstəqil kiçik müəssisəsinin möhürü ilə təsdiqlənmiş iki ədəd “Əmrlər kitab”larını və “Xocalı rayon Dövlət arxivi Arayışlar kitabı” adlı kitabı da ona göstərmiş və onları özünün tərtib etdiyini bildirmişdir. Həmin kitablardan da görünürdü ki, guya o, 1999-2006-cı illərdə Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsində malabaxan işləmişdir. Həqiqətdə isə o, ümumiyyətlə sözügedən müəssisədə heç vaxt işləməmişdir. 06 may 2022-ci il tarixdə yaşa görə pensiya almağa nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X7 regional “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət edib həmin arayışı, əmək kitabçasını və digər sənədləri həmin orqana təqdim etmişdir. Təqribən 20 gün keçəndən sonra ona Bərdə regional “ASAN xidmət” mərkəzindən zəng edilərək Xocalı Rayon Dövlət Arxivinin 22 aprel 2022-ci il tarixli, 04 nömrəli Arayışının heç bir hüquqi qüvvəsinin olmadığını, bu səbəbdən ona pensiya təyin olunmasından imtina olunduğunu bildirmişlər. Saxta sənəddən istifadə etsə də, pensiya hüququ əldə edə bilməmişdir. Xocalı Rayon Dövlət Arxivinin müdiri Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi əməlləri etməsinə görə, yəni müvafiq qeydiyyat kitablarını, saxta Arayışı yazmağa görə ondan və ya digər şəxslərdən pul və ya sair maddi nemət istəməmişdir. Buna görə Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul və ya sair nemət verməmişdir. Tutduğu əməldən son dərəcə peşmandır. Söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Qeyd etdiklərinin, habelə yaşlı olmasının və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2023-cü il tarixli 4/361 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Xocalı rayon dövlət arxivi Arayışlar kitabı 2022-ci il” adlı qeydiyyat dəftəri üzərindəki “Xocalı rayon dövlət arxivi Arayışlar kitabı 2022-ci il” yazıları, sonrakı vərəqində “Arayışlar kitabı 2022-ci il” yazıları, 1-ci vərəqində “2022-ci il” yazıları, “№, tarix, Kimə verilir, Arayışın qısa məzmunu” yazıları, habelə həmin qrafalardakı “1-10 rəqəmləri qarşısındakı yazılar, hər vərəqin yuxarı sağ hissəsindəki “0-39” rəqəmləri və sonda üzlüyün iç tərəfində “Bu kitabda 39 (otuz doqquz) vərəq vardır Xocalı rayon dövlət arxiv idarəsinin müdürü Təqsirləndirilən şəxs1” yazıları və “Təqsirləndirilən şəxs1” soyadı önündəki imza; -“Ханлар мустəгил муəссисəси Əмр китабы” adlı qeydiyyat dəftərinin üzlük hissəsinin üzərindəki “Ханлар мустəгил муəссисəси Əмр китабы” yazıları, habelə 1-5-ci vərəqlərdəki yazılar və “Р.Мурсəлов” qrafalarındakı imzalar, hər vərəqin yuxarı sağ hissəsindəki “1-39” rəqəmləri və sonda üzlüyün iç tərəfində “бу китабда 39 (отуз доггуз) вəрəгə вардыр “Ханлар” мустəгил муəссисəсинин директору Р.Мурсəлов” yazıları və “Р.Мурсəлов” qarafasındakı imza; -“Xocalı rayon Xanlar müstəqil müəssisəsi “ƏMR KİTABİ” Baş: xx-xx-2005” adlı qeydiyyat dəftərinin üzlüyündəki “Xocalı rayonu” “Xanlar” müstəqil müəssisəsi “ƏMR KİTABİ” Baş: xx-xx-2005” yazıları, “1-6-cı vərəqlərindəki yazılar və “R.Mürsəlov” qarafasındakı imzalar, hər vərəqin yuxarı sağ hissəsindəki “1-29” rəqəmləri və sonda üzlüyün iç tərəfində “Bu kitabda 29 (iyirmi doqquz) vərəq vardır. Xanlar müstəqil müəssisəsinin direktoru: R.Mürsəlov” yazıları və “R.Mürsəlov” qrafasındakı imza; -“Хочалы району “Ханлар” мустəгил муəссисəси Шəхслəрлə hесаблашмалар китабы” adlı qeydiyyat dəftərinin üzlük hissəsinin iç tərəfindəki “Хочалы району “Ханлар” мустəгил муəссисəси Шəхслəрлə гесаблашмалар китабы” yazıları, 1-9-cu vərəqlərindəki yazılar və rəqəmlər, hər vərəqin yuxarı sağ hissəsindəki “1-50” rəqəmləri və sonda üzlüyün iç tərəfində “Bu kitabda 50 (əlli) vərəq vardır. Xocalı rayon Xanlar müəssisəsinin direktoru: R.Mürsəlov” yazıları və “R.Mürsəlov qarafasındakı imza; -Təqsirləndirilən şəxs2 adına olan ******* nömrəli əmək kitabçasının 4-5-ci səhifələrində olan yazılar və “R.Mürsəlov” qarafasındakı imzalar; -22 aprel 2022-ci il tarixli 04 nömrəli Arxiv Arayışındakı əlyazmalar və rəqəmlər, o cümlədən “Xocalı rayon Dövlət Arxivinin müdiri: Təqsirləndirilən şəxs1” qarafasındakı imza – eyni şəxs, yəni Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 adına olan ******* nömrəli əmək kitabçasının 1-3-cü səhifələrindəki yazılar və imzalar ilə 4-5-ci səhifələrində olan yazılar və “R.Mürsəlov” qrafasındakı imzalar öz aralarında-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Xocalı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 21 saylı sərəncamına əsəsən xx.xx.1999-cu il tarixdən Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən iş stajının artıq göstərilməklə pensiya almasına şərait yaratmaq üçün köməklik göstərilməsi ilə əlaqədar özünə cinayətdən xəbərsiz Şahid vasitəsilə 2022-ci ilin aprel ayında müraciət etmiş Təqsirləndirilən şəxs2 həmin müraciəti ilə əlaqədar saxta Arxiv arayışının hazırlayıb təqdim edəcəyinə dair 2022-ci ilin aprel ayında razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki ilə 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə saxta Arayışın verilməsini pərdələmək və qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus olan “Xanlar müstəqil müəssisəsi əmr kitabı”, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı” və “Şəxslərlə hesablaşmalar” adlı qeydiyyat kitablarını tərtib edərək, eləcə də Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli əmək kitabçasının içərisinə şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni “Xanlar müstəqil müəssisəsi əmr kitabı”na Təqsirləndirilən şəxs2 1999-cu ildə həmin müəssisəyə malabaxan vəzifəsinə təyin edilməsi, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı”na Təqsirləndirilən şəxs2 2006-cı ildə həmin vəzifədən azad edilməsi, “X2”na Təqsirləndirilən şəxs2 həmin dövr üçün guya əmək haqqı almasına, eləcə də Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli əmək kitabçasının içərisinə Təqsirləndirilən şəxs2 “xx.xx.1999-cu ildə 03 № li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsinə təyin edilməsinə, xx.xx.2006cı ildə 06 № li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinin malabaxan vəzifəsindən azad edilməsinə dair diyircəkli qələmlə bilə-bilə yalan məlumatları daxil etməklə direktor “R.Mürsəlov” sözlərinin qarşısında olan yeri qəsdən fərqli formada imzalamaqla həmin sənədləri özündə saxladığı “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus möhürlə təsdiq edib, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, cinayətkar vədinə əməl etmək məqsədilə qeyd edilən ərəfədə və qeyd edilən yerdə rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli 04 nömrəli Arxiv arayışını tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni Təqsirləndirilən şəxs2 guya 1999-2006-cı illər üzrə “Xanlar” müstəqil kiçik müəssisəsində işləyərkən aldığı əmək haqlarına dair məlumatları diyircəkli qələmlə daxil etməklə həmin Arayışı öz imzası və özünə təhkim edilmiş üzərində “Xocalı Rayon Dövlət Arxivi” yazıları olan möhürlə təsdiq edib 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə Təqsirləndirilən şəxs2 təqdim etməklə sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid şəxsi niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlaması; Təqsirləndirilən şəxs2 ümumi sığorta stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bilməsinə baxmayaraq cinayətdən xəbərsiz Şahid vasitəsilə 2022-ci ilin aprel ayında Xocalı Rayon Dövlət Arxivinin müdiri Təqsirləndirilən şəxs1 müraciət edib yaşa görə əmək pensiyası ala bilməsi üçün ona qanunsuz əmək stajı arayışının hazırlanmasında köməklik göstərilməsi ilə əlaqədar saxta Arxiv Arayışının düzəldilməsinə dair Təqsirləndirilən şəxs1 razılığını alaraq 2022-ci ilin aprel ayında onunla sövdələşməklə, vəzifə saxtakarlığına təhriki əsasında sonuncu 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə saxta Arayışın verilməsini pərdələmək və qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus olan “Xanlar müstəqil müəssisəsi əmr kitabı”, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı” və “Şəxslərlə hesablaşmalar” adlı qeydiyyat kitablarını, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasının içərisinə şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni “Xanlar müstəqil müəssisəsi əmr kitabı”na onun 1999-cu ildə həmin müəssisəyə malabaxan vəzifəsinə təyin edilməsi, “Xocalı rayonu Xanlar müstəqil müəssisəsi əmr kitabı”na onun 2006-cı ildə həmin vəzifədən azad edilməsi, “X2”na onun həmin dövr üçün guya əmək haqqı almasına, eləcə də ona məxsus ******* nömrəli əmək kitabçasının içərisinə onun “xx.xx.1999-cu ildə 03 №-li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsinə təyin edilməsinə, xx.xx.2006-cı ildə 06 №-li əmrlə Xocalı rayonu Xanlar müstəqil müəssisəsinə malabaxan vəzifəsindən azad edilməsinə” dair Təqsirləndirilən şəxs1 diyircəkli qələmlə bilə-bilə yalan məlumatları daxil etməklə, direktor “R.Mürsəlov” sözlərinin qarşısında olan yeri qəsdən fərqli formada imzalamaqla həmin sənədləri Təqsirləndirilən şəxs1 özündə saxladığı “Xanlar” müstəqil kiçik müəssisəsinə məxsus möhürlə təsdiq edib, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, cinayətkar vədinə əməl etmək məqsədilə qeyd edilən ərəfədə və qeyd edilən yerdə rəsmi sənəd hesab edilən xx.xx.2022-ci il tarixli 04 nömrəli Arxiv Arayışını tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni onun guya 1999-2006-cı illər üzrə “Xanlar” müstəqil kiçik müəssisəsində işləyərkən aldığı əmək haqlarına dair məlumatları diyircəkli qələmlə daxil etməklə həmin Arayışı Təqsirləndirilən şəxs1 imzası və üzərində “Xocalı Rayon Dövlət Arxivi” yazıları olan möhürlə təsdiq edib 2022-ci ilin aprel ayında Bərdə şəhərində yerləşən adsız kafedə özünə təqdim etdikdən sonra, bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə 06 may 2022-ci il tarixdə Bərdə rayonu Heydər Əliyev prospekti 100 ünvanında yerləşən Bərdə “ASAN xidmət” Mərkəzinə təqdim etməklə vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etməsi, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 313 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 32,4, 313 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hüsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2023-cü il tarixli 67 saylı arayışından və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayonu Hüsənli kəndində yaşayır. Ailə üzvləri: arvadı X3, oğlu X9 və oğlu X4 ibarətdir. Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddətdə ailə üzvləri ilə bərabər pay torpaq sahəsində çalışıb, sakit təbiətli bir şəxsdir. İctimai yerlərdə hər hansı nalayiq hərəkəti müşahidə olunmamışdır və hər hansı şəxs tərəfindən onun haqqında nümayəndəliyə şikayət daxil olmayıb. Xocalı Rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 mart 2023-cü il tarixli 06 nömrəli xasiyyətnaməsindən görünür ki, xx.xx.1999-cu il tarixdən etibarən İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 21 nömrəli Sərəncamı əsasında Xocalı Rayon Dövlət Arxivinin müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırda səhvini başa düşür və əməlindən peşmandır, yaşayış və iş yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olması və yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 17 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməmişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamələr ilə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-nin 313 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islan işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 fevral 2023-cü il tarixli 05 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır, hal-hazırda Bərdə rayonu Kələntərli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 09 fevral 2023-cü il tarixli Xasiyyətnamədən ilə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırda səhvini başa düşür və əməlindən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, 66 yaşı olmaqla kifayət qədər yaşlı olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 17 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 CM-nin 32.4, 313 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 49.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər islah işləri cəzasını iş yerləri üzrə çəkməlidirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onların işləməyə başladığı və qazanclarından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 14 mart 2023-cü il tarixli 4/361 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” diskin, Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixli ərizəsinin, 22 aprel 2022ci il tarixli 04 nömrəli Arxiv Arayışının, Təqsirləndirilən şəxs2 adına olan ******* nömrəli əmək kitabçasının, 01 ədəd Xocalı Rayon Dövlət Arxivinə məxsus olan “Arayışlar Kitabı”nın, 01 ədəd “X2”nın, 01 ədəd 1999-2000-ci illəri əhatə edən “Əmr Kitabı”nın, 01 ədəd 2005-2006-cı illəri əhatə edən “Əmr Kitabı”nın cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, CM-nin 320.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaqla ona qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəza çəkməsinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 313cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaqla ona qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəza çəkməsinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” diskin, Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixli ərizəsinin, 22 aprel 2022ci il tarixli 04 nömrəli Arxiv Arayışının, Təqsirləndirilən şəxs2 adına olan ******* nömrəli əmək kitabçasının, 01 ədəd Xocalı Rayon Dövlət Arxivinə məxsus olan “Arayışlar Kitabı”nın, 01 ədəd “X2”nın, 01 ədəd 1999-2000-ci illəri əhatə edən “Əmr Kitabı”nın, 01 ədəd 2005-2006-cı illəri əhatə edən “Əmr Kitabı”nın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-128/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-128/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver