Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-128/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1027/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 10040,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2006-cı ildə Humay, 2010-cu ildə Ayan və 2015-ci ildə isə Cavanşir adlı üç uşaqları anadan olmuşdur. Əvvəllər mehriban şəraitdə yaşasalarda sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə 2020-ci ildə Zərərçəkmiş şəxs ondan faktiki ayrılmış və aralarında olan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 10040,00 manat aliment borcu yaranmışdır. İstintaq dövründə müxtəlif vaxtlarda 200,00 manat, 500,00 manat, 300,00 manat və 4000,00 manat, cəmi 5000,00 manat bank vasitəsi ilə və nağd şəkildə aliment borcundan ödəniş etmiş və hazırda Zərərçəkmiş şəxs aliment borcu 5040,00 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə birgə nikah dövründə həm də hal hazırda evlərin və obyektlərin dam örtüyü ustası kimi işləyir və bir aya 3 evdən 5 evə kimi dam örtüyünü vurmaqla hər aya 3000,00 manatdan 5000,00 manata qədər qazanır. X2 və onun oğlu X9 da onunla birlikdə işləyirlər və qazancı yarı bölürlər. Keçmiş arvadı Zərərçəkmiş şəxs özü onunla aralarında olan nikahın pozulması üçün məhkəməyə ərizə verdiyi üçün ona hirsli olduğuna görə onunla prinsipə düşərək aylıq qazancı olsada aliment borcunu ödəmirdi. Onun işi və aylıq qazancı olduğuna görə Bərdə rayon Məşğulluq mərkəzinə müraciət etməmişdir. Hazırda o, Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödədiyini bildirərək, işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2006-cı ildə Humay, 2010-cu ildə Ayan və 2015-ci ildə isə Cavanşir adlı üç uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs evdə tez-tez yersiz dava dalaş edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2020-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bakı şəhərində müxtəlif yerlərdə evlərin damı, döşəməsi və tavanı ustası işləməklə hər ay 2000,00 manat qazancı olurdu. Eyni zamanda Bərdə rayon Qaradəmirçi kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus pay torpaq sahəsi də var idi. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 10040,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs tərəfindən İstintaq dövründə köçürmə vasitəsi ilə və nağd şəkildə ona cəmi 5000,00 manat aliment borcundan ödəniş etmiş və hazırda ona aliment borcu 5040,00 manat təşkil edir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona olan 5040 (beş min qırx) aliment borcunu tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstədi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1027/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 10040,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru məmuru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Vüsal ilə keçmiş gəlini Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2006-cı ildə Humay, 2010-cu ildə Ayan və 2015-ci ildə isə Cavanşir adlı üç uşaqları anadan olmuşdur. Əvvəllər mehriban şəraitdə yaşasalarda sonradan oğlu ilə keçmiş gəlini xasiyyətləri uyğun gəlmədiyinə görə 2020-ci ildə Zərərçəkmiş şəxs onun oğlu ilə faktiki ayrıldıqdan sonra aralarında olan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsinə əsasən oğlu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 10040,00 manat aliment borcu yaranmışdır. Oğlu Təqsirləndirilən şəxs istintaq dövründə müxtəlif vaxtlarda 200,00 manat, 500,00 manat və 300,00 manat, cəmi 1000,00 manat bank vasitəsi ilə aliment borcundan ödəniş etmiş və hazırda onun Zərərçəkmiş şəxs aliment borcu 9040,00 manat təşkil edir. Oğlu Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs ilə birgə nikah dövründə həm də hal hazırda evlərin və obyektlərin dam örtüyü ustası işləyir və bir aya 2 evin dam örtüyünü vurmaqla 1600,00 manat qazanır və X2 da onunla fəhlə kimi işləyir. Oğlu Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs onu boşadığı üçün ona hirsli olduğuna görə prinsipə düşərək aylıq qazancı olsada aliment borcunu ödəmirdi. Cinayət işinin 13-16-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 390,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir Cinayət işinin 43-47, 50, 51, 52, 53, 54-cü vərəqələrində olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-1027/2023 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-799/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X10 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyatdan keçməmişdir. Cinayət işinin 118-119-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 149-150-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-128/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-128/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv olunmuş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Fərmail oğlu barəsində Abşeron RPİ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.2020-ci il tarixdə məsuliyyətə cəlb olunaraq həmin cinayət işi xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə məhkəməyə göndərilib. Cinayət işinin 164-cü vərəqəsində olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2019-2024-cü il dövründə cinayət işinin daxil olub-olmaması yoxlanılmış və barəsində hər hansı təqsirləndirici materialın olması müəyyyən edilməmişdir. Cinayət işinin 164-cü vərəqəsində olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Abşeron RPİ-nin istintaq şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən ilkin sübutların məcmusunun müəyyən edilməsinə, bu səbəbdən də onun həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmasına baxmayaraq, ibtidai istintaqın yekunlaşdırılması və ittiham aktı tərtib edilərək sonuncunun məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət qədər sübutlar toplanmamışdır. Bu səbəbdən də, icraat dayandırılmışdır. Hazırda ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq kifayət edən sübut bazasının toplanılmasınadək davam etdirilir. Cinayət işinin 156-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs təqdimatda göstərilən 10040,00 manat aliment borcundan Zərərçəkmiş şəxs xeyrinə istintaq dövründə cəmi 5000,00 manat məbləğində pulu ödəmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qalan 5040 (beş min qırx) manat aliment borcunu tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəməklə məhkəmə qətnaməsini tam icra etdiyinə görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-128/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-128/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver