Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-129/2021 29.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Göyçay rayonu, Qəbələ Müsküllü kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, evdar qadın, Bərdə şəhəri H.Əliyev prospekti 155-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən mənzilində qonşusu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun 2018-ci il təvəllüdlü qızı X13 qarşı əxlaqsız hərəkətlər etməsini bəhanə edərək, dolabdan götürdüyü soyuq silah hesab edilməyən zavod üsulla hazırlanmış məişət təyinatlı qayçı ilə Zərərçəkmiş şəxs cinsi orqanının dərisini kəsərək sonuncuya cinsiyyət üzvünün dərisinin kəsilməsi xəsarəti ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Ülvi ailəsi ilə birlikdə yaşadığı binanın 5-ci mərtəbəsində kirayədə yaşayır. Qanuni nümayəndə Ülvinin anasıdır. X17 onun qızıdır. Məryəm 26 iyul 2018-ci il təvəllüdlüdür. 13 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində 2 yaşlı qızı Məryəm ona “qonşu Ülvi koridorda onu yıxır yerə şalvarını çəkir üstünə çıxır”-sözlərini deyib. O bərk əsəbləşərək qızı Məryəmi qucağına götürüb, Ülvini göstərməsini bildirib. Bir müddət sonra Ülvini həyətdə görüb. Ülvini həyətdə görüb çağırıb ki, “gəl Məryəmi düşürt həyətə”. Ülvi 4-cü mərtəbəyə qalxdıqdan sonra o ona “gəl sənə kökə verəcəm”-deyib. Ülvi onun yaşadığı ünvana daxil olduqdan sonra o Ülviyə “niyə mənim qızım Məryəmin şalvarını aşağı salıb, əxlaqsız hərəkət etmisən”-soruşub. Ülvi cavabında “bağışla xala bir də etməyəcəm”-deyib. Onun hirsi soyumadığı üçün Ülvinin qarın nahiyəsinə uzanıb, dirsəklərini Ülvinin qarın və ayaq nahiyəsinə qoyub. Daha sonra Ülvinin şalvarını və alt paltarını aşağı çəkib, “tərpənmə başqa yerlərinə xəsarət yetirməyim”-deyib. Çəkməcədən götürdüyü qayçı ilə Ülvinin cinsiyyət orqanının dərisini kəsib. Hirsi soyuduğu üçün Ülvinin üzərindən durub. Qayçıya baxıb qan olmadığını görüb, qaça-qaça otağı tərk etməyə çalışan Ülvini geri çağırıb. Ülvinin cinsiyyət orqanının qanamasını görüb, getməsinə icazə verib. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssis X6 iştirakı ilə dindirilmiş X8 izahatında göstərmişdir ki, 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində həyətdə oynayırmış. Bu zaman 4-cü mərtəbədə yaşayan Aidə yaşadığı ünvandan “Ülvi qadam gəl Mələklə Məryəmi düşürt aşağı”-sözlərini dedi. O, pilləkənlə 4-cü mərtəbəyə qalxdı. Aidə ona “gəl içəri şirniyyat verəcəm sənə”-deyib, qollarından tutub içəri itələyib. O, içəri keçəndən sonra Aidənin qızı Tünzalə qapını bağlayıb. Aidə ona “kimin qızını zorlamısan?”-sualını verib. Ülvi ona “Allah haqqı heç kimi zorlamamışam”-sözünü deyib. Aidə gedib şkafın gözündən qara rəngli qayçını götürüb, onun üzərimə gəlib. Aidə onu yerə yıxıb, ayağını boğazına qoyub. Daha sonra Ülvinin əynindəki şalvarı və alt paltarını çıxardıb. Aidə qayçı ilə onun cinsiyyət orqanınının dərisini kəsib. Bərk ağrı hiss edib qışqırmaq istəsə də, Aidənin ayağı boğazında olduğu üçün qışqıra bilməyibdi. Aidə onun üzərindən durub nəsə götürməyə getdi. Bu zaman Tünzalə öz az yaşlı uşağını tualetə aparmaq üçün evin qapısını açdı. O, fürsətdən istifadə edib evdən qaçıb. O, Aidə gildən çıxıb, qışqıra-qışqıra anası Ülviyyənin yanına 5-ci mərtəbəyə çıxıb. Onun qışqırmağını eşidib anası Ülviyyə qapını açıb. Qonşular ətrafa yığılmışdı. Qonşuları Şahid2 onu götürüb qucağında həyətə çıxardıb. Həyətdə qonşulardan birinin avtomobilinə əyləşdirib, Bərdə rayon Mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra o, çıxıb evə gedib. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yaşayan Dövlət ittihamçısı1 Bədir qızına məxsus fərdi yaşayış evində baş vermiş, heç kimə qarşı əxlaqsız hərəkətlər etməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmış Qanuni nümayəndə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Ülvinin xəsarətilə bağlı bildirmək istəyir ki, 13 aprel 2021-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evdə olarkən oğlu Ülvinin qışqırtısını eşidib, evdən çölə çıxıb. Qapının ağzında oğlu Ülvinin cinsiyyət orqanını qan içində olduğunu görüb. Ülvinin şalvarı dizə kimi çəkilmiş vəziyyətdə idi. O, oğlu Ülvidən nə baş verdiyini soruşduqda Ülvi ona: qonşumuz “Aşot” ləqəbli Dövlət ittihamçısı1 Bədir qızı qayçı ilə onun cinsiyyət orqanını kəsib–bildirimişdir. Qonşuluqda yaşayan Əliyev X14 quçağına alaraq həyətə düşürdü. Həyətdə qonşuluqda yaşayan X9 idarə etdiyi markasını bilmədiyi avtomobil ilə oğlu Ülvini Bərdə rayon Mərkəzi xəstaxanasına aparıblar. Avtomobildə Razim, Əli, bacısı Aynur və əri Rəşad var idi. Xəstəxanada oğlu Ülviyə tibbi yardım göstərilib. Qanuni nümayəndə ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, oğlu Ülvinin xəsarəti ilə bağlı şikayətçi olduğunu, Dövlət ittihamçısı1 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Oğlu Ülvinin 9 yaşının olduğunu, Dövlət ittihamçısı1 oğlu Ülviyə şər atdığını, çünki, Aidənin bütün günü spirtli içkilərin və narkotik vasitələrin təsirində olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 öz izahatında göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. Qanuni nümayəndə və təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 qonşusu olaraq tanıyır. 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evində oturub televizora baxırdı. Birdən binanın dəhlizindən qışqırıq səsləri gəlməyə başladı. O, evdən dəhlizə çıxanda bina sakinlərinin dəhlizdə olduğunu görüb. Qonşu Qanuni nümayəndə və bir neçə nəfər ağlayırdı. O, heçnədən xəbərsiz pilləkənlərlə həyətə düşdü. Həyətdə qonşuluqda yaşayan tanışı Şahid2 Xanlar oğlunun qucağında qonşu Qanuni nümayəndə oğlu Ülvini gəzdirdiyini gördü. Ülvinin cinsi orqanı qan içində idi. Razim ona “maşının arxa qapısını aç, uşağı xəstəxanaya aparaq. Aidə Ülvinin cinsiyyət orqanının dərisini kəsib”-dedi. Ülvinin valideynləri və Razim ilə birlikdə Ülvini Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırdılar. Məhkəmə istintaqı zamanı şahid dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 öz izahatında göstərmişdir ki, Dövlət ittihamçısı1 onun anasıdır. Zərərçəkmiş şəxs onun qonşusudur. Ülvi ailəsi ilə birlikdə yaşadığları binanın 5ci mərtəbəsində kirayədə yaşayır. Qanuni nümayəndə Ülvinin anasıdır. 13 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində evdə qızı Mələyi yatızdırırdı. Bu zaman anası Aidə qonşusu Ülvini evə gətirməsini eşitdi. O, yataq otağında uşağını yatızdırdığı üçün Anası Aidə ilə Ülvinin nə danışdıqlarını eşitməmişdir, təxminən 10 dəqiqə onun qızı Mələk altını batırdığı üçün Tünzalə onu tualetə apardı. Sonra çöldə səs küy gəlməsini eşitdi. Evdən çölə çıxanda öyrəndi ki, anası Aidə qonşuları Ülvinin cinsiyyət orqanının dərisini qayçı ilə kəsib. Anası Aidədən nə səbəbə elə hərəkət etməsini soruşduqda, o Tünzaləyə Ülvinin 2 yaşlı bacısı Məryəmə əxlaqsızlıq etməsinə görə olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı Şahid1 öz izahatında göstərmişdir ki, o, Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən binanın yaxınlığında avtoyuma məntəqəsini icarəyə götürüb işlədir. Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 qonşu olaraq tanıyır. 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində avtoyuma məntəqəsində oturub, işçilərin avtomaşınları yumasına nəzarət edirdi. Birdən binada qışqırıq səsləri eşitdi. O, məsələni öyrənmək məqsədilə binanın girəcəyinə doğru piyada hərəkət etməyə başladı. Binanın qarşısına çatanda Şahid2 qucağındakı Zərərçəkmiş şəxs Şahid3 avtomobilinə otuzdurduğunu gördü. Ülvinin cinsiyyət orqanı qan içərisində idi. O, Şahid3 ilə birlikdə dal qabaq Bərdə rayon mərkəzi xəstəxanasına getdi. Orada ona məlum oldu ki, Dövlət ittihamçısı1 Zərərçəkmiş şəxs cinsiyyət orqanının dərisini qayçı ilə kəsmişdir. Cinayət işinə əlavə edilmiş 13 aprel 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd olunan cinayət hadisəsi Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında Dövlət ittihamçısı1 məxsus evdə baş vermiş, baxış zamanı cinayətin aləti olan qayçı maddi sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 15 aprel 2021-ci il tarixli 295 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – cinsiyyət üzvünün dərisinin kəsilməsi kəsici xassəyə malik əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 13 aprel 2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 15 aprel 2021-ci il tarixli 295 nömrəli rəyindən görünür ki, X10 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işi üzrə verilmiş 01 iyun 2021-ci il tarixli 138-1844-1120 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni görmüş şəxsləri müəyyən etmək mümkün olmamış, 13 aprel 2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yaşayan Dövlət ittihamçısı1 məxsus evdə baş vermiş hadisənin baş vermə səbəbi Dövlət ittihamçısı1 Zərərçəkmiş şəxs onun 2018-ci il təvəllüdlü qızı X13 əxlaqsız hərəkətlər etməsini zənn etməsi olmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs 2018-cı il təvəllüdlü X15 əxlaqsız hərəkətlər etməmişdir. Cinayət işi üzrə 15 aprel 2021-ci il tarixdə soyuq silah ekspertizası təyin edilərək 15 fevral 2021-ci il tarixli, Məhkəmə Ekspertiza mərkəzinin X12 27 may 2021-ci il tarixli 16/434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet zavod üsulla hazırlanmış məişət təyinatlı qayçısıdır və soyuq silah hesab edilmir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərərçəkmiş şəxs X8 ilə Dövlət ittihamçısı1 üzləşdirilmişdir. Üzləşdirmə zamanı X1 Aidə Bədri qızının üzünə qarşı qızı Məryəmə qarşı əxlaqsız hərəkətlər etmədiyini, səbəbsiz yerə Aidənin onu yaşadığı ünvana apararaq qayçı ilə cinsiyyət üzvünün dərisini kəsdiyini bildirmişdir. Dövlət ittihamçısı1 isə X4 üzünə qarşı qızı Məryəmə qarşı əxlaqsız hərəkət etdiyi üçün əsəbləşdiyini, ona görə yaşadığı ünvana apararaq qayçı ilə cinsiyyət üzvünün dərisini kəsdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Dövlət ittihamçısı1 əvvəllər məhkum edilməmişdir və onun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi üzrə maddi sübut təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 hadisədə istifadə etdiyi zavod üsulla hazırlanmış məişət təyinatlı qayçı 09 iyun 2021-ci il tarixli qərarla müstəntiq tərəfindən obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən təqsirləndirilən şəxsə qarşı ittiham elan etmək üçün sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsindən alınmış arayışdan görünür ki, Dövlət ittihamçısı1 Bərdə şəhəri, H.Əliyev prospekti 155 , 2002-ci il təvəllüdlü qızı Şahid4, 2018-cı il təvəllüdlü qızı X17 ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsindən alınmış, Dövlət ittihamçısı1 barəsində olan xasiyyətnamədən görünür ki, Dövlət ittihamçısı1 H. Əliyev prospekti 155 saylı mənzildə yaşadığı müddət ərzində ictimayyət arasında özünü aparmağı bacarmış, nümayəndəliyə onun barəsində heç bir şifahi və yazılı məlumat daxil olmamışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən mənzilində qonşusu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun 2018-ci il təvəllüdlü qızı X13 qarşı əxlaqsız hərəkətlər etməsini bəhanə edərək, dolabdan götürdüyü soyuq silah hesab edilməyən zavod üsulla hazırlanmış məişət təyinatlı qayçı ilə Zərərçəkmiş şəxs cinsi orqanının dərisini kəsərək sonuncuya cinsiyyət üzvünün dərisinin kəsilməsi xəsarəti ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən mənzilində qonşusu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun 2018-ci il təvəllüdlü qızı X13 qarşı əxlaqsız hərəkətlər etməsini bəhanə edərək, dolabdan götürdüyü soyuq silah hesab edilməyən zavod üsulla hazırlanmış məişət təyinatlı qayçı ilə Zərərçəkmiş şəxs cinsi orqanının dərisini kəsərək sonuncuya cinsiyyət üzvünün dərisinin kəsilməsi xəsarəti ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Dövlət ittihamçısı1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Dövlət ittihamçısı1 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, öhdəliyində az yaşlı övladının olmasını, psixoloji vəziyyətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Dövlət ittihamçısı1 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 128ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 öhdəliyində az yaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 cinayəti azyaşlı olan zərərçəkmiş şəxsə qarşı törətməsi onun cəzasını ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Dövlət ittihamçısı1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cemlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Dövlət ittihamçısı1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Dövlət ittihamçısı1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Dövlət ittihamçısı1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 31.50 (otuz bir manat əlli qəpik) məbləğində ekspertiza xərci Dövlət ittihamçısı1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin saxlancına verilmiş zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Dövlət ittihamçısı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Dövlət ittihamçısı1 üzərinə Bərdə şəhəri, H. Əliyev prospekti 155-də yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Dövlət ittihamçısı1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Dövlət ittihamçısı1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin saxlancına verilmiş zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-129/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-129/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver