Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-129/2022 20.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Təbriz küçəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən ümumilikdə təmiz çəkisi 1,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumilikdə təmiz çəkisi 0,118 qram olan psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 28 mart 2022ci il tarixdə saat 22:25 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Əliyanlı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədilə saxladığı 4 ədəd sarı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,616 qram, 0,612 qram, 0,235 qram, 0,249 qram olmaqla ümumi təmiz çəkisi 1,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli kağız bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdəki digər 1 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,077 qram olmaqla ümumi təmiz çəkisi 0,118 qram kustar üsullla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayon Qiyaslı kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhər Təbriz küçəsində yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, o, 5-6 ildən çox müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Bəzən dost tanışına narkotik vasitə və psixotrop maddə pay verir. Tutulmamışdan təxminən 1 ay əvvəl Bakı şəhəri Nəsimi rayonunda ünvanını unutduğu avto-yuma məntəqəsində çalışan zaman təmizləyici qurğunun (toz toran) içərisindən 4 ədəd büküm heroin, 2 ədəd büküm metamfetamin (şüşə) və 1 ədəd marixuana bükümlərini aşkar etmişdir. Həmin bükümləri gödəkcənin iç cibinə qoymuşdur. Yaşadığı Bərdə rayonuna gələn zaman sözü gedən bükülüləri üzərində gətirmiş, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Əliyanlı kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat aldıqlarını demişlər. O, polis əməkdaşlarlına həqiqətən də üzərində narkotik vasitə və psixotrop maddənin olmasını onlara demişdir. Polis əməkdaşları onu Bərdə RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Bərdə RPŞ-nə gəlmişdir. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili Müdafiəçi təqdim edilmiş, daha sonra narkotik vasitələrin qanunsuz saxlamaqda və dövriyəsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan narkotik vasitələri və psixotrop maddələri təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri təhqiqatçı tərəfindən ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə ölçülmüş və təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş, onun və digər iştirakçılar tərəfindən doğru hesab edilərək imzalanaraq təsdiq edilmişdir. Bundan sonra üzərinə baxış keçirilən zaman üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra etibarnamə əsasında idarə etdiyi “VAZ 21723” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Lakin avtomobilindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, o, üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələri 1 ay bundan qabaq Bakı şəhəri Nəsimi rayonunda ünvanını unutduğu avto-yuma məntəqəsində çalışan zaman təmizləyici qurğunun (toz toran) içərisindən 7 büküm heroin, marixuanna və metamfetamin tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç kimə narkotik vasitə və psixotrop maddələr satmamış və heç kimə verməmiş, ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin əlavə ifadəsi zamanı heroin və metamfetamindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 3 övladı dünyaya gəlmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı 28 mart 2022ci il tarixdə saat 22 radələrində polis əməkdaşları mobil telefonla zəng edərək məlumat vermişlər. Əri Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etməsindən və satmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə heç bir nifaq və münaqişəsi olmamışdır. 28 mart 2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz saxlamasında və satışında şübhəli olduğu üçün o, və Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Əliyanlı kəndi ərazisində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasiyasına uyğun olaraq hüquqları Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Röyal Ağayev tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində bükümlər olan 1 ədəd şəffaf sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində onun tərəfindən şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükülülər proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. 4 ədəd sellofan bükülülərin ümumi çəkisi 2,59 qram, 2 ədəd gümüşü rəngli kağızda olan bükülülərin ümumi çəkisi 0,41 qram və 1 ədəd gümüşü rəngli kağızda olan bükülünün ümumi çəkisi 0,27 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bükülüləri Bakı şəhəri Nəsimi rayonunda ünvanını xatırlamadığı avtoyumada işləyərkən tozsoranın içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülülərin zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Video çəkiliş dayandırılmadan Bərdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, Təqsirləndirilən şəxs etibarnamə əsasında məxsus qara rəngli “Lada Priora” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün baxış iştirakçıları ilə birlikdə Bərdə rayon polis şöbəsinin həyətinə doğru hərəkət edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli “Lada Priora” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında ona məxsus olduğunu, avtomobilində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, o Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirmiş, ancaq avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onların dediyi xüsusatları təsdiq etdi və bildirdi ki, o videoçəkiliş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 2012-ci il tarixdən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə heç bir nifaq və münaqişəsi olmamışdır. 28 mart 2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz saxlamasında və satışında şübhəli olduğu üçün o, və Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Əliyanlı kəndi ərazisində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasiyasına uyğun olaraq hüquqları Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Röyal Ağayev tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bu zaman masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində bükümlər olan 1 ədəd şəffaf sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid2 tərəfindən şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükülülər proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. 4 ədəd sellofan bükülülərin ümumi çəkisi 2,59 qram, 2 ədəd gümüşü rəngli kağızda olan bükülülərin ümumi çəkisi 0,41 qram və 1 ədəd gümüşü rəngli kağızda olan bükülünün ümumi çəkisi 0,27 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini bükülüləri Bakı şəhəri Nəsimi rayonunda ünvanını xatırlamadığı avtoyumada işləyərkən tozsoranın içərisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülülərin zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Video çəkiliş dayandırılmadan Bərdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, Təqsirləndirilən şəxs etibarnamə əsasında məxsus qara rəngli “Lada Priora” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün baxış iştirakçıları ilə birlikdə Bərdə rayon polis şöbəsinin həyətinə doğru hərəkət edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli “Lada Priora” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında ona məxsus olduğunu, avtomobilində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, o, və Şahid2 Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirmiş, ancaq avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 28 mart 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 28 mart 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 5-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 81-84-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)36/2022 saylı 30 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin məhkəmə-bioloji ekspertizasının 29 mart 2022-ci il tarixli 16/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sarı rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri, 0,616qram, 0,612 qram, 0,235 qram, 0,249 qram ümumi təmiz çəkisi 1,712 qram olan, maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Həmin zərfdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə və 1(bir)ədəd gümüşü kağız bükümdəki digər 1 (bir)ədəd seleffan bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,077 qram, ümumi təmiz çəkisi 0,118 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin ümumi təmiz çəkiləri -1.712 qram, tədqiqata sərf edildi-0.32 qram (hər birindən 0.08 qr) qalıq-1.392 qram Metamfetamin ümumi təmiz çəkisi-0.118 qram, tədqiqat sərf edildi-0.02 qram (hər birindən 0.01 qr), qalıq 0.098 qram (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli 7/376 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0.14 qram olan bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid JWH-266 adlı maddə vardır. Onun çəkisi -0.0008 qram təşkil edir. Qeyd: Bitki mənşəli kütlənin təmiz çəkisi -0.14 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.09 qramdır. (Aparılmış tədqiqatın dəyəri 89.00 manat təşkil edir) Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2022-ci il tarixli 563 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyində əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 96-ci vərəqəsində olan Ağdam rayon İHB-nın Qiyaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 124-131-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,32 qram istifadə edildikdən sonra 1,712 qramdan qalmış 1,392 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin, ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,02 qram istifadə edildikdən sonra 0,118 qramdan qalmış 0,098 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin "JWH-266" maddənin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq siyahıda olmaması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,712 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,118 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2022-ci il tarixli 563 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin və kustar üsullla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 1,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,118 qram kustar üsullla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, 3 azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 30 mart 2022-ci il tarixdə barəsində “həbs ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 149.80 manat (60.80+89.00) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan kustar üsulla hazırlanmış 1,392 qram heroin və psixotrop maddə olan 0,098 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan psixotrop maddə olan kustar üsulla hazırlanmış 1,392 qram heroin və psixotrop maddə olan 0,098 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 149.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-129/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-129/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver