Məhkəmə qərarları › İş №1(021)-129/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-129/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-129/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Bərdə rayon Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bərdə rayon Alpoud kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Alpoud kəndində yaşayan Zərərçəkmiş şəxs yarı çılpaq geyimdə onunla qonşu yaşayan Təqsirləndirilən şəxs həyətinə getmiş, sonuncudan ona borclu olduğu 100 manat pulu tələb etmiş, Təqsirləndirilən şəxs ona pulunun olmadığını bildirmiş, bu zaman Zərərçəkmiş şəxs əlində olan mobil telefonla Təqsirləndirilən şəxs həyətində olan metal hissələrinin şəkillərini çəkərək ondan şikayət edəcəyini demiş, bu sözə əsəbləşən Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq onun ağlı qişaya qansızma və göz yarığının daralması ilə sol gözyuvası ətrafı nahiyəsinin dǝrialtı hematoması ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham edilərək məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Alpoud kəndində yaşayır, ailəlidir, dörd övladı vardır. Gündəlik olaraq fəhləlik etməklə dolanır. Həmçinin zibillikdən metal əşyaları yığaraq həyətinə gətirərək toplayır ki, övladının xeyri işi olan ərəfədə satıb əl xərci etsin. Qardaşı Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. 5 ildir ki, qardaşı Tarzənlə küsülüdür. Bu səbəbdən Tarzən onunla ədavət aparır tez tez onun barəsində şikayətlər edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman qardaşı Tarzən sərxoş və yarı çılpaq vəziyətdə onun həyətinə keçib həyətində olan metal əşyalarının şəkilini çəkdiyini görmüş, Tarzənə metalların şəklini çəkməməsini demiş, Tarzən ona qanunsuz metal yığması barədə ondan polisə şikayət edəcəyini bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmış, Tarzən onun ailəsinin ünvanına nalayiq söyüş söymüş həmçinin əlində olan dəmir parçası ilə onun üstünə gəlmişdir. Bu zaman o, əsəbləşmiş, Tarzənin əlində olan dəmir parçasını alıb metal əşyalarının üstünə atmış və söyüş söydüyü üçün bir dəfə yumruqla vurmuşdur. Tarzən zərbədən yerə yıxılmışdır. Həmin vaxt onun yanında olan arvadı Şahid2 Tarzəni həyətdən çıxarmış və öz evinə yola salmışdır. Həmin vaxt Tarzən onu vurmamışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək və yerində müşavirə edərək CPM-in 317-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin elan və tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Bərdə rayon Alpout kəndində yaşayır, ailəlidir, üç övladı vardır. Fərdi əməklə məşul olur. Qardaşı Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. 5 ildirki, qardaşı Aftandil ilə küsülüdür. 2023-cü ilin aprel ayının sonlarında Aftandil yas mərasiminə getdiyi üçün ondan 100 manat borc pul almış və söz vermiş ki, 3 gün müddətinə qaytaracaq. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə pivə içmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 17-18 radələrində qardaşı Aftandilin həyətinə gedib ondan pulunu istəmiş, Aftandil isə ona pulunun olmadığını bildirmişdir. Bu səbəbdən əsəbləşmiş, əlində olan telefonla onun həyətində olan metal əşyalarının şəklini çəkib qanunsuz metal yığdığına görə polisə şikayət edəcəyini bildirmişdir. Bu zaman Aftandil əsəbləşib onun üstünə gəlmiş, ona həyətindən çıxmasını bildirmiş və qəfildən yumruqla sol göz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Huşunu itirirək yerə yıxılmış, Aftandilin arvadı Elnurə su gətirib onun üstünə töküb oyatmışdır. Aftandilin yumruq zərbəsindən xəsarət almışdır. Həmin vaxt Afdandili vurmamışdır. Məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Tafiq qızı göstərdi ki, Bərdə rayon Alpoud kəndində yaşayır. 18 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nigahdan dörd övladı vardır. Qaynı Tarzən ilə qonşuluqda yaşayırlar. Xeyli müddətdir ki, Aftandil Tarzən ilə danışmır. Tarzən mütamadi olaraq onun ailəsindən şikayət edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Tarzən onun evinin həyətinə gəlib demiş ki, "sizin həyətdə olan metalın şəkilin çəkmişəm, sizdən şikayət edəcəm" sonra onun ünvanına söyüş söymüşdür. Əri Aftandil isə Tarzənə "mənim həyətimdən çıx" demişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Aftandil Tarzənin əlində olan dəmir parçasını əlindən alıb metal əşyalarının üstünə atmış, daha sonra Tarzən söyüş söydüyü üçün Aftandil onu yumruqla vurmuşdur. Tarzən zərbədən yerə yıxılmışdır. Sonra o Tarzəni öz evinə yola salmışdır. Məhkəmə iclasında digər şahid X10 üzürlü səbəbdən iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid X2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X2 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, 11 ildir ki, Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahdan üç övladı vardır. Tarzən təxminən 5 ildir ki, qardaşı Aftandillə danışmır, hərdən xeyir şər məclislərində salamlaşırlar. 2023-cü ilin aprel ayının sonlarında Tarzən qardaşı Aftandilə 100 manat borc pul vermişdir. Tarzən Aftandildən pulunu istəsə də Aftandil onun pulunu verməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində mağazaya evə bazarlıq etmək məqsədilə getmiş, evə qayıdanda Tarzən yerdə uzanıqlı və sol göz nahiyəsində xəsarət olduğunu görmüşdür. Tarzəndən nə baş verdiyini soruşanda Tarzən ona qardaşı Aftandilin yumruqla onun sol gözünə qəsdən vurduğunu bildirmişdir. Bundan sonra o, təcili-tibbi yardıma zəng etmişdir. Həkimlər gəlib Tarzənə ilkin tibbi yardım göstərmişlər. Daha sonra Tarzən 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs barəsində olan 1005 nömrəli sərxoşluq aktından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 20:35-də yüngül dərəcə alkaqol sərxoşluğunda olmuşdur. "MTE və PA" ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər - ağlı qişaya qansızma və göz yarığının daralması ilə sol gözyuvasıətrafı nahiyəsinin deraltı hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Bərdə RİHB-nin Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Alpoud kəndində yaşayır, ictimai və mədəni tədbirlərin fəal iştirakçısı olmuş və bu günə qədər icra nümayəndəliyinə barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Bərdə RİHB-nin Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 354 nömrəli arayışdan görümnür ki, Təqsirləndirilən şəxs, ailə üzvüləri X11, Şahid2, X7, X5, X6, X3 ilə birlikdə Bərdə rayon Alpout kəndində yaşayır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 30 may 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Alpoud kəndində yaşayan Zərərçəkmiş şəxs yarı cilpaq geyimdə onunla qonşu yaşayan Təqsirləndirilən şəxs həyətinə getmiş, sonuncudan ona borclu olduğu 100 manat pulu tələb etmiş, Təqsirləndirilən şəxs ona pulunun olmadığını bildirmiş, bu zaman Zərərçəkmiş şəxs əlində olan mobil telefonla Təqsirləndirilən şəxs həyətində olan metal hissələrinin şəkillərini çəkərək ondan şikayət edəcəyini demiş, bu sözə əsəbləşən Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol göz nahiyəsinə nahiyəsinə ona məxsus fərdi yaşayın evinin həyətində yumruqla bir dəfə qəsdən vuraraq onun ağlı qişaya qansızma və göz yarığının daralması ilə sol gözyuvası ətrafı nahiyəsinin dǝraltı hematoması ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu ilə barışdığından və dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o zərərçəkmiş şəxslə barışdığından barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, tərəflərin barışması və dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar