Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-129/2025 06.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1967-ci il tarixdə Ağdam rayonu, Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında 28 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində həmin idarənin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən adsız kafedə keçirilən əməliyyat tədbiri zamanı qeyd edilən ünvanda əxlaqsızlıqla məşğul olmaq üçün şərait yaratmış və qadınları fahişəliyə cəlb edən Təqsirləndirilən şəxs, sonuncunun fahişəliyə cəlb etdiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan, xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və həmin qadın ilə cinsi əlaqədə olmaq üçün gəlmiş müştəri Şahid1 aşkar edilməsi, əsas isə bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. 05 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ********* nömrəli cinayət işinin istintaq müddəti 02 ay müddətinə, yəni 13 avqust 2025-ci il tarixədək uzadılmışdır. 12 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X7 Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bərdə rayon polis şöbəsinə göndərilməsi üçün Bərdə rayon prokurorluğuna göndərilmişdir. 23 iyun 2025-ci il tarixdə ********* nömrəli cinayət işi Bərdə rayon prokurorluğundan Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə daxil olmuş və həmin tarixdə cinayət işinin istintaqın davam etdirilməsi üçün mənə həvalə edilmiş və həmin tarixdə icraatıma qəbul edilməklə istintaq aparılmışdır. 21 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddələrlə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə müvafiq maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 21 iyul 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tərəfimdən «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə ilə fahişəliyə cəlb etmə və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, gəlir əldə etmək məqsədilə 28 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayan xx xxxxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs özünə məxsus olan ünvan 3 ünvanında yerləşən adsız kafeyə gətirib gəlir əldə etmək üçün fahişəliyə cəlb edərək həmin vaxt işlətdiyi kafeyə müştəri qismində gəlmiş Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 23A ünvanında yaşayan, xx xxxxxxx 1994-cü il təvəllüdlü Şahid1 təqdim edib həmin kafedə cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqda cinsi əlaqədə olmalarına şərait yaradıb bunun müqabilində Şahid1 20 (iyirmi) manat pul alaraq həmin puldan 10 (on) manatını fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs verib, 10 (on) manatını isə özünə götürüb ödənişli əsaslarla fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs ilə Şahid1 cinsi əlaqədə olmaları üçün şərait yaradıb fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək saxlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayət əməli əməliyyat-axtarış tədbiri, baxış və götürmə haqqında protokol, şahid ifadələri və digər istintaq sənədləri ilə tam qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Ağdam rayonu Paprəvənd kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, o, uzun müddətdir ki, icarə əsasında kafe işlədərək ailəsini dolandırırdı. ünvan 4 ünvanında yerləşən kafeni isə təxminən 1 ildir ki, icarə əsasında işlədir. Həmin kafedə Vüsalə kimi tanıdığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadın xidmətçi kimi 2025-ci ilin fevral ayının sonlarında yanında işə başlamış və o, Zərərçəkmiş şəxs günlük 15 manat pul verirdi. O, zərərçəkmiş şəxsi fahişəliyə cəlb etməmişdir. Belə ki, hadisə baş verən gün o, mətbəxdə kafeyə gələn müştərilərdən biri üçün yemək hazırlayan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 10 manat pulun ona çatacağını bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs soruşduqda, o, arxada cavan bir oğlanla işi olacağını bildirmişdir. Lakin məsələnin nədən ibarət olduğu ona aydın olmamışdır. Bundan sonra polis əməkdaşları kafeyə daxil olaraq, baxış keçirilməli olduqlarını ona bildirərək arxa tərəfə keçmişdirlər. Otaqda Zərərçəkmiş şəxs və Şahid1 adlı şəxs cinsi əlaqədə olarkən aşkarlanmışdırlar. Mövcud şərait uyğun olmadığı üçün onların izahatları alınması və protokolun tərtib olunması üçün onları DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Natiq adlı şəxs kafeyə müştəri kimi daxil olmuş və masaların birində əyləşmişdir. Sonradan zərərçəkmiş şəxsin Natiq adlı şəxslə bir masada əyləşərək domino oynadığını görmüşdür. Lakin onların masada əyləşən zaman nə barədə söhbət etdikləri ona məlum olmamışdır. Bir müddət sonra onları həmin masada görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hal-hazırda Daşkəsən rayonu, Xoşbulaq kəndində daimi qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Hazırda heç bir yerdə işləmir. Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin fevral ayının sonlarından tanıyır, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Onun maddi vəziyyəti zəif olduğundan yaşadığı Daşkəsən rayonunda ofisiant işləmək üçün utandığına görə digər rayonlarda iş axtarırdı. Özü həmin vaxt ünvan 7 ünvanında yerləşən kafeni Təqsirləndirilən şəxs işlətdiyini bildiyi üçün o, 2025-ci ilin fevral ayının sonlarında həmin kafeyə getmişdir. O, həmin kafeyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs iş axtardığını bildirdiyi üçün Təqsirləndirilən şəxs ona xidmətçi kimi işləcəyini və gününə 15 manat pul verəcəyini bildirmişdir. O, da razılaşaraq həmin gündən xidmətçi olaraq işə başlamışdır. O, həmin kafedə xidmətçi kimi 1 gün işləmişdir. Orada 1 gün işlədiyi müddətdə Təqsirləndirilən şəxs onunla hər hansı bir müqavilə bağlamamışdır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında kafeyə tanımadığı bir müştəri gəlmişdir. Həmin şəxsin adının sonradan Şahid1 olduğunu öyrənmişdir. O, Natiq adlı şəxslə cinsi əlaqədə olmaq barədə razılığa gəlmişdir. Bu barədə Təqsirləndirilən şəxsla qısaca söhbətləşmiş, söhbət əsnasında cinsi əlaqədə olmaq müqabilində əldə etmiş olduğu 20 manatın 10 manat hissəsinin ona çatacağını bildirmişdir. 10 manat hissəsini Mehmana verərək, digər 10 manatını mobil telefonunun arxa hissəsinə qoymuşdur. Bundan sonra onlar arxa tərəfdə yerləşən yerdən yataq yerinin olduğu otağa keçmişlər, həmin otaqda cinsi əlaqədə olmağa başlamışlar. Həmin vaxt otağın qapısı qəfildən açılmış və otağa Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları daxil olmuş, video çəkiliş apardıqlarını bildirərək özlərini təqdim etmişdirlər. Həmin polis əməkdaşları onlardan özlərini təqdim etməklərini bildirmiş, o, adını Vüsalə kimi təqdim etmiş, çünki hər yerdə adının Vüsalə olduğunu bildirirmişdir. O, yuxarıda qeyd etdiyi kimi həmin məsələləri polis əməkdaşlarına bildirmiş və ona verilmiş 20 manat pulu təqdim etmişdir. Bundan sonra cinsi əlaqə zamanı istifadə olunmuş qoruyucu rezində polislər tərəfindən götürülmüş və onlar hamısı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gətirilmiş və orada da bu barədə izahat vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 8 ünvandada ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Bildirmək istəyir ki, xx.xx.2025-ci ildə şəxsi işi ilə bağlı ünvan 9 ünvanında yerləşən kafeyə çay içməyə getmiş, orada adını Mehman kimi bildiyi şəxslə bir qədər söhbət etdikdən sonra cinsi əlaqə olmaq istədiyini bildirmişdir. Mehmanda ona kafedə xidmətçi kimi çalışan adının Vüsalə kimi təqdim edən şəxslə 20 manat müqabilində kafenin həyətyanı sahəsində yerləşən yataq dəsti ilə təchiz olunmuş otaqda cinsi əlaqədə olacağını bildirmişdir. O, 20 manat pulu Mehmana verdikdən sonra Vüsalə kimi tanıdığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadınla cinsi əlaqədə olmaq üçün otağa keçmişdirlər. Zərərçəkmiş şəxs özü könüllü olaraq onunla cinsi əlaqədə olmağa başlamışdır. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman polis əməkdaşları otağa daxil olub özlərini təqdim edərək bir qədər onlarla sorğu sual etdikdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aldığı 20 manat pulu təqdim etməsini istəmişdirlər, sonuncuda 2 ədəd 10 manatlıq pul əskinasını polis işçilərinə təqdim etmişdir. Həmin pullar və cinsi əlaqə zamanı istifadə olunan rezin qoruyucu qablaşdırılaraq zərfə qoyulmuşdur. Bundan sonra onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişdilər. Baş idarədə bir qədər sorğu sualdan sonra onların iştirakları ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalanmışdır. Həmin vaxt onun idarədə izahatınıda aldıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə bildirir ki, 26 fevral 2025-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və digər məcburetmə vasitələri ilə nəzarətdə saxlayaraq ünvan 10 ünvanında yerləşən adsız kafedə cinsi istismara məruz qoyması barədə məlumat daxil olmuşdur. Məlumat raportla Baş İdarə rəisinə məruzə olunduqdan sonra 26 fevral 2025-ci il tarixdə həmin kafeyə baxış keçirilməsi əməliyyat tədbirinin keçirilməsi üçün vəsatət və təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin hakimi X4 tərəfindən qeyd olunan əməliyyat-axtarış tədbrinin keçirilməsi barədə 27 fevral 2025-ci il tarixli qərar qəbul olunmuşdur. 28 fevral 2025-ci il tarixdə saat 14:10-da o, əməliyyat müvəkkikli polis leytenantı, Şahid2 və əməliyyat müvəkkikli polis leytenantı Şahid3 ilə birlikdə ünvan 10 ünvanında yerleşen kafeyə getmişdilər. Bundan sonra videoçəkiliş aparılmaqla kafeyə daxil olmuş və kafenin girişində onları şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamışdır. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduğlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarını ona təqdim etməklə həmin qərarın icrası ilə bağlı həmin kafeyə baxış keçirməli olduğlarını izah etmişdirlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul edərək, kafeye baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmişdir. Baxış zamanı həmin kafenin dəhliz, mətbəx, ümumi zal və həyətyanı sahədə yerləşən bir neçə köməkçi otaqlardan ibarət olması müəyyən edilmiş və kafedə bir kişi və bir qadın cinsi əlaqədə olan zaman aşkar olunmuşdur. Həmin şəxslərin Şahid1 və Zərərçəkmiş şəxs olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, icarə müqabilində işlətdiyi kafedə xidmətçi olaraq işə götürdüyü Zərərçəkmiş şəxs fahişəliyə cəlb edərək kişi müştərilərə intim xidmətlər göstərməsi üçün şərait yaratmış və bunun müqabilində hər müştəridən 20 manat pul almış, həmin 20 manatın 10 manatını cinsi əlaqədə olmaq müqabilində Zərərçəkmiş şəxs vermiş, digər 10 manatını isə kişi müştəriyə Zərərçəkmiş şəxs təqdim edərək intim xidmətlər göstərməsi üçün şərait yaratdığına görə qazanc məqsədi ilə özünə götürmüşdür. Zərərçəkmiş şəxs deyilənləri təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saat 14 radələrində ona cinsi əlaqədə olmaq üçün müştərinin olduğunu demiş, bunun müqabilində müştəridən aldığı 20 manat puldan 10 manatını sonuncuya verəcəyini, digər 10 manatını isə onu fahişəliyə cəlb edərək kişi müştəri ilə cinsi əlaqədə olması üçün şərait yaratdığına görə özünə qazanc məqsədilə götürəcəyini demişdir. Şahid1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:30-da radələrində Bərdə rayonu, Sənaye küçəsi 18 ünavnında yerləşən kafeyə daxil olmuş və çay içmək istədiyini demiş, kafeni işlədən Mehman adlı şəxslə tanış olmuş, sonuncuya istirahət etmək istədiyini bildirən zaman Mehmanın ona intim xidmət göstərən qadın olduğunu həmin qadına cinsi əlaqədə olmaq üçün şərait yaradacağını və bunun müqabilində ümumulikdə 20 manat pul alacağını demişdir. Bundan sonra onunla razılaşmış və saat 14 radələrində 20 manat pul müqabilində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona təqdim edərək cinsi əlaqədə olması üçün kafenin həyətyanı sahəsindəki yataq dəsti ilə təhciz edilmiş otağa apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı X5 eyni məzmunlu izahat verərək X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili, polis mayoru, X3 tərəfindən 28 fevral 2025-ci il tarixdə tərtib edilmiş «Yaşayış sahəsinə daxil olma və baxış keçirmə əməliyyat axtarış tədbirinin nəticəsinə dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi ünvan 11 ünvanında yerləşən adsız kafeyə baxış keçirilən zaman kafenin həyətində yataq dəsti ilə təhciz edilmiş otaqda Şahid1 ilə Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaları müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs işlətdiyi kafedə xidmətçi olaraq işə götürdüyü Zərərçəkmiş şəxs fahişəliyə cəlb edərək kişilərlə intim xidmətlər göstərməsi üçün şərait yaratdığını, bunun müqabilində hər müştəridən 20 manat pul aldığını, həmin 20 manat pulun 10 manatını cinsi əlaqədə olmaq müqabilində Zərərçəkmiş şəxs verdiyini, digər 10 manatı isə kişi müştəriyə Zərərçəkmiş şəxs təqdim edərək intim xidmətlər göstərməsi üçün şərait yaratdığına görə qazanc məqsədilə özünə götürdüyünü bildirmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs da deyilənləri təsdiq edərək Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində ona intim xidmət göstərmək üçün müştərinin olduğunu dediyini, bunun müqabilində müştəridən aldığı 20 manat puldan 10 manatını sonuncuya verəcəyini, digər 10 manatı isə Təqsirləndirilən şəxs özünə götürəcəyini bildirmişdir. Sorğu zamanı Şahid1 də xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində həmin kafeyə gəldiyini, Təqsirləndirilən şəxs ilə söhbət əsnasında istirahət etmək istədiyini, Mehmanın ona intim xidmət göstərməsi üçün qadının olduğunu bildirib 20 manat pul müqabilində Zərərçəkmiş şəxs ona təqdim edib cinsi əlaqədə olması üçün işlətdiyi kafenin həyətyanı sahəsində yerləşən yataq dəsti ilə təhciz olunmuş otağa yerləşdirdiyini bildirmişdir. Sorğu zamanı 2 (iki) ədəd A54831191 seriya nömrəli və A64409836 seriya nömrəli 10 (on) manatlıq pul əskinasları və cinsi əlaqədə olmaq üçün istifadə edilən 1 (bir) ədəd rezin qoruyucu qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən daxil olan cinayət işinin istintaq materiallarına əlavə edilmiş 1 (bir) ədəd 128 GB-lıq fləşkart 25 iyun 2025-ci il tarixdə xidməti otağımda «HP» markalı kompüterdə baxıldı. Həmin 128 GB-lıq flaşkartın içərisini açdıqda 2025_02_28_15_10_İMG_8355 videofayl aşkar edilir, həmin videofaylın açıb içərisinə baxış keçirən zaman videofaylın 17 dəqiqə 27 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Belə ki, baxış zamanı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat tədbirləri şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs işlətdiyi ünvan 11 ünvanında yerləşən adsız kafeyə baxış keçirilən zaman kafenin həyətində yataq dəsti ilə təhciz edilmiş otaqda Şahid1 ilə Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaları müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs işlətdiyi kafedə xidmətçi olaraq işə götürdüyü Zərərçəkmiş şəxs fahişəliyə cəlb edərək kişilərlə intim xidmətlər göstərməsi üçün şərait yaratdığını, bunun müqabilində hər müştəridən 20 manat pul aldığını, həmin 20 manat pulun 10 manatını cinsi əlaqədə olmaq müqabilində Zərərçəkmiş şəxs verdiyini, digər 10 manatı isə kişi müştəriyə Zərərçəkmiş şəxs təqdim edərək intim xidmətlər göstərməsi üçün şərait yaratdığına görə qazanc məqsədilə özünə götürdüyünü bildirir. Sorğu zamanı Zərərçəkmiş şəxs da deyilənləri təsdiq edərək Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində ona intim xidmət göstərmək üçün müştərinin olduğunu dediyini, bunun müqabilində müştəridən aldığı 20 manat puldan 10 manatını sonuncuya verəcəyini, digər 10 manatı isə Təqsirləndirilən şəxs özünə götürəcəyini bildirir. Sorğu zamanı Şahid1 də xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində həmin kafeyə gəldiyini, Təqsirləndirilən şəxs ilə söhbət əsnasında istirahət etmək istədiyini, Mehmanın ona intim xidmət göstərməsi üçün qadının olduğunu bildirib 20 manat pul müqabilində Zərərçəkmiş şəxs ona təqdim edib cinsi əlaqədə olması üçün işlətdiyi kafenin həyətyanı sahəsində yerləşən yataq dəsti ilə təhciz olunmuş otağa yerləşdirdiyini bildirir. Sorğu zamanı 2 (iki) ədəd A54831191 seriya nömrəli və A64409836 seriya nömrəli 10 (on) manatlıq pul əskinasları və cinsi əlaqədə olmaq üçün istifadə edilən 1 (bir) ədəd rezin qoruyucu qablaşdırılaraq götürülür. Bununla da Təqsirləndirilən şəxs işlətdiyi kafeyə baxış keçirilməsi və götürülmə başa çatdığından videoçəkiliş dayandırılır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X15 Respublikası Dəri Zöhrəvi X13 Şəxsin 04 mart 2025-ci il tarixli məktubundan görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəyə əsasən QİÇS, Hepatit, Lues xəstəliyi aşkar olunmamış, ümumi yaxmada zöhrəvi xəstəlik aşkar olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X15 «Bərdə rayon Mərkəzi Xəstəxanası» X8 daxil olmuş xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 888 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Kələntərli qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs özünə məxsus olan işlətdiyi Bərdə şəhəri, Sənaye küçəsi, 13 ünvanında yerləşən adsız kafesində Zərərçəkmiş şəxs və Bakı şəhər sakini Şahid1 cinsi əlaqədə olmaları faktı öz təsdiqini tapmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən o, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, şikayət və tələbi yoxdur. Beləliklə, Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə Təqsirləndirilən şəxs işlətdiyi Bərdə şəhəri, Sənaye küçəsi 13 ünvanında yerləşən adsız kafeyə baxış zamanı istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd 128 GB-lıq fləşkart, 2 (iki) ədəd A54831191 seriya nömrəli və A64409836 seriya nömrəli 10 (on) manatlıq pul əskinasları və 1 (bir) ədəd rezin qoruyucu cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 26 iyul 2025-ci il tarixli «Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» qərarla maddi sübut qismində tanınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədilə ilə 28 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayan xx xxxxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs özünə məxsus olan ünvan 3 ünvanında yerləşən adsız kafeyə gətirib gəlir əldə etmək üçün fahişəliyə cəlb edərək həmin vaxt işlətdiyi kafeyə müştəri qismində gəlmiş Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 23A ünvanında yaşayan, xx xxxxxxx 1994-cü il təvəllüdlü Şahid1 təqdim edib həmin kafedə cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otaqda cinsi əlaqədə olmalarına şərait yaradıb bunun müqabilində Şahid1 20 (iyirmi) manat pul alaraq həmin puldan 10 (on) manatını fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs verib, 10 (on) manatını isə özünə götürüb ödənişli əsaslarla fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs ilə Şahid1 cinsi əlaqədə olmaları üçün şərait yaradıb fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək saxlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2 və 59.1.12-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi əsası ilə müharibə veteranı olması və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi cinayət işi materiallarına əsasən məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutlara istinadən öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ictimai işlər cəzasına məhkum edilməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs ictimai işlər cəzasına cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. “Polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 ədəd fləşkart, 02 ədəd A 54831191 seriya nömrəli və A 64409836 seriya nömrəli 10 (on) manatlıq pul əskinasları iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 430 (dörd yüz otuz) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 350 (üç yüz əlli) saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təyin edilmiş 430 (dörd yüz otuz) saat ictimai işlər cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs barəsində qəti olaraq 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs ictimai işlər cəzasına cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. “Polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 01 ədəd fləşkart, 02 ədəd A 54831191 seriya nömrəli və A 64409836 seriya nömrəli 10 (on) manatlıq pul əskinasları iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-129/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-129/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver