Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-13/2022 10.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Laçın rayon Zabux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Laçın rayon Zabux kəndində qeydiyyatda olmaqla X10 və Texnologiya Kollecinin yataqxanasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-cı il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızına verilməsinə dair Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 3(021)-618/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün, daha sonra həmin məhkəmənin 3(021)-190/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 18 iyul 2018-ci, 14 aprel 2020-ci, 22 iyun 2020-ci, 17 sentyabr 2020-ci və 27 noyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 iyun 2021-ci il tarixədək 11.520,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədova (Mhərrəmova) Nərgiz Vaqif qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Məhərrəmova (Məmmədova) Nərgiz Vaqif qızı ilə 2008-ci ilin avqust ayında el adəti ilə toy edib ailə qurmuşlar. Onların birgə nikahlarından 2011-ci ildə Aylin və 2013-cü ildə isə Məhəmməd adlı iki uşaqları anadan olmuşdur. Nərgiz ilə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan olan uşaqlarının saxlanılması üçün Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsinə əsasən ondan 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızına verilməsi qət edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 3(021)-618/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün, daha sonra həmin məhkəmənin 3(021)-190/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan məhkəmənin alimentin ödənilməsinə dair qətnaməsini könüllü icra etməyi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. Əlavə olaraq uzun illər Bərdə şəhərində şəhərdaxili marşurut sürücüsü işləməklə gündəlik qazancının 5-10 manat arası olmasını, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçildiyi üçün heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 29 may 2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların nikahından 2011-ci ildə Aylin və 2013-cü ildə Məhəmməd adlı 2 uşaqları olmuşdur. Ailə qurduqları ilk ili mehriban yaşasalar da daha sonra xasiyyətləri uyğun gəlməmişdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul etdikdən sonra onu söyüb təhqir edirdi və döyürdü. 2015ci ilin may ayından Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları Bərdə rayon Texnalogiya Kollecinin yataqxanasında onu uşaqları ilə birlikdə ataraq getmişdi və həmin gündən nə onunla nədə ki, uşaqları ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə şəhərarası mikro-avtobus sürücüsü işləyirdi və yaxşı qazancı olurdu. Uşaqları ilə birlikdə yaşadıqları evdən Təqsirləndirilən şəxs getdikdən sonra uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. O, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. Təqsirləndirilən şəxsla dəfələrlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq maddi köməklik etməsini bildirməyinə baxmayaraq uşaqların saxlanması üçün heç bir yardım etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün, daha sonra isə 12 mart 2020-ci il tarixli həmin məhkəmnin inzibati tənbehvermə haqqında qərara əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 09 iyun 2021-ci tarixli təqdimatda qeyd edilən cəmi 11.520,00 manat borcunu ödəməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldu, yetərli qədər pul qazanır. Lakin borcunu ödəmək istəmir. Əvvəllər borcunu ödəyəcəyini bildirsə də artıq açıq-aşıkar pulu ödəməyəcəyini, hara istəyirsən get şikayət elə deyir. Bilərək və istəyərək dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınır. Əgər belə olmasa idi bu müddət ərzində hər ay müəyyən ödənişlər edər, borcu ödəmək niyyətində olduğunu göstərərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1891/2015 saylı, 06 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimim saxlanılmaları üçün 17 iyun 2015-ci il tarixdən başlayaraq hər ay uşağa 80 manat olmaqla cəmi 160 manat aliment tutularaq iddiaçı X3 xeyirinə ödənilməsi göstərilmişdir. Göstərilən İcra vərəqəsi 24 dekabr 2015-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq 24 dekabr 2015-ci il tarixdə icraata başlama qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildiriş qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən 12 iyul 2016-cı il tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilərək icrası bərdə rayon Polis şöbəsinə tapşırılmış, Bərdə rayon Polis Şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs barəsində 03 avqust 2016-cı il tarixdə Bərdə rayon Polis şöbəsində 300096 saylı axtarış işi açılmışdır. Borclu icra sənədinin icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 30 avqust 2017-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)-618 saylı, 30 avqust 2017-ci il tarixli qərarına əsasən, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən 09 yanvar 2019-cu il tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilərək icrası Bərdə rayon Polis Şöbəsinə tapşırılmış, Bərdə rayon Polis Şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2019-cu il tarixdə Bərdə rayon Polis şöbəsində 300006 saylı axtarış işi açılmışdır. Borclu icra sənədinin icrasını yenidən təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 12 mart 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)-190 saylı, 12 mart 2020-ci il tarixli qərarına əsasən, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra tədbiri olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq təqdimatla məhkəməyə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İnzibati məsuliyyətdən sonra borclu yenə də müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınaraq məhkəmə qərarı üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs 23 noyabr 2020-ci il tarixdə ərizə ilə Bərdə rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbi tam təmin etmədiyi səbəbindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və 09 iyun 2021-ci il tarixə onun tələbkara 11520 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun məhkəmə qərararını icra etmədiyi üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, inzibati məsuliyyətə cəlb edilməsi və inzibati məsuliyyətdən sonrada xəbərdarlıqlara məhəl qoymaraq tələbi təmin etməməsi onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına dəlalət edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1891/2015 saylı, 06 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 17 iyun 2015-ci il tarixdən başlayaraq hər ay uşağa 80 manat olmaqla cəmi 160 manat aliment tutularaq iddiaçı X3 xeyirinə ödənilməsi göstərilmişdir. Göstərilən İcra vərəqəsi 24 dekabr 2015-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq 24 dekabr 2015-ci il tarixdə icraata başlama qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildiriş qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən 12 iyul 2016-cı il tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilərək icrası bərdə rayon Polis şöbəsinə tapşırılmış, Bərdə rayon Polis şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs barəsində 03 avqust 2016-cı il tarixdə Bərdə rayon Polis şöbəsində 300096 saylı axtarış işi açılmışdır. Borclu icra sənədinin icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 30 avqust 2017-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)-618 saylı, 30 avqust 2017-ci il tarixli qərarına əsasən, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən 09 yanvar 2019-cu il tarixdə borclunun axtarılmasına dair qərar qəbul edilərək icrası Bərdə rayon Polis şöbəsinə tapşırılmış, Bərdə rayon Polis şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2019-cu il tarixdə Bərdə rayon Polis şöbəsində 300006 saylı axtarış işi açılmışdır. Borclu icra sənədinin icrasını yenidən təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 12 mart 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 3(021)-190 saylı, 12 mart 2020-ci il tarixli qərarına əsasən, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra tədbiri olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq təqdimatla məhkəməyə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İnzibati məsuliyyətdən sonra borclu yenə də müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınaraq məhkəmə qərarı üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs 23 noyabr 2020-ci il tarixdə ərizə ilə Bərdə rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbi tam təmin etmədiyi səbəbindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və 09 iyun 2021-ci il tarixə onun tələbkara 11520 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun məhkəmə qərararını icra etmədiyi üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, inzibati məsuliyyətə cəlb edilməsi və inzibati məsuliyyətdən sonrada xəbərdarlıqlara məhəl qoymaraq tələbi təmin etməməsi onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına dəlalət edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ilə Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızı 2008-ci ilin avqust ayında el adəti ilə toy edib ailə qurmuşlar. Onların birgə nikahlarından Aylin və Məhəmməd adlı iki uşaqları anadan olmuşdur. Oğlu Elgün ilə keçmiş gəlini Nərgizin xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün aralarında olan nikah pozularaq ayrılmışlar. Ayrıldıqdan sonra Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsinə əsasən oğlu Təqsirləndirilən şəxs 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızına verilməsi qət edilmişdir. Alimentin ödənilməsi qət edildikdən sonra oğlu Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Oğlu Təqsirləndirilən şəxs Bərdə şəhər daxili marşurutda sürücü işləməklə gündəlik qazancı 10 manat olurdu. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qızı Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızı ilə Təqsirləndirilən şəxs 2008-ci ilin avqust ayında el adəti ilə toy edib ailə qurmuşlar. Onların birgə nikahlarından Aylin və Məhəmməd adlı iki uşaqları anadan olmuşdur. Qızı Nərgiz ilə keçmiş kürəkəni Elgünün xasiyyətləri birbirinə uyğun gəlmədiyi üçün aralarında olan nikah pozularaq ayrılmışlar. Ayrıldıqdan sonra Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-ci il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızına verilməsi qət edilmişdir. Alimentin ödənilməsi barədə qətanəm çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Bərdə şəhər daxili marşurutda sürücü işləməklə aylıq yaxşı qazancı olmuşdur. Lakin nə aliment ödəməmişdir nə də ki, iki uşağın saxlanılması üçün qızı Zərərçəkmiş şəxs heç bir köməklik etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bərdə Rayon Məşğulluq Mərkəzinin 04 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Bərdə Rayon Məşğulluq Mərkəzinə müraciət etməmiş və Məşğulluq Mərkəzi tərəfindən işaxtaran kimi qeydiyyata alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2018-ci il, 14 aprel 2020-ci il, 22 iyun 2020-ci il, 17 sentyabr 2020-ci il və 27 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Bərdə rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 3(021)-618/2017 saylı və Bərdə Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 3(021)-190/2020 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 1(021)-41/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona 3000,00 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Tərtər Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 15 yanvar 2021-ci tarixdə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Bərdə rayon İcra və probasiya Şöbəsinin 08 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməli 01 iyun 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsif olunmaqla ona 700,00 manat məbləğində cərimə cəzası təyin edilmişdir. “28-May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Bərdə Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş 700,00 manat məbləğində cərimə cəzasından azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Tərtər Rayon Polis Şöbəsinin 13 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 13 sentyabr 2021-ci il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Natəvan küçəsində yerləşən “X10 və Texnologiya Kollecinin” yataqxanasında məskünlaşıb. Yaşadığı ərazinin sakinləri və qonşularla münasibətləri normaldır, onların rəğbətini qazanıb. Qonşuların, eləcə də yerli sakinlərinin xeyir-şər məclislərində yaxından iştirak edir. Yaşıdları arasında tərbiyəli gənc kimi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 1(061)-58/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17 noyabr 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və 19 noyabr 2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkum Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 7(021)-41/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş hissəsi 01 il azaldılmış və cəza müddətinin sonu ilə əlaqədar Bərdə rayon İcra və Probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyun 2015-ci il tarixdən hesablanmaqla 17 yanvar 2011-cı il təvəllüdlü X4 və 19 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Məhərrəmova) Nərgiz Vaqif qızına verilməsinə dair Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 noyabr 2015-ci il tarixli, 2(021)-1891/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 3(021)-618/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün, daha sonra həmin məhkəmənin 3(021)-190/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 18 iyul 2018-ci, 14 aprel 2020-ci, 22 iyun 2020-ci, 17 sentyabr 2020-ci və 27 noyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 iyun 2021-ci il tarixədək 11520,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədova (Mhərrəmova) Nərgiz Vaqif qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X5 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini onunla əsaslandırır ki, əvvəllər Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 1(021)-41/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona 3000,00 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Tərtər Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 15 yanvar 2021-ci tarixdə cinayət işi başlanılmışdır, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş və ödənilmiş olsa da, təqsirləndirilən şəxs çox uzun müddət keçməmiş yenidən cinayət törətmiş və bu hal da ona əvvəllər təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin snaksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə məhz nə səbəbə azadlıqdan məhrum etmə cəzasını təyin etdiyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin aliment ödəməli olduğu övladı xəstə olmağına baxmayaraq həmin bprcun ödənilməsini təmin etmək üçün real addımlar atmamış, məhkəmədə müxtəlif vədlər verərək borcun aylığa bölündüyü zaman ödəyə biləcəyəni bildirmiş, bundan sonra ümumiyyətlə cəza çəkəcəksə aliment ödəməyəcəyi kimi ziddiyyətli fikirlər səsləndirmişdir. Bundan başqa, şəxsin barəsində bir neçə dəfə inzibati həbs tənbeh tədbirləri tətbiq edilmiş, lakin sonuncu bundan heç bir nəticə çıxartmamış, nəticə etibarılə 09 iyun 2021-ci il tarixə yığılmış aliment borcu 11.520 manat təşkil etmişdir. Məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa məhkəmə iclasında Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa qadınla da qeyri-rəsmi nikahda olmuş və həmin faktiki nikahdan olan övladına da il yarımdır ki, aliment ödəmir və həmin aliment borcu da yığılmışdır. Göstərilən hallar hamısı özü-özlüyündə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallardır. Məhz bu səbəbdən də məhkəmə snaksiyada mövcud olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər alternativ cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-13/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-13/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver