Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-130/2021 01.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bərdə rayon məhkəməsinin 1(021)-106/2017 saylı 14.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 2000 manat cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu 06.06.2021-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Əmirli kəndində yaşadığı evdə olduğu zaman arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs alın nahiyəsinə yumuruqla qəsdən bir dəfə vurub yerə yıxması nəticəsində sonuncuya alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol bazu və sağ bazu nahiyələrinin qançırları ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayon Əmirli kəndində yaşayır. 2007-ci ildə Bərdə rayon Köbər kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, nikahlarından iki övladları vardır. 06.06.2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə olduqları zaman evdən telefon səsi gəldiyini eşitmiş, həmin vaxtı o, arvadı Nəhayətdən səsin haradan gəldiyini soruşdur. Lakin, Nəhayət ona evdə telefon olmadığını bildirmişdir. Həmin vaxt təkrarən telefon səsi gəldiyindən arvadı Nəhayət evi yığışdırmaq üçün bəzi əşyaları səliqəyə salmış, həmin vaxt Nəhayətin öz paltarını qutuya atdığını görmüşdür. Bu səbəbdən o, qutuya baxmış və qutuda bir ədəd mobil telefonun olduğunu görmüşdür. O, həmin mobil telefonu götürərək içərisinə baxan zaman, məlum etmişdir ki, arvadı Nəhayət ondan xəbərsiz olaraq mobil telefon işlədir. Nəhayət onun mobil telefonuna baxdığını görərək onunla mübahisə etmiş, telefonu ondan almaq məqsədi ilə onun sinəsindən tutaraq onu dartmışdır. Həmin vaxtı o, Nəhayəti özündən uzaqlaşdırmaq məqsədi ilə bir dəfə əli ilə Nəhayətin sifət nahiyyəsindən vurmuşdur ki, Nəhayət ondan uzaqlaşsın. Bundan sonra Nəhayətin əlindən çıxaraq telefona sərbəst baxmaq məqsədi ilə, yaxınlıqda yaşayan qohumları evinə getmişdir. Orada telefona təkrarən baxdıqda Nəhayətin mobil telefonla başqa şəxslə yazışmasını və mobil telefonda başqa bir oğlan şəkillərinin olduğunu görmüşdür. O, Nəhayətlə mübahisə edib onu vuran zaman, hadisəni onlarla birlikdə yaşayan anası Xalidənin gördüyünü, həmin hadisənin 5-10 dəqiqə ərzində davam etdiyini, arvadı Zərərçəkmiş şəxs bir dəfə vurduğunu, vurmağının səbəbini isə Nəhayətin onun əlindən mobil telefonun almasının qarşısını almaq istəməsi olmuşdur. Zərərçəkmiş şəxs vurduqdan sonra Nəhayətin qaş nahiyyəsindən qan axdığını gördüyünü bildirmişdir. O, hal-hazırda əməlindən peşman olduğunun nəzərə alınaraq barəsində barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, 2007-ci ildə Bərdə rayon Əmirli kənd sakini Təqsirləndirilən şəxs ilə ailə hayatı qurmuş, nikahlarından iki övladları vardır. Ailə həyatı qurduğu vaxtdan Nicadla birlikdə Bərdə rayon Əmirli kəndində Nicadın atası evində yaşamışlar. 06.06.2021-ci il tarixdə saat 23 radələrində evlərində olduqları zaman əri Nicad ona məxsus olan mobil telefonu ondan xəbərsiz evlərindən götürərək baxdığı üçün onunla aralarında mübahisələri yaranmış, mübahisə zamanı Nicad qəfləti olaraq yumuruqla onun sol alın nahiyyəsindən bir dəfə vurmuş, həmin vaxtı onun başı hərlənərək yerə yıxılmışdır. Nicad onu yumuruqla vuran zaman onun alın hahiyyəsi cırıldığından həmin hissədən qan axmağa başlamış, həmin vaxtı Nicadın anası Xalidə uca səslə qışqırmış, bundan sonra Nicad qorxaraq evlərindən qaçıb getmişdir. Mübahisə zamanı onlarla birlikdə yaşayan Nicadın anası Xalidə də evdə olmuş və Nicadın onu yumuruqla vuraraq yerə yıxmasını oda görmüşdür. Həmin vaxtı onun halı özünə qayıtdıqdan sonra Nicadın onu döyməsi ilə əlaqədar olaraq öz ailə üzvlərinə məlumat vermişdir. Hadisənin 06.06.2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları Bərdə rayon Əmirli kəndində yerləşən evin daxilinda baş verdiyini və əri Nicadın yumuruqla onun alın nahiyyəsindən bir dəfə vuraraq ona xəsarət yetirdiyini, həmin hadisəni onlarla birlikdə yaşayan qaynanası Xalidənində gördüyünü, hadisənin 5-10 dəqiqə ərzində davam etdiyini bildirmişdir. O, hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmadıqlarını və ondan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında ifadə vermiş şahid X2 ifadəsində göstərdi ki, o, oğlu Təqsirləndirilən şəxsla birlikdə Bərdə rayon Əmirli kəndində yaşayır və təqaüdçüdür. Təqsirləndirilən şəxs 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, nikahlarından iki övladları vardır. 06.06.2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə Nicadın otağından səs gəldiyini eşidərək həmin otağa keçmişdir. Həmin vaxtı görmüşdür ki, gəlni Nəhayət oğlu Nicaddan xəbərsiz olaraq mobil telefon işlətdiyi səbəbindən onların aralarında mübahisə yaranmışdır. O, oğlu Nicadı və gəlni Nəhayəti sakitləşdirmək istəyərkən, gəlni Nəhayət oğlu Nicadın əlindən mobil telefonu almaq məqsədi ilə Nicadın üzərinə gəlmişdir. Həmin vaxtı Nicad gəlni Nəhayəti itələmişdir ki, ondan kənara dursun. Həmin vaxtı Nəhayət yerə yıxılmış və təkrarən duraraq oğlu Nicadın üstünə getmişdir. Bu səbəbdən oğlu Nicad evlərindən çıxaraq getmişdir. Həmin mübahisə yaşadıqları evin daxilində olduğundan hadisəni başqa heçkəsin görmədiyini, hadisənin 5-10 dəqiqə ərzində davam etdiyini, oğlu Nicad gəlni Nahəyatı itələyərək yerə yıxdığından sonra Nəhayətin başından qan axdığını görmüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 07.06.2021-ci il tarixli 478 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin əzilmişcırılmış yarası, sol bazu və sağ bazu nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 41-ci vərəqəsində olan Bərdə RİHB-nin Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakteriza olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 42-45-ci vərəqələrində olan Bərdə rayon məhkəməsinin 1(021)-106/2017 saylı 14.07.2017-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 2000 manat cərimə cəzası saxlanılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 46-47-ci vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Bərdə rayon məhkəməsinin 1(021)-106/2017 saylı 14.07.2017-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmaasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin qarşılıqlı surətdə barışıq əldə etməyə cəhd belə göstərməmələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzasını iş yeri üzrə çəksin. Hökmün icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-130/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-130/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver